ABBASQULU AĞA BAKIXANOV QÜDSİ
SEÇİLMİŞ
ƏSƏRLƏRİ
“AVRASİYA PRESS”
BAKI-2005
Bu kitab LI A.Baktxanov. Seçilmiş əsarləri” (Bakı t Yazıçı , 1984)
naşri isasında təkrar naşrə hazırlanmışdır
Tərtib edəni, fars dilindən tərcümələr,
müqəddimə, qeyd və şərhlərin müəllifi: Məmmədağa Sultanov
Redaktorlar: Ənvər Əhmədov
Rəhim Sultanov
894.3613 - dc 21
AZE
Bakıxanov Abbasqulu ağa Qüdsi. Seçilmiş əsərləri. Bakı, “AVRASİYA
PRESS", 2005, 488 səh.
Yeni maarifçiliyin ideya sələfi rolunda ağlın ehtiraslı tərənnümçüsü,
çağdaş Avropa mədəniyyətinin JŞərqdə ilk carçısı Abbasqulu ağa Bakıxanov
Qüdsinin elmi, ədəbi, fəlsəfi xidmətləri tarixi əhəmiyyət kəsb edir.
A.Bakıxanov - orta əsrlərdən yeni dövrə, Asiyadan Qərbə, ənənədən müasir
mənada elmə keçidi hazırlayan ilk böyük maarifçi ədib və alimdir. O, özünün
zirvə məqamına M.FAxundzadə ilə çatan yeni ictimai fikrin də ilk baniləri
və klassik xadimləri sırasındadır.
Azərbaycan xalqının böyük mütəfəkkir alim vo şairinin zəngin elmi-
ədəbi irsindən seçmələrdən ibarət olan bu kitaba müəllifin “Təhzibi-oxlaq”
‘"Nəsihətlər”, “Kəşfill-Qaraib” əsərləri ilə yanaşı “Kitabi-Əsgəriyyə” povesti,
“Mişkatül-ənvar” poeması, lirik şeirləri və mənzum hekayətləri daxil
edilmişdir.
ISBN 9952-421-03-4
© “AVRASİYA PRESS”, 2005
ÖN SÖZ
Abbasqulu ağa Bakıxanov Qüdsi Azerbaycan xalqının ensiklope-
dik biliyə malik olan mütofəkkir simalarından biridir. O, tarix, fəlsəfə,
nücum, sərf-nəhv, ilahiyyat vo etikaya aid qiymətli əsərlər müəllifi,
foal maarifçi, eyni zamanda klassik Azərbaycan poeziyasının bütün
sirlərinə bələd olan qüdrətli bir şair kimi tanmır. Ədəbi-bədii irsi
dərindən öyrənildikco Bakıxanov gözlərimiz qarşısında daha da böyü-
yür. Onun XIX əsrin birinci yarısında yaşamış görkomli rus və Avropa
alim və şairlərilə bir cərgədə durduğu ürəyimizi sonsuz iftixar hissilə
doldurur. A. Bakıxanovun yaradıcılığına küll halında baxdıqda dünya-
görüşündəki bəzi ziddiyyətləri də görürük. Bu, şübhəsiz, onu əhato edən
mühitdən, sarsılmaqda olan feodalizm ilə yaranmaqda olan kapitali zm
arasında baş qaldıran ziddiyyətlərdən və şairin patriarxal dini baxışları
ilə realist, hətta bəzən materialist görüşləri arasındakı çarpışmadan irəli
gəlirdi.
A.Bakıxanovun bizə yadigar qoyub getdiyi əsərlər aşağıdakılardan
ibarətdir.
Şeirlər külliyyatı - buraya şairin “Mişkatül-ənvar” adlı poeması,
avtobioqrafik şerilən, mənzum hekayələri, qəsidə, qəzəl, qitə, rübai
və məsnəviləri daxildir.
Uzun müddət Bakıxanovun şerilər divanı itmiş hesab edildiyindən
o, bir şair kimi tədqiq edilməmişdi. Lakin bu sətirlərin müəllifi həmin
külliyyatı Respublika Əlyazmalan Fondunda tapıb, fars dilində yazıl-
mış bütün şerilərini Azərbaycan dilində nəşr etdikdən sonra alim-
lorimiz Bakıxanov Qüdsini qüdrətli bir şair kimi də tədqiq və təhlil et-
məyə imkan tapdılar 1 ,
“Riyazül-Qüds” - A,Bakıxanovun ilk əsərlərindən biridir. Doğma
Azərbaycan dilində yazdığı bu əsər əsasən mərsiyə xarakteri daşısa
da, yeri gəldikcə onu dinlə əlaqəsi olmayan lirik şerilərlə bəzəmişdir:
Bu şeirlər əsas mətndon ayrı-müstəqil əsər kimi oxunduqda, şairin
hələ yaradıcılığının ilk dövrlərində пө qədər bədii və gözəl şeirlər ya-
1 Bu barədə müfəssəl molum at almaq üçün bax: “Лигературныи Амрбаиджан”
jurnalı, 1964, № 3, səh, 65-71.
rada bildiyinin şahidi oluruq. A. Bakıxanov bir çox başqa klassiklə-
rimizdən fərqli olaraq öz əsərlərinin yazılma tarixini göstərdiyi üçün
yaradıcılığındakı inkişaf xəttini müəyyən dərəcə izləmək mümkündür.
Məsələn, o, “Riyazül-Qüds”in yazılma tarixim “əbcəd” hesabilə (əsərin
adındakı hərflərlə) göstərmişdir. Bu sözlər rəqəmə çevrildikdə hicri
1236-cı (miladil820) ili göstərir ki, buradan da müəllifin həmin əsəri
26 yaşında ikən yazdığı aşkar olur. Bu əsərdə sənətkarlıqla qələmə
alınmış şeir parçalarından aydın olur ki, A.Bakıxanov lap gənc yaşların-
dan ana dilində Şeir yazmağa başlamış və bu şeirlərin bir qismini
sonradan “Riyazül-Qüds”ə daxil etmişdir. Bu əsərdə Vaiz-Kaşifinin
“Rövzətüş-şühəda”, Məhəmməd Füzulinin “Hədiqətüs-süəda” və
Məhəmməd Bağır Məclisinin “Cİlail-üyün” əsərlərinin təsiri var.
“Qanuni-Qüdsi” - A.Bakıxanov bu əsəri uşaqlara fars dilinin sərf
və nəhvini sadə dildə öyrətmək məqsədilə yazmışdır. Bu dərslik kita-
bı farsların özlərindən də çox qabaq bu dilin təlimi üçün yazılan ilk
əsərlərdəndir. A.Bakıxanov əsəri üç fəslə bölür: fonetika, morfologi-
ya və sintaksis. Burada müəllif əsasən ərəb və rus dillərinin qrammatik
prinsiplərinə əsaslanmış, onları orijinal yolla fars dilinin daxili qanun-
larına uyğunlaşdırmağa çalışmışdır. O, Şərqdə bir onenə şəklini almış
qaydaya riayət edərək, bəzi misalları şeirlə vermişdir və bu şeirlərdə
atalar sözlərini xatırladan hikmətamiz fikirlər ifadə etmişdir. Müəllif
bu əsəri “Riyazül-Qüds”don təqribən 8 İl sonra, yəni hicri 1244-cü
(miladi 1828) ildə yazmışdır. Əsər İlk dəfə 1831-cİ ildə fars dilində,
1841-ci ildə isə Tiflisdə rus dilində nəşr edilmişdir, “Gülüstani-lrəm”
— A.Bakıxanovun müxtəlif dillərdə mövcud olan əsas mənbələri və
tarix kitablarını uzun illər oxuyub öyrəndikdən sonra, 1841-ci ildə ilk
dəfə Azərbaycan və Dağıstan xalqlarının tarixinə dair beş fəsildən
ibarət farsca yazdığı bu əsər özünün dərinliyi, əhatəliyi, tərtibi və tarix
elminə verdiyi tərif etibarilə müəllifinə dünya şöhrəti qazandırmışdır.
Azərbaycan və rus dillərində nəşr edilmiş bu əsər sonrakı dövrdə
yaşayan tarixçilərimizin stolüstü kitablarından olub, əsasən islamın
meydana gəlməsindən tutmuş 1813-cü ildə Rusiya ilə İran arasında
bağlanan sülh müahidənaməsinə qədərkİ dövrdə xalqımızın tarixini
tədqiq və təhlil etmək işində mühüm mənbələrdən biridir.
“Əsrarül-Mələkut” - Müəllifin nücum elminə dair ərəb dilində
yazdığı bu əsər Azərbaycan xalqının elmi təfəkkür tarixində, habelə
A.Bakıxanovun öz dünyagörüşünün təkmilləşməsində son dərəcə bö-
yük rol oynamışdır. Əgər A.Bakıxanov özünün ilk əsərlərindən biri
4 /^eKŞ)
(ŞLXsA 5 /''еХЗ
olan “Riyaziil-Qüd$”də şiələrin dini təziyələrini qoləmə almışsa,
“Əsrarül-Mələkııt” əsərində islam dininin ehkamlarının əksinə olaraq,
kainat quruluşunu və Günəş sistemini elmin o zamankı nailiyyətləri
arasında, material istcəsinə İzaha çalışmışdır. A.Bakıxanov Yeri kainatın
mərkəzi sayan geosentrik nəzəriyyəyə qarşı çıxaraq, Günəşi mərkəz
hesab edən heliosentrik nəzəriyyəsinin müdafiəçisi olmuşdur. Bu cə-
hətdən o, məşhur Polşa alimi Kopemikİn (1473-1543) XIX əsrə qədər
görkəmli alimlor tərəfindən artıq döno-dönə təsdiq edilmiş mütərəqqi fi-
kirlərinə tərəfdar çıxmış və bu əsərilə elm aləmində şöhrət tapmışdır. 1
“Təhzibi-əxlaq” - Bu kitabı A.Bakıxanovun əsas əxlaqi-fəlsofi
əsəri hesab etmək olar. Bu əsərdə o, cəmiyyət haqqındakı fikirlərini
bir sistem şəklində nəşr edərək, gonclər arasında nəcib əxlaq norma-
larını, onun gözəl cəhətlərim təbliğ edir. Əsər müqəddimə və xülasə-
dən başqa 12 fəsildən ibarətdir.
Müqəddimədə kitabın yazılma səbəbləri və hikmət qanunları, xü-
lasədə İsə bilik əldə etməyin sirləri haqqında danışılır.
Fəsillərin adlarından aydın olur ki, A.Bakıxanov bu əsəri yazarkən
klassik Şərq ədəbiyyatında bu səpkidə yazılmış bir çox kitabları araş-
dırmışdır. O, əsərdə bir əxlaq müəllimi kimi faydalı məsləhət və nə-
sihətləri ilə oxucunu düz yola dəvət edir, onu əməyə rəğbət, dostluğa
sədaqət, böyüklərə hörmət, təvazö və ədalətə çağırır. İnsan qəlbini
ləkələyən, onu cəmiyyət içərisində xar edən tənbəllik, riya, paxıllıq,
nankorluq, yalançılıq kimi alçaq sifətlərdən çəkindirməyə çalışır və Öz
fikir lərini elmi surətdə, dərin fəlsəfi izah və sübutlarla möhkəmlən-
dirir, bir çox məsələlərdə dünyəvi əxlaq cəbhəsində duraraq ümum-
bəşəri əxlaq normalarını təbliğ edir. Əsərdə yeri gəldikcə Şərqin Sənai,
Əttar, Rumi, Sədi, Hafiz kimi məşhur şairlərinin şeirlərindən istifadə
edir və əxlaq gözəlliyi ifadə olunmuş bu şeir parçaları ilə oxucunun
qəlbinə daha çox təsir göstərməyə çalışır.
1 A.Bakıxanov oreb dilində hələ 1832-ei ilde yazdığı bu eserini, Turkiyo yolu ile
Mokkeyə səfəri zamanı özü. ilə aparıb, 1846-eı ildo hakimiyyət başında olan Sultan
Əbdülməcidə toqdim etmişdir. O dövrim türk alimlori tərəfindən təqdir edilən bu әздг
Sultanın tapşırığı ilə görkəmli türk alimi Həya tızad ə Seyid Şərəf Tərəfindən türk
dilinə tərcümə və şərh edilərok “Əfkarül-cəbəmt fi əsrarül-məlakut” adı altında İstan-
bulda (1848) nəşr edilmişdir. A Bakıxanov bu səfərdən qayıtmayıb vəfat eldiyindən
əsərin noşrini görməmişdir. Müəllif bu əsəri fars dilində də yazdığını qeyd etmişdir.
Çox təəssüf ki, əsərin fars mətni bizim alimizdə yoxdur.
“Nəsayeh” - ədobiyyat tarixində “Kitabi-nəsihət”, “Nesihətrıamə”
və “Nəsihətləri’ adlanan bu əseri “Təhzİbi-əxlaq” əsərindən bir çıxa-
rış və ya ondan xülasə hesab etmək olar* Müəllifin yeniyetmələrə
tərbiyə vermək məqsədilə asan dildə yazdığı bu yığcam əsər 1 03 nə-
sihətdən ibarətdir. Bu nəsihətlərin əksəriyyəti bu gün də Öz əhəmiy-
yətini itirməmişdir. 1
“Kəşfül-Qəraib” - Amerikanın kəşfinə dair olan bu əsəri
A.Bakıxanov “Məriz” təxəliüslu şair-alim Mirzə Məhərrəm ilə birlik-
də fars dilində yazmışdır* Əsər təkcə Amerikanın kəşfi hadisəsi Пө
bitmir*
Burada Xristofor Kolumbun (1451-1506) başına gələn əhvalatlar,
o zamankı Amerika ərazisində yaşayan qəbilələrin ənənə və mərasimlə-
rindən, əxlaq normalarından, coğrafi və iqlim şəraitindən gcmş bəhs edilir.
Əsər sadə xalq dilində qələmə alındığından maraqla oxunur vo ta-
rixi oçerk təsiri bağışlayır, 2 * * *
“Ümumi coğrafiya” - Çox təəssüf ki 5 A,Bakıxanovun fars dilində
yazdığı bu qiymətli əsəri əlimizdə yoxdur, “Gülüstani-İrəm”də veri-
lən məlumatdan aydın olur ki, alim bu əsərində dünyanın təbii və siyasi
əhvalından, cəmiyyət quruluşundan, qitə və sərhədlərdən, maddələrin
tərkib vəziyyətindən... bəhs etmişdir Bakıxanovun yaradıcılığı ciddi
tədqiq edildikdə aydın olur ki, müəllif ərəb dilində “Əsrarül-
Mələkuf’u yazarkən özünün “Ümumi coğrafiya” əsərindən müəyyən
qədər istifadə etmişdir*
“Eynəl-mizan” - Məntiqə dair ərəb dilində yazılmış bu əsər də,
şairin şeirlər külliyyatı kimi, sən zamana qədər itmiş hesab edilirdi.
A.Bakıxanovun yaradıcılığı və onun fəlsəfi görüşləri üzərində ciddi
tədqiqat aparan professor Ənvər Əhmədov əsərin bir nüsxəsini Lenin-
qrad kitabxanasında tapıb dilimizə tərcümə etdirmişdir Bu əsər də
1 1907-ri ildə Bakıxanovun “Nosaych” əsəri qubalı “Məşədi Əbülqasım" adlı bir
şəxsin xahişi ile həmyerlisi Seyid Rza Miı Hüseyn oğlu tərəfindən Azərbaycan dilinə
tərcümə edilmişdir. Firidım boy Köçərli və başqa alimlərimiz tərəfindən Nəsihət-
namə” adı ilə çap edilən parçalar çox ehtimal bu tərcümədən alınmışdır. Bu tərcümə-
nin dili ağır və müəyyən təhriflərlə dolu olduğundan əsər bu səfirlərin müəllifi
tərəfindən orijinaldan tərcümə edilmişdir.
- Əsərin Leninqradda və iran dövlət kitabxanasında mühafizə eddən iki əlyazması
bir-birilə tutuşdurulacaq hu sofirlorın müəllifi tərəfindən Azərbaycan dilinə tərcümə
edilmişdir.
7 /ск & )
“Təhzibi-əxlaq” və “Nosayeh” əsərləri kimi ciddi fəlsəfi məzmuna ma-
likdir. Burada xüsusilə formal məntiq məsələləri aydın şərh edilmişdir.
“Kitabi-Əsgəriyyə” - A.Bakıxanovun doğma ana dilində yazdığı
bu əsər Azərbaycan ədəbiyyatı tarixində ilk povest adlana bilər. Bu-
rada iki gəncin pak və səmimi eşqi tərənnüm edilir, bu saf məhəbbətə
maneçilik törədən içtimai mühit, dini ehkamlar qamçılanır. Əsər mü-
əyyən mənada dastan şəklində qələmə alınaraq, nəsrlə nəzmin üzvi
birləşməsindən ibarətdir. Qəribə burasıdır ki, A.Bakıxanovun bu əsər-
də nəsr dili mürəkkəb ibarə və tərkiblərlə dolu olduğu halda, şeir dili
bədii və sadədir. İsmayılbəy Qutqaşmlmm “Rəşidbəy və Səadət xa-
nım” hekayəsindən əvvəl, XIX əsrin birinci yarısında yaranmış olan
bu əsərə görə A. Bakıxanovu müasir bədii nəsrimizin banisi adlan-
dırmaq olar.
* *
*
Abbasqulu ağa Bakıxanov Bakı xanları nəslindəndir. O, 1794-cü
ildə Bakrnm Əmİrhacıyan (Əmircan) kəndində anadan olmuşdur. Sonra-
lar XIX əsrin lap əvvəllərində Bakıxanovun atası Mirzə Məhəmmədxan
xanlıqlararası çəkişmə, vuruşmalar nəticəsində Bakıdan Qubaya
köçməli olmuş və yeddi yaşlı oğlu Abbasqulunu da özü ilə bərabər
aparmışdı. A.Bakıxanov ilk təhsilini Qubada almışdır. O, az müddətdo
ərəb və fars dillərini mükəmməl Öyrənmiş və bu dillənlə bir çox kitab
oxumuşdur. Bunun nəticəsi idi ki, A.Bakıxanov 1819-cu ilin son-
larında Qafqazın o zamankı baş hakimi general Yermolov torəfindən
Tiflisə çağırılaraq. Şərq dillori mütərcimi vəzifəsinə təyin olunmuşdur.
A.Bakıxanov mədəniyyət mərkəzlərindən birisi olan Tiflisə düş-
dükdən sonra onun bilik dairəsi daha da genişlənir. O bu şəhərin gözəl-
liyini özünün “Tiflis” müxəmməsində ustalıqla təsvir etmişdir.
Qüdsinin “Tiflis” müxəmməsi forma və məzmun etibarilə Molla
Pənah Vaqifin “Tiflis” müxəmməsi İlə səsləşir. A.Bakıxanov məşhur
Azərbaycan şairi, Mirzə Fətəli Axundovun müəllimi Mirzə Şəfi
Vazeh tərəfindən yaradılmış “Divani-hikmət” adlı ədəbi məclisin
iştirakçısı olmuş, şeirləşmələr (müşairələr) zamanı onun tərəfindən
təqdir edilmişdir. Tiflisə gələn rus şairləri, Avropa səyyah və alimləri
ilə yaxından tanış olan Bakıxanov həyata yeni bir nəzərlə baxmağa
<&&\ 8 /Ик§>
başlayır. Qüdsi rus şairlərinin əsərləri ilə tanış olmaqla bərabər, öz
şeirlərini də onlara təqdim edirdi. A.Bakıxanovun şeirləri hələ özü sağ
ikən dillər əzbəri olmuş və elm-sənət sahiblərinin nəzərini özünə cəlb
etmişdi. Təsadüfi deyildir ki, o zaman Tiflisdə yaşamış alman şairi
Fridrix Bodenştedt özünün “Şərqdə min bir gün” adlı əsərində Mirzə
Şəfi və Abbasqulu ağadan bəhs edərkən onun şairliyinə yüksək qiymət
vermiş və şeirlərindən bir neçəsini alman dilinə tərcümə etmişdi,
Xüsusilə “Tatar (Azərbaycan) nəğməsi” adlı şerinin rus dilinə tərcü-
məsi müəllifinə böyük şöhrət qazandırmışdı. Bu şeri A.Bakıxanovla
yaxından tanış olan polyak şairi Lado Zablotski nəsr şəklində polyak
Hilina çevirmiş və sonra o zamanlar Tiflisdə yaşayan şair Polonski polyak
dilindən ruscaya yenidən nəzmən tərcümə edərək “Zakavkazskiy
vestnik” qəzetinin 1847-ci il 3-cü nömrəsində nəşr etmişdi 1 .
Aşiqanə deyişməyə bənzəyən “Tatar nəğməsi” şeri yüksək sənət-
karlıqla yazılmış gözəl bir əsər kimi xalq arasında dillər əzbəri olmuş-
du. Təəssüf ki, bu əsərin A.Bakıxanovun işləyib şair Lado Zablotskiyə
verdiyi orijinalı əlimizdə yoxdur. Buna görə də onun forması haqqında
fikir yürütmək çətindir.
Fridrix Bodenştedt özünün “Şərqdə min bir gün” adlı əsərində
Qüdsinin “Fatma tar çalır” şerinin də gözəl nəğmə olduğunu qeyd et-
mişdir. Mirzə Şəfi Vazeh də bu nəğmənin A.Bakıxanova böyük şöhrot
qazandıracağını əvvəlcodən xəbər vermişdi. Doğurdan da, “Fatma tar
çalır” şeri öz emosional təsir qüdrəti ilə “Tatar nəğməsi”ndən heç də
geri qalmır. Təəssüf ki, bu şerin də orijinalı əlimizdə yoxdur.
Şairin dünyagörüşünün inkişafında onun rus yazıçılan ilə yaxından
tanışlığı əhəmiyyətli rol oynamışdır. Xüsusilə, “Ağıldan bəla” əsərinin
müəllifi A.S.Qriboyedov Пө onun əməkdaşlığı, hər İkisinin yaradıcı-
lığına müsbət təsir göstərmişdir. A.Bakıxanovun Puşkin yaradıcılığı
və Puşkin ailəsi ilə əlaqəsi də təsirsiz qala bilməzdi. A,S.Qriboyedovun
öz əsərlərinin İlk variantım A.Bakıxanova oxuması və onun fikrini öy-
rənməsi Qüdsinin hələ gənc yaşlarında çox dərin biliyə və hörmətə
malik olduğunu göstərir. Təsadüfi deyildir ki, A.Bakıxanov özünün
tarixi əsəri olan “Gülüstanİ-trəm”i Lado Zablotski ilə birlikdə rus dili-
nə tərcümə etmişdir. A.Bakıxanov məşhur rus şairi Bestujev-Marlinski
1 Polonski bu şeri bır az da təkmilləşdirərək 1851-cı ildə özünün "Bir neçə şeri*
adlı kitabçasına da*il etmişdir.
9
ilə də birgə çalışmışdır. 1833-cü ildo A. Bakıxanov Polşada çar canişi-
ni general-feldmarşal İvan Fyodoroviç Paskeviçin yanında olur. Onun
himayəsi ile daha böyük hörmət qazanır və beləliklə, Rusiyanın və
Avropanın mərkez şəhərlərini gəzir. Bir çox mədəni məclislərin qo-
nağı olursa da, qəlbi həmişə öz doğma vətəni üçün çırpınır. Ozüııün
“Xəyalın uçuşu” adlı poemasında şair Avropanın cah-cəlallı məclislə-
rində qəlbinin sıxıldığını, “Vətən” deyib qürbət yerdə gün keçirdiyini
və xəyalının onu doğma vətənə uçurduğunu ürək yanğısı ılo təsvir edir
və nəhayət, özünün yaşadığı
“Əmsar” adlı balaca kəndi böyük şəhərlərdən üstün tutur.
A.Bakıxanov vətən həsrəti, vətən məhəbbəti ilə doğma yurda can
atdığını başqa əsərlərində də təkrar-təkrar qeyd etmişdir.
A.Bakıxanov rus qoşununda hərbi xidmətdə olduğu zaman böyük
qəhrəmanlıqlar göstərmiş və hərbi texnikanı dərindən mənimsəyib, bəzi
mühüm tapşırıqları rəşadətlə yerinə yetirdiyi üçün dəfələrlə orden və
medallarla təltif edilmiş və polkovnik rütbəsinə qədər yüksəlmişdir.
Lakin hərbi xidmət onu kitayətləndirməmişdir. O, daima elmi, ədəbi
fəaliyyəti özünün ən sevdiyi bir sahə hesab etmiş və ömrünün sotı illə-
rini hərbi xidmətdən ayrılaraq, yaradıcılıq fəaliyyəti ilə, əsərlərini bir
yerə toplayıb nəşr etmək işi ilə məşğul olmuşdur.
...A.Bakıxanov Məkkə səfərindən salamat qayıtmadı. O, 1846-cı
ildə vəfat edərək, “Vadii -Fatimə” adlı yerdə dəfiı edilmişdir.
* &
jfc
Oxuculara təqdim etdiyimiz bu kitabda şairin bütün bədii əsərləri top-
lanmışdir.Biz burada A Bakıxanovun şairlik iste dad ından, onun po-
eziyasının sənətkarlıq xüsusiyyətlərindən nisbətən müfəssəl danışmağı
lazım bilirik.
A.Bakıxanovun şeirlər külliyyatına daxil olan əsərləri do müxtəlif
vaxtlarda yazıldığı üçün məzmun etibarilə bir-birindən fərqlidir.
Qüdsi klassik Şərq poeziyasının, xüsusilə Cəlaləddin Rumi kimi
böyük şairin təsiri ilə şeir yazdıqda panteizmə meyl edir, mütərəqqi
rus ədəbiyyatının təsiri ilə şeir yazdıqda isə onda realist meyllər güc-
lənir. Buna görə də A.Bakıxanovun ədobi yaradıcılığına birtərəfli
yanaşmaq otmaz. Onun istər dünyagörüşündə, istərsə bədii yaradıcıh-
10 /екЗ
ğında nəzəro çarpan ziddiyyətlər, şübhəsiz ki, şairin müxtəlif dövrlərdə
müxtəlif bilik səviyyəsinə, müxtəlif əqidəyə malik olması ilə izah edil-
məlidir. Yaradıcılığının ilk illərində (1820-ci illərdə) yazdığı “Riyazül-
Qüds” əsəri sırf dini mahiyyət daşıyırsa, 1829-cu ildə yazdığı
“Mişkatül-ənvar” poemasında sufizmin təsiri ilə panteist dünyagörüşünə
meyl edirsə, Azərbaycanın bir hissəsinin Rusiya tərkibinə daxil olma-
sından, şairin mütərəqqi rus yazıçıları ilə tanışlıqdan, Avropa
mədəniyyəti ilə yaxın təmasdan sonra, XIX əsrin 30-cu illərinin əv-
vəllərində yazdığı “Meraci-xəyal”, “Məclisi-fırəngi” və başqa əsər-
lərində artıq yetişmiş şair kimi nəzəri cəlb edir. A,Bakıxanovun bu
əsərlərində dini sxolastikadan və mistikadan əsər belə yoxdur.
Şairin dindarlığına da iki cohətdən baxmaq lazım gəlir. Onu sırf
dindar hesab edənlər möhkəm yanılırlar. A.Bakıxanovun elmi əsərlərin-
də və şeirlorində elə motivlər vardır ki, o, dünya zövqünü xəyyatnano
bir görüşlə axirət zövqünə qarşı qoyur və yaşadığı aləmdə fürsəti əldən
verməməyi təbliğ edir. O, zahid, şeyx və din xadimlərinin riyakarlığım
açıb göstərirdi. Dini təvəkküldə təsəlli axtarmağın oleyhinə çıxaraq, in-
sanları öz müqəddəratını həll etməyə, həyata fəal təsir gpstoıməyə çağırır.
A.Bakıxanov bir şair kimi tədqiq edilərkən hər şeydən qabaq onun
“Xəyalın uçuşu”, “Avropa məclisi”, “Ərzi-əhval” kimi avtobioqrafik
əsərləri üzərində dayanmaq lazımdır. Şair özünün “Xəyalın uçuşu”
poemasında səadəti uzaqlarda deyil, ancaq doğma vətənində axtar-
mağın lazım gəldiyini irəli sürür, ömrün mənasını xalqa xidmətdə və
yaradıcı əməkdə görür. Bu əsərində şair Polşaya səfərini, Avropa
məclislərini, orada olan cah-cəlalı təsvir edir. Lakin onun xəyalı bu
gurultu ilə qanaətlənmir, xəyal onu votonə aparır. Şair elm vo sənətlə
məşğul olub xalqa xidməti təbliğ etmək nəticəsinə gələrək əsərini bitirir.
Onun “Məclisi-firəngi” adlı əsərində də baş qəhrəman yenə şair özü-
dür. Bu şeirdə Qüdsi Avropanın mənfi əxlaq normalarını tənqid edir.
“Ərzi-ohval”da özünün daxili həyəcanlarını, eşqə, məhəbbətə sığın-
dığını nəzərə çarpdırır.
“Mişkatül-ənvar” (“Nurlar mənbəyi”) öz məzmunu etibarı ilə
Nizaminin “Məxzənül-osrar” (“Sirlər xəzinəsi”) adlı poemasına oriji-
nal bir nəzirədir. Kitabın adından da bu bənzəyiş nəzərə çarpır. Poema-
nın sonunda “Əməlin cəzası” adlı olduqca maraqlı hind əfsanəsi ilə bu
əsərin ideya məzmununa bir yekun vuraraq, ədalətin zülm vo riyaya
qalib gəldiyini göstərir.
©ЛәА 1 1 /”ek§)
Əlimizdə olan əsərlərdən aydın olur ki, A.Bakıxanov öz vəziyyə-
tindən razı qalmamış və zəmanədən acı-acı şikayətlənmişdin O,
“Bəyani-hal” sərlövhəsi ilo yazdığı şerində deyir:
Günəş Şərqdən tulu edib çıxan zaman səhərlər,
Ürəyimi min əzaba düçar edir qəm, kədər.
Sübh kimi köynəyimi parça-parça edib mən.
Odlu ahlar çəkirəm hey bu yanıqlı ürəkdən.
Başqa bir şerində öz zəmanəsində ictimai ədalətsizliyə qarşı çı-
xaraq һөг şeyin öz yerüıdo olmadığını nəzərə çarpdırır:
Bülbül İlo qarğanı gör salırlar bir qəfəsə
Forq qoyulmur bu dünyada məhəbbətlə həvəsə.
Təəssüf kİ, bu ömrümüz boşa gedir anbaan,
Nə xeyr işə sərf olunur, nə sevgiyo, ah-aman!
Zəmanə min bəla verir, ürəyimi qanadır,
Üzümdəki alhq mənim ürəyimin qanıdır.
Sonra şair öz müasirlərindən şikayətlənir. Layiqincə qiymətləndi-
rilmədiyini, iztirab və düşüncələrini duymadıqlarını qeyd edərək
yazır:
Gözlərimdən qan sel kimi axır, qəlbim dağlıdır,
Qönçə kimi könlüm dolu, dodağımsa bağlıdır.
Çox sirlər bilirəm mən, açmağasa yox imkan,
Desəm belə, bu dünyada kimdir məni anlayan?
O, ədalətsizliyə qarşı çıxaraq “Mişkatül-ənvar” əsərində tL Şah
necə olmalıdır” məsələsini belə həll edir:
Şahın hökmü olmalıdır xalq rəyinə müvafiq,
Elə bir iş tutmalıdır ki, olsun xalqa layiq,
Нөг zalim şah ölkəsində zülmə edərsə adət.
Heç zaman xalq içində hökm sürməz ədalət.
Lakin o, şahların nəsihətlərlə düzələcəklərinə inanmadığı üçün bəd-
binliyə qapılır, iztirablı qəlbinə təsəlli axtarır. Qüdsi bütün dərdi, qəmi
dağıtmaq üçün saf eşq və təmiz məhəbbəti gözəl vasitələrdən biri hesab
edir. O deyir:
Bu dünyada şadlıq ancaq məhəbbətdə görünür,
Xoş o keşin luılıııa ki, eşq ardınca sürünür,
Eşqdir bu ələmləri, dərdi, qəmi dağıdan.
Ancaq onun sayəsində fərəhlənir hər insan.
Qüdsinin mənzum hekayələri də həm şəkil, həm də məzmun eti-
barı ilə son dərəcə maraqlıdır. Şair bu şeirlərində çox lakonik surətdə
ideyalarını oxuculara aşıladır vo həmişə haqqı, ədaləti müdafiə, zül-
mü, haqsızlığı isə ifşa edir.
Bakıxanov insan şüurunun qüdrətinə böyük qiymət verərək “Hik-
mətin fəziləti” adlı mənzum hekayəsində çox maraqlı bir lövhə yara-
dır. Burada dünyada ən xeyirli şeyin hünər və qabiliyyət olduğunu, ən
yaxşı şeyin xeyirxahlıq olduğunu və ən lazımlı şeyin həqiqət olduğunu
aydın boyalarla təsvir edir. Bu fikir onun “Məşvərətin şərtləri” şerində
də öz əksini tapmışdır. Bu şeirdə qoca bir alim qəddar əmirə müraciət
edərək düşünməməyo, qanmamağa qadir olmadığım bildirir. Şair yazır:
Şərafətə çatar insan artarsa onda şüur
İnsan idrak sayəsində günəş kimi verər nur.
“Ümidin boşa çıxması” şeri də şairin qeydə layiq əsərlərindəndir.
Burada bağban Həsən şah qapısından ümid gözlədiyi halda, oradan
ancaq əzab və işgəncə görür. Nəhayət o, şahın üzünə duraraq cəsarə-
tlə deyir ki, bütün ailə üzvlərinə, qohum-qardaşma və dost-aşnasma
nəsihət edəcəkdir ki, ömürlərində şah qapısından kömək və mərhəmət
ummasınlar,
A.Bakıxanovun qəzəlləri də üz incəliyi və məzmunu ilə diqqəti
cəlb edir. Klassik Şərq poeziyasında böyük şöhrət qazanmış Xaqani,
Hafiz, Füzuli kimi ustadların qəzəl sahəsindəki ənənələrini davam et-
dirən Qüdsinin, indi əlimizdə Azərbaycan və fars dilində 140-a qədər
qəzəli vardır. A.Bakıxanovun istər azərbaycanca və istərsə də fars dilin-
də yazdığı qəzəllərini gözdən keçirdikdə onun ən çox Füzuli sənətin-
dən ilham aldığı nəzərə çarpır. Füzuli ədəbi irsinin Bakıxanova təsiri
onun “Riyazül-Qüds” və “Kitab i-Əsgəriyyə”sində də özünü parlaq
surətdə göstərməkdədir.
A.Bakıxanovun lirik əsərlərinin əksəriyyəti, xüsusilə qəzəlləri
əsas etibarı ilə azad eşqi tərənnüm edir. Lakin şairin elə qəzəlləri
<$Јз\ 12 ZakS
də vardır ki, onlar siyasi mövzulara həsr olunmuş, dövrün ictimai
vəziyyətini və şairin dövrdən şikayət səciyyəli etirazlanm ifadə edir.
Məsələn:
Cahan ohli bu icz ilə özünü zənn edər sultan.
Sözü “düzlük” olar, lakin oğurluqdur işi hər an.
Sənə möhtac olan dəmdə əyər baş, qul olar, lakin
Ona düşsə işin dərhal vurar dəm kətxudalıqdan.
A.Bakıxanovun azərbaycanca yazdığı qəzəlləri içərisində "Şəklin
göstərir” rədifli qəzəl şairin müasirlərinin nəzərini daha çox cəlb etmiş və
bir çox görkəmli Azərbaycan şairi, o cümlədən Mirzə Şəfi Vazeh, Mirzə
Mehdi Nacı, Sədi Sani Qarabaği və başqaları haman qəzələ nəzirə
yazmışlar.
Şairin Azərbaycan dilində yazdığı şeirləri içərisində "Bismillah”
rədifli müxəmməsi də bədii xüsusiyyətlərinə görə diqqəti cəlb edir.
"Bismillah” sözü burada heç yerdə dini məfhum olmayıb, bəlkə "buyur”,
“iqdam et”, “qədəm qoy” kimi mənaları ifadə etmişdir. Bu əsər hələ
1907-ci ildə “Füyuzat” məcmuəsində' çap edildikdən sonra oxucula-
rın hüsn-rəğbətini qazanmış və təkrar-təkrar nəşr edilmişdir. Bakıxanovun
“Gürcülər arasında” mənzum məktubuna da “Şəklin göstərir” rədifli
qəzəli kimi nəzirələr, bənzətmələr yazılmışdır. Bu nozirələr içərisin-
də Qasım bəy Zakir və Mirzə Ələsgər Növrəsın nəzirələri də vardır.
Şairin məzmunca dərin, formaca gözəl şeirləri onu XIX əsr Azərbaycan
poeziyasının görkəmli siması səviyyəsinə qaldırır.
Qüdsinin bədii yaradıcılığından aydın olur ki, o, klassik şairlərin ədəbi
ənənələrini davam və inkişaf etdirməklə bərabər yeni demokratik ədə-
biyyatm banilərindən biridir.A.Bakıxanovu ciddi öyrənmədən biz. Mirzə
Fətəli Axundovu, Həsənbəy Zərdabini, Seyid Əzim Şirvanini və XX əsrin
bir sıra görkəmli mütəfəkkir ədib vo şairlərini aydın dərk edə bilmərik.
Mütəfəkkir sənətkar özünün “Xəyalın uçuşu” əsəri İlə Azərbaycan
ədəbiyyatı tarixində, müasir mənada, poema janrının təməlini qoy-
muşdur.Qna qədər biz məsnəvi şəklində yazılmış müstəqil bıoqrafik
poemaya təsadüf etmirik.
Böyük şair eyni zamanda rus xalqının ədəbiyyatına dərin rəğbət
bəsləmişdir. O, Krılovun “Eşşək və bülbül” təmsilini Azərbaycan di-
1 “Füyuzat” məcmuəsi, İ9Ö7, №28
®LXsT\ 14
linə sərbəst torcümə etmiş, "Yersiz iftixar”, "Qurd və ilbiz”, "Tülkü və
qoyun” adlı alleqorik əsərlər yazmışdır.
A.Bakıxanov xalqlar arasında qarşılıqlı modoni əlaqələrin getdik-
cə genişlənməsinə böyük əhəmiyyət vermişdir. Təsadüfi deyildir kı ?
bu ıııcyl Mirzə Fətəli Axundov, Seyid Əzim Şirvanı, Abbas Səhhət vo
başqa klassiklərin əsərlərində daha da güclənmişdir.
A + Bakıxanov yaradıcılığındakı ziddiyyətlərə baxmayaraq, mütərəqqi
yol tutmuş və həmişo xalqın tərəfində olmuşdur* Məsələn, o deyir:
Hər kəs həqdən ol üzə, hərgiz qovuşmaz xəlqə o*
Xolq ilə birləşsə olmaz heç zaman həqdon копат.
Yaxud:
Hünərmi, ey Qüdsi, xəlqə əziyyət.
Mərd sən sə et xalqın doıdino dərman.
A.Bakıxanov tüfeyli həyat sürən adamları ifşa edib, onları cəmiy-
yətin yaralan, namuslu əməyi isə səadətin açan hesab edir. O, “yara-
dan, ruzunu da verəcəkdir” fikrini qəbul etmir* Onun zənnineo bekar
duranlar "insan” adlanmağa layiq olmayanlardır. Şair “Mişkatül- ənvar”
poemasında “omaksiz insan yaşaya bilməz” ideyasını yüksək səylə
irəli sürmüşdür:
Əməksiz, bil, bu aləmdo ış aşmaz, ruzi bəxş olmaz,
Bizimdir һог əməl, hər tş, bizə bunlar müyəssərdir.
Şair yeri gəldikcə riyakar din xadimlərini də ifşa etməkdən çəkinmə-
mişdir. O yazır:
Məsciddə, xudnümalıq adət olmuş hər kəsə.
Təkəbbürlə Öyüıımək qəribə bir halətdir.
Özgənin zərərində axtarar öz xeyrini.
Alçaqlıq vo rozalet onlara bır adətdir.
Hanı özündən keçib millətə xidmət edən.
Kimin. işi ? göstərin, vətəninə xidmətdir?!
A. Bakıxanov sənətkar şairdir. O, təşbeh, istiarə, kinayə, təzad və
başqa bədii ifadə vasitələrindən böyük məharətlə istifadə etmişdir.
Şair təbiəti sadəcə olaraq təsvir etmir, canlı, real lövhəsini yaradır:
15 /'skü)
Zaman gözəl bir zamandır, gülməkdədir ilk bahar,
Güllər açmış, çəmənlərdə olmuş hər yer laləzar.
Sabah yeli vurmaqdadır gülüstana min bəzək,
Çəmənzarın simasına ənlik vurur hər çiçək:
Hər tərəfdə kef əhlindən etmək üçiin bir xahiş,
Yarpağını kağız edib göndərir gül sifariş.
Bu gülşəndə bir saqidir al geyinmiş hər lalə,
Almış ələ o gül rəngli, jalə dolu piyalə.
Şaİr Quba almasım təsvir edərkən onun san və qırmızılığını kədər
və sevinc rəmzi kimi qələmə alır.
Heç kəs belə alma görməmiş yəqin,
Onda ətri vardır gözəl güllərin.
Bir yanı qırmızı, san bir yanı.
Var idi fərəhdən, dərddən nişanı.
Aşiqlə məşuqdur guya bu sayaq,
Birləşib oturmuş qucaqlaşaraq.
Qüdsinin çox incə və mürəkkəb cinasları var. O, böyük bir məha-
rətlə sözləri mum kimi şəkildən-şoklə salıb, ağıllı və mənalı ifadə-
lərlə bədii ifadə vasitələri, orijinal istiarələr, mübaliğələr, kinayələr
yaradır. Bircə “Sərdar” sözündən istifadə edərək, şerin hər misrasında
onu başqa mənada işlədir. Bütün bunlar göstərir ki, A.Bakıxanov
klassik Azərbaycan poeziyasının və əruzun bütün incəliklərini bilmiş
və Öz şeirlərində Xaqani, Nizami, Füzuli ədəbi məktəbinin ən müqtə-
dir davamçı lanndan biri olmuşdur.
Bu kitaba Bakıxanov Qüdsinin şeirlər külliyyatına daxil olan fars-
ca yazdığı bütün əsərlərindən başqa “Riyazül-Qüds” əsərində istifadə
etdiyi şeirlərin bir qismi, müəllifin Azərbaycan dilində yazdığı şeirləri
müvafiq bölmələrə əlavə edilmiş və belə şeirlərin birinci misrasının
qarşısında (*) İşarəsi qoyulmuşdur. Bunlardan başqa şairin “Fatma tar
çalır” nəğməsi, “Qurd və ilbiz” təmsili, “Gözəl yay” şeri və altı qitəsi
Lev Ginzburqun və ‘Tatar nəğməsi” Polonskinin polyakcadan ruscaya
tərcümələrindən Azərbaycan dilinə çevrilmişdir.
Məmmədağa Sultanov
Qj§\ 16 Л3)ч5>
„.Hicri 1248-ci (miladi 1831) ildə bu kiçik bəndə bakılı Mirzə
Məhəmməd xanın oğlu Abbasqulu Qüdsi təxəllüs... 1 xalqların böyük
adamlarının, islam, yunan və Avropa filosoflarının əsərlərindən bir
qədər tədqiqat İşi apararaq. Öz ağlımın dərəcəsinə görə material topla-
yıb, bu müxtəsər kitabçanı yazmaq istədim. Hərçənd mənim elə isteda-
dım yoxdur ki, özümün qafilliyim və nöqsanlarım göz qabağında ikən,
başqalarına nəsihət verməyə cəsarət edim.
Naməlum bir şair demişdir:
“Özün bələd olmadığın məsələ barədə başqalarına öyüd vermə,
çünki əvvəlcə ox kamana qoyular, sonra nişana atılar".
Lakin əgər yenə bu vasitə ilə bir azacıq mənfəət hasil olub, onun
bəzi mətləbləri kamal əhlinə layiqincə, başqalarına müəyyən dəroco-
də təsir edərsə, deməli, mənim səyim hədər getməmiş olacaqdır. Əgər
buna da qabil olmasa, yenə bekarlıq və ya boş həvavü həvəsdə, xaiqa
zorər verməkdə sərf oluna bilən ömrümüz, yaxşı olar kı, elə-belə işə
sərf olunsun.
Məzmuna müvafiq olaraq adını “Təhzib-əxlaq” ("Əxlaqın təmiz-
lənməsi”) qoyub, onu bir müqəddimə, bir xatimə və 12 fəslo böldüm:
Müqəddimə - Hikmət qaydaları haqqında;
Birinci fəsil Etidala riayət etmək haqqında;
İkinci fəsil - Yaxşılığın fəziləti haqqında;
Üçüncü fəsil - Rahatlığı əldə etmək haqqmda;
Dördüncü fəsil - Adətə bağlılıq haqqmda;
Beşinci fəsil - Şöhrət haqqında;
Altıncı fəsil - Eşq aləmi haqqmda;
Yeddinci fəsil - İşin (əməyin) faydalan haqqında;
Səkkizinci fəsil - Rəftar qaydaları haqqmda;
Doqquzuncu fəsil - Təvazökarlıq qaydaları haqqında;
Onımcu fəsil - İnsaf haqqmda;
On birinci fəsil - Qənaətin şərtləri haqqında;
On İkinci fəsil - Təvəkkül qaydaları haqqında;
Xatimə - Maarifin rəmzləri haqqmda.
] Kitabda üç ııöqte (...) qoyulan yerlərdə ixtisar vardır (Л£ £.)
@^fT\ 19
MÜQƏDDİMƏ
HİKMƏT QAYDALARI HAQQINDA
Nemətlərə yiyələnmək barədə düşündükdə və şeylərin həqiqətini
araşdırdıqda elə bir keyfiyyət əmələ gəlir ki, gözəllik və çirkinlik onun
vasitəsilə nəzərə çaıpır. Beləliklə, heç bir şey insana qəribə görünməz
və o, çətinliklə təsəlli tapar, öz təbiətinin qaranlığında təcəlla nuru
panldar vo insan bu vasitə ilə elmi öyrənməyi və məsarifi (sərf olunan
şeyləri) təhqiq elməyi bacarar və bəşəriyyətə məxsus olan həvavü
həvəsi' özündən mümkün qədər uzaqlaşdırmağa müvəffəq olar. Bu
cur təfəkkür əsl hikmət deməkdir. “Hər kəs hikmətdən xəbərdar olarsa,
böyük faydalar alar” hökmünə görə hikmət insanı bu dünyada afiyətə,
can sağlığına sahib, axirətin nemətinə varis edər. Sənai 2 demişdir:
“Bir elm ki, səni səndən ala bilmir
Cəhalət elə elmdən yüz dəfə yaxşıdır”.
Hımmətın məqsədi göy cisimlərini və onların hərəkət xətlərini
müəyyən etmək deyil, bəlkə maarifi təhsil və məsrəfləri təhqiq etmək-
dir. Lakin bunlar xalq üçün bir təhsil vasitəsi olmaq əvəzinə bir maneə
alətinə çevrilmişdir.
Müəllif deyir: “Bəziləri mədrəsənin qcylü-qalından baş çıxarma-
yıb, cəhl və heyrət içində qalar”.
Belə ki, bilinin vaxtı nəhvə, o birinin vaxtı mənasız bəyana sərf
olunur. Başqa birisi əsildən qafil ikən, üsulun qeydindədir; daha o birisi
zəif və qüvvəsiz olduğu halda, xəbərləri araşdırmaqdadır.
Bəli, bunların hamısı bilik üzündən deyil, bəlkə adətin təsirindən-
dir. Çünki hər kəs hər hansı bir cəmiyyət içərisində yaşarsa, o cəmiy-
yətin əxlaqım mənimsər, yaxud o cəmiyyətə zidd olmaqda öz zərərini
və ona yaxınlaşmaqda öz xeyrini güdər, özünü onlara bənzədər; daha
burasım düşünməz ki, Allah ona idrak qüvvəsi vermiş, ağlı yaxşını yaman-
dan seçmək üçün təyin etmişdir ki, bu vasitə ilə sair heyvanlardan üstün
olub seçilsin. Yoxsa bəşoriyyətə məxsus olan bu zahiri fayda və zərəri
heyvanlar da hiss edirlər. Bu baxımdan arada insanı heyvandan ayıran
1 Nəfsin aludəsi olmaq (M.S.)
I Pf. Ə ^ ad,an çəki,ən “üelliflor haqqında kitabın sonunda melumat verilmişdir
Muelhf- yəni Bakıxanov özü
©ЛзЛ 20
bir fərq qalmaz. Belə olduğu təqdinlə, əql ilə təhqiqat aparmadan,
həqiqi faydalı bir ümidin nədən ibarət olduğunu, baş verə biləcək şərri
göstərən qorxunun nə olduğunu və ondan nə cür qorunmağın lazım gəl-
diyini, bu qorunmanın mümkün ola biləcəyini necə bilmək olar? Ona
görədir ki, çoxlan istəklərinin nə olduğunu özləri bilmədikləri halda,
onu elə bir yerdən və elə bir şəkildə tələb edirlər ki, bunu əldə etmək
mümkün olmur. Əldə etdikləri nəticə arzularının əksinə olduqda, boxt-
lərindən küsürlər və özgələrini bunda müqəssir bilirlər.
Müəllif deyir.
“Ürəyin mətləbi nədir, əgər mətləb yoxsa, kimdən şikayət edirsən? Heç
kəs səbəbsiz kədərlənməməlidir”
Hamıdan pisi odur ki, Allahı xeyrin maneəsi kimi zənn edərək,
“təqdirim tədbirimlə uyğun gəlmədi” - deyirlər. Bəli, bütün bunların
səbəbi onların öz nöqsanlarını bilmədikləridir. Bəlkə də özlərini nadan
və pis hesab etmok istəmirlər. Mənim öz halım buna misal ola bilər:
Gənclik çağlarında Öz ağlıma tamamilə inanırdım, nöqsanlı oldu-
ğumu heç zaman ürəyimə gətirmirdim. Rəyimə müvafiq olmayan bir
işə və ya istəyimin əksinə nəticələnən bir məsələni özgəsindən bilə-
rək, zəmanə adamlarını təqsirləndirirdim. Hərçənd ki, onlar da günah-
sız deyildilər. Lakin onlann günahı mənim düşündüyüm qədər deyildi.
Getdikcə təhqiqatım və təcrübəm artdı, öz ağlımın dərəcəsinə şübhə
etməyə başladım. Dərk etmədiyim nöqsanlarım yavaş-yavaş meydana
çıxdı. Nəhayət kefimin xoş bir çağında və yabançılardan uzaq oldu-
ğum bir zamanda insafı hakim edərək, özümün xasiyyət və rəftarımı
bir-bir nəzərdən keçirdim. Molum oldu ki, mənim təsəvvürlərim puç
olub, nəfsimin şəhvətimin təsiri altında imiş. Yaxşı sandığım şey mənim
halıma uyğun deyilmiş. Vaxtilə zehnim və zəkam xudbinliyimə qalib
gəlmiş olsaydı, bu gün peşmançılığını çəkdiyim işləri görməzdim.
Sonra ən çox güvəndiyim elmimin dərəcəsini bilmək istədim.
Təhqiq etdikdən sonra elmimin zahiri işləri belə əhatə etmədiyinə tə-
əccüb etdim. Təcrübəyə deyil, təsadüflərə və adətlərə qapılmışammış.
Həqiqəti deyil, xəyalı özümə rəhbər tutmuşammış. Bir çox lüzumsuz
şeyləri əldə edərək lazımi ılarından xəbərsiz olmuşam. O vaxtdan ədəb
və bilik əldə etmək, əxlaqı təmizləyib saflaşdırmaq və təhqiqat apar-
maq üçün keçmiş adamların kitablarına əl atdım. Buradan da istədiyim
tam hasil olmadı. Gördüm biri zahidliyə və şübhəyə qapılmış, başqa
birisi hər şeyi inkar edərək, hətta inam və əqidənin zəruri işlərindən
21 /IŞkŞ)
belə kənarda qalmışdır. Birisi şirindilli, amma ürəyi qərəzlidir. O birisi
şöhrət qazanmaq üçün özünü tərifləyir. Bunların arasında bir neçə haqq
danışana rast gəldimsə, onların da sözləri maarifə və həqiqətə uyğun
olduğuna baxmayaraq, aralarında elə ixtilaflar var idi və bir-birindon
elə fərqlənirdilər ki, mətləbləri tutuşdurmadan və dəlilləri araşdırma-
dan onları anlamaq çətin idi.
Elə ki, günbəgün əhvalımı, nöqsanımı mülahizə etdim, dünyanın
qabaqcıl adamlarının və xalqların böyük alimlərinin əsərlərini araşdır-
mağa və tədqiq etməyə başladım, onlardan bir az xəbərdar olmaqla
çox faydalar əldə etdim. Həyəcan və iztirabım nisbətən yumşaldı. İndi
çətinliklərin çoxundan təsəlli yolu tapmışam. Dövlətimlə sevinmirəm,
çətinlikdən şikayətim azalmışdır. Bundan təsəvvür e (mok olar ki, bilik
vo təcrübə dərəcəsi artmış olsa, nələr görərik.
Birinci fəsil
ETİDALA RİAYƏT ETMƏK HAQQINDA
...Aləmin dövr etməsi bır-birino tam zidd və müvafiq səbəblərə
bağlı olduğu üçüıı heç bir işi vasitəsiz başa çatdırmaq müyəssər olmur,
ona görə səbəblərdən hər birinə Öz yerində riayət etmək lazımdır ki,
işlərin rədd və ya cəzb olunması nəticəsində bir sabitlik və habelə
şeylərin ixtilafından və cürbəcür xassələrindən bir etidal } əmələ gəlsin;
çünki etİdal olmasa, heç bir şeyin davamı olmaz. Zahiri işlərin özündə
belə bu etidal gözə çarpır.
Dünyanın məhsulatı rütubətə (suya) möhtacdır, lakin həddindən
artıq olsa, məhsulu zay edər. Yer kürəsinin soyuqluğu mane olmasa, gü-
nəşin hərarəti aiomi yandırar. Hər şey təbiətdə lazımi və kifayət qədor
müoyyən edildiyi üçün, insana da lazımdır ki, başdan-ayağa bir aləm-
dən ibarət olan öz bədənində təbii surətdə təşəkkül tapmış bu qanuna
əxlaq baxımından dəxi riayət etsin, bütün xislətlərdən artıq bunun
qeydinə qalsın çünki yalnız bunun vasitəsilə başqalarını da islah etmək
olar
“Hər şeyin orta vəziyyəti yaxşıdır*’ - hökmünə görə insanın da xeyir-
xah xasiyyətləri bəyənilər və işi faydalı olar.
1 Orta vəziyyət, müvazinət (MS)
22
„.Etidal cığırından çıxan adamın işi aləmin nizamı və təbiətin xasiy-
yətlərinə zidd olduğu üçün, aydındır ki, zərərli olar. Təmiz xasiyyətli
o adama demək olar ki, o hər işində iffat-təfritdən J çəkinib, orta bir yolu
özünə şüar edə və bu vəsaitə (səh. 25-ө bax).
Etidalın fəziləti o qədər aydındır ki, heç kəs onu inkar edə bilməz.
Müxtəsər mülahizə etməklə məlum olar ki, xəsislik pis xasiyyətlərdən
biri olduğu kimi, israfçılıq da ona bənzər bir şeydir. Həlimlik xasiy-
yətlərin ən yaxşısı hesab edilir, ancaq yeri gəldikdə qəzəbsiz də iş
keçmir. Yaxşılıq etmək yaxşı şeydir, lakin yamanlara yaxşılıq etmək,
yaxşıların haqqında pislik etmək kimidir. Hərisliyi pisləyirlər, amma
tənbəllik də ondan yaxşı deyildir. Dəfələrlə təcrübədən çıxmışdır ki,
etidal həddindən çıxan hər bır işin təsiri, əksinə olar. Məsələn, işrət
getdikcə adət şəklini alır və axırda hər bir adi iş peşmançılığa səbəb
olur. Azadlıq ifrat dərəc əsino çatdıqda özbaşınalığa çevrilir. Şöhrətpə-
rəstlik insana qalib gəlsə, onu öz nəfsinin qulu edər. Zehnin itiliyi fə-
sadlı və puç xəyallara qapılarsa, axmaqlığa çevrilər Ehtimal və təsdiq
işində olan ifrat bilik, tərəddüdə və şübhəyə gətirib çıxarar.
İkinci fəsil
YAXŞILIĞIN FƏZİLƏTİ HAQQINDA
Alomin hərəkət dairəsi səbəblərin varlığından asılı olduğu üçün,
hər bir cüzün özünə məxsus xasiyyəti vardır və һөг bir xasıyyot də bir
xeyirli iş üçündür. Əgər iş məsləhətə müvafiq olsa, bu işin nəticəsi də
xeyirli olar. Deməli, aləmdə olan hər şey xeyir üçün yaradılmışdır,
həqiqətdo şorın vücudu yoxdur Şor hiss olunarsa, o da xeyir üçündür.
Aydındır ki, böyük xeyir xatirinə cüzi şərə yol vermək özü məsləhətli və
xeyirlidir. Necə ki, ilan vurmuş barmağın kəsilməsi bütün bədəni qo-
rumaq üçün zəruridir.
Mövləvi deyir:
“Dünyada müti o q pislik yoxdur;
Bil ki, pislik də nisbidir".
1 Höddindwı lap az və ya lap çox (М£.)
23
Aləmin bütün cüzlərində, vacıbəl-vücudun (Allahın -M. S.) zatın-
dan başqa həqiqi təsiredici bir qüvvə yoxdursa da, insana hor bir işi
görmək üçün ixtiyar və bacarıq verilmişdir. İnsan bir işi görməklə sa-
vab vo günah qazana bilər. Belə ki, nütfəyə aləmin nizamına uyğun
olaraq mayalanmaq və uşaqlıq kisəsinə bəsləmək qüvvəsi vermiş,
balanın qidası üçün heyz qanını müəyyən etmişdir. Vədə başa çatdıqda
onun dünyaya gəlinəsi üçün şərait yaratmışdır. Bunların hamısı qüdrəti -
ilahidir. Lakin insan onun hökmü xilafına olan zinaya məşğul olduqda
məsuliyyətə cəlb olunur.
Dünyada heç bir şey təbiətin ziddinə çıxa bilməz. Şeylər öz var-
lıqlarında gözlənilən vəzifəni icra edə bilməzlər. Lakin insan müstəs-
nadır, çünki o bu işi görməyə və görməməyə muxtardır. Bu səbəbdən
də o həm yaxşı, həm də pis iş görə bilər. Aləmdə əsil məqsəd və həqi-
qi məsləhət xeyirdən ibarət olduğu üçün aləmin ən şərafətli cüzi olan
insan da gərək borclarını əda eləsin vo öhdəsinə düşən vəzifəni unut-
masın. Həmişə yaxşılıq etməyə çalışsın və bilsin ki, əxlaqı təmizləyib
islah etməkdən və maarif təhsil etməkdən məqsəd yaxşılıqdır. Çünki
onsuz əməl meyvəsiz ağac kimi təsirsiz olar.
Misra:
“Bu əkin yerrado yaxşılığı yaxşı ək!”
Lakin çoxları pis işi yaxşı təsəvvür edərək görür və yaxşılıq əvə-
zində pislik edirlər. Yaxşılıq odur ki, onda ümumun mənfəəti olsun.
Belə olduğu təqdirdə ümumun mənfəəti xatirinə xüsusi zərəri qəbul
etmək lazımdır. Dünyada adamların işinin çoxu qərəz üzündən oldu-
ğundan hər faydalı işə yaxşılıq və hər bir zərərli nəticələnən işo ya-
manlıq demək olmaz. Adamların yaxşı işlərinin çoxu yamanlıqdır. Çünki
bir nəfərə yaxşılıq etməklə min nəfərə zərər yetirir. Bu ona bənzəyir
ki, soyuq dəymiş adamı isitmək üçün elə bir od qalayalar ki, o oddan
bir şəhər alışıb yana. Belə olduqda, lazımdır ki, hər kəs özünün bütün
işlərini və hərəkətlərini insaf gözü ilə mülahizə etsin: başqasına ya-
manlıq etmək fikrində olan adama yaxşılıq etsin. Çünki birisi başqasını
bir işə sövq edirsə, o işi özü görmüş kimidir. Çox vaxt olur ki, bir nəfor
günahkarın halına acıyaraq və ya öz mənafeyi ucundan qanunla cəzaya
layiq olan adamı xilas edir və sevinib deyir ki, bu gün mon yaxşı iş gör-
müşəm. Daha orasını bilmir ki, bu vasitə ilə o başqa cinayətkarlara da
cəzadan xilas olmaq ümidi vermiş bir günaha batmışdır.
(sLXsTx 24 ЛЗк©
Günahkarın bağışlanmasına vasitəçilik etmək ümumun asayişini
pozan ən pis hərəkətdir.
Günahkarın haqqında vasitəçilik edən şəxs iş sahibini ya zalım bilir
və ya onu günaha batırmaq istəyir. Cəza yersizsə-zülmdür, haqdırsa
müqəssirə cəza verməmək günahdır və başqalarının tüğyanına səbəb
olur.
Bağışlamaq əxlaqın өп gözəlidir. Lakin bu bağışlamaqdan zülm
doğmamalıdır. Bir günahsızın haqqında açıqdan-açığa zülm edildikdə
xalq həyəcana gəlib zalım haqqında deyər ki, filankəs nə pis iş gördü.
Lakin günahkarı məlum səbəbə görə bağışlarlarsa, onu tərif edərlər,
amma bilməzlər ki o qədər təəssüfə səbəb olan zülm yalnız bir nəfər
haqqında idi; lakin onun tərif olunan əfvi başqalarım günaha müşviq
edir və bu isə min nəfərin haqqında zülm deməkdir. Yaxşısı budur ki,
bir nəfərin cəzalandırılması ilə min nəfər rahatlansın. Şəxsi qərəzlə iş
görən adama və ya əvəzini nəzərdə tutub yaxşılıq edənə yaxşı demək
olmaz, çünki bu, alverə bənzər və Öz malını başqa bir şcylə əvəz
etmək kimidir.
Naməlum bir şair deyir:
“Əvəzini umaraq yaxşılıq etmək hünər deyildir.
Yaxşılığı möhtac olmadığın adama et!”
İnsan etdiyi yaxşılığı yadına saldıqca elə bir zövq alır ki, heç bir
dövlət ona çatmaz; pis iş tutmuş adam isə əməlini düşündükcə xəcalət
çəkər. Pis işin səbəbi əməlini büruzə verməzsə də, batində daim özü-
nü məzəmmət edər və onun cəzasınm qorxusundan asudə olmaz.
İndi bir nəfər yaxşı və bir nəfər də pis iş görən adamın halını mü-
qayisə edək. Əwəlincinin əhvalında sakitlik və fağır lıq, çətinliklərə
təsəlli və İşlərinin vəziyyətində intizam müşahidə edilər. Ona bir ha-
disə üz verdikdə çoxları onun köməyinə gələr, yardım göstərə bilmə-
sələr də, onun dərdinə şərik olub təəssüf edərlər. Hətta düşmənləri
belə, onun haqqını inkar edə bilməzlər. Əksinə olaraq, nalayiq iradəli
və alçaq tədbirli bir şəxs həmişə bəd əməlinin aşkara çıxacağından
qorxur və bir müsibət üz verdikdə iztiraba düşər. Ehtiyac qarşısında
hər cür alçaqlığı qəbul edər. İqtidarlı olduğu zaman təkəbbürlə özünü
Öyər və başqalarına zülm edər. Bir bəlaya düçar olduğu zaman isə tənə
və məlamətdən başqa bir şey eşitməz. Özünə dost bildiyi adamlar ondan
25 /'qxS>
üz döndərərlər, kömək əvəzinə ona töhmət vurarlar. Çünki onun dost-
ları da özü kimi adamlardır.
İnsaf gözü ilə baxsaq, görərik ki, birincilər ikincilərin əlində məğ-
lub olduqları halda bələ, yenə qalibdirlər. Heyf o adama ki, yaxşılığı
bacarır, lakin etmir: halbuki insan yaxşılıq etdikdən sonra haqlı şükrə
layiq olur: başqaları ilə bir səviyyədə ikən onların nemət vericisi olur.
O xoşbəxt adama eşq olsun ki. Allahlıq sifətilə şöhrətlənə və bu
tükənməz dövlətdən üz döndərməyə.
Üçüncü fəsil
RAHATLIQ ƏLDƏ ETMƏK HAQQINDA
Hər kəsin gördüyü işdən gözlədiyi - sağlamlıq və rahatlıqdır. Lakin
xalqın bilik və ənənəsi nöqsansız olmadığı üçün bir çoxları rahatlığın
nə olduğunu və onun hansı vasitələrlə əldə edilə biləcəyini bilmir.
Rahatlıq özlüyündə yaxşılıqdan ayrı deyildir. Çünki bu iki sifəti ələ
gətirməyə çalışan şəxsə əxlaq gözəlliyi üçün sağlam təb, şeylərin
həqiqətindən xəbərdar olmaq üçün ağıl və bilik, ifrat vo təfriti aradan
qaldırmaq üçün ədalət, maneələri rədd etmok üçün isə himmət və ira-
də lazımdır.
Rahatlıq haldadır, malda, dövlətdə və rütbədə deyildir. Əgər rahat-
lıq rütbədə olsaydı, gərək hamıdan artıq böyüklərdə olaydı. Halbuki
rütbə və malın artması ilə zəhmət vo ehtiyac da artır.
Rahatlıq insanın öz halından razı olmasından ibarət olduğu üçün
hər kəs hər hansı bir mənsəbdə vo ya peşədə olur-olsun rahatlığı əldə
edə bilər. Mümkündür ki, bir kəndli bağında əhli-əyalı ilə şadlığa məşğul
olsun. Bu onun üçün rahatlıqdır. Padşah isə məmləkətində ixtişaş
olduğu üçün haman saatda dərd çəksin. Şadlıq müxtəlif hallarda təsəv-
vür oluna bilər. Məsələn, elə ola bilər ki, xəstə üçün xəstəlik zamanın-
da, fəqir üçün əliboş olduğu vaxtda və məhbus üçün zindanda yatdığı
zaman şadlıq üz versin. Bu şadlıq onlar üçün rahatlıqdır.
Müəllif deyir:
“Ürəyim bonddə də olsa, bu halından narahat deyildir.
Xoş halma o əsirin ki, əsirliyindən şaddır”.
Rahatlığın yüksək dərəcəsi etidaldır. Belə ki, maddi çətinlik ixti-
şaş, pərişanlıq və məyusluğa səbəb olduğu kimi, təmtəraq da ehtiyaca
26 ГокЗ
və kədərə səbəb olur. Lakin biz qafil olduğumuzdan asayişi dövlət və
həşəmətin çoxluğunda görürük. Onun əldə edilməsi üçün lazım olan
çətinlik və ehtiyaclardan xəbərsizik.
Müəllif deyir:
“Şadlıq əldə etmok səbəblərinin fikrini etmək tükənməz bir qəmdir. Bu
dairədən uzaq olan ürək şaddır”.
Xülasə, adam gərək elə etməsin ki, öz taylan ona qibtə etsin, eyni
zamanda özünü o yerə yetirməsin ki, onların nəzərində xar olsun. Hər
bir böyük vo kiçik iş üçün orta bir hədd vardır ki, bütün hallarda
bəyənilən və rahatlıq axtaranlar üçün zəruridir. Rahatlığa lazım olan
şərtlərin başlıcası qəlbin sakitliyidir ki, dünyada baş verən hadisələr
onu iztiraba salmasın. Doğrudan da, rahatlıq qazanmış adamı nə kimi
hadiso iztiraba saia bilər? Biz həmişə özümüzdən yüksək adama ba-
xaraq onun zahirini düşünüb Özümüzü bədbəxt hesab edirik. Bu doğru
deyildir. Bu hərəkətdən vaz keçməliyik və özümüzdən aşağı olanlara
baxmalıyıq. Öz həmcinslərimiz arasında özümüzdən fəqir və bəd-
bəxtlərə çox rast gələ bilərik. Belə olduqda şikayət deyil, şükür və
şadlıq etməliyik, Özümüzün həqiqətən bədbəxt olub-olmadığımızı
düşünməli və bu bədbəxtliyə özümüzün, ya başqasının səbəb olub-
olmadığını aramalıyıq. Madam ki, dünyada һөг vəziyyətdo müdara
etmək mümkündür, nə üçün etməyək və nə üçün işi lazımi qaydada
görməyək. Halbuki, dünyada həqiqi bədbəxtlik yoxdur, bu adi təsadüf-
dür. Arzumuz əhval və vəziyyətimizə uyğuın gəlmədikdə isə bədbəxt-
lik deyirik. Həqiqi bədbəxtlik odur ki, adam müsibətə tab gətirməyərək
özünə təsəlli yolu tapa bilməsin. Bizə üz verən hər cür müsibətin iki
səbəbi ola bilər. Yəni ya özümüz, ya başqası ona səbəbdir, özümüz
səbəb olmuşuqsa, başqalarından deyil, Özümüzdən şikayət etmoliyik.
Özümüz səbəb deyiliksə, onda ola bilsin ki, onun nəticəsi xeyirlidir,
Çox zaman böyük bir xeyirdən Ötrü insana kiçik zəror toxunur və bu
zərərin ona məsləhət olub-olmadığını heç özü do bilmir.
Müəllif deyir:
“Çox vaxt olur ki, pis hesab edilən işlordon yaxşılıq doğur. Yoxsa Azər
nəslindən bütlori qıran necə çıxa bilərdi?!” 1
1 Məkkədə bütləri qıran İbrahim peyğəmbərə işarədir, O, Nəccar Azərin oğlıı
idi (M.S.)
27 /''ек®
İnsaf gözü ilə baxsaq, görərik ki, sənə üz verən müsibətdən daha
pisi vardır. Sənin üçün çox pis keçən gün, mümkündür, azı yüz min
nəfər üçün daha pis keçsin. Əgər onlar sənin vəziyyətində olmuş ol-
saydılar özlərini xoşbəxt sayardılar. Əgər bir azacıq səbr etsən, halın
təğyir tapar, çox çətin işlər, şübhəsiz, asanlaşar, müsibətlə, yaxud iş-
rətlə keçən gündən yalnız xəyal qalar. Lakin fərq burasındadır ki, şad-
lıq günü yada salmaqdan təəssüf və küdurət doğar, müsibət gününün
keçməsindən şadlıq hasil olar.
Maraqlı burasıdır ki, bəzi adamlar aləmdə baş verən hadisələrin
çoxunu özünə nisbət verərək, deyirlər ki: — 'Ч ninirsənmi mənim box-
timdəndir; gəmiyə minən kimi tufan qopdu və ya filan hadisə üz verdi.
Bunların hamısı taleyimin müsaid olmadığmdandır, zəmanə mənimlə
saz deyil”. Bu olduqca yanlış fikirdir, biçarə düşünmür ki, o nəçidir və
onun vücudunun nə qiyməti var ki, onun səbəbindən aləmin dövra-
nında bu cür ixtilaflar əmələ gəlsin. Bu umumtəbiətin tələbindən əmə-
lə gəlir, onun o arada olub-olmamasının əhəmiyyəti yoxdur.
Naməlum bir şair deyir:
“Dəryanın özünə görə dalğalanması vardır.
Çör-çöp elə bilir ki, dəniz onunla çəkişir”.
Rahatlıq istəyən adam gərək öhdəsinə düşən lazımi vəsaiti sah-
mana salmağa səy etdikdən sonra işlərinin nəticəsini Allahın hikmə-
tinə həvalə etsin və pozğunluqdan, möhnətdən başqa faydası olmayan
intizar və iztirabdan saqınsın. Gəmi dənizdə zədələndikdə içində
olanların hamısı qorxuya düşür. Çox zaman iztirablı adam özünü itirib
xilas olmaq üçün çarə tapmaz və ya qorxudan vaxtından əvvəl özünü
ölümə verir.
Müəllif deyir:
“Aşiqin səbirli olması yaxşıdır çünki.
Tutulmuş quş çapaladıqca, tora daha da möhkəm bənd olar”.
Lakin sağlam adam özünü itirməyərək, bir taxta parçasından yapı-
şıb, özünü dənizin gurultulu dalğalan içərisinə atar, bəlkə də xilas
olar, xilas olmasa da, qorxu və peşmançılıq nəyə lazımdır, ölüm adi
bir işdir.
Müəllif deyir:
“Canandan camma gələn həyat vo ya ölüm qəbulumdur.
Bunların hər biri öz yerində yaxşı nemətdir
Daha qorxmaq nəyə lazımdır?! ölüm - yaxşılıq etmiş adamı bu
dünyanın əzabından xilas edib, daha yaxşı yerə aparar, pis iş görən
adamı isə ömrünün sonrakı müddətində pis əməllər etməkdən xilas
edər.
Amma diri ikən ölüm axtarmaq, ölüm ayağında həyat axtarmaq
sağlam düşüncə və qanunun əksinədir və bu, iztirab əlamətidir.
Müəllif deyir:
“İztirab faydasız cəhd etməyə səbəb olur.
İş öz qaydası ilə gedəcəkdir...”
Dördüncü fəsil
ADƏTƏ BAĞLILIQ HAQQINDA
Avam adamların idrak və mərifətlərinin yüksək dərəcəsi təqliddir.
Onlar heç bir halda təqliddən kənara çıxmağa qadir deyillər. Etdikləri
hər cür təhqiqat və təfəkkür zirəklikdən deyil, adət üzündəndir.
Məsələn, bir ölkənin əhalisi öz məmləkət və millətinin qayda-qanunu
və yaşayış yollarım bəyənir, başqa məmləkətin əhalisi isə özü üçün
bambaşqa adət və qanun seçdiyindən, onu bu səbəbə görə töh-
mətləndirirlər. Qəribə burasıdır ki, hər iki tayfa haqlı olduğunu iddia
edərək öz adətləri ilə fəxr edir.
Bir çox işlər bir tayfanın yanında yaxşı hesab olunur. Məsolən, itə,
pişiyə və başqa heyvanlara itaət edənlər Allahın birliyinə inanan
adamı kafir və yanlış yolda hesab edirlər. Dəlil və sübutlara diqqət et-
mələrinə baxmayaraq, öz nöqsanlarım bilməzlər. Bunların hamısı
göstərir ki, adamların işləri təhqiq və tədqiq deyil təqlid və təsdiq et-
məkdən ibarətdir. Onların dəlilləri, təhqiq etmək işi də adətə uyğun
olan təsəvvürlərdir.
Sənai deyir:
“öküzü Allah bilib ona inanırlar.
Amma Nuhun peyğəmbərliyinə inanmırlar”.
29 Z'gX.S)
ÇCCSA 28
Deyirlər, Sokrat vəfat etdiyi zaman demişdir ki, xalqın etimadı el-
mədir, mənimki isə сөЫө. Bəli, adamıtı cəhalətinə qəti dəlil onun
elmə inanmağıdır. Tarix kitablarının müəllifləri müxtəlif tayfaların
zülm və qəbahətli işlərindən çox şeylər yazmışlar və onları fəxrlə təq-
dim edərək, onun əksinə getməyi ar bilmişlər. İndi isə biz təəccüb
edirik ki, insanlar necə olmuş ki, bu işlərin pisliyindən xəbər tut-
muşlar? Bizim əsrimizin özündə belə İranda adət olan şey Avropada
qəbahət hesab edilir. Avropa qitəsində bəyənilən iş isə ərəb ölkələri-
ndə bəyənilmir. Hətta bir ölkənin özündə də almanları ingilislər bə-
yənmirlər və ispaniyalıların adətini fransızlar qəbul etmirlər. Hələ avam
camaat kənarda dursun, kamal sahibləri də təqliddən əl çekə bilmirlər.
Zahidliyə əsir olan şəriət başçıları, vacib şeylərdən başqa, ehtiyatla
horəkət edib, heç bir şeyin puçluğunu qəbul etmirlər.
Müəllif deyir:
“Bir çox bilikli adamların düşüncələri, öz fəzilətlərinə baxmayaraq, bu
işdə avamlannkından da qüsurludur'’.
Məgər qədim alimlər insan üçün havada uçmağın mümkün olaca-
ğına inanırdılar? Halbuki, biz buxar qüvvəsi ilə havaya qalxanları gö-
rürük. Kim bilir, bundan sonra dünyada nə kimi kəşflər olacaqdır. Nücum
elmini İnkar edənlər Yer kürəsinə ən yaxın cism olan Ayın tasiratına
inanmırlar. Onlar deyirlər ki, bir səma cismi ki, Yer kürəsindən əlli bir
min üç yüz əlli üç millik məsafədə ola, bizə nə təsir edə bilər?
Halbuki, Buştenin 1 sübutları ilə məlum olmuşdur ki, bitkilərin bitmə-
sindoki gecikmə və sürət Ayın tam (bədr) halında olması və naqisliyi
ilə bağlıdır, Dənizin mədd və cəzri 2 də Ayla əlaqədardır. Qadın tay-
fasının damarlarında qan axınının əmələ gəlməsinin də səbəbi Aydır 3 .
Bu qayda ilə hər şeyin təbiətində bir keyfiyyəti və hər işin bir
xasiyyəti vardır ki, onu işlərə sərəncam verən dünyanın bərqərar ol-
ması üçün müəyyən etmiş və onun hikmətini puç xəyalotdən və pozu-
cu düşüncelərdon gizlətmişdir. Lakin dünyada olan şeylərin hamısı
yaranmışlann ən şərafətlisi olan insan üçün yaradılmışdır. Ona istəyi-
nə yetmək üçün elm və bilik vasitəsilə bu örtülü sirlərdən mümkün
1 XVIII osrin axın ve XIX esrin owollorirdo yaşamış fransız nobatat alimi (M.S.)
2 Donizin qabanb-vakilmesi
■ 5 Aybaşı (heyz)
qədər xəbardar olmaq bacarığı vermişdir. Вшш hamı bilir. Lakin dü-
şünüb tapanlar, elm və əməlin faydalarını əldə edənlər çox azdır.
Bizim biliklərimizin çox nöqsanlı olduğunu və həvavü-həvəsi mi-
zin həddini aşdığını bildikdən sonra insan gərək öz bilik vo etiqadına
tam arxayın olmasın, işin dal-qabağını dərin düşünmədən ona əl atma-
sın: əqli təhqiqatlarını dünyanın böyük adamlarının və xalqların
görkəmli alimlərinin rəyləri ilə tətbiq etsin və ümumi faydasına olan
işi qəbul etməkdən utanmasın. İndi ki, bizim heç bir işimiz təqlidsiz
deyildir, heç olmazsa, pisliyə və zərərə səbəb olan əmək deyil, ümu-
mun faydasına səbəb olan iş təqlid edilsin
Naməlum bir şair demişdir:
“Allahı seçə bilən gözün yoxsa.
Barı öküzpərəst olmayıb, güneşpərəst ol!"
Beşinci fəsil
ŞÖHRƏT HAQQINDA
Dünyada vəziyyəti və məişoti yaxşılaşdırmaq şöhrət üçün, eləcə
də başqalarının bizim haqqımızda yaxşı fikirdə olması üçündür. Bu sə-
bəbdəndir ki, bir çoxları bir-birinin haqında yaxşılıq və ehtiram qay-
dalarını gözlədiyinə baxmayaraq, bu sifət həddindən aşsa, insanın düş-
günlüyünə səbəb olar və gözəl əxlaq tədricən korlanar, öz işləri və
əməllərində həmişə təşvişdə olar. Çəkinmək və habelə şöhrət düşgünü
olmaq nəhayət peşmançılığa səbəb olar: etidal dərəcəsini gözləmək
isə insanı öz mətləbinə çatdırar.
Tutaq ki, istedadlı adamların fikri haqqımızda yaxşıdır. Lakin mü-
xtəlif rəylərə möhtac olan bir iş haqqındakı fikrin nə davamı ola bilər?
Bir nəfərin iftira və uydurması onu poza bilər. Madam ki, hər kəsin bir
cür rəyi vardır və şeylərin keyfiyyətini hər kəs bir cür mülahizə edir
vo özünün biliyinə, düşüncəsinə görə bu keyfiyyətə inanır, çox ola
bilsin ki, bir nəfər öz nadanlığı üzündən birisini tərif etmək əvəzinə
pislər və başqalarının nəzərində çox pis, nöqsanlı olan sifətləri, özü
bəyəndiyi üçün. Özlərinə nisbət verir: lakin həmin bu sifətlər
başqalarının nəzərində çox pis və nöqsanlı sayılar. Başıaşağılığa səbəb
olan və ağıllılar yanında bəyənilməyən rəylərdən çəkinmək lazımdır.
30 /еХЈз)
(§ҺлзЛ 31 /”е)ч©
Belə olduqda, insan şöhrət qeydinə qalmayaraq, öz insanlığının tələbi
ilə iş görməlidir* Bır para adamların yanında mərdümazarlıq zirəklik,
pislik etmək fərasət, hiylə işlətmək məharət hesab olunur; bir paralan
da, ola bilsin ki, belə adamlar irad tutmasın deyə, onların töhmətinin
qorxusundan yaxşı iş görməkdən vaz keçər* Lakin abın, yaxşılığı
şöhrətdən üstün tutan şəxsin yamanlığına danışanların tənəsindən
qorxusu olmaz, bəlkə də yaman danışanlar onun paxıllığını çəkərlər* O,
pisliyinə danışan adamdan iki cəhətdən xoşhal olar: əgər o, qabil adam
deyilsə, onun özünə tay olmadığını bildiyindən, əgər qabilsə öz
nöqsanından xəbər tutub, onu islaha çalışacağından şad olar* Pis
danışanların sözlərinə çox da fikir vermək yaramaz* Hamıya
məlumdur ki, insan pis danışanların tonosindon can qurtara bilməz
çünki onlar, heç olmazsa, bu və ya başqa bir işə irad tutacaqlar: bolko
de yaxşıya yaman deyəcəklər. Məlumdur ki, ən ağıllı hesab edilən
peyğəmbəri də bəzən ağılsız hesab etmişlər*
Bir çoxları hikmətə bağlı və һөг bir halda məsləhətə müvafiq olaıı
hadisələri və aləmin intizamını öz rəylərinə düz gəlmədikdə bəyən-
mir. Mümkün etsələr, hətta Allahın özünü belə məlamət edər vo ona
irad tutarlar. Beləliklə, camaatın rədd və ya qəbulu insanı öz işindən
geri qoymamalıdır* Bununla belə molum rəftar və hərəkətinin, adət və
ənənələrinin mümkün qədər ziddinə olmamağa çalışmaq lazımdır.
Çünki hər şey xalqın adət ənənələrinə zidd olduqda xalq ondan çəki-
nər və xeyirli iş görməyə bacarığı olmaz,**
Dəföfərİə təcrübədən keçmişdir ki, şöhrətpərəsderin tərəqqi et-
məsi çətindir* Çünki insanın özü qürrə səbəbindən işdən qalar və baş-
qaları paxıllıq və ya başqa qərəzlər üzündən ona mane olmaq istərlər.
Belə olduqda, insan öz fəzilətini başqalarının paxıllığına sobəb olacaq
dərəcədə göstərməməlidir və ya mübahisə işlərin təhqiqi zamanı
birisini o dorəcədə rüsvay etməməlidir ki, onun nadanlığı oradakıların
hamısına məlum olsun. Bu hal ona ağır gəldiyindən kininə səbəb olar
və onda ədavət doğurar* Bir çoxları danışıqda qalib gəlməyi özlərinə
fəxr bilir və buna nail olmaq üçün səy göstərirlər* Daha maraqlısı
budur ki, bir çoxları ictimai və təbii elmlərdən tamam-kamal xəbərsiz
olduqları halda, məclislərdə öz fəzilətini nişan vermək üçün qəribə bir
söz deməyə və ya anlaşılmaz sözlərlə mübahisə açmağa fursot ax-
tarırlar, Çox zaman birisi özünü məlumatlı göstərmək üçün özündən
çox bilikli adamla mübahisəyə girişər və bununla özünün nadanlığım
büruzə verər.
Altıncı fəsil
EŞQ ALƏMİ HAQQINDA
İnsanın xasiyyəti iki cürdür: biri təbiətin verdiyi fitri xasiyyət, o
biri isə sonradan kəsb edilən xasiyyətdir ki, elm və adətlər səbəbilə
əmələ gəlir. Fitri xasiyyəti rədd və ya qəbul etmək çətindir. Əgər müm-
kün olsa da bunun üçün çox əziyyət və zəhmət çəkmək lazımdır.
Sonradan kəsb edilən xasiyyəti isə ilk vaxtlarda az bir səy ilə rədd və
ya qəbul etmək mümkündür: Lakin getdikcə bu kəsb edilmiş xasiyyət
möhkəmlənir və məcazda elə kök salır ki, fitri xasiyyət kimi olur:
buna ikinci fitri xasiyyətdir - deyiblər. İnsan təbiətinin başlıca mənəvi
tələbi eşqdir. Heç kəs eşqsiz ola bilməz. Ancaq dərəcələri vardır.
Dünyadakı nizam və intizam da eşqdəndir, ya eşqin Özüdür. Çünki
eşqsiz heç bir şey var ola bilməz və onsuz heç bir iş irəli gedə bilməz.
Bu sifət məcazların, təbiətin maddələrinin müxtəlifliyindən, bilik dərə-
cəsi və adətin təkrarından asılı olaraq bir neçə şəkildə meydana çıxır:
Birinci, meyldir ki. bütün təbiətdə - üç aləmin hamısında, hətta
cəmadatın və nəbatatın özündə baş verir. Məsələn, dəmirin maqnitə,
samanın kəhrabayla meyli və s. kimi.
İkincisi, ünsiyyətdir ki, bu da mütləq heyvanlara məxsusdur. Ün-
siyyət meylin yüksək dərəcəsidir ki, uzun müddət içərisində əmələ
gəlir. Məsələn, bir heyvan cinsiyyət səbəbindən, yaxud başqa bir sə-
bəbə görə özgə heyvanla ünsiyyət tapır. Belə ki, onunla görüşməkdən
zövq alır və onu itirəndə kədərlənir.
İnsan yaranmışlann kamili olduğu üçün onun ünsiyyəti də başqa
hcyvanlarınkından daha mükəmməl olur.
Üçüncü, həvayi-nəfsdən ibarət olan həvəsdir, yəni İnsanın təbi,
təbiətin xassələri və adətin tələb etdiyi hər şeyi əqli-təhqiqat aparma-
dan həvəso torof çokor. Bu xasiyyət iso məsələn, yüyürmək, sıç-
ramaq, qışqırmaq, yemək-içmək, yuxulamaq, cinsi əlaqədə olmaq və
sairə kimi ehtiyacları təmin etmək bütün canlılara məxsusdur. Lakin
insana xüsusi istedad verildiyi üçün onun həvəsinin üstünlüyü də məx-
luqatın sair növlərinə nisbətən daha yüksək dərəcədə olur. Eşq də
ifrata vardıqda “onlar heyvan kimi, bəlkə də heyvandan daha azğındırlar”
ayəsinə görə, belələri yaranmışlann on alçağı olur. Lakin insan ağlın
ayırd edicİ qüvvəsi İlə nəfsani həvavü-həvəsə tədricən qalib gələ bilər
32 /'eXüS
©ЛеГ\ 33 /'охЈЗ
və özünü əsl insan mərtəbəsinə yetirər. Belə olduqda “biz bəni-adəmi
əziz yaratmışıq” hökmü əsasında tükənməz feyzlərə çatıb, ilahi sifət-
ləri özündə büruzə verir.
Dördüncü, şövqdür ki, bu da yalnız insana məxsusdur. Başqa hey-
van növləri bundan məhrumdur. Şövq elə bir şeydir ki, insanı xoşuna
gəldiyi və ondan bir fayda gözlədiyi işə, istər düşüncə, istərsə adət
üzündən rəğbətləndirir. Doğrudan da, şövq məqsədə çatmaq üçün
verilmiş elə bir nemətdir ki, onsuz insan öz istəyinə çata bilməz.
Şövqün elə qüvvəsi vardır ki, təkmilləşdiyi halda bütün maneələri
aradan qaldırar, hər kəsi öz qüvvəsi daxilində olan məqama çatdırar.
Şövq hər bir halda işə yarayar. Elm və hünər qazanmaq da ona bağ-
lıdır. Günah və pis işləri görmək yenə onun vasitəsilə olur. Lakin şövq
təbin istəyindən və mənfəət arzusundan doğduğu üçün insan onu, yax-
şını pisdən ayırd edən əqlin vasitəsilə fəsadlı niyyətlərdən çəkindirər
və ədəb, maarif və gözəl xasiyyətlər qazanmağa yönəldə bilər.
Beşincisi, məhəbbətdir ki, o da ünsiyyətin ən yüksək mərtəbəsidir.
O, ürəyin sevməsindən əmələ gəlir. Sevgi də iki qismdir:
Biri xalq arasında adət olmuş dostluq və rabitələr yolu ilə ünsiy-
yəti davam etdirmək, ya maraq və mənfəət ümidilə zövq alınması nə-
zərdə tutulan mal vo rütbəyə bağlı olmaq kimi, ikincisi - təbiətin
tələbi üzrə Övlad və qohum-qardaşa bəslənən məhəbbətdir. Bu xasiy-
yət bütün təbiətdə mövcuddur. Biz bu əlaqəni heyvanlar arasında da
görürük. Çünki onsuz dünyada hər növ nəsil kəsilərdi. Həmin bu əla-
qə insanın evlənməsinə və bu evlənmənin davamlı olmasına səbəbdir.
Ünsiyyət və onun yüksək dərəcəsi olan məhəbbət də cinsiyyət əxlaq
və adətin uyğunluğundan əmələ gəlir. Uyğunluq olmazsa, məhəbbət
ola bilməz. Məsələn yaxşı adamla pis adamın vo ədalətli adamla
zülümkar adamın arasında məhəbbət əlaqəsi ola bilməz. Habelə ağıl-
lının dəli ilə və insaflı adamın alçaq adamla dostluğu tutmaz. Demək
olar ki, hər kəsin əxlaqının necəliyini onun dostlarının əxlaqından
öyrənmək olar.
“İnsanın dostu onun əqlinin dəlilidir” dedikləri kimi, onun dostlu-
ğa qəbul etdiyi adamlar əxlaq və ədəbcə özünün tayı olacaqlar.
Altıncı eşqdir. Eşq məhəbbətin ən yüksək dərəcəsidir. Məhəbbət
ifrat dərəcəyə çatdıqda insana elə bir hal üz verər ki, onun ürəyi baş-
qasının xəyalından azad olar. Varlıq və yoxluq onun üçün bir olar. Bu
vəziyyət iki halda əmələ gələr:
Birincisi, tədricdir ki, bir nəfərin məhəbbəti, surətinin və ya xasiy-
yətinin gözəlliyi səbəbindən müəyyən vaxt içərisində ürəyində yerlə-
şən və bu məhəbbət görüşmək və ya xəyalına salmaq yolu ilə tədricən
artar.
Müəllif deyir:
“Xatirin meyli yavaş-yavaş yüksələrək sevdaya çevrilər:
Qətrə-qətrə yığılar, axırda dəniz olar”.
O birisi fövri məhəbbətdir ki, bir gözəlin sürətini görməklə və ya
bir təsadüf səbəbilə eşqin sultanı ürək mülkünü elə işğal edər ki, no
təsəvvür etməyə macal, no də hiddətlənməyə imkan qalar.
Möhtəşəm deyir:
“Eşqin sevgilisi elə bir hərifdir ki, imkan taparsa.
Əlini Əzrailin qanına boyayar”:
Eşq ruhun tələbidir. Təbiət aləmində ruhlarla ünsürlərin arasında
xüsusi bir rabitə olduğu üçün, maddələrin mahiyyəti və xasiyyətlərin
tələbi səbəbindən vücuda eşq naqis və kamil ola bilər. Eşq hisslər va-
sitəsilə həm qafil, həm də ayıq ola bilər, tşin başlanğıcında eşqimizin
kimə olduğunu və ondan nə əldə edəcəyəmizi düşünməliyik. O, əqlə
batan və məqbul olarsa, əsl xoşbəxtlikdir.
Sədi deyir:
“Eşq insanlıqdır, o səndə yoxdursa.
Yeməkdə və yatmaqda heyvanla şəriksən”:
Belə olmadığı təqdirdə heç olmazsa onun zərərini mümkün qədər
düşünmək lazımdır: çünki eşq ürəkdə möhkəmləndikdə bütün hisslə-
ri və xasiyyətləri özünə qul edər və əql üçün tədbir görməyə macal
qalmaz.
“Eşq bir oddur ki, özündən başqa hər şeyi yandırar” - dedikləri
kimi, aşiqin gözünə də məşuqdan başqa heç no görünməz. Həkimlər
eşq dərdi üçün dərman tanımamışlarsa da, lakin gördüyümüz kimi, eşqin
ilk dövründə müxtəlif işlərlə məşğul olmaq və başqaları ilə əlaqə və
rabitə saxlamaq, şəhvəti öldürmək və ya şəhvəti söndürmək vasitəsilə
onun odunu sakitləşdirmək mümkündür.
HL/ĞTn 34 /'exjs)
<SLXs>\ 35 /eX.9
Təbin məşuqdan başqa şeyə meyli olmadığına baxmayaraq, onu
məcbur etmək lazımdır ki, getdikcə başqa işlərə adət etsin və eşq odu
tədriclə sönsün*
Xülasə, nə cür olur-olsun, eşq zahiri zərərlərlə nəticələnsə də,
tərifə layiqdir.
Müəllif deyir:
“Mişk qoxulu zülfün ətrindən başımız ağrısa da.
Həmişə başda bu ağn olsa yaxşıdır* 5 :
Eşqdən hasil olan saysız-hesabsız mənfəətlərdən başqa, yalnız
bunu qeyd etmək kifayətdir ki, eşq insanı bütün alçaq xasiyyətlərin
mənşəyi olan dünyanın qeydindən azad edər vo aşiqin başında məşu-
qun xəyalından başqa bir xəyal qoymaz.
Yəğma 1 deyir:
“Bir gözəlin zülfünün kəməndi
Boynumu bir tükə bağlayaraq elə çekdi ki.
Yüz zəncirimi qırdı”
Məşhur məsəldir deyərlər: “Dərd bir olsa, əlacı çetın deyil”. Mə-
cazi olsa da eşqin zövqü bir həqiqətdir. Çünki can verməyin çətin-
liklərini aşiq üçün yüngülləşdirər və təbini məşuqdan başqa nə varsa,
hamısını unutmağa öyrədər. “Məcaz həqiqətin körpüsüdür”, dedikləri
kimi, o, həqiqi eşqə yolgöstərici olar*
Axırda o məqama çatar ki, aşiqə özünü unutdurar. Doğrudan da,
eşq budur və bütün bu təriflər, göstərdiyimiz yollar və vəsilələr onun
üçündür*
Müəllif deyir:
“Мөп məhəbbəti ona görə alqışlayıram ki, bu şadlıq məclisinin badə-
sindən başqa, bütün nəşələrin hamısının ardınca bir xumarlıq vandır”.
Məqsədimiz əxlaq və ədəbdən bəhs etmək olduğu üçün məcazi
eşq məsələsindən kənara çıxmadıq*
1 Bu şairin adım orijinalda “Nəima” da oxumaq olar ( M.S ,)
36
Yeddinci Fəsil
İŞİN FAYDALAM HAQQINDA
Ziddiyyətlərin toplandığı mərkəz olan bu aləm səbəblərin varlığı,
yəni onların cüzlori arxasından xüsusi rabitə Пө bağlıdır. Bütün bu zid-
diyyətlər xasiyyət cəhətindən müxtəlif olmalarına baxmayaraq, ixtisas
cəhətdən ayrılmazdırlar.
Qasım Ənvar deyir:
“Bu yolda cüz” və küll bir-birinə möhtac olmuşlar:
Bir hörümçək peyğəmbərin pərdədari ola bilər.
Yer üzünün padşahı və cüzlərin ən şərəflisi olan insanm bu mad-
dolərə ehtiyacı hamıdan artıqdır. Çünki burada ünsürlərin imtİzacından
bəşəriyyətin romzı olan bədənin tərkibindən, nəfəsin istəkləri və
insanlığa xas olan bilik ve görüşdən mənfəət əldə etmək və onların
yollarını seçmək məsələsi meydaııa çıxır. Sonra bir çox növlər də
onlardan doğulur. Onların hamısı ümumiyyətlə və xüsusi olaraq gah
bir-birilə bağlı və gah da ayrıdırlar. İnsanlar şəkil və simaca bir-birin-
dən fərqli olduqları kimi, əxlaqca da müxtəlifdirlər. Dünyada iki nəfər
tapılmaz ki, onların əxlaqı bir-birinin eyni olsun, hər kəsin hər işdə
ауп cür rəyi vardır* Hər kəs eyni bir şeyi müxtəlif şəkildə görür* Lakin
bu ixtilafı bilik vasitəsilə aradan qaldırmaq olar* Bu mümkün ol-
nıadıqtk, onları tutuşdurmaq lazımdır ki, ortalıqda əlaqə yaransın və
ehtiyacların dəf edilməsinə səbəb olsun* Ehtiyac üzündən olan bu
əlaqəyə məişət qaydası deyırlor. Hər bir şəxsin özünəməxsus xasiy-
yəti olduğundan ona lazım olan səbəblər do mövcuddur. Fərq batini
fəzilətlərdə vo zahiri rütbələrdədir* Aləm nizamının özü də bunu tə-
ləb edir. Çünki bərabərlik ehtiyacsızlıq deməkdir, belə olan təqdirdə
mümkün qədər (çox) varlanmağa nə ehtiyac var?
Müəllif deyir:
“Aşiq rüsvayçılıqdan, zahid isə pəhrizkarlıqdan əl çəkə bilməz,
Hərənin müəyyən bir məşğələsi (peşəsi) vardır”.
Bİz bunu bilmədiyimiz halda Allaha İrad edərək deyə bilmərik ki,
nə üçün filan şeyi belə etmişdir, filankəsə belə vermişdir. Madam ki,
bİ2 Allahı hikmət sahibi bilmişik daha ona etiraz etmək yeri qalmır.
37 /е>ч_§)
“incilidə yazılmışdır ki, küzeqayıran qablan cürbəcür işlərdə iş-
lətmək üçün müxtəlif şəkillərdə qayırır. Görək gil qab qayırana deyə
bilərmı ki, sən niyə məni bu şəkildə düzəltdin? “İncİPin on ikinci
babında yenə də qeyd olunmuşdur ki, əgər bədənin hamısı göz olsay-
dı qulaq harada olardı? Əgər hamı qulaq olsaydı iyi necə duymaq
olardı? Allah bədəndə olan hər üzvü istədiyi kimi yaratmışdır. Əgər
hamısı bir üzv olsaydı, o zaman bədən olmazdı. Üzvlər çoxdur, bədən
isə birdir. Göz ələ deyə bilməz ki, mənim sənə ehtiyacım yoxdur.
Habelə, bu sözü baş ayaqlara deyə bilməz. Ən zəif hesab edilən üzv
ona verilmiş kəramət sayəsində başqa üzvlərin ehtiyacını rəf edir. Bir
üzv ağrıdıqda bütün üzvlər ağrıyır* Habelə, şadlıqda da bütün Üzvlər
şərikdirlər. Buradan anlaşılır ki, aləmdə olan bütün şeylər bir bədən
hesabında olub bir-birinə möhtacdırlar* Belə olduqda növlərin ve
üzvlərin hər biri öz yerində lazım görünür*
Möhtəşəm deyir:
“Gülə gözəl iy və gilə can verən,
Hikmətlə hər kəsə Özünə layiq şey vermişdir”.
Hər kəs dolanacağım, iradə və ətvannı ümumun məsləhətinə mü-
tabiq etməlidir, elə iş görməməlidir ki, ondan ləkələnsin. O həmişə
özündən gözlənilən məsləhəti özgələrinə verməlidir*
Xülasə, aləmin nizamı səbəblərin varlığına bağlı olduğu üçün səysiz
və çalışmadan heç bir iş mümkün olmaz. Əməllərin nəticəsi Allahm
hikmətinə bağlıdır, ‘Hnsan üçün səydən başqa bir şey yoxdur” - ayəsinə
müvafiq olaraq insan çalışmalıdır. Şumlanıb əkilməyən yerdən taxıl
bitməz. Çalışmadan buğda təmizlənməz və ondan da un və çörək hasilə
gəlməz. Deməli, bir çörəkdən ötrü nə qədər insanın işlədiyini düşün-
mək lazımdır. Cismani və ruhani mənfəətlər dünya və axirətin xeyri
ilə bağlıdır* Fəzilətlərin başlıcası və tükənməz dövlət olan elm də iş
vasitəsilə əldə edilər və işə yarayar,
Sənai deyir:
“Elmsiz iş, şoran уегө səpilmiş toxum kimidir.
Əməlsiz elm, diri-diri basdırılmış adam kimidir”,
İnsanın qazandığı hünər və sənət heçə çıxmaz, Bİr vaxt gələr ki,
gərək olar.
Maraqlı burasıdır ki, bəzi adamlar işləmədən deyirlər ki, Allah
istərsə verər. Daha bunu bilmirlər ki, Allah hər kəsə hər nemətin im-
kanlarını verməklə, o nemətin özünü də ona vermişdir. Lakin o özü
çalışmadığından o neməti əldən vermişdir* İşləmədən, çalışmadan
Allahdan nemət gözləmək özünü sərgərdaniıq zəncirinə bağlamaq de-
məkdir: çünki müstəheq olmayan adama bəxşiş vermək-günahı bağış-
lamaq kinlidir.
İşdən can sağlığı, bilik və təcrübə hasil olar: məişətin və axirətin
səvabı İş vasitəsilə əldə edilər, İşdən boyun qaçıran adam ümum alə-
min nizamım pozmuş və bu səbəbdən Allahın hökmünün xilafına iş
görmüş olur* Dəfələrlə sınanmışdır ki, fitnələrin çoxu işsizlikdən törənir,
tənbəllik zahirdə böyük eyiblər kimi nəzərə çarpmasa da ? əsl həqi-
qətdə hamısından pisdir. Çünki tənbəl adam yaradılışın səbəblərindən
qafil olmuşdur. Onun varlığında gözlənilən xeyir puç olur. Onun məişəti
başqalarının boynunda ağır yük oiur* O, cansız cismlordən də pisdir.
Çünki daş və palçıq, heç olmazsa, tikinti işlərində görək olur:
Qedim millətlərdən biri olan Afina tayfasının qanununda tənbəl-
lərə başqalarının kəsb etdikləri maaşın hissəsini oğurlayanlar kimi ba-
xaraq, onları ölüm cəzasına məhkum edirdilər. Tənbəllik insanın
təbiətində kök salarsa onu İşdən qoyar; sonra getdikcə bədənin səla-
mətliyini və zahiri hissələri pozmağa yol tapar* Cismani xassələr ruhun
xassoləri ilə bağlı olduğu üçün batini hisslərə də xələl yetirər və bunun
nəticəsində tərəddüd vo məcaz süstlüyü əmələ gələr. Təbin (mezacın)
əqli dəlillərlə bir işə əzm və qəsd etməyə və o işi tamamlamaq üçün
ciddiyyətlə çalışmağa qüvvəti olmaz, hər işdə şübhəli və qorxaq olar.
Nəhayət, öz yaşayışından təngə gələr: çünki qorxaq və hürkək adam
yaşayış ləzzətindən məhrum olur.
Tənbəlliyin səbəblərindən başlıcası qarmqululuq vo ya can bəslə-
məkdir* Kefsin həzzi və cismani ləzzətlər məzacda adət şəklini alarsa,
insan onun əsiri olar, onları tərk etməkdə çətinlik çəkər; bunun nəti-
cəsində də ciddi işlərə başlaya bilməz və mətləbinə çatmaq üçün cür-
bəcür alçaq sifətləri özünə qəbul edor* Mesləksizliyi, yalan və hərzə
danışmağı özünə adət edər vo nəhayət, bu alçaq sifətlərin zərərini çəkər.
Məsləki olmayan adama heç kəs inanmaz. Müsibətə düçar olduğu
zaman, ya bir şeyə ehtiyacı olduğu halda heç kəsdən kömək görməz.
Əksinə, məslək sahibi həmişə möhtərəm olar* Düşmənlərin özləri do
onu böyük sayarlar. Onu tanımayanlar onunla dost olmağa çalışarlar*
39 r&G)
Yalan danışmağa adət edən adam tez rüsvay olar və çox ehtimal ki,
onun doğru sözünə inanmazlar. Xalq onun söhbətindən qaçar, töhmə-
tindən çəkinər, o da başqalarını özü kimi bilərək ona deyilən doğru
sözə inanmaz. Şübhə və tərəddüdün çoxluğundan bir halda qərar tapmaz.
Lakin düzlüyə adət etmiş adam təşviş və qorxudan həmişə arxayın
olar, doğruluğunun məlum olacağı ümidi ilə təsəlli tapar. Həqiqət “haqq
söz acı olar” - məsəli kimi çox zaman təbə xoş gəlməyə bilər; zahirdə
məsləhətin ziddinə görünər, lakin həqiqətdə isə məsləhətli olar.
Müddəi adam işin həqiqətindən xəbər tutduqda, zahirdə, xudbinli-
yindən özünün anlamadığını boynuna almasa da, ürəyində onun doğru
olduğunu təsdiq edir, Həqiqət dərman kimi acı da olsa, faydalıdır.
Bir filosof deyir ki, “böyüklərə sözün ancaq doğrusunu de, qəbul
etməsə də cəza görməzsən”. Necə ki, deyiblər: “Həlak olmaq yalan-
çılıqda olduğu kimi, nicat tapmaq da doğruluqdadır”
Doğru söz qəbul olunmadıqda, ya ondan zərər göründükdə susmaq-
dan başqa çarə yoxdur. Ona görədir ki, çox zaman susmağı danış-
maqdan faydalı hesab ediblər. Danışmaq məhz hikmət olsa da, lazım
gəldiyi yerdə danışmamaq məsləhətdir, habelə danışmaq lazım gəldi-
yi yerdə susmaq da zərərdir. Belə olduqda, insan danışmaq və susma-
ğın yerini bilməlidir. Danışmaqda tələsməməli. Çünki hələ deyilməmiş
sözü demək olar. Lakin deyilmişi geri qaytarmaq olmaz. Deyib peşman
olmaqdansa, gec demək məsləhətdir.
Danışmaq qaydaları da müxtəlifdir. Eyni bir mətləbi müxtəlif şə-
killərdə demək olar. Е1ө demək olar ki, qulaq asana kobud vo ya mü-
layim görünsün. Aydındır ki, hərzə danışmaq məzacın süstlüyündən
əmələ gelir. Çünki hərzə danışan adamın yaxşım yamandan seçmək
qabiliyyəti möhkəm olmaz, deyilməməli sözü deməkdən özünü sax-
laya bilməz. Bir çoxları üçün өп qorxulu cəhət elə budur. Çünki ürəyin
sirlərindən xalqın xəbəri yoxdur və bir şəxsin niyyətini qısa müddətdə
əməlindən öyrənmək olmaz. Onun yaxşı-yamanını və işdəki ixtilafı
söz vasitəsilə məlum etmək olar.
Mövləvi demişdir:
“Böyüklər bunun üçün demişlər ki.
Dünyada insanın rahatlığı dilini saxlamaqdadır”.
Xülasə, əgər hərzə danışmaq insanların təbiətində kök salsa, get-
gedə onda söz gəzdirmək, eyb axtarmaq və özgəsinin pisini axtarmaq
adət şəklini alar. Çox vaxt birisi özgəsinin eybini danışmaq və arada
söz gəzdirmək vasitəsilə başqa birisi ilə yaxınlaşmaq istər. Daha ora-
sını bilməz ki, o bu hərəkəti ilə öz batininin pisliyini açıb meydana qoyur.
Bu sifətin adət üzündən olduğu məlumdur. Söz yox ki, o adamın da
eybini özgələrinə dcyocəkdir. Bir çoxları özgənin pisliyini danışmağı
Özlərinə şüar etmişlər, bunu özlərinə bir növ fəzilət sayırlar. Adamın
dalınca pisinə danışaraq üzdə ehtiram və mehribançılıq edirlər. Daha
bilmirlər ki, bu hərəkət onlann alçaq olduqlarını göstərir. Məlumdur
kı, bu bərəkət, yəni batinin ziddinə olaraq zahirdə özgə cür rəftar etmək,
qorxu ya ehtiyac üzündəndir.
Səkkizinci fəsil
RƏFTAR QAYDALARI HAQQINDA
Dostluqdan ibarət olan gözəl rəftar-ləzzətlərin ən yaxşısıdır. Hələ
onun başqa faydalan kənarda dursun, dostların görüşündə heç bir ne-
mətdə misli görünməyən bır zövq vardır. Dost, ürəyin darıxdığı vaxt
sənə munis və müsbətində şərik olar, maddi cəhətdən çətinlik çəkdi-
yin zaman sənin əlindən tutar. Çətinliyə düşdikdə xilas olmağın üçün
çarə axtarar. Nöqsanlarından və eyblərindən səni xəbərdar edər və
cürbəcür nəsihətlərdə səni pis işlərdən saqmdırar. Daha bundan yaxşı
nə ola bilər. Demək, xoşbəxt o adamdır ki, dostları çoxdur.
Senan deyir!
“Dostları az olan adamı pis adam hil.
Ondan daha pis o adamdır ki, dostu ola, lakin dosluğunu tez unuda".
Əksinə, zərərin mayəsi olan vo peşmançılıqla nəticələnən düşmən-
çilik elə işdir ki, düşməni görməklə və ya ürəyində kin bəslədiyin bir
nəfəri yada gətirməklə əhvalın dəyişir, ovqatın təlx olur, təbiətin asa-
yişini pozan Ыг qəm əmələ gəlir. Tutaq ki, düşmənə qalib gəlmisən və
ona zərər yetirməyi bacarırsan, ancaq düşmənin tez-gec fürsət tapıb
vurduğun zərəri əvəzində azaçıq da olsa, sənə zərər yetirmeyəcəyini
haradan bilirsən? Bu fürsətlə hər iki tərof zorərdə bərabərdir Belə-
liklə birinə kələk qurmaq üçün sərf olunan vaxt puça çıxır. Fərz edək
0_ЛеГ\ 40 /eKjf?
41
ki, düşmənin zəif və arxasızdır. Nodon bilirsən ki, onun dostlan və ya
köməyinə gələ biləcək qüvvəlli adamlarla əlaqəsi yoxdur? Hələ bu bir
kənarda dursun, dəfələrlə görünüb ki, xeyli zəif bir düşmən sultanların
şövkətini dağıtmışdır. Ağıllı adam həmişə özünin danışıq vo rəftarının
qaydalarını diqqətlə mülahizə etməl İdir. Elə etməlidir ki, o, başqasının
oziyyotinə səbəb olmasın, özgəsi tərəfindən görülən işi özünə pis san-
dıqda, o işi başqalarının haqqında da rova görməsin, dostlanna kömək,
düşmənləri İlə müdara etsin. Çox zaman dostlar təblərinə xoş gəl-
məyən iş üstündə düşmən olurlar, istədiyi bir şeyi verməmək xatirino
min yaxşılığı unudurlar. Eyni zamanda düşmənlər də sənin rəftarının
gözəlliyi vo işlorinin yaxşı vəziyyətdə olması səbəbindən səninlə dost
olmaq işləyirlər. Bununla belə, insan dostluğu ifrat dərəcəsinə
çaldırmamalı və sirlərini açmaqla öz ixtiyarım özgəsinə tapşırma-
malıdır; çünki dostu onunla düşmən olduğu vaxtda onu aciz edə bilər.
Düşmənçiliyi o dərəcəyə çatdırmamalıdır ki, bir gün o düşməni dost
olduqda insan etdikləri pislikdən xəcalət çəksin. Nəfsani qorozlor üzün-
dən olan dostluğun o qədər də davamı olmaz və ehtiyac rəf olan kimi
pozular. Lakin öz rəftarının gözəlliyi ilə xalqm məhəbbətini qazanan
adama nisbət dostluq daimi olar və ehtimal ki, düşmənlər onun
haqqında insafdan keçməzlər.
Dostluğun şərtlorini bilmək məsələlərin ən mühümüdür. Çünki
insanların bir qismi cürbəcür məqsədlərə və vəziyyətin tələbinə görə
dostluq iddiası edirlər. Lakin doğrudan-doğruya əsl dostluğu bacaran
adamlar çox azdır.
Xülasə, insan özünü dostluğa qabil hesab etmədikcə, başqaların-
dan dostluq umması səhvdir.
Xalq arasında olan dostluq üç cürdür:Əwəlincisi, müdara qayda-
sının məhşur səbəblərinə görə, rəsmi təarüfl ərdən ötrü olan dostluq-
dur, Belə dostla elə o cür də rəftar ctmoli, özündən razı salmaq üçün
toarüflər mərasimini unutmamalıdır.
ikincisi, zahiri mənfoollər əldə etmək üçün olan dostlardır. Belə
adamla da elə o cür rəftar etməli, özündən razı salmaq üçün istədiyini
verməli.
Üçüncüsü, bilikli və dünya vəziyyətindən yaxşı xəbərdar olduğu
üçün həqiqi dost axtaranların dostluğudur. Bu cür dostluq az tapılar.
Lakin belə dost ələ düşərsə, onun yolunda mal nədir, bəlkə candan da
keçmək olar.
Xülasə, hər halda bilikli adamla dost olmaq məsləhətdir. Bilikli
adam işin axırmı, vəziyyətin necəliyini düşündüyü üçün həmişə ədəb
qaydalarını və işin yaxşılığını gözləyir. Əksinə, heç bir şeydən xəbəri
olmayan nadan adam çox zaman gördüyü işi faydalı xəyal hesab edə-
rək, elə iş görər ki, ondatı xeyir deyil, zərər baş verər. Öz işinin xey-
rini bilməyən adam özgələri üçün nə edə bilər? Bəli, yaxşı demişlər:
“Ağıllı düşmən ağılsız dostdan yaxşıdır”. Səninlə dostluq etmək istə-
yən bir adamın qərəzi olub-olmadığını və dostluq adını öz məqsədinə
çatmaq üçün alət edib-etmədiyini həmişə nəzərdo tutmalısan. Çox
vaxt düşmən səni aldadıb zərərə salmaq niyyəti ilə dostluq iddiası edər
və ya zəifelirsa, qüvvət əldə etmək üçün fiirsət gözlər.
Müəllif deyir:
“Paxıllıq bir çox əzizləri yüksək mərtəbəsindən quyuya salmışdır. Qar-
daşın da olsa özgəyə arxalanma’’!
Bir çoxları vardır ki, öz qərəzlərinin səbəbindən sənə xoş gələn
sözlər deyərlər, ya ayn cür tərif və xoş sözlər deyər və ona da insan-
lıq adı verərlər. Deyərlər ki, bəli, filankəs nəcib nəsildəndir, ya kama-
lı və hünəri vardır və ya onunla köhnədən qohumuq. Belə deyildir,
bəlkə onlar bu sözlərlə öz fikirlərinin üzərinə pərdə çəkirlər. Dünya
əhlinin bir qismi bu cürdür, möhtac olduqda sənə ibadət etməyə çalı-
şar, sən ona möhtac olduqda Allahlıq iddiası edər. Mən özüm bunların
hamısını müxtəlif hallarda təcrübədən keçirmişəm.
Sənai deyir:
“Mən adamlardan heç bir vəfa görməmişəm,
Sən görsən, məndən ona salam söylə!”
Demək, insan başqalarının ona göstərdiyi hörmətin öz qabiliyyəti-
nə görə olduğunu düşünməlidir. Bu cür hiylələrdən xəbərdar olmalıdır.
Hər şeydən artıq insanı şirin sözlər aldadır. Böyüklərin və əmirlərin
çoxu bu dərdə mübtəladır. Bəli, nə yaxşı demişlər:
Misra:
“Hər kəsin xoşuna gələni dedim, xoşuna gəldim”.
Hər kəsin “dostam!” - dediyinə inanma! Ola bilsin ki, onun da bir
dostu var və o dost sənin düşməninin dostudur. Aşkara çıxarılması zə-
rərli olan sirrini “filankəs düz adamdir və mənim xeyirxahımdır, onu
<SUs\ 42
<§у(еГ\ 43 / 1 & 3 >
şaxlar” - deyə heç kəso demə. Bir halda ki, özün öz sirrini saxlaya
bilmirsən, daha özgədən nə umursan? ! Haradan bilirsən ki, o da həmin
bu gümanla sənin sirrini öz dostlarına deməyəcəkdir?
Dünya malma və rütbəyə vurulmuş adamla dostluq etmək yaramaz.
Çünki belə adam zərurət vaxtında insanlığın bütün şərtlərini pozar.
Əksinə, xasiyyətində yaxşılıq vb mürüvvət olan adamın təbiəti həmişə
dostluğa meyl edər. Onun düşmənçiliyi de möhkəm olmaz. Çünki onun
düşmənçiliyi vaxtın tələbinə görədir.
Lakin zatında rəhmsizlik və zalımlıq olan adamın təbi düşmənçili-
yə tərəf meyl edər, başladığı dostluq da davamsız olar. Dəfələrlə təc-
rübə edilmişdir: təvazökar, səxavətli və xoşəxlaq adamın həmişə
dostu çox olmuşdur,
Təvazöyo goldikdə bir çox İnsanlar xudpəsəndlik toruna kiriftar
olduqlarından təvazö gördükdə xoşhal olar, dostluq edərlər. Əksinə,
təkəbbürlü adama hamı nifrət edor vo ondan gözlənilən faydadan da əl
çəkərlər.
Səxavətə gəldikdə dünya əhli fayda əldə etmok düşkünü olduğun-
dan xeyir və mənfəət ümidi görsə ixtiyarsız onun tərəfinə meyl cdor
və bəzən istədiyi faydanı əldə edə bilməsə də elə ümidlə də kifayət-
lənər. Əksinə, xəsis adam mal bağışlamaq İstəsə də, insanların çoxu
ona inanmaz və çarəsizlik üzündən bağışladığını düşünərlər.
Əxlaq gözəlliyi haqqında demək lazımdır ki, bu xasiyyət hər kəsdə
fitri olarsa, onun dostu çox olar. Çünki o səbəbsiz heç kəsi incitməz
Özünün başqası tərəfindən incidilməsinə də çox fikir verməz ona güzəşt
edər: Əksinə, bədməcazdan xalq əziyyət görər. Beləsini razı salmaq
çətindir: o, sobobsiz olaraq xalqı incitməyə başlar, xalq da o bədmə-
cazo düşmən olar.
Dostluq əlaqələrinin nəticəsi xeyirli olsa da yaman ılandandan da
yaman olan pis yoldaşın söhbətindən saqınmaq lazımdır. Buna görə də
demişlər ki, “səlamətlik təklikdədir’ 1 . Ondan sənə yetişəcək cürbəcür
zərərlər bir konara dursun, bu kifayətdir ki, onun təbinin xəsisliyi
ünsiyyət dolayısı ilə sənə təsir edor vo əxlaq gözəlliyi todricən səndən
zail olar.
Ssnai deyir:
“Pis adamlarla az əyləş, yoxsa pis olarsan.
İnsanın təbi (başqasından) xasiyyət götürəndir”.
Lakin işlori soboblerin varlığına möhtac bildiyimizdən rəftar qay-
dalarında müdaranı da gözləmək lazımdır.
Keç kəs xalqın içərisindən kənara çıxaraq ona möhtac olmaya bilməz.
O, hətta yad, aşna, dost və düşmənlə də əlaqə saxlamalıdır: elə rəftar
etməlidir ki, müxtəlif məzaclara müvafiq ola bilsin və düşmənin şorin-
dən salamat qalsın.
Müdara qaydasının ən yaxşısı ağla və sədaqətə riayət etməkdir.
Ağlın tələbi İlə başlanan iş xeyirlo noticolonor. Məsələn, ağlm tələ-
binə müvafiq olan bir iş görsən, onu tamamlamağa vaxt müsaidə etməsə
də, heç olmasa səni “iş bilən adam idi” — deyə yada salarlar. Əksinə,
ağlm ziddinə iş görən adam bir nəticə oldo etmiş olsa da, camaat deyər
ki, bəxti gətirdi, yoxsa bu İş onun işi deyildi.
Doğru demişlər: ağıllı adam həmişə möhtərəmdir. Düzlüyündə
nəticəsi əzab deyil, xeyirdir. Düzlük heç vaxt ağıldan ayrılmaz. Çünki
ağıl axırı pis nəticə verən işdən çəkindirər və nəticəsi xeyir olan düz-
lüyü tələb edər. Buradan məlum olur ki, saxtakarlıq axmaqlığa dəlalət
edir. Əgor desələr ki, “saxtakar ağılsız olduğu halda insanı heyrətə
salacaq vasitələri necə əldə edə bilir?” - cavab verərəm ki, alimlər və
filosoflar ağlın yaxşını pısdon seçmok qüvvəsinə malik bir şey oldu-
ğuna, heyvanların isə ağıldan məhrum olduğuna hökm etmişlər. Halbuki,
biz heyvan növündə elə hərəkətlər müşahidə edirik ki, o hərəkətlər
insanın təəccübünə səbəb olur. Məsələn, tülkünü birə basdıqda ağzma
bir dəstə ot götürərək, quyruğunu yavaşca suya batırır. Birəlor sudan
qorxub yuxan sıçrayırlar. Əvvolco bodəninin bir hissəsini, sonra da
tədricən hamısını bir qayda İlə suya batırır. Bədəndəki birələr ağzında
sudan kənarda tutduğu ota yığılırlar. Tülki bu zaman birdon başım suya
batırıb ayn yerdən çıxır vo beləliklə birələrin hamısı ot dəstəsi ilə
suyun üzündə qalır. Bu cür hiylələr çox müşahidə olunmuşdur. Bun-
ların hamısı ağıldan deyil, bacarıqdandır. Hiyləgərin işi do bu cürdür.
Əgər desələr ki, “ağıl hər bir halda işlənən bir alətdir və insanda
nəfs tüğyan etdikdə nəfsin tələbi üzrə ağıl da ona sərf olunur.” — ona
cavab olaraq deyərəm ki, nəfs tüğyan etdiyi zaman ağla qalib gəlirsə
də, bu qələbə anıdır. Sonra уепө ağıl onun əməlinin pisliyini məlum
edər və əməl sahibi tez peşman olar. Lakin saxtakarın əməli daimidir
və onu özü üçün fəzilət sanır.
Əgər desələr ki, “saxtakar Öz hiyləsini çox ustalıqla və məharətlə
işlətdiyini güman edərək heç kəsin onu anlamayacağma inanıb, nəti-
cəsinin pisliyindən də qorxmaya bilər” - cavab verorəm ki, bu mətlə-
44
45
bin özü axmaqlığa dəlalət edir* Ağılı özünə rəhbər bilən adam bu qədər
adamın içində özündən bilikli heç bir nəfərin olmadığını necə təsəv-
vür edo bilər? Onun Öz biliyinə inanması da cəhalət əlamətidir.
Xülasə, hər bir saxtakarın axmaqlığı sabit olduğu üçün, düzlüyün
ağıldan ayrılmaz olduğuna şübhə qalmır,
Şmai deyir.
“Sənin hiylənin yolgöstəricisi olan düşüncəni ağıl hesab etmə.
O seniıı nəfsindir,
Ağh nəfsdən seçib tam,
Ta ki köklüklə şişi bir-birindən seçə biləsən*’
“Habelə, müdara qaydası hər kəslo onun istedadına göro rəftar et-
məyi tələb edin Xalq arasında “Xalqın biri kimi ol!” - misalmca hamı
ilə yola getmək lazımdır.
Biz əxlaqın her növünə möhtacıq* Elə vaxt olur ki, nadan ağıllı
adamdan artıq işə yarayır. Özünü heç kəsə möhtac olmayan kimi güman
etmək yaramaz, heç bir düşməni həqir sanmaq olmaz. Elə vaxt olur ki,
kiçik işdən böyük Fitnə qalxır və güman edilmoyən bir yerdən müşkül
həll olunur. Cüzi işlərdə mümkün qədər özünü sadə və geniş ürəkli
göstər* Lakin böyük İşləri gizli saxla, hor kəsin əməlindən vaxtlı-
vaxtında xəbərdar ol, imtina et, zahirdə özünü elə göstər ki, guya ona
etimadın var, lakin elə olmasın ki, səni tamamilə qafil bilsin və bəlkə
bu üzdən öz inamını puç etsin vo səni zərərə salsın, öz işlərinin hamı-
sını özün et və ya onun icrasmda gözün olsun, onları tamamilə
başqalarının ümidinə qoyma, çünki heç kəs sənin mənfəətini öz mən-
fəətindən artıq istəməz, hər kəs öz səliqə və biliyinə uyğun olaraq işlə
özü istədiyi kimi məşğul olur. Ona görə do hor kəs sənin işini sonin
İstədiyin kimi göro bilməz.
Bununla belə, böyük işlərdə köməkçi hökmən lazımdır. Tək adam
başqasının köməyi olmadan bütün işləri görə bilməz; əksinə, cüzi işlə
məşğul olmaq səbəbindən böyük işlərdən qafil olar. İşlərin cü2İ cəhət-
lərini ürəyin qızdığı adamlara tapşır, özün isə hamısına göz yetin Əgor
bir nəfər bütün işləri göro bilsəydi, onda əmir və sultanlara vəzir vo
vəkil lazım olmazdı.
Aləmi yaradan, özünün kamil qüdrətinə baxmayaraq, işlərin icra-
sını səbəblərin varlığına bağlı etmişdir. Lakin köməkçilərini elo özba-
şına sərbəst buraxma kğ onlar təkəbbür və tüğyan edə bilsinlor: həm
də cüzi işlərdə o dərəcədə olaqəsiz göstərmə ki, xəyanət və etinasız-
lıqla nəticələnib sənin peşmançılığına səbob olsun*
İşlərin başlıcası adamların istedadını bilməkdir. Hər kəs adamları
ləyaqətinə görə seçib işə təyin ctso, o işi şəxsən özü gördüyü kimi
hesab edə bilər* “Filan iş filan köməkçinin hünoridir” deyəcəklərindən
ar etməməlidir və hər bir yaxşılığı vo gözəl xidməti əvəzsiz qoyma-
malıdır. Çünki bu, başqalarının da bu işo rəğbətinə səbəb ola bilər_
Habelə, müqəssirləri də cəzalandırmaq lazımdır ki, başqaları görüb çə-
kinsinlər. Bütün işlərin yamanlığı subuta yetməyinco onları yaxşılığa
yoz və günahsızlığım isbat etmək üçün lazım olan hor bir vasitoni
nəzərə al ! Çünki çox vaxt olur ki, bir iş təhqiq edildikdə, o işin baş ver-
diyinə inanılır və sonra məlum olur ki, həmin məsələ başqa cür olmuş
vo tosəwür edildiyi kimi deyilmiş. Ümumun xeyrinə zidd olmayan
günahdan, subut olunmuş olsa da, vaz keç! Xüsusən, düşmonə qalib
gəldikdən sonra onun təqsirindən keç! Bu işin faydası çoxdur* Əvvələn,
düşmən o halətdə səndən mürüvvət gördükdə sənin əxlaqının gözəlli-
yindən vo Özünün tərsliyindən utanar, ikinci, başqa düşmənlər do cəza-
dan əmin olaraq sənə qarşı müqavimət göstərmək fikirindən əl çekərlər*
Üçüncü, mürüwotli adam xalq arasında əziz olar ve yaxşı ad qazanar.
İntiqam almaq istoyono qalibiyyət haramdır. Bir adamın haqqmda yaxşı-
lıq etdikdə, yaxşılığı kinayə və məsxərə ilə aşkara çıxarma, çünki mirnıəl
qoymaqla yaxşılıq puç olar: xoşhall ıq əvəzinə düşmənçilik əmələ gələr*
Naməlum bir şair demişdir:
“Mərd odur ki, bir anbar qiymətli köhvər bağışladıqda
Onun minnət yükü qarışqanın da belini sındırmasın”
Sənin başqaları haqqmda etdiyini və başqalarının sənin haqqında
etdikləri pisliyi danışmaqdan saqın: çünki danışdıqca o təzələnər.
Aqil adamlar LL üzrü təzələmək, günahı yada salmaqdır” - demişlər*
Hər kəslə danışdıqda danışmaq fürsətini ona ver, özün isə zərurət
məqamında danış. Çox zaman ən hiyləgər bir adam söz danışan zaman
səhv edərək ürəyində kini açıb deyər və soni işin kefiyyətindən xə-
bərdar edən Sən də çox danışsan, omm kimi olarsan.
Baba Əfzəl demişdir:
“Əvvəldən sənə iki qulaq və bir dil vermişlər.
Yəni iki dəfə eşit, bir dəfə danış!”
47 /^qkS>
Hər kəslə görüşdükdə onunla məsləhətləş, lakin gizlədilməsi lazım
gələn şey haqqında danışma. Sənin faydan ondadır ki, bəlkə ondan bir
yaxşı söz eşidəsən. Çox vaxt olur ki, ağılsız adam ağıllı söz danışır ve
düşmənin sənin xeyrini söyləyir. İşin məsləhəti sənə məlum olsun
deyə başqalarının dediklərini ağlınla ölç. Əgər məsləhətə müvafiq bir
söz eşitməsən heç olmasa o adamın ağlının dərəcəsi və ya ürəyinin sirri
sənə aşkar olar. Adamların söz və işlərinin onların istedad və bilik
dərəcələri nəzərdə tutmaqla demək olmaz ki, filankəs ağıllıdır, bu işi
görməz və ya o, ağılsızdır, bunu bacarmaz. Çox zaman ağıllılardan elə
bır iş baş verir ki, cahillər onu etməyi özlərinə ar bilərlər: eyni zaman-
da nadan adam bəzən elə bir iş görər ki, ağıllılar ona heyran qalarlar.
İnsanın təbiəti daima dəyişməkdə və təbəddülatda olduğundan be-
lə hallar təəccübü deyildir. Düşmən haqqında yaxşı danışmağı özünə
adət et, çünki düşmən onu eşitdikdo odavətini azaldar, dostun da sənin
□xlaqının gözəlliyinə inanar. Zərif təbli lətifə deyənlərin söhbəti hər-
çənd çox vaxt bəyənilir və zahirpərəstlorin meylini onlara tərəf çəkər,
lakin xoşbəxtliyin mənasız zarafata və lətifəçiliyin məsxərəyə çevril-
məsindən saqınmaq lazımdır, çünki bu xasiyyətlərin sahibi zorordən
başqa bir nəticə görməz. Bəzi adamlar xətirlərinə toxunulduğu üçün
odavot bəsləməyə başlarlar. Başqaları da onu yüngül, qədrsİz sanırlar.
Dostlar arasında həcv ve məsxərə olarsa, onların arasında həqiqi mə-
həbbətə inanmaq olmaz, çünki qılınc yarasından da yaman olan dil
yarası hər İki tərəfin ürəyində tədricən yer tutar və onlann saf dost-
luğuna xələl gətirər. Bununla da ünsiyyot kiçik bir bəhanə ilə pozulur.
Hər halda işlərin tədbirini tələsmədən görmək və onlan sürətlə başla-
maq məsləhətdir, işi nəfsin istəyinə görə deyil, öz qüvvə və istedadına
görə görmək lazımdır. Çox vaxt artıq tələb etmək səni azdan da qoyar.
Rahat olmaq istəsən özgələrin işinə qarışma! Keçmişlərin işini
gələcəklərin ibrəti hesab et! Zərərə düşdükdə mərdcəsino döz!
Hafiz deyir:
“Səni Mənsur kimi dar ağacının ayağıtıa apararlarsa,
Mərdcəsmə davam gətir, çünki dünya davamsızdır”.
Tələf olmuş bir şey haqqında hcyfsilonmoklə onu geri qaytarmaq
olmaz. Zəruriyyət olmadan şikayətlənmək və ürəyinin dərdini demək
zərərdən başqa bir fayda verməz, çünki düşmən yanında demiş olsan,
onun sevincino, tənəsinə və qüvvətinin artmasına səbəb olar; yad ada-
48 /'eKS)
min yanında demiş olsan, səni onun gözündə alçaq və həqir göstərər;
dost yanında demiş olsan, onun qəmlənməsinə və sənin münasibətinin
təzələnməsinə səbəb olar. Hələ bunlar bir yana dursun, ham o həqiqi
dost ki, ona ürəyinin qəmini deyə biləsən?!
Birinci imam Əli dünya əhli haqqında demişdir: “Varlı vaxtında
onlar sənə dost, çətin vaxtında isə düşməndirlər”.
Qüvvətli vaxtında elo iş gör ki, qüvvətsiz vaxtında işinə yarasın.
Axırda tərk edilməsi lazım gələcək iş yolunda ömrünü puç etmə!
Verdiyin hər bir vədə vəfa etməyə çalış!
imam Əli yenə belə buyurur: “Kişi vəd edincəyə qədər azaddır”.
Vədini yerinə yetirmək vacibdir. Borclu adam özünü azad hesab edə
bilməz. Vədəxilaf adam, insanlığın şərtlərini yerinə yetirməmək bir
tərəfə dursun, böyük zərərə də düşə bilər. Zərərlər cümləsindən biri
budur ki, heç kəs onun sözünə inanmaz və zərurət vaxtında lazımi
vədlər versə də, heç kəsdən bir kömək ala bilməz. Hər cür yaxşılığı və
vədləri hər kəsin əxlaqına və təbiətinin meylinə görə etmək lazımdır
ki, ta onun artıq dərəcədə sevinməsinə və işə həvəslə girişməsinə
səbəb ola bilsin. Çox vaxt bir nəfərin qəlbinə xoş gələn ən kiçik bir iş
onun nəzərində başqa böyük işlərdən daha böyük görünə bilər.
Ümumiyyətlə, insanın təbiətində, ömrünün müxtəlif vaxtlarma göro,
bir xasiyyət başqalarına nisbətən qüvvətli olur. Mosolən, uşaqlarda
inadcıllıq və kəsalət, cavanlarda özünü öymək və məhəbbət, yaşlı-
larda kin, saxlamaq və şan-şövkət axtarmaq, qocalarda rəhimsizlik və
xəsislik xasiyyətləri sınanmışdır. Alçaq xasiyyətlərin çoxu sahibinə
zərər yetirər, onu məqsədinə çatmağa qoymaz. Pis iş görən adam tez
qüvvətdən düşüb işdən qalar. Rütbə axtaran hökmranlıq fikrilə nəfsi-
nin qulu olar. Xəsis adam gələcəkdə maddi çətinliyin qorxusundan
ağır günlər keçirər. Lovğa adam alçaqlığından qorxar və məzhəkə
aləti olar. Təkəbbürlü adam izzət axtarmaqla özünü zəlil edər. Hirsli
adam başqalarının günahından Ötrü özünə əzab verər.
Xülasə, mərd o adamdır ki, öz eybini özgələrin eybindən artıq
görsün, öz hünərini kiçik sansın, vaxtım başqalarının əməllərinə irad
tutmağa sərf etməsin.
Namalum bir şair demişdir:
“Rədd və qəbul qeyb pərdəsinin arxasında olduğu üçün
Çalış kimsənin eybini axtarma ki,”
Bir filosof demişdir ki, gözlü o adamdır ki, özünü görə bilsin.
49
Doqquzuncu fəsil
TƏVAZÖKARLIQ QAYDALARI HAQQINDA
Bu sifət insan vücudunun yaraşığı, zahiri və mənəvi mənfəətlərin
mənbəyi ola bilər. Zahiri mənfəət odur ki, mərifətli adamlar bir nəfəri
təvazökar gördükdə onu özlərinə dost seçərlər, özlərini bəyənən xudpə-
sənd isə ondan hörmət gördüklərindən və onların qüruruna toxunmadı-
ğından onunla mehriban olarlar. Bu surətlə onun dostları çox, düşmənləri
isə az olar. Ehtimal ki, düşmənlərin özləri də onunla dost olmaq istər-
lər. Heç olmazsa, ona əziyyət verməkdə coşmaz və tələsməzlər. Bunun
mənəvi mənfəəti ondadır ki, insan özünün nöqsan və acizliyindən
xobordar olar və daha fəxr etməz. Beləliklə, təvazökar adam Özünə
gündən-günə fikir verər, naqis sifətlərini mümkün qədər düzəldər və
bununla da Allahın dərgahında bəyənilər vo tükənməz feyzlərə çatar.
Doğurdan da, insan öz vücudundakı zəif hissəciyə belə ixtiyarı olma-
dığı halda, təkəbbür və lovğalıq etməyə nə haqqı vardır?
Maraqlı burasıdır ki, bir çoxlan rütbə, mal, nəsəb və kamalına görə
özlərini böyük hesab edirlər. Halbuki rütbə qayğıkeşlik və ehtiyacın
çoxluğundan ibarətdir. Rütbə sahibinin vəzifədən kənar edildiyi zaman
çəkdiyi qəm vəzifə başma keçdiyi zamanda etdiyi şadlıqdan artıq olar.
Hafiz deyir:
“Həsirin xoş nəqşi, yoxsulluq vo arxayın yuxu,
Elə bir nemətdir ki, şahların əlinə düşməz”.
Dünya malına gəldikdə, demək olar ki, o həmişə əldən ələ keçən və
puç olan bir şeydir.
Müəllif deyir:
“Bunlar bir yana dursun, insan var-dövlətdən qudurduqda şərrə düşor.
Nəsəbə gəldikdə eyb olsun o diriyə ki, ölüsü ilə fəxr edə, bu vəsilə ilə də
özünün fəzilətsizliyini etiraf etməyə qalxmışa. Qabiliyyətli oğulun buna ehti-
yacı, naxələf oğul isə öz ata-baba nəslinin ləkəsidİT”.
Sədi demişdir:
“Tulaq ki, atan fozilotli adam idi.
Atanın fəzilətindən sənə nə?”
50 /"екЈз)
Kamaldan bəhs etdikdə demək lazımdır ki, diqqətlə mülahizə et-
sək, görərik ki, alim nə qədər elm öyrənsə, yeno də çox şeyi bilmədi-
yini etiraf edəcəkdir...
Sənai demişdir:
“O bilik çox yaxşıdır ki,
Onun vasitəsilə öz nadanlığını etiraf edə biləsən...”
İnsan öz nöqsan və acizliyinin həqiqətini bildikdə qürur və təkəb-
bürdən vaz keçər və özgəsinin eyib və nöqsanları onun nəzərində böyük
görünməz. Bu səbəbdən də həlimliyi artar, qəzəbi azalar vo qozobin
əzabdan başqa nəticəsi olmadığmı bilər. Çünki qozob insanı təbii ha-
lından çıxarar, çox zaman cürbəcür xəstəliklərə düçar edər. Bir də elə
işə qurşanar ki, hər iki dünyada peşmançılıq çəkər. Burada bəyənilmiş
ctidal daha artıq tələb olunur.
Eyni zamanda həlimliyin acizlik, təvazökarlığın isə alçalmaq də-
rəcəsinə golib çıxmsmdan saqınmaq lazımdır. Hirs və vüqarı yeri gəl-
dikdə bədəni qorumaq üçün alət etmək olar. Çünki bəzon bir çoxları
birini aciz gördükdə onu incitmoyə tələsirlər.
Onuncu fəsil
İNSAF HAQQINDA
Bu pakizə xasiyyət yaradılışının saflığından və qəlbin incəliyindən
əmolə gəlir. İnsaf elə bir aynadır ki, insan öz işlərinin yaxşı və yama-
nım onda görə bilər. Bu sifətə malik olan adam sair əxlaqını da təd-
ricən islah edə bilər, islah edə bilməsə də, tüğyan da etməz. Çünki
insaflı adam hər zaman öz xasiyyət və işlərinin pis cəhətlərini tənqid
edər, özündən baş vermiş səhv və nöqsanı düzəltməyə çalışar. Əməl-
lərinin cəzası olaraq başqaları tərəfindən ona yetişən yamanlıq onun
kin və ədavət bəsləməsinə səbəb olmaz. İnsaf qəlbin incəliyindən
doğduğu üçün insaflı adam daşürəkli ola bilməz vo ayağım etidal cızı-
ğından kənara qoymaz; çünki zülm etmək onun təbiətinə uyğun olmaz.
Bu surətlə xoşxasiyyət olub, yaxştlığa çalışar. İnsaf özbaşına deyildir.
O, əqlin dərketmə qabiliyyətinə möhtac olsa da, çox vaxt xalq arasın-
dakı adətə bağlıdır. Yəni hər kəs hansı bir tayfanın içərisində yaşayırsa-
51 /qxG)
yaşasın, onların adətlərinin ziddinə hərəkət etməyi pis bilər və insafı
buna razı olmaz. Lakin onun xilafına adət etmiş başqa birisinin insafı
haman işi görməyə razılıq verməz. Məsələn, birisi hər hansı millətdən
olursa-olsun, öz dini qaydalarına görə başqa dini təhqir etmək istəsə,
onun insafı rəva görməz. Lakin başqa tayfalar təhqir etmoməyi insafın
ziddinə olan bir şey kimi bilirlər.
İnsafın lüğəti mənası ədalət deməkdir, çünki burada bölgü eyni
dərəcədə hər iki tərəfə aid olur. Ədalət və insafın ikisinin də tələbi
birdir. Yalnız ümumilik və xüsusilikdə təfavütü vardır, çünki ədalət
fitri olmaya da bilər. İnsan ədalət və məsləhəti gözləmək səbəbi ilə
zülümdən saqınar. Bcləliklo, hər bir insaflı adam ədalətli olar; amma
hər bir ədalətli adama insaflı demək olmaz. İnsaf fitri olsa da, əqli təh-
qiqatsız davamlı olmaz. Həvayi-nəfs, şübhə və tərəddüd onu puç edər.
Çox vaxt insan adət dolayısı ilə pis işi bəyənər, zülmü yaxşılıq zərnı
edər.
Doğrudan da, insaf insan təbiətinin bəzəyidir, □, salama tl iyə və
işin gözəl nəticə verməsinə səbəb olar. İnsanı bütün pisliklərin mən-
bəyi olan zülmdən saqmdırar. Bil ki, hər bir pis iş insaf maddələrinin
zoifliyi üzündən əmələ gəlir. İnsanın insafı kamal dərəcəsinə çatdıq-
da o, zülmü özünə və başqalarına rəva görməz. Demək, heç bir pislik
də ondan baş verməz. Bütün şəriətlərin hökmləri və hüdudları, hər bir
məmləkət qanunlarının möhkəmləndirilməsi zülmü dəf etmək üçündür.
Elə bir günah tapilmaz ki, onda ya aşkar, ya gizli şokildo zülmün bir
növü olmasın.
Hafiz demişdir:
“Hər пө edirsənsə et, lakin əziyyət vermək dalınca düşmə;
Bizim şəriətimizə görə, Günah ancaq zülmdən ibarətdir”.
Hər yamanlığın bir cəzası olduğu üçün başqasının haqqında edilən
yamanlıq, şübhəsiz yamanlıq edən adamın özünə aid olacaq.
Misra:
“Əməl və cəza һөг yerdə yan-yana durur”.
Çox vaxt olur ki, insan başqasının haqqında yamanlıq edərək onu
özünə faydalı və salamatlığının səbəbi hesab edir, onun cəzasını unudur.
Özünə bir yerdən yamanlıq yetişdikdə isə şikayət etməyə başlayıb, öz
52
günahsızlığım isbata çalışır, ancaq heç təsəvvür etmir ki, bəlkə bu cəza
filankəsin haqqında etdiyim filan pis əməlin cəzasıdır.
Bütün aləm bir bədən misalında olduğundan, sənin bir adam haq-
qında etdiyin yamanlığın cəzasım başqası tərəfindən sənə veriləcəyinə
təəccüb etmə! Hamının təbiəti birdir. Lakin əməlin cəzası maneələr və
məsləhətlər səbəbindən gecikə bildiyi və keyfiyyəti də təğyir tapa
bildiyi üçün insan bu həqiqətdən qafil olaraq çəkdiyi cəzanı başqa yerə
yozur. Bəli, aləmin yaradıltşı müddəasız olmadığı üçün adamların
əməlləri də cəzasız olmayacaqdır.
Biz bu qodər eybli və nöqsanlı olduğumuz halda, gözəllik və çir-
kinliyi bir-birindən seçmək istəyirik, əməllərin cəzasını ədalətin tə-
ləbi bilirik. Necə olar ki, xudavənd-alom öz kamal qüdrəti və gözəl
hikməti ilə yaxşı və yaman arasında bir fərq qoymaya və insanlar üçün
əməllərinin cəzasını bu dünyada və ya axirətdə müəyyən etməyə.
Halbuki, bütün dinlərin nümunələri, hətta bütpərəstlər də əməlin cə-
zasını inkar etmirlər; çünki onsuz millətlərin şəriətləri qərar tuta bil-
məz və aləmin qanunları pozular.
Onbirinci fəsil
QƏNAƏTİN ŞƏRTLƏRİ HAQQINDA
Bu yüksək xasiyyət puç olmayan bir dövlət və sabit bir nemətdir.
Misra:
“Əbadi dövlət istəyirsonsə, qənaəti özimo peşə et!”
Qənaətcil adamın əldə edəcəyi saysız-hesabsız faydalardan ən
başlıcası dörddür:
Birinci, qənaət edən adam xalq arasında əziz və vüqarlı olar.
İkincisi, bihudə zəhmətdən asudə olar. Məişət işində asudə olar,
var-yox qəmi onu iztiraba salmaz, təhlükəyə düçar etməz, rüsvayçılığı
və tay-tuşun tənəsini qəbul etməz.
Üçüncüsü, tamah zillətindən, asayişi pozan, yüksəlişə mane olan
artıqtamahlıq müsibətindən azad olar. Doğrudan da, tamah müsibət-
lərin ən şiddətlisi olduğu üçün, tamahkar adam daim qəmgin olar; nə
qodor varı olsa da, yenə deyər azdır. Həmişə varını artırmaq fikrində
53 /<гк§>
olar. Öz mənfəətindən ötrü özgələrə ziyan vurmağa çalışar. Bu sifət-
dən uzaq olan adam həmişə xoşəxlaq olar və bəlkə də bu səbəbdən Allah
yanında saleh adamlardan sayılar.
Dördüncüsü, dinin və ürəyin xırmanına od vuran paxıllıqdan sala-
mat qalar. Doğrudan da, paxıllıq odundan yandırıcı od hələ ki, görün-
məmişdir. Paxıl adam heç bir zaman farağat yaşaya bilməz, özünün
qəmi və başqalarının şadlığı onun küdurətinə səbəb olar. Aydındır ki,
saysız tayfaların içərisində bir anda minlərlə insan yaxşı ömür sürə
bilər. Paxıl adam bunların hər birinin sevincindən qəmlənər. Həqiqət
gözü ilə baxsaq görəcəyik ki, paxıllıqdan məqsəd mənfəət deyildir.
Paxıllıq batini çirkinlikdir ki, büruzə verilir. Paxılın məqsədi mənfəət
olsaydı, o zaman fəzilətlərin başlıcası və xasiyyətlərin ən gözəli olan
ağılda və dində də bu paxıllıqdan bir əsər görünmüş olardı. Halbuki,
bunların heç birində paxıllıq yoxdur. Lakin hər kəs ağıllıqda özünü
yeganə sanır və öz dinindən başqa dinləri əfsanə hesab edir.
Sədi demişdir:
“Ağıl yer üzündən götürülsə.
Yenə heç kəs öz nadanlığını etiraf etməz”.
Paxıllıq həqiqətən qabiliyyətin yoxluğunu göstərir. Çünki hünərli
adam əziz vaxtını bu murdar xasiyyətə sərf etməz, öz istedadına görə
çalışar. Çalışar ki, özgəsində olandan artıq ələ gətirsin. Lakin hünərsiz
adam öz istedadına inanmadığı üçün paxıllıq etmoyə başlar və xalqın
nemətinin puç olmasını istər. Daha orasını bilməz ki, özgələrin nemə-
tinin puç olmasından ona bir fayda gəlməz.
Müəllif deyir:
“Hünərsiz adam hünərlinin nöqsanlı olmasını istər.
Bəs nə üçün Özü ondan da yaxşı olmağa çalışmır?!”
Xəsis və paxıl yığdığı mal-dövlətdən həsrətdən başqa bir şey
aparmaz. Çünki o dövləti ya bir hadisə məhv edər, ya varisinə qalar.
Hər iki halda xəsisin işi peşmançılıqla nəticələnər. Malı yığmaqda
məqsəd rahatlıq və şadlıqdır. Lakin xəsis üçün əksinə nəticə verər.
Müəllif deyir:
“Zəmanə əhli asayiş və kam ardına düşmüşdür.
Daha bilmir ki, dünyada boş işref haramdır”.
CsLXŞTn 54 /'cikfä)
Çünki malı yığıb saxlamaq üçün rahatlığı özünə haram etmək lazım
gəlir. Halbuki, qalan ömrünün darısqallıqla vo ya rifahla keçəcəyi və
ya ömrün lazım olan qədər davam edəcəyi kimsəyə məlum deyildir
Tutaq ki, ömrün davamı və çətinliyin əlacı müyəssər oldu. Lakin malın
puç olmayacağı nədən məlumdur? Dünya işlərinin Allahın qüdrəti ilə
yoluna qoyulması hikmətsiz deyildir. Məsləhət dövlətli olmaqdadırsa
fağırlığın qorxusundan yeməməyə ehtiyac yoxdur. Əgər insanın dövlət
əldə etməyə İstedadı və nemətə haqqı olmazsa, o dövlət bir hadisə sə-
bəbindən əldən çıxar, həsrət və peşmançılıqdan başqa ona bir şey
qalmaz. Mal övlad üçün yığılırsa, bu da əbəsdir; çünki dəfələrlə təc-
rübə göstərmişdir ki, dövlətlinin övladı yoxsul, yoxsulların uşaqları isə
dövlət vo cah-calal sahibi olmuşlar.
Hər kəsin ruzisi bölünmüş və onu əldə etməyin müəyyən bir yolu
vardır. Atanın varı özü üçündür və öz istedadı ilə yığılmışdır, o döv-
lətdən oğula pay düşmür. Varisə qalan mal da yadlar üçündür, çünki
arvad öz hissəsini təzə əri ilə yeyəcək, qız ərinin cvino aparacaq, oğul
yad qızma verəcəkdir. Özün insaf et: bundan sənə no fayda? Desən ki
səndən ötrü ehsan və xeyrat verəcəklər, o da məlum deyildir; çünki sənə
özgəsi səndən mehriban ola bilməz. Sən özün ehsan etmədiyin halda
özgəsi necə edə bilər? Tutaq kİ, zahiri adət üzrə malından bir qədərini
sərf etdilər. Onun da dünyada şöhrətindən və axirat savabından ibarət
olan mənfəəti ehsan edən adamlar üçün olacaqdır. Demək, əziz ömrü-
müzü bu dünya malını toplamağa sərf etməyə və bəlkə do pulu özü-
müzə Allah qərar verməyə dəyməz.
Hafiz demişdir:
“Cəmşid dünyadan cam hekayəsindən savayı bir şey aparmadı.
Saqın, ürəyini dünya malına bağlama!”
Madam ki, qənaət etidal dərəcəsini gözləməkdən ibarətdir, insan
öz halal kəsbindən tamamilə əl çəkməməlidir; çünki etidal dərəcəsin-
dən xaric olan adam aləmin ümumi nizamının əksinə çıxaraq öz varlı-
ğının xeyrini unudur.
Ümumi işlərlə məşğul olmaq lüzumu ayə və əxbardan anlaşılır.
Lakin həddindən artıq ona qapılmaq pisdir. Aləmin nizamından ötrü
cürbəcür peşə sahibləri çalışır və əməllərinin nəticəsindən çoxlu xeyir
gözlənir. Lakin bir çoxları öz nəfsinin tələbi üzrə və zahiri mənfəətlər
əldə etmək fikri ilə mal və rütbə axtarmaqdadırlar. Onlar bu təman -
ÇLXçA 55 /"екФ
nanın şiddətindən mal yığmağın əsiri olurlar. Halbuki, exbar və
ayələrin çoxu bunun tərk edilməsinə işaro edir, ta ki, “dünyanı dost
tutmaq bütün xətaların başıdır” - dedikləri kimi, daimi həlakətə düş-
məsinlər. Əgər onlardan bir çoxu dünya malından göz və halal kəsb-
dən əl çəksəydilər belə, hər halda xalqı işə toğrib edərlərdi. “Rahibliyi
büdət etdilər” - ayəsinin məzmunu buna dəlildir. Yəni, işləmoməklə
özünü insanlıq dərəcəsindən çıxarmayasan.
Hünər odur ki, məşğul olduğun vaxtı özünü işdən kənar olmuş
kimi görəsən, xalq üçün əlaqələr toru olan həşəmət vasitəsini izzət və
iflixar mayəsi hesab etməyəsən. İşdən kənar olduğun vaxt çalış ki,
özünü biçarə saymayasan və özünü başqalarının yanında xar etmə-
yəsən. Allahın evi olan ürəyini mənasız arzularla fəsadların büdxa-
nasma çevirməyəsən və dünyanın var-yoxunun fikrini çəkməyəsən...
İşdon uzaq olduğun zaman Allahın dərgahına üz çevirmək və fit-
nə səbəblərindən qorunmaq çətin deyil, bolkə zəruridir.
Nəziri deyir:
"Zahid, gözəllərin cəfasına tabı olmadığından, bir küncdə daldalanmış və
Allahdan qorxduğunu bəhanə etmişdir”.
Mal kəsb etməkdə olduğu kimi, sərf etməkdə də ehtiyatı gözlə-
mək lazımdır. İsraf da paxıllıq kimi pisdir. “İsrafçılıq şeytanın qarda-
şıdır” - hökmündən israfın zərəri məlumdur. Çünki insan israf etdiyi
üçün gözəl nemətləri dadmaqdan məhrum olub, öhdəsində olan xeyir
eməli yaddan çıxarır. Ehtimal ki, yersiz mal sərf etməklə şər işlətmiş
və ümumi xeyrin ziddinə iş görmüş olar; çünki hər kəsə пө verilibsə,
bir məsləhət üçündür və məsləhət də ancaq xeyir üçündür. Xeyir də
ümumi mənfəətdən başqa bir şey deyildir. Belə olduqda dövlət ümu-
mun faydasma sərf olunmalıdır. Onu puç edən özünə zərər vurur.
Naməlum bir şan demişdir:
“Nəcib adam paxıllığı israfdan yaxşı hesab edər”.
Dünya və axirətin həsrətini o bədəxt çəkəcəkdir ki, malı qazanıb
puç edir, varisə tapşırır və başqası onu sərf etməkdən faydalanır. Alqış
o xoşbəxt adama ki, yaxşılığı yerində edir və hər iki dünyanın döv-
lətinə sahib olur, belə adam hər zaman əziz olar, hər bir ehtiyacı rəf
olunar və hər cür müşkül işdən nicat yolu tapar.
Влт filosof deyir:
“Səxavət bağlı qapıların açandır”.
<2>€Г\ 56 /gK®)
On ikinci fəsil
TƏVƏKKÜL QAYDALARI HAQQINDA
Ey itaətsiz nəfs və ey özünü itimüş ağıl, bu avaralıq nə vaxta qədər
sürəcək və bu səhv düşüncələr nə vaxta qədər davam edəcəkdir 1 ? Təkəb-
bür və nadanlıq badəsinin xumarlığından huşa gəlmək vaxtı yetişmiş-
dir. Küfr və üsyan içində olduğumuz halda, imandan dəm vurmaqdan
həya edək!
Sənai deyir:
“Tövhid yolunda iki qibləyə üz çevirmək olmaz.
Ya öz nəfsini istəməlisən, ya dostun rizasını”.
Əsl səbəblərdən qəflət edərək işlərin vaqe olmasını özümüzdən
bilmək tamamilə cəhalət və avamlıq deyilmidir? Zərər və faydanın
mənşəyini zəmanənin adamlarından görürük. Öz hünərimizə inanım
küfr olduğunu, özgələrin qüdrətinə etiqadın Allaha şərik qərar vermək
olduğunu nə üçün bilmirik?
İndi diqqətlə mülahizə edib görək biz öz-özlüyümüzdo nə qüdrət
sahibiyik və işlərin icra edilməsində nə ixtiyarımız var? Şan və şövkət
sahibi bildiyimiz adamların əhvalım yoxlasaq, hər birinin min müsibə-
tə giriftar olduğunu və o müsibəti dəf etməkdə aciz qaldıqlarını görərik.
Müəllif deyir:
“Bir halda ki.ürak bu viranə (dünyada) bənddir,
Necə ola bilər ki, onun qəmi olmasın”.
Özləri üçün bir şey edə bilməyənlər, özgələri üçün nə cdo bilər-
lər? Çox zəhmətlərin səmərəsiz qaldığını təcrübə dəfələrlə göstər-
mişdir. Əsla xəyala gəlməyən bir iş birdən-birə düzəlir. ‘Tamahkar
məhrum olar” - misalına görə, o, istədiyinə nail ola bilməz. Dünya
əhlindən çoxunun gecə-gündüz riitbə dalınca düşdüyünü ve həmişə
zillət içərisində yaşadığını görmüşəm. İşdən kənar olub guşənişinlik
arzusunda olan adamları ruzigar cürbəcür vaqiələr dolayısı ilə məmlə-
kətin və xalqın işlərini görməyə məcbur edir. Yaxşı demişlər: ruzigar
hər cür arzuya manedir. İşin həqiqəti bizə örtülü olduğu üçün, nə kimi
•StXsTN 57 /'eXjŞ'
istəyi nə cür tələb etmək lazım loduğutıu necə bilə bilərik? “Həddən
artıq soy göstərən öz zərərinə işləyər” - məsəlinə görə çox vaxt zərə-
rimizə olan işdən yapışırıq, halbuki, o işin baş tutmaması bizim
xeyrim izədir Belə olduqda hamıdan yaxşısı odur ki, işləri onların
həqiqətini bilən və tutduğu xeyir işdə xəta etməyən hikmət sahib-
lərinə tapşıraq.,.
Riza sahibinə ismi-əzəmin (böyük adm) sahibi demək olar Bəlkə
elm ismi-əzəm rizanın və Allah sifətinin özüdür. Onun tərifi sonsuz
olsa da, biz öz ağlımızın imkanı daxilində Allahın adını min bir hesab
etmişik. Vo “riza” sözü də əbcəd hesabiləmin bir rəqəminə bərabərdir 1 .
Deməli, bu söz də min bir adı özündə cəmləmiş olduğu üçün “ismi-əzəm”
adlana bilər. Buna görə də hər şeyi yaradanın zatını dərk etmədən,
onun camal və cəlal sənətlərinə inanmadan təvəkkül vo riza məqamı-
na çatmaq mümkün olmaz.
Hərçənd ki, biz bu yolda ağla tabeyik, lakin maddələrin ixtilafı
səbəbindən ağılda olan şöbələr kamil və naqis ola bilər. Belə olduqda
doğru yolun bələdçisi olmadan insan bu səhrada sərgərdən qala bilər
və siikançıstz, qibləniimasız gəmi kimi girdaba tez düşər
Hafiz deyir:
“Xızrsız bu yolu getmə, zülmətdir,
Yoldan azmaq təhlükəsindən qorx!..”
insanın vücudu ruh və cism üzərində qurulmuşdur. Bunların birin-
dən ağıl, o birindən nəfs doğur Hər kos nofsin cürbocür yaramaz
horokol və günahdan ibarət olan istəklərindən saqınaraq ağılla maari-
fin zövqündən qida vo qüvvət verərsə. Özünü “biz insanı gözəl surət-
də xəlq etdik” - dərəcəsinə çatdıraraq Allahın sifətlərini özündə əks
etdirər vo tükənməz feyzə yetişər. Şəhvətə qapılaraq nəfsinə qüvvət
verən adamın heyvaniyyotı ruhaniliyim qalib golorok onu “ən alçaq
dərəcə” məqamına sürükləyəcəkdir
İnsaf gözü ilə baxsaq görərik ki, mövcudatm ən şərafətli növü olan
insanlıq şərəfinə nail olduqdan sonra, nəfsani şəhvətlər üzündən
1 Ərəb hiirufatı Llö sözü üç harfdon [barat olub, obcəd hesabı ilə:
j=20Ü, Ј = 1 olduğu üçün bu rəqəmlər cəmləşdikdə 1001 olur(M5.)
təzədən özümüzü heyvanlıq dorocosino salmaqdan pis şey yoxdur;
çünki heç bir heyvan öz vücudunun xeyrini istəmir. “Bütün şeylər
onun həmdini zikr edirlər” - ayəsi mövcibincə şəriət hökmlərindən de
xəbərdar olmalıyıq ki, zahidlik bizim yolumuzun üstündə tələ olmasm
və sonin omellərin riya və ya adət üzündən olmasm; çünki riya üzün-
dən olan zahidlik Allaha gizlicə şərik qərar vermokdən və zahiri küfrdən
bədlərdir. Büdpərəstlik bu cür zahidlikdən fəzilətdir; çünki o, etiqad
üzündən, bu isə qərəz üzündəndir. Adət dolayısı ilə olarsa, o dəxi hey-
vaniyyətin tələbi üzrə olub, insanı məqsədinə çatdıra bilməyəcəkdir:
Sənai deyir:
“Dostdan uzaq düşdüyün zaman onun nə kafirliyi, nə mömünlüyü.
Yoldan uzaq düşdüyün zaman isə o yolun nə çirkinliyi və nə gözəlliyi?!”
Yaramaz işlərle məşğul olmağın (fısqin) pisliyi məlum vo ümumun
yanında mənfur olduğuna baxmayaraq, yenə o, qərəzli zahidlikdən yax-
şıdın Bunu bir neçə dəlil ilə sübut etmək olar:
Birinci: zahidlikdə təkəbbür və iftixar, fisqdə İsə peşmançılıq və
zavallılıq vardır.
İkinci: zahidliyin xisləti daimi, fısqinki isə anidır.
Üçüncü: fasiq 1 adama nəsihət edənin məzəmməti təsir edər, zahid
isə öz əməlindən fəxr edib, özgələrinə tənə vurar.
Dördüncü: Fasiq adam üçün yüz cür zərər, əzab və xar olmaq qor-
xusu vardır. Lakin zahid xalq arasında hörmətli hesab edilərək, moişotdo
onların neməti İlə təmin olunar.
Beşinci: riyasız zahidliyə çox az təsadüf edilir, lakin fisqi isə gizli
etmək lazım gəlir.
Altıncı: zahidlik xalqın gözəl zənni səbəbindən fisqin toru ola bilər.
Lakin fasiqdə bu xasiyyət yoxdur.
Yeddinci: fasiq çox zaman haqqın köməyinə, zahid isə əməlinə
arxalanar.
Zahidliyin lüğəvi mənası rəğbətin ziddi deməkdir. Əgər zahid adına
mütabiq olsaydı və o hər şeyi buraxaraq Allahın zikr və itaətinə qapıl-
saydı, çox gözəl olardı. Çünki o bu vasitə ilə riza yolunu getmiş və fəna
mənzilinə yetişmiş olardı,..
1 Yaramaz horokotlor edən şoxs (M S.)
59 Г&З
58
Xülasə, kamil adam odur ki, zahirdə zöhddon, gizlində isə fısqdən
saqına vo bunlardan heç bitini özü ilə istəyinin arasında pərdə etməyə.
Hafiz deyir:
“Ey könül, son o xeyir, nicat yolunu göstərirəm;
Fisqə qapılma və zahidlik satma!”
Bununla belə, ‘Töhmətdən saqının” - hədisini nəzərdə tutaraq
töhmət məqamından çəkinməlidir. Çünki insan fisqdə bərkləşdikdə və
şiddətli töhmətlərə davam gətirdikdə aşkar surətdə pis və alçaq işlərə
qapılar və başqalarını yolundan azdıra bilər.
X a t i m o
MAARİFİN RƏMZLƏRİ HAQQINDA
Mənalan izah etmək üçün sözdə iqtidar olmasa da, onu ancaq dilsiz
şərh etmək olar.
Şeyx Mahmud deyir:
“Böyük dəniz qaba sığışmayan kimi,
Monalar da heç vaxt hərfin içərisinə sığmaz”.
Əqli təhqiqat və nəqli əsərlərdən belə anlaşılır ki, imkanın vacib-
dən (həqiqətdən) və çoxun təkdən doğulduğu müəyyən edilmişdir.
“Vahiddən yalnız vahid doğular” - dəlilinə görə, dünyada elo bir vücud
meydana gəldi ki, bu da şeyləri tamam əhatə etmək baxımından, Allahın
əvvəlcə yaratdığı ağıldan ibarət oldu. İşləri nizama salmaq məqsədilə
Allahın əvvəlcə yaratdığı şey qələm olmuşdur ki, bu da o vücudu gös-
tərir. İlk və son olaraq yaratdığı nur ona işarodir. Bu kəlmələr müxtəlif
olduğuna baxmayaraq, bir mənanı ifadə edir. O vücud bütün səbəb-
lərin səbəbi olduğu kimi, hadisələrin təzahüründə kamillik və nöqsan
ola bilər. Onun bu kamilliyi və nöqsanından bütün kəmiyyət və key-
fiyyətlərə təzad doğur. Rodd və cəzb intizam üçün hasil olur. Çox-
luğun olmasına baxmayaraq öz vəhdətliyi də qalır, dəyişiklik yalnız
60 /''gKÜ)
onun zahiri təyinlərində olur, özü isə zaval tapmaz. “Onun özündən
başqa hər şey məhv olacaqdır” — ayəsi onun hər şeyi əhatə edən var-
lığına dəlalət edir. Onun hökmü işlərin intizamı üçündür və “onun
tərəfinə qayıdacaqlar” - ayəsi başlanğıcın və qayıtmanın mərtəbələ-
rini bəyan edir. Varlıqda yoxluq yoxdur. Biz toğyir tapmağa və bir
haldan başqa hala keçməyə “yoxluq” adı vermişik. Bütün şeylər bir
şəkildən başqa şəklə girmək üçün həlak olur... L akin bu dəyişiklik
mütləq aləmin intizamı dairəsindən kənara çıxmaz. Münəccimlərdən
bir parası hu əqidədədirlər ki, sabit ulduzların hamısı günəşlərdir. On-
lardan başqa da kəhkaşanda sabit ulduzlar olduqca çoxdur. Demək, o
günəşlərin hamısının səyyarələri vardır. Hər syyarə bir aləmdir. Bizim
aləmimiz də səyyarələrdən biridir. Bu fikri təsdiq etmək üçün belə
hədis vardır: “Musa peyğəmbərə yetmiş min Tur (Dağı) və Musa
göstərdilər “ ki, onlar öz aləmində “Ey Allah, özünü mənə göstər”
deməklə məşğul olmuşlar. İndi ki, biz hər aləmin bir nəfərlə bağlı oldu-
ğunu bildik, onda hər nəfərin də bir olduğu aydındır...
Ürək cinsiyyət etibarilə sair üzvlərlə bərabər olduğu kimi, müxtə-
lif maddələrin lətifliyi səbəbindən Allahın nurlarını əks etdirir... Bütün
mövcudatın mənşəyi əlan və aləmi idarə edən varlıq əslində ancaq öz
zatına münhəsir qalmır, cüzə küllə həqiqi təsir edən də onun zatından
başqa bir şey dey i İd ir . . .
Lakin mahiyyət olmadıqda, keyfiyyət anlaşılmadığı üçün onun buna
olan təsirini və bunun ona olan nisbətini bilmək olmaz. “Sənin Allahın
hər şeydən pak vo təmizdir...” - ayəsinə görə, ümumun qəbul etdiyi
kimi, möminlərin bildiyi və kafirlərin olduğu hər cür sifətdən təmiz və
uzaqdır. Bu səbəbə görə də bütün mövcudat öz acizliyini etiraf edib
deyir: “Biz səni layiqincə tanımadıq”.
Sənai deyir:
“Sənin qarşındakı yol ki, ondan o yanası yoxdur,
Sonin fikrinin sonudur, Allah deyildir”.
Əsərin təsir edənə dəlaləti olduğu üçün “һөг kəs özünü tanısa, Al-
lahını da tanıyar” - cümləsindən məqsədi anlamaq olar. Bu hal dəxi
əqli təhqiqat və nəqli tətbiqat olmadan mümkün deyildir. Nefsani fəsad-
lar qüvvətli olduqca təhqiq və tətbiqin etibarı olmayacaqdır.
©Л=Г\ 61
Sənai deyir:
“Azad olmadıqca böndə olmazsan.
Dolu qabı doldurmaq olmaz”*
Bu yolda addımbaşı min qorxu var və bola sonin bilmədiyindən
artıqdır.
Mir Findərski deyir:
“Ağıl gomıdir, arzu girdabdır, bilik yelkəndir,
Allah sahil, bütün alem isə dənizdir”.
Dəryadan sahilə çıxmaq, insan qüvvəsindən asılı olmayan küləyin
əsməsinə bağlı olsa da, gəmisiz və yelkənsiz dərya üzündə üzmək
mümkün deyildir. Bundaıı məlum olur ki, bu fırtınalı dənizdə ağıl
gəmisi olmadan səfər etmək mümkün deyildir Bu gəminin də elmlər
və əsərlərdən yelkəni olmasa, sərgərdan qalar. Bunlarm hər ikisi top-
landıqda haqqm feyzindən vo kitabətin mütləq eşqindən hidayət nəsimi
mosləhət üzrə əsməyə başlar və gəmidə əyləşənləri onlann xəbəri və
səyi olmadan nəfsin iztirab girdabından fəna aləminin ilk əlaməti otan
səlamətlik sahilinə çıxarar.
Hafiz deyir:
“Ey səmt küləyi, gəmidə əyləşənlərik, qalx,
Ola bilsin ki, aşinalan bir də görək”*
Bu mətlobi tosdiq üçün peyğəmbərin cismaııi meracı (göyə uçma-
sı) ruhani yüksəlişin mərtəbələrini izah edir. O həzrət-kamil insan,
Cəbrail-şovqdən, Buraq-əqldən, yüksəliş kıtabətdə olan bilik tərəq-
qisindən idi. Elə ki, o mələklərin son qərargahı olan Sədrəyə çatdı,
hamı geri qaldı və o mütləq eşqə işarə olan Rəfrəf vasitəsilə o möv-
qedən yuxan qalxıb özünün əsl təklik mənzilinə ki, ona Qabi-Qovseyn
deyirlər, çaldı* Deməli, bu tərtiblə hər kəs öz səviyyəsinə görə merac
edə bilir ki, onun şərhi vəcd və halə bağlıdır vo bu barədə geniş
izahata ehtiyacı yoxdur.
Müəllif deyir:
“Mərifət üçün eşqdən başqa həqiqi yol yoxdur;
Hər məqama ancaq bıı yolla gedib çatmaq olar”*
“Mən bir gizlin xəzıno idim, özümü tanımağı lazım bildim” - ayəsinə
görə, İlk başlanğıcın səbəbi məhəbbət oldu, qayıdış səbəbi də yenə o
olacaqdır* Bu surotdə bütün sadə vo mürəkkəb varlıqlarda həqiqi
rabitə eşqdir* “Bir çox şəxslər var ki, Allahı yada salırlar, ancaq
mənasını qanmırlar 5 ' - ayəsi ona dəlalət edir* “Kaş onunla dost olma-
yaydım 5 ’ - ayəsi də həmin mətləbi ifadə edir Məhəbbət vasitəsilə öz
cinsinə xas olmaq qəribə deyildir. İmkanın həqiqətə olan nisbəti də bu
səbəbdəndir. Eşqin elə bir halı vardır ki, bəyana sığmaz* Əqli təhqi-
qatların da ona dəxli ola bilməz* Çünki ağıl hisslərin dərkinə möhtac-
dır. Hisslər isə təbİəbın maddələrindən doğar. Varlığın eyni və ya
onun səbəbi olan məhəbbətin yeri ancaq ürəkdir.
Mövhvi deyir:
“Ey yoldan çıxaran, ağıl burada hərəkətsizdir;
Çünki ürək ommiadır, ya da o özü ürəkdir”.
Canda eşqin havası bodəndə ruh kimidir Bu incəliklərin həqiqəti
“Göylərin nuru allahdır” böyük rəmzindən aydındır.
Müəllif deyir:
“Ürəkdə məhəbbətin nuru gözdəki işıq kimidir.
Canda eşqin havası bədəndə olan ruh kimidir”.
Ürəyin aynası elə şəffaf və təmizdir ki, küdurətin pasından təmiz-
ləndikdə bütün şeylərin həqiqətini əks etdiron və haqqı göstərən bir
güzgüyə çevrilir*
Hafiz deyir:
“İllər uzunu ürək bizdən Cəmşidin camım tələb edirdi;
Özündə olan şeyi Özgəsindən umurdu”,
Hisslor və üzvlər ürəyə tabedir, onun əmrindən çıxa bilməz. Ürək
nəfsanı pisliklərdən təmizlənsə, Allahın nurlannı əks etdirər və öz cinslə-
rinin hamısını əhatə etdiyi üçün, öz hökmlərini icra etdirən bir
müstəqil hakim kimi bir feyz verər,..
Məmləkətin asayişini nizama salmaq siyasət işlərinin möhkəm-
lənməsinə bağlı olduğu kimi, maarifi təhsil etmək və oxlaqı təmiz-
ləyib safa çıxarmaq da üroyin bədən riyasətində müstəqil olmasına
bağlıdır*
@><£Г\ 62 /"evŞ)
63
Müəllifin “ Mişkatül-ənvar ” adlı məsnəvisindən aşağıdakı beytlər
bu sözləri təsdiq edir:
Mən bır mötəbər hadisə görmüşəm;
Ilarada it olarsa, oraya mələk gəlməz.
İt ki, Əshabi-kəflə mağaraya girdi.
Onların ya dördüncüsü, ya də sekkizincisi hesab olundu.
Bəs nə üçüıı it olan yem mələk gəlməz?
Bəlkə it insanın pozulmuş nəfsidir?!
Nəfs bütün dünyada ən pis şeydir.
O haqq пигшшп ürəyə daxil olmasına yol verməz,
Ey Qüdsi, axı heç kos gecə ikən günəşi görməmişdir
RƏHM EDƏN ALLAHIN ADI İLƏ BAŞLAYIRAM
Мөп пө qədər axtardımsa uşaqların təlimi üçün elə bir kitab tapa
bilmədim ki, o asan və anlaşılan bir dil İlə onların əxlaqının gözəlli-
yinə dəlalət etsin, Bozi işlənməkdə olan kitablar o qədər qarışıq-dolaşıq
ibarələrlə yazılmışdır kİ ? müəllimlərin özləri onları dərk edə bilmirlər.
Bəzi kitablar isə o qədər uzun və pərakendədir ki, onları anlamaq çox
çətindir. Bu kitablarda “Uşaqlıqda öyrənilən elm daşa qazılmış şəkil
kimidir” zərbül məsəlinin məzmunundan qəflət olunur. Uşaq yaşla-
rında hər zamandan daha artıq əxlaq gözəlliklərini onlara öyrətmək
lazımdır. Pis xasiyyətlər təkrar olunduğu zaman adətə çevrilib uşaq
təbiətinə daxil olduqdan sonra onlara elm və ədəb öyrətmək müşkül
olar.
Beləliklə, hicrətdən 1252-cı il keçən bir zamanda 1 “Nəsayeh” adlı
aydın və sadə anlaşılan müxtəsər bir kitab yazdım... ümid edirəm ki,
bu əsər uşaqlara faydalı olub, onların tərbiyəsinə getdikcə daha artıq
təsir etsin.
Uşaqlara üz tutub deyirəm:
Ey mənim əzizim! Sən insansan, İnsan dünyada һөт şeydən üstün
yaranmışdır. Görmürsənmi ki, heyvanlar o qədər böyük bədən vo güc
ilə insanın əlində əsirdirlər. Bu isə işi yaxşı bacarmaq səbəbindəndir.
İnsanlar arasında hər kəs çox bilikli və iş bilən olsa, həmişə hörmətli
olar. Deməli* gərək iş bilmək və yaxşılıq etmək qaydalarını o adam-
lardan öyrənmək lazımdır kı* unlar həyatda təcrübəli və qabiliyyətli
olmuşlar. Belə adamların sözlori bizə nəsihətdir,-
- Hər kəs vəzifədə* elmdə və yaşda səndən böyüksə ona hörmət
elə ta ki* səndən kiçiklər də sənə hörmət etsinlər...
- Hər kəsi görən zaman ona salam ver. Əgər o sənə bir söz desə
ədəb və təvazöle ona cavab ver ki, hamı səni sevsin.
- Elə adamlarla otur-dur ki, böyüklər onlan yaxşı hesab edirlər*
Əclaf və hərzə danışan adamlardan kənar gəz ki* sən də onlar kimi
olmayasan.
1 Miladi 1836-cı il
- Bir adamı ehtiyac içində görəndə nə qədər bacarırsan ona kömək
et ki, sənin bir şeyə ehtiyacın olanda başqaları da sənə kömək etsin.
- Heç kəsin pisliyini başqasına söyləmə. Çünki əgər o şəxs sənə
düşməndirsə bıı sözləri haman adama çatdırar. Əgər dostdursa sənin
haqqında pis fikrə düşər.
- Yalan danışmaqdan çəkin. Çünki hər kəs sənin bu xasiyyətini
bilsə doğru sözünə də inanm az.
- Hər kəs başqasının eybini sənə açıb desə ondan uzaq ol. Çünki o
sənin də eybini başqasına söyləyər...
- tosan qəzəbli olanda onun ağlı yerindən oynayar. Elə hallarda
özünü hər şeydən çəkindir və hər işi acığın keçəndən sonra icra elə.
- Senə tapşırılmayan işi görməyə çalışma. Çünki ondan xeyir gör-
məzsən və işindən də geri qalarsan.
- Tənbəllikdən qorx ki, o bütün eyblərdən daha pisdir. Çünki, bu
dünyada heç şey işsiz deyildir.
... Bir şey o biri şey olmadan yaşaya bilməz. Sən də onlardan bi-
risən. Əgər işsiz qalsan daş və palçıq səndən daha yaxşıdır. Çünki onlar
bir ev tikməyə yarayırlar.
- Elm və kamalı əldə etməyi һөг şeydən daha əziz tut. Çünki hər
şeyi onların vasitəsilə əldə edirlər.
- Başqasına pislik etməyə çalışan bir adama yaxşılıq eləmə. Bu
pislərə yaxşılıq etmək, yaxşılara pislik etmək kimi bir şeydir.
- Hər sözə eşidən kimi inanma. Çox ehtimal o sözü deyən adamın
bir qərəzi var və ya o özü işin həqiqətindən xəbərsizdir. Haman eşit-
diyin sözün düzgün olduğunu başqa yerdən də öyrənməyə çalış!
- Unutma, çox olur ki, biz bir İşin necəliyinə inanırıq, amma son-
ra məlum olur ki, məsələ başqa cürdür.
- Şuxluq və boş zarafatı özünə adət eləmə ki, nəzərlərdə yüngül
görünərsən və istehza etdiyin mövqedə xalq səndən inciyər və haq-
qında pis fikirlərə düşər.
- Mübahisə zamanı əgər birisinə qalib gəlsən, elə etmə ki, onun
nadanlığı orada oturanlara məlum olsun. Çünki belə olduqda o ürəyin-
də sənə kin bəsləyər və intiqam almaq üçün fürsət axtarar.
- Söhbət zamanı başqalarının danışığına mane olma. Mümkündür
hiyləgər bir şəxs səhv edib öz sirrini aça və düşmən sənin xeyrini
deyə. Amma sən çox danışsan belə nöqsanlar sənin tərəfindən baş
verər.
- Rahatlıq, vəziyyətin yaxşılığındadır, mal, dövlət və vəzifədə de-
yildir. Çox olur ki, bir kasıb zəhmətlə bir parça çörəyi tapıb rahatlıqla
yesin, amma dövlət və cəlal sahibi öz işlərinin dolaşıqlığı üzündən
möhnət və qorxu içində yaşasın.
- Sənə bir müsibət üz versə döz! Çünki əldən gedən bir də darıx-
maq və təəssüflə geri dönməz. Amma iztirab üzündən gələcək işlərin
tədbirindən də qafil olarsan.
- öz dərdini başqalarına söyləmə ki, əgər düşmən olsalar sənə riş-
xənd edib qüvvətlənərlər, əgər biganə olsalar onların nəzərində hörmət-
dən düşərsən və əgər dost olsalar onlann qəmlənməsmə səbəb olarsan
ki, bu da sənin dərdini təzələr...
- Xəsis adam dolanacağın çətinliyi qorxusundan ağır həyat keçirər.
Təkəbbürlü adam xalqın nəzərində xar olar və xudbin adam xəcalət
Çəkmədən qorxub başqalarının məzhəkəsinə alət olar. Qəzəbli adam
başqalarının günahı üzündən özünə əzab verər.
- Paxıllıq qabiliyyətsizlik əlamətidir. Öz hünərmə inananlar baş-
qalarından çox müvəffəqiyyət əldə edər. Hünərsiz tərəqqiyə çatmağı
bacarmadığı üçün başqalarının tənəzzülünü arzulayar ki, onunla bəra-
bərləşsin.
- Paxıllıqdan daha bədtər yandırıcı od yoxdur. Paxıl adamlar heç
vaxt rahat yaşaya bilməz. Onun öz dərdi və başqalarının şadlığı hər
ikisi ona müsibət olar.
- Həris adam həmişə kədərli olar. Çünki, o nə qədər dövlət qazansa
elə bilər ki, azdır.
- Düşmənin təvazö və mehribanlığına inanma, ehtimal et ki, o səni
aldadır və ya zəifdirsə fürsət vaxtım gözləyir.
- Başqalarının səni tərifləməsi iie sənin istedadlı olduğunu zənn
etmə, bəlkə onun bir məqsədi vardır və bu təriflə öz müddəalarını рөг-
dələmək istəyir.
- Hər mənsəbdə olsan Öz həddini bil ki, özünü olduğundan nə
aşağı tut, nə də yuxan.
- Xalq sənin əhvalının necə olmasından tez xəbər tutmaz. Sənin öz
dilindən çıxan sözlərlə onlar sənin yaxşı və ya pis halda o ldu ğunu öyrə-
nirlər. Belə isə dilini yaxşı saxla və deyilməsi lazım gəlməyən sözlər-
dən özünü çəkindir.
- Hər işi öz ağlının təsdiqi ilə gör...
68 /IŞkS)
<sL/s>\ 69 /"(şXG)
- Bilmədiyin bir işi inkar etmə!
- Bil ki, təvazökar və şirindil adamın dostlan da çox olar.
- Dostu çox olan adamlar xoşbəxtdirlər. Dostun sanin dərdinə şərik
olmağından yaxşı nə var. O sənin nöqsanlarım göstərər və ehtiyac
zamanı kömək edər.
- Dünya malım sevən və mövqe axtarmağa həris olan adam dost-
luğa yaramaz. Çünki o həmişə öz xeyrini güdüb başqalarına ziyan
verməyə çalışar.
- Hər işdə qərəz sahibi olmayan, özündən ağıllı adamlarla məslə-
hətləş. Tək adamın ağlı hərişin səlahını tam bilə bilməz...
- Çox yeməkdən özünü qoru ki, bədənin sağlamlığına və ağla
ziyam vardır.
- Hər ürəyin istəyəni eləmə, bəlkə ağlın istəyəni icra ct. Çünki
ancaq ağıl yaxşı və pisi bir-birindən ayıra bilər.
- Ağıldan və elmdən daha yaxşı bir dövlət yoxdur. Çünki onlar hə-
mişə səninlə olar və heç kəs onları sənin əlindən ala bilməz.
- Bir adama nəsihət vermək istəyib onun işinin səlahını demək
istəsən xəlvətdə de ki, xalq arasında qəbul etməz. Hələ bəlkə səndən
inciyər də.
- Hər nə vədə vermişsənsə onu yerinə yetirməyə çalış ki, başqa
vədə verəndə onun icra ediləcəyinə də inansınlar.
- Nə qədər imkanın varsa başqasının verdiyi şeyi qəbul eləmə.
Çünki bu zaman sən onun yanında alçalarsan, o isə böyük görünər.
- Bu gün görəcəyin işi sabaha qoyma, bəlkə son sabah onu edə
bilmədin.
- Düzlüyü özünə şüar elə. Нөг kim əyriliyə qurşansa onun həyası
əldən gedər və xalq içində rüsvay olar.
- tnsanın şərafəti öz qabiliyyəti ilədir, nəslinə görə deyildir ki, qabil
övladın ona ehtiyacı yoxdur. Naxələf övlad isə nəslinin adını batırar.
- Özünə rəva görmədiyin bir işi başqasına rəva görmə, onun əvə-
zində bir başqasından cəza alarsan...
- Hər bir sözü desən və ya işi görsən arxayın olma ki, sən xəl-
vətdəsən heç kəs ondan xəbər tutmaz. Çox olar ki, o söz ve ya əməlin
üstü açılar, belə ki, hər pis işi görən haman cür düşünürsə də çox çəkməz
rüsvay olar.
- Heç kəsə zərər verməyə razı olma və öz hesabmda pak ol, əma-
nətə xəyanət eləmə ta... xalq içindən qovulmuş olmayasan.
70 Z'eXS)
- Qohum-qardaşla və onlara bağlı olan adamlarla mehriban olub
onlara kömək etməyə çalış ki, onlar da sənə mehriban olsunlar.
- Qonşularla və yerli əhali Пө yaxşı davran ta ki, səninlə da o sayaq
müdara etsinlər. Bil ki, sən təksən onlar isə çoxdurlar. Birin çoxa eh-
tiyacı aydındır.
- Bədmozaclardan və bədməzaclıqdan həzər elə ki, bütün gözəl
xasiyyətləri heçə endirər. Bədməzac adam öz xasiyyətindən əzab çək-
diyi halda, xalqdan nə gözləyə bilər?
— Bİr adama yaxşılıq etdinsə ona kinayə edib boynuna minnət qoyma
ki, bununla etdiyin yaxşılıq öz əhəmiyyətini itirər və xoşluq əvəzinə
arada küdurət baş verər.
- Ağıllı adam odur ki, öz eybini başqalarının eyblərindən artıq
görə və öz hünərini başqaların hünərindən az hesab edə...
- Heç kosin ədavətini ürəyində saxlama ki, qolb rahatlığını... pozar.
- Sənin haqqında bir kəsin pis danışdığını eşitdikdə tezliklə haman
adama bunu çatdır ki, sözün düz və ya yanlışlığı onun öz hərəkət və
sözlərindən məlum olar...
- Mal-dövləti sərf edərkən israfa yol verməməlidir. Çünki başqa
daha vacib yerdə sərf etmək lazım gəldikdə əldo olmaz.
- Sən pis iş görəndo ondan heç bir mənfəət görməzsən, əvəzinə
bədnamlıq sənə qalar.
- Yaxşı əməldən ikİ dəfə zövq alırsan, birincisi onu edəndə, ikin-
cisi onun əvəzi sənə çatanda...
- Öz ömrünü elə bir işdə tələf etmə ki, axırda onu tərk etməli olasan.
- Bir işi görəndə əvvəlcə yaxşı düşün və sonra icrasında ehmallıq
etmə. Çünki bir işi tərk etmək üçün çox vaxt lazımdır, amma icrası
üçün fürsət qənimətdir.
- Kasıblıqdan və biçarəlikdən şikayətlənmə ki, səndən daha çox
kasıb və daha çox biçarələr vardır. Onlar çox sevinərdilər ki, sənin
vəziyyətində olsunlar...
- İnsanlar surət və səsdo müxtəlif olduqları kimi, elm və əxlaqda
da biri birindən fərqlirdilər. Biz Allahı hakim bilirik və irad tutmaq olmaz
ki, пө ücün o birini belo, digərini elə yaratmışdır.
- Hər istədiyin bir iş baş tutmazsa yaxşı fikirləş, bəlkə sən özün
ona səbəb olmuşsan. Çox olmuş ki, biz işləri ağlımızın göstərdiyi ki-
mi etmirik və sonra başqalarından şikayət edirik....
- Hər halda etidala riayət etmək lazımdır. Belə ki, hər fikirdə isra-
fa yol versək xeyir görmərik. Mehribanlıq gözəl xasiyyət olsa da bəzən
qəzəb də öz yerində bəyənilir. Deməli, ağıllı adam odur ki, hər işdə
orta vəziyyəti özünə adət etsin,
- Bir günahkarı ona verilmiş layiqli cəzadan xilas etməyə çalışma.
Çünki belə olduqda başqaları da günah etməyə cürət edib yazıqlara əziy-
yət verərlər.
- Əgər bir günahsızı nahaq cəzalandırırlarsa, mümkün qədər çalış
onu bəladan xilas et!,.
- Bədbəxt o adamdır ki, başqasına yaxşılıq etmək əlindən gəlirsə
onu etməyə...
- Hər işin varsa özün onun yerinə yetirilməsinə nəzarət elə. Çünki
heç kəs sənin mənfəətini öz mənfəətindən üstün tutmaz. Bundan
başqa səliqələr müxtəlif olduğu üçün çox çətindir ki, başqası o işi sənin
sevdiyin dərəcədə hər cəhətdən yaxşı icra etsin.
- Köməksiz bir işi görmək mümkün deyildir. Çünki bir adam hər
işi tək icra edə bilməz və bəlkə o işin xırdalıqları ilə məşğul olub mühüm
cəhətləri unudar. Hər işi bir adama tapşıranda özün də onun necə icra
olunmasına nəzər yetirəsən.
- Oz qüvvət və istedadının dərəcəsində boynuna iş götür, nəinki
nəfsin istədiyi qədər. Məlumdur ki, adam çox dalınca qaçdıqda azdan
da əli çıxar.
- Hər kəsə öz halına münasib yaxşılıq elə. Çox olmuş ki, cüzi bir
şey böyük şeydən daha çox bir adamın karma gələr...
(sL/Ş'n 72
ƏSƏRDƏN PARÇALAR
...Ağıllı adamlara gizli deyil kt, adəm övladı bu geniş dünyada
yaşayış vasitələrini tədric Пө əmələ gətirmişdir
Qərinələr boyu yer üzü tədricən yaşayış üçün əlverişli bir hala salın-
mışdır. Ticarət yolu ilə quru və dənizlərin heyrotləndirici mühitini
insanlar öyrənə-öyrənə dərk etmişlər. Əsrlərdən bəri aparılan tədqi-
qatlardan aydın olur ki, əvvəllər insanlar yalnız quruda yaşamışlar.
Geniş okeanlar ölkələri bir-birindən ayırmış və lazımi vasitələrin
olmaması üzündən insanlar çox əziyyətli, maneəlİ dənizlərdən yaşayış
məntəqələrinin dörddə bir hissəsinə getməyi qeyri mümkün hesab
edirdilər.
Əsrlər keçdikcə insanlar tədriclə yelkənlər və gəmilər düzəldib
özlərini dənizlərin xatalı, tufanlı və güclü ləpələrinin ağuşuna atmış,
dünyada baş verən hadisələri öyrənmək, insanların ehtiyac və vəziy-
yətindən xəbərdar olmaq üçün dənizçiliyi əlverişli bir yol hesab
etmişlər.
İnsanlar bir yerin məhsulunu digər bir ölkəyə və ya bir tayfanın
istehsal etdiyi məhsulu digər bir tayfaya çatdırmaq və bu qayda ilə
onlarm bir-birilə əlaqədə olmalarını dünyada ən zəruri iş hesab edəmk
həyata keçirməyə başladılar.
İnsanlar bu yol ilə qarşılıqlı münasibət nəticəsində elm kəsb edirlər.
Şəhərlərdə olan nüfuzlu şəxslərin bütün xalqın xeyrinə olan gündəlik
adətlərini qəbul edərək bu adətlərin tərəqqisinə çalışdılar.
Belə nəql edirlər ki, ticarət məqsədilə dənizlo səfər etmək təcrü-
bəsini ilk dəfə misirlilər etmişlər.
Fironilər dövründə misirlilər Xürrəm dənizindən Hind dənizinə
gedib oranın əmtəəsini ətraf ölkələrə yayırdılar. Lakin bu tayfa bir
məğrur tayfa olub, məişət vasitələrinə ehtiyaclarının olmaması və ölkə-
lərinin abad bir ölkə olması üzündən başqa tayfalar ilə qarışmağı
istəmir, nə özləri başqa ölkəyə gedirdilər nə də başqalarım öz ölkə-
lərinə buraxırdılar. Buna görə də onlarm ticarət işləri lazımınca tərəq-
qi etmədi. Elə ki, misirlilərin dəbdəbələrinin bünövrəsi pozulmağa
75
başladı, başqa xalqlar da tədriclə özlərinə gəmi düzəldib hind, ərəb və
başqa qərb dövlətlərilə ticarətə həvəs göstərərək, okeandan Ətıdəlis
məmləkətlərinin qərb tərəflərinə və başqa qərb vilayətlərinə səfərə
çıxmaq yolunu açdılar.
Keçmişlərdə dənizdə gediş-gəlişin indiki kimi olmaması üzündən
böyük dənizlər lazımınca öyrənilə bilmir və müəyyən bir yol ilə
dənizlə səfər etmək mümkün olmurdu. Bu səbəbdəndir ki, keçmişdə
yazılmış kitablarda dənizlər haqqında çox səthi məlumat verilmişdir.
Dəniz işində ən vacib olan (kompasın) qiblənümanın 1 ixtirasından
sonra dənizçilik işində mühüm bir texniki tərəqqi yarandı. Nəhayət iş
o yerə çatdı ki, insanlar okeandan keçib Yer kürəsinin bizim dünya
kimi abad olan o biri yansını kəşf etdilər.
Həmin dünyanın пө yol və nə üsul ilə kəşf olunması bizim aramı-
zda o qədər də aydınlaşdırılmamışdır. Yalnız “Amerika” adlı bir
ölkənin tapılmasını bilirlər. Bu ölkənin tapılması haqqında Fransa və
ttaliya mənbələrindən fars dilinə tərcümə etmək və bu dünyanın əha-
lisindən məlumat vermək lazımdır. Buna görə də 1246-cı ildə 1 ikinci
Mirzə Məhəmmədxan Bakılının oğlu həqir Abbasqulu ağa Qüdsi
qabaqcıl adamlardan geri qalmamaq üçün bu maraqlı əsəri yazmağa
başladı.
Buna görə də mən bir neçə ay tarix və coğrafiya kitablarının müta-
liə və tərcüməsinə girişərək bu bir neçə səhifəni yazıb adım “Kəşfiil-
qəraib” qoydum. Ümid edirəm ki, alimlər bacarığımın və vaxtımın
olmamasını nəzərə alıb bu yazdığımın xəta və nöqsanlarını islah etmə-
yə çalışarlar. ..
* *
*
Xristofor Kolumbun yaşadığı ölkə və ya anadan olduğu yerin necə
olması haqqında lazımınca məlumat olmasa da, bu qədər məlumdur ki,
o, adlı-sanlı böyük bir familiyadan olmuşdur. Onun ata-babaları icti-
mai iğtişaşlar dövründə çox əzab və əziyyətlərə düçar olmuşlar.
1 1 302-ci miladi ilımlu Ncapol şəhərindən olan “Domo” adlı bir şəxs onu düzəlt-
mişdir (müallij)
2 Miladi 1 830-cu ildə (ntütareim)
76
Kolumb 1447-ci miladi ilində anadan olmuşdur. O öz istedadına
görə riyaziyyat, heyət (kosmoqrafiya), fəlsəfə, tarix, rəssamlıq elmlə-
rini oxumuşdur. On dörd yaşında olanda gəmiçilikdə şöhrət qazanmış
və bu sənoto olduqca böyük rəğbət göstərmişdir.
Bir neçə ildən sonra Kolumb bu sənətdə böyük şöhrət qazanaraq
Portuqaliya ölkəsinin mərkəzi olan Lissabon şəhərinə getdi və dövlət
xadimləri sıralarına daxil olub burada aristokrat ailələrin birinin qi 2 i
ilə evləndi...
0 həmişə bu fikirdə İdi ki, adlı-sanlı adamlar kimi özündə olan
istedad və qabiliyyəti aşkara çıxartsın. Həmin bu əsrdə portuqaliyalılar
dənizçilik işində bütün Avropa ölkələrindən qabaqda gedirdilər. Onlar
Qərb dənizində o vaxta kimi molum olmayan bəzi cəzirələr də tap-
mışdılar. Kolumb bir çox fənnləri bilməklə kifayətlənməyib qərb də-
nizlərindən şərq dənizinə bir neçə yol açdı. O zaman Avropalılar çox
çalışırdılar bu dənizlərdə bir yol tapıb, bu yol ilə Hindistan və başqa
tayfalarla əlaqəyə girərək onlardan nəfis və qiymətli mallar alsınlar.
Əlli il müddətində Portuqaliya və başqa ölkələrin adamları bu
yolda çox əmək sərf etdilər. Lakin yolun uzaqlığı, qərb ilə olan yol-
ların bağlılığı üzündən, bu yollardan ekvator xəttinə keçmək qeyri
mümkün olduğu üçün, onlar əsl məqsədə çata bilmirdilər.
Bu zaman Kolumbun qardaşı arvadı Mavir cəzirəsinin qərb tərə-
fində, suyun üzündə bir ağac gövdəsi tapmışdı. Bu ağacın Hindistana
məxsus olduğunu güman etdikləri üçün Kolumba yeni bir ərazinin
tapılması i i midini verib, onda inam yaratdı.
İnsanın təbiəti elədir ki, hər hansı bir şeyi bilmək istədikdə onu
daha geniş və daha ətraflı öyrənməyə səy edir... Bu zaman alimlər
arasında belə fikir yayıldı ki, az bir müddətdə İspaniya sahillərindən
Hindistana getmək mümkün olacaqdır...
Xülasə, Kolumb qabaqkı alimlərin yazdıqlarına və özünün tədqi-
qatına görə yeni ərazinin tapılması fikrinə düşdü...
Xristofor Kolumb 1484-cü miladi ilin axırlarında İspaniyaya gəldi.
Kastil və Araqon vilayətləri şahlarından Ferdinanda və onun arvadı
İzabellaya 1 öz təmənna və arzusunu ərz etdi...
Bu zaman İspaniyada yerli ərəblər ilə arası kəsilmədən daxili vuruş-
malar davam edirdi. Nəticədə, Ferdinand bu işi Kolumba tapşırmağı
1 Bakıxanov bu adları “Ferdinan” və “Zabella” şəklində qələmə almışdır (W.S.)
Qj6\ 77
münasib görmədi. İzabella bu kimi işlərdə ərindən artıq çalışsa da,
ərinin məsləhəti olmadan işə ciddi girişmədi,
Ferdinand və İzabellanm ərəblər ilə müharibə etmələrinə baxma-
yaraq onlar Kolumbun fikrini rədd etməyib ona dedilər:
- Madam ki, ərəblərlə müharibə davam edir, biz belə qorxulu işə
girişə bilmərik,
Kolumb bu sözü açıq rədd etmək kimi hesab edərək çox məyus
oldu və ömrünün beş ilini hədər y era sərf etdiyi üçün təəssüfləndi...
Bu vəziyyətdə Kolumb tamamilə İspaniya Ölkəsindən ümidini kəsib
İngiltərə sarayına getmək fikrinə düşdü. Buna görə arvadını dostla-
rından birinin himayəsində qoyub yola düşməyə hazırlaşdı,
Kolumb keşiş Juvan Prislə görüşdü. Bu adam bir çox elmləri, o
cümlədən riyaziyyat və coğrafiyam yaxşı bilirdi.
Juvan Kolumbun uşaqlıq dostu olub, bir sinifdə oxumuşdular. Juvan
İspaniya padşahının arvadı İzabellanm da yaxın dostu idi. Bu səbəbdən
Kolumba dostcasına məsləhət etdi ki, bir neçə gün qalsın ve tələsik bu
səfərə getməsin,
Juvan riyaziyyat elminə bələd olan bir doktoru öz yanma çağırdı.
Məsələni və Kolumbun nəzəriyyəsini bir yerdə təfsilən öyrəndilər.
Ciddi yoxlamadan sonra onlar Kolumbun nəzəriyyəsi haqqında İzabetlaya
yazılı surətdə bir məqalə göndərdilər.
izabella öz növbəsində dövlət başçılarının xüsusi yığıncağına Juvan
Prisi do dəvət etdi. Bu haqda çoxlu müzakirələr olduqdan sonra, axnda
izabella Kolumbun nəzəriyyəsindən xatircəm olub Kolumba mehri-
bançılıq göstərdi və işlordən ötrü ayrılmış puldan bir hissəsini Kolumbun
layihəsinin icrası üçün ayırdı... Səfərdən ötrü lazım olan gəmilərin və
başqa şeylərin hazırlanmasına əmr verdi.
Kolumb, İspaniya ölkəsinin 8 illik zəhmətinin nəticəsi olan layi-
həsinin qəbul edilməsindən çox şad oldu və o bu yolda çəkdiyi əziy-
yətləri də tamamilə unutdu və olduqca böyük həvəslə səfərə lazım
olan şeyləri hazırlamağa başladı. Kolumbun işə rəhbərliyi və onun
qabaqcadan etdiyi təklif və şərtləri yazılıb 1492-ci miladi ilində qəbul
olundu.,.
KOLUMBUN BİRİNCİ SƏFƏRİ
Kolumbun köhno dostu Juvan Prisin köməyi sayəsində yerli adam-
lardan bir çoxu Kolumbla səfərə çıxmağa həvəsləndilər. Gedənlər ara-
sında dənizçilik işində böyük bilik və məharəti olan adamlar da vardı.
Məlikə izabellanm və başqalarının göstərişlərinə baxmayaraq, gəmi
hazırlığı istənilən nəticəni vermədi. Onlann hazır edə bildikləri yalnız
üç gəmi oldu ki, bunların biri böyük vo ikisi kiçik gəmilər idi.
Gəmi heyəti bir neçə muzdur, İzabellanm adamlarından olan zadə-
ganlar vo bir də öz razılığı ilə gedən adamlardan idi. Kolumb səfərə
çıxan 90 nəfər üçün 12 aya çatacaq lazımi ərzaq və digər ləvazimat gö-
türdü, Özü isə dəryabəyi və komandir olaraq böyük gəmidə yerləşdi...
Yolda gəmilərdən birinin sınmış sükanım düzəldib düz yol ilə
Kanariya cəzirələrindən keçərək qərb tərəfə hərəkət etdilər. Kolumbun
gəmiləri nəhayət heç kəsin ayağı doymodiyi bir ycro gəlib yetişdi.
Gəmidə onlar cürbəcür fikirlərə düşürlər. Onlar dəhşətli dalğalar-
dan coşmuş dənizin qorxulu təlatümündən elə iztiraba düşmüşdülər ki,
salamat qalmaqdan əl üzüb ağlayıb fəryad edirdilər.
Kolumb isə müxtəlif yollar ilə onları sakit etməyə çalışır, yeni ta-
pılacaq ərazidən alınacaq faydalar ilo şirnikləndirirdi...
Xülasə, Kolumb bir dərəcə ərz dairəsilə qərbə doğru hərəkət edə-
rək bir yerə yetişdi ki, burada külok arası kəsilmədən Şərqdən qərbə
doğru əsirdi...
Kanariya cəzirələrindən 400 mil məsafədə o, suyun üzərində bit-
ki ilə örtülmüş səhraya bənzər bir yer gördü. Bəzi yerlərdə bitkinin
çoxluğu gəminin hərəkət etməsinə mane olurdu.
Bele heyrətli sahəni gördükdə Kolumbun adamlarının içərisinə
yeni bir vahimə düşdü, dedilər: bu yer adamların son gedişidir, artıq bu-
radan keçib getmək insan qüvvəsinin xaricindədir və bundan sonra da
arası kəsilmədən daş ? girdab və səddlər olacaqdır. Kolumb onları sakit
edərək deyirdi: bu əlamətdən siz gərək şad olasınız, çünki bu hallar
sahilə yaxınlaşmağın əlamətidir. Bu zaman güclü külək əsməyə başladı
və gəminin ətrafında müxtəlif quşların uçmasını gördülər ,Bu vəziyyəti
görən Kolumbun adamları bir qədər aram olub bu fəlakətdən qur-
tarmaq ümidində oldularsa da, bır qədər keçdikdən sonra yenə qorxu
və vahiməyə düşdülər...
7S
79
Nəhayət, Kolumbun adamlarmm arasında şikayətlər o dərəcəyə
çatdı ki, onlar açıq-açığına... ged qayıtmaq qərarma gəldilər. Lakin
gəminin uzun müddət ləpələrin zərbəsinə məruz qalıb zədələndiyinə
görə, sahilə çatmadan sınmasından qorxur, digər tərəfdən küləyin arxa
tərəfdən əsməsi də gəmi heyyətinin əksəri nəyin bahasına olursa
olsun Kolumbu geri qayıtmaq yolunu tapmağa məcbur etmək qərarına
gəldilər. Hətta onlardan bəziləri, daha çox iztirab çəkdikləri üçün,
Kolumbu dənizə ataraq geri qayıtmaq fikrində idilər ...
Birdən cənub-qərb tərəfə uçan çoxlu quşlar göründü, bu iso sahilə
yetişmək əlaməti olduğu üçün, Kolumbun adamları bir az sakitləş-
dilər. Onlar gəmilərin sükanını quşlar uçan tərəfə çevirdilər. Bir neçə
gün də belə, getdikdən sonra yenə sahildən heç bir əsər görünmədi.
Bütün əlamətlər gözdən itdi, gəmidə olan adamlarda əvvəlkindən
daha artıq qorxu oyandı və yenə narazı səslər ucaldı. Adamlar öz vəzi-
fələrindən əl çəkib gəminin göyərtəsinə toplaşdılar. Onlar bir ağızdan
Kolumba geri qayıtmağı təklif etdilər. Kolumb hakim ilə təbəələrin
arasında olan inzibati qanunların aradan götürüldüyünü aydın gördü.
Üsyan etmiş dəstəni sakit etmək mümkün deyildi. O dedi: mən sizin
təklifinizə bu şərt ilə razı olaram ki, siz daha üç gün mənimlə yoldaşlıq
edib tapşırdığım hər hansı bir işi itaətlə icra edəsiniz. Bu müddət qur-
tardıqdan sonra əgər istədiyimiz məqsədə çatmasaq, o vaxt heç bir söz
və şərt olmadan geri qayıdarıq.
Gəmidəkilər səbr kasalarının dolmasına baxmayaraq, Kolumbun
bu təklifini rədd edə bilmədilər. Hər kəs Öz vəzifəsinə başladı...
Bir qədər getdikdən sonra birdən suyun üzündə hələ də üstündə
meyvəsi olan bir ağac budağı göründü. Gün batan vaxt idi...
Kolumb özünün sahilə yaxınlaşmasını duyaraq, limanı bilmədiyi
üçün, gəmilərin sınmasından qorxub gecə vaxtı sahilə çıxmaq İstəmə-
di. Ona görə yelkənlərin salınmasım əmr etdi. Gəmiləri yavaş-yavaş
sürdülər. Adamlar bütün gecəni oyaq qalıb ümidlə səhərin açılmasını
gözləyirdilər...
Səhərçağı iki mil məsafədə, göyərtili və çoxlu meyvə ağacları ilə
bəzənmiş bir cəzirə Kolumbun gözünə göründü.
Gəmidə olanlar böyük şadlıqla Kolumbun ayağına düşüb dönə-dönə
bağışlanmalarım xahiş etdilər.
Kolumb qoşun bayrağım gəminin ucuna vurmağı əmr etdi. Portu-
qaliya əhalisinin adəti üzrə onlar muzik çala-çala sahüə gəldilər. Kolumb
80
qiymətli libas geyinib hərbi qayda üzrə qılıncım əlinə alaraq, öz qoşun
dəstələrini sıraya düzdü. Bütün cəzirə əhli buraya toplanıb ispaniyalı-
ların geyimlərini, silahlarını, muzik səslərini, ildınm kimi çaxan topla-
rın atəşini böyük heyrətlə seyr edirdilər.
Yerli əhali arasında qorxu o qədər şiddətli idi ki, ispaniyaldan bəşər
cinsindən yüksək tutub anlan yerə enmiş günəş övladlan zənn edirdilər.
İspaniyalıların da təəccüb və heyrətləri onlardan az deyildi. Çünki ispa-
niyalıların gördükləri bu yer olduqca ürəkaçan, göyərtili və ağaclı idi...
Bu ölkənin təbiəti isti olduğuna görə adamlan lüt, rəngləri sanm-
tıl-qara ilə qanşıq, boylan qısa, bədənlərinin üzvləri tüksüz-hamar,
saçlan parlaq olub çiyinlərinə tökülmüşdü. Saqqalları yox idi.
Birinci görüşdə onlann ispaniyalılara nifrət etmələrinə baxmaya-
raq, çox keçmədən yaxınlaşıb dostluq və alver etməyə başladılar.
İspaniyal ılann verdikləri şeyləri onlar böyük məmnuniyyətlə qəbul
edib əvəzində isə pambıq verirdilər. Çünki bundan başqa ayn mallan
yox idi.
Axşamüstü Kolumb gəmisinə qayıdarkən yerli əhalidən bir çoxu,
onlann dilincə Kanoy adlanan qayıqlara minib Kolumbu yola saldılar.
Onlann qayıqlan içi yonulmuş böyük bir ağac parçasından ibarət olma-
sına baxmayaraq onlar qayıqlan yaxşı və iti sürürdülər.
Birinci dəfə köhnə və təzə dünyanın adamlan arasında bu vasitə
ilə dostluq yolu açılıb və hor iki tərəf şad oldu. İspaniyalılar öz bilik
və qabiliyyətləri sayəsində yeni tapılmış Salvador çayı kənannda olan
Ölkədə müxtəlif faydalı şeyləri ələ gətirmək fikrində idilər. Əslində cə-
zirə sakinləri üçün köləlik, əziyyət, fəlakət və bədbəxtliklər hazırlanırdı...
İkinci gün Kolumb bu cəzirənin ətrafinı, sahillərini nəzərdən keçirt-
di və məlum oldu ki, onun istədiyi sərvəti burada əldə etmək mümkün
olmayacaqdır. Amma bu tayfanın burun deşiklərindən qızıl asıldığı
üçün Kolumb işarələrlə onlann qızılı haradan ələ keçirdiklərini soruş-
du. Onlar da işarələrlə cənub tərəfi göstərərək orada qızılın çox oldu-
ğunu anlatdılar.
Kolumb cənub tərəfdəki ölkələrdən daha çox fayda almaq ümidi
ilə o tərəfə yola düşdü. İspaniya dilini az-çox bilən Salvador əhalisin-
dən bir neçə nəfəri özü ilə bələdçi götürdü, Bu biçarə, ürəyitəmiz
adamlar, bu cür xidməti özünə şərəf sayaraq Kolumba böyük qayğı
göstərirdilər. O, yolda çoxlu cəzirələr gördü, ancaq iki cəzirəyə yaxın-
laşaraq birinə Ferdinand, o birisinə isə İzabella adı qoydu.
(§М=Г\ 81
Adını çəkdiyimiz cəzirələrin adamları və məhsulatı Salvador cəzi-
rələrində olduğu kimi idi.
Kolumb bu cəzirələrdə dayanmayıb qızıl tapmaq ümidi ilə cənub
tərəfə hərəkətini davam etdirərək dağlıq, ağaclıq və çoxlu çayları olan
böyük bir yerə yetişdi,
Kolumb, belə xəyal etdi ki, bu yer, cəzirə olmayıb, geniş əraziyə
yapışıq bır ölkədir.
Gəmidə olan salvadorlular buranı Kuba adlandırırdılar, amma
Kolumb bu yerə Juvan adını qoydu, O, çayın mənbəyinə yetişən kimi
yerli ohalı dağlara qaçdılar. Kolumb bu sahənin ətrafını yoxlamaq
üçün bir neçə nəfər ispaniyalı ilə Salvador adamlarından ibarət bir
dəstə göndərdi. Altmış mildən artıq ölkənin içərisinə gedəndən sonra
onlar geri qayıdıb bu yerin bütün yeni tapılmış başqa ərazidən daha
faydalı və yaxşı olması xəbərini verdilər.
Bu yerin adamlarının lüt olmasma baxmayaraq, bilikdə, qanacaq-
dı* fəzilətdə Salvador əhalisindən daha üstün idilər...
Sonra təqribən min nəfər ailəsi olan bir yerə təsadüf etdilər. Bun-
lar komalarda yaşayırdılar, yedikləri də şabalıda bənzəyən ot kökün-
dən ibarət idi.
Çörəkləri isə olduqca lətif, öz dillərində Mayıs deyilən buğda
unundan idi. Bu elin itdən başqa ev heyvanları yox idi. Onların itləri
də adi itlor kimi olmayıb siçovula oxşar və ondan da bir qədor kiçik
idi. Heç vaxt hürmürdülər, boyunlarında qızıldan qayrılmış zəncir asıl-
mış idi. Bu tayfa ispaniyaldan vəziyyətlərinə, görünüşlərinə və işlə-
rinə görə insan övladı deyil, göydə yaşayan mələk və ya ona oxşar ilahi
bir qüvvə kimi təsəvvür edirdilər.,.
ispaniyalılar yerli əhalidən bir neçəsini təbliğat vasitəsilə özlərinə
cəlb etdilər, Safurəkli cəzirə əhli bunlara inanıb tabe oldular və qızıl-
ları Kubadan gətirdiklərini bildirdilər.
Onların dilində “Kubatan” Kuba cəzirəsinin ortası demək idi.
Kolumbun əsas məqsədi Hind Şərqini axtarmaq olduğundan belə xəyal
edirdi ki, bu ölkə Hindistan cəzirəsinin bir hissəsidir...
Bu dİyarm adamları ispaniyalıların qızıl toplamaq üçün bu qədər səy
etmələrindən təəccüblənirdilər...
İspaniyalıların zahiri görünüşləri, rəftarları yerli əhalini şirniklən-
dirir, bəzək şeylərindən düzəltdikləri sərgi onları valeh edirdi. Kolumb-
un adamları iyno, qayçı, ayna və bu kimi digər şeyləri verib əvəzinə
82
onlardan bir neçə qat artıq dəyəri olan qızıl alırdılar. Qəribədir ki, bu
alverdə həm ispaniyalılar, həm də yerli əhali özünü faydalanmış hesab
edirdilər...
Bu zaman cəzirə sakinlərinin Qasiq adlandırdıqları hakim ki, özü-
nəməxsus şan-şövkot sahibi, eyni zamanda əhalinin rəisi idi, Kolumbun
görüşünə gəldi.
O, balaca taxt üzərində əyləşmişdi. Onu dörd nəfər çiyninə götü-
rüb gətirir, bır çox qulluqçuları isə onu müşayiət edirdilər. Öz adamları
ilə çox az danışır, amma ispaniyalılara çox mehribançılıq və məhəbbət
göstərirdi.
O, Kolumba çoxlu qızıl hodiyyə verdi. Kolumb da aldığı hədiy-
yənin müqabilində qiymətdə az, amma Qasiqin gözündə zərif və keyfiy-
yətcə az olmayan hədiyyələr verdi.
Kolumbun qızıl toplamaqdan başqa ayrı Ыг məqsədi yox idi. Yer-
li əhalinin hər biri ilə görüşdükdə onu yalnız qızıl mədəninin harada
olması maraqlandırırdı. Onlar ölkənin şərq tərəfində olan və dəniz sahi-
lindən o qədər də uzaq olmayan Sibau deyilən dağlıq yeri Kolumba
göstərdilər...
Kolumb yubanmadan həmin cəzirəyə yola düşdü. Fami körfəzin-
dən keçdikdən sonra məlum oldu ki, bu cəzirə həmin diyar hakimlə-
rinin beşincisi, daha zəkalı Qasiq Xaqanqan adlı şəxsə aiddir Bu şəx-
sin tərəfindən nümayəndələr gəlib Kolumb üçün qulaqları, dişləri
xalis qızıldan, böyük sənətkarlıqla qayrılmış bir adam başı hədiyyə
gətirdilər və Kolumbu şahların yaşadığı məkana dəvət etdilər. Kolumb
dəvəti qəbul edərək öz sahibmənsəblərindən bir neçosını onun yanına
göndərdi.
Onlar geri qayıtdıqdan sonra padşahın melıribanç ilığından və ölkənin
vəziyyətinin yaxşılığından Kolumba nəql etdilər
Bu xəbərdən sonra Kolumbun şahı görməyə meyli daha da artıb
Fami limanından yola düşdü. Çox işlədiyinə görə Kolumb iki gün yat-
mamışdı. Gecəyarısı istirahət etmək məqsədilə öz postunu buraxma-
mağı və gəminin sürülməsində çox ehtiyatlı olmağı kapitana əmr etdi.
Kapitan isə dənizin sakit və qorxusuz olduğuna əmin olduğu üçün
gəmi işçilərindən birini öz postuna qoyub istirahətə getdi. Birdən gəmi
öz düz yolundan çıxıb Daşa doydı. Gəminin qeyri-adı çalxalanma-
sından oyanan Kolumb Özünü dışarı atdıqda gəmi heyətinin təşvişdə
olduğunu gördü.
83 ^9
O, işçilərdən bir neçəsinə gəmini bir qədər geri çəkməyi və löv-
bərlərin götürülməsini əmr etdi...
Amma gəmi ağır surətdə zədələndiyi üçün su ilə dolub dəniz sət-
hi ilə bərabər olmuşdu. Batan gəminin işçiləri başqa gəmilərə gedib
dənizdə boğulmaqdan xilas oldular.
Cəzirə sakinləri bu hadisəni bilib öz rəisləri Xaqanqanya xəbər
verdilər və gəlib sahilə toplaşdılar. Fürsətdən istifadə edib ispaniya-
lıları tələf etmək əvəzinə sadə ürəkli yerlilər onlara mehribançılıq
göstərdilər.
Dənizə çoxlu qayıq salıb gəmidə qalan şeyləri bir yerə topladılar.
Xaqanqan ispaniyalılara lazımi köməklik edib onların mühafizəsi üçün
çoxlu müsəllah keşikçi qoydu...
İkinci gün Xaqanqan özü gəmiye-Kolumbun görüşünə gələrək üz
vermiş hadisə münasibətilə ona təsəlli verib, hərtərəfli kömək edə-
cəyini vəd etdi.
Mən yerli tayfanın Kolumba göstərdiyi bu mehribançılığı və insan-
pərvərliyi haqqında Kolumbun İspaniya şahı Ferdinandın və onun xanı-
mı İzabellanın ünvanına yazdığı məktubun tərcüməsini eynilə burada
qeyd etməyi lazım bildim:
“...Bu diyarın əmiri nəhayət dərəcədə təəssüf ediləcək bir halda
olan gəminin sınmaq xəbərini eşitcək öz adamlarını dənizin kənanna
topladı. Lazım olan şeylərin hamısını qayıqlarda gəmidən sahilə gəti-
rib bir yerə topladılar. Onun səyi və zəhməti sayəsində, qardaşları,
qohumları ilə birlikdə şeylərin sahilə çıxarılması, onların mühafizəsi
elə icra edildi ki, hətta İspaniyanın özündə belə bizə bu kömək edil-
mədi. Bütün şeyləri öz imarətinin yaxınlığında toplayıb gecə-gündüz
mühafizə üçün müsəlləh keşikçilər təyin etdi. Arası kəsilmədən öz
dost və qohumlarını mənim yanıma göndərib nəvaziş və mehribanlıq
etməklə bərabər hər növ köməklik vəd edirdi. Sizi inandırıram, adını
çəkdiyim şah o qədər yaxşı, o qədər xoş rəftara malikdir ki, həqiqətən
öz adamları içərisində ürək dostu olmağa layiqdir. Bu şəxsin hakimiy-
yəti altında yaşayanların təbiətində insanlığa yaraşan mehribançılıq və
məhəbbət nişanələri vardır. Bunlar zahirən lüt və çılpaq olmalarına
baxmayaraq daxilən onları səxavət, tərifə layiq qonaqpərəstlik kimi
gözəl və ləyaqətli sifətlər bəzəyir.
And olsun o əlahəzrətə ki, bu tayfa insanlıqda hamıdan yüksək,
ölkələri isə dünyanın bütün başqa ölkələrindən daha gözəldir.”
84
* *
*
Kiçik gəmilərdən birinin kapitanı olan Martın Penison neçə vaxtdan
bəri Kolumbdan ayrılmışdı.
Kolumbun fikrincə o hiyləgər, qədir bilməyən Penİsonun Kolumb-
dan qabaq İspaniyaya qayıtmaqdan məqsədi bu qələbəni həmişolik öz
adına çıxmaq idi. Bu səbəbdən Kolumb işin keyfiyyətini öz məslək-
daşlarına molum etmək istədi. Gəmi kiçik olduğundan və onun adam-
larının hamısını götürə bilmədiyindən, adamlarından bir neçəsinin
həmin cəzirədə saxlanmasım məsləhət gördü ki, bu müddət ərzində
bunlar cəzirə sakinlərinin dillərini öyrənərək əkib-biçmək işləri ilə
məşğul olub, eyni zamanda qızıl mədənləri də axtarsınlar, həm də
Avropadan gətiriləcək adamlar üçün yaşayış yeri hazırlasınlar.
Kolumbun yoldaşlarından çoxu qızıl ələ gətirmək tamahı ilə və həm
də gəminin kiçikliyindən qorxaraq cəzirodə qalmaqlarına razılıq ver-
dilər. Lakin Xaqanqanmn bu işdə razılıq və meyli lazım idi.
Kolumb fürsətdən istifadə edərək Öz fikrini Xaqanqanya bildirib
bu işdə ona kömək etməsini xahiş etdi.
O isə Kolumba belə cavab verdi: Bu bədbəxt və adsız ərazinin yaxın-
lığında adamyeyən, şücaətdə, döyüşdə şöhrətə malik tayfa vardır;
onlar həmişə gəlib bu diyan çalıb-çapırlar. Biz onların müqabilində
dayana bilməyib dağlara, cəngəlliklərə qaçıb özümüzü müdafiə edirik.
Belə olan halda ispaniyalılar üçün burada qalmaq mümkün olmaz.
Kolumb cavabında dedi: Siz mənim xahişimi qəbul ediniz, mən də
elə bir qala tikərəm ki, sizin və ispaniyalıların sığınacaq yeri olsun və
düşməndən müdafiə üçün bir qədər öz qoşunumdan, top-tüfəngdən də
qalada qoyaram.
Sadədil şah Kolumbun dediyinə razı oldu vo belə xəyal etdi ki, ispa-
niyalılar onu himayə etmək üçün göydən gəlmiş bir dəstədir. Kolumb
on gün İçərisində kiçik bir qala tikdirib adını Milad qoydu. Qalanın
ətrafında dərin xəndəklər və ağac hasarlar ilə əhatə olunmuş, bir
istehkam düzəltdirdi. Sınmış gəmidə olan böyük toplan həmin qalaya
gətirtdi. Cəzirə əhli də sadəqəlblikdən qalanın qurtarmasına can-başla
çalışırdılar. Onu başa düşmürdülər ki, onların əsir olması üçün bu birin-
ci binadır.
Bundan sonra Kolumb ispaniyal ılann döyüş biliyini və rəşadətlə-
rini cəzirə əhlinə göstərmək istədi.
85 /""SkS)
Cəzirə sakinlərindən bir dəstə hazır olan kimi Kolumb məşq etmək
bəhanəsilə bir müharibo planı tərtib etdi. İspaniyalılar qılınc və nizəni
işə saldılar.
İspaniyalıların dəmir əsləhələr işlətməsi cəzirə əhlini heyrətə saldı,
çünki onların qılınc və oxları ağacdan qaynlmış, uclarına isə balıq
sümüyü bərkidilmişdi. Ucu yandırılmış, itiləşmiş uzun ağacları nizə əvə-
zinə işlədirdilər. Belə bir vaxtda cəzirə əhli ispaniyalıların qılınc və
nizə ilə vuruşmada olan cəldliklərinə tooccüb edirdilər. Birdən top-
tüfəngin gurultulu partlayışı yerə lərzə saldı. Qara tüstü göyün üzünü
bürüdü. İldırımın çaxmasından əmələ gələn od kimi parlaq şölə
tamaşaçıların gözlərini qamaşdırdı. Yerlilərin hamısı bu dəhşətli mən-
zərədən gözlərini və qulaqlarını tutub уеғө yıxıldılar. Onlar yəqin
etdilər ki, bir nəfər də olsun bu tayfanın zərbəsinə davam gətirə bilməz.
Bunlar göy adamlandırlar, partlayış və od da öz əllərindədir...
* *
*
Kolumb, döyüşdə işlətdiyi məharəti və özünün cəzirə sakinlərinə
göstərdiyi ehtiram və məhəbbəti onlara bildirdikdən sonra zadəgan-
lardan olan Diqu-Arad adlı bir şəxsi qalanın naziri təyin etdi. Qalanın
mühafizəsi üçün nazirin ixtiyarına daha 37 nəfər verərək, öz rəislərinə
hər bir cəhətdən qulaq asmalarını; cəzirə əhli ilə yaxşı münasibətdə
olmalarını onlara tapşırdı və dedi: “Xatircəm olun, mən sizin sədaqətli
və yaxşı xidmətlərinizi İspaniya şahı və onun arvadına yetirib iltifat
göstərməsini xahiş edəcəyəm.
Əgər sizin üzərinizə düşmən hücum edərsə onunla müharibə edin,
amma ixtiyarı tamamilə Xaqanqarının əlinə verib özünüzü fəlakətə
salmayın. Mən İspaniyaya gedib çoxlu tədarük, qoşun və gəmi götürüb
tezliklə qayıdaram*’...
Kolumb 1493-cü miladi ilində gəminin yelkənini qaldırıb Milad
qalasından şərq tərəfə yola düşdü. Hərəkəti zamanı Kloumb cəzirənin
şimal tərəfində olan limanları bir-bir nəzərdən keçirərək hər birisinə
Ыг ad qoydu.
İki gün sonra Martın Penisonun gəmisi Kolumbun gəmisinə rast gəl-
dikdə o, Kolumbdan üzr istədi.
Kolumbdan qabaq və icazəsiz olan hərəkətini o belə izah etdi:
“Dənizdə fırtına qopduğundan əks istiqamətə əsən külək sizin ardı-
(çLXsTv 86 /'еЈчЈз)
nızca getməyə mane olub, bizi başqa tərəfə apardığı üçün bu müddət
ərzində sizdən ауп düşdüm”,
Kolumb düşüncəli adam olduğundan, bu vəziyyətdə onunla başqa
cür rəftar elmək münasib olmadığım məsləhət bilib, yersiz üzrə əhə-
miyyət vermədi və ona qarşı olan keçmiş münasibətini davam etdirdi.
Kolumbdan ayrı düşdüyü altı həflo içərisində Martın Penison həmin
cəzirənin bir neçə körfəzini keçmişdi, Olduğu yerlərin sakinləri ilə müa-
milə və mübadilə yolu ilə aldığı qızıldan başqa qiymətli bir iş görmə-
mişdi. Kolumb yanvar ayının 1 1 -de bu cəzirənin içərisindən çıxaraq
sürotlə böyük okeana üz qoydu.
Gəmi zədələnməsin deyə və gəmidə olanların tələsməsini nozərə
alaraq gəmini böyük sürətlə sürürdü, belə ki, heç bir zərər görmədən
fevral ayının 14-no kimi 500 mil məsafə qət etdi. Bu zaman birdən
hava pozuldu, qorxulu tufan qopdu, şiddətli iti külək əsdi, Dənizdən
qalxan fırtına elə şiddətli idi ki, gəmidə olanlar özlərini itirib nalə və
fəğan edir, əllərini qaldırıb Allaha dua edərək kömək istəyirdilər.
Əcəl tufanı onların həyatım ucsuz-bucaqsız dənizdə tələf etməyə
hər dəqiqə hazır idi. Kolumbun ağıllı, bilikli vo hünərli olmasına bax-
mayaraq, qorxu onu xilas olmaq ümidini itirib çətin hir vəziyyətə
düşmək dərəcəsinə gətirdi. Kolumb öz işinin aqibətini hiss edərək,
yeni tapılmış ərazinin necəliyini və necə tapılmasını ceyran dərisi üzə-
rində müxtəsərcə yazaraq möhkəm bir qutu içərisinə qəyub dənizə
atdı. Bunu etməkdə onun məqsədi dünyaya məlum olmayan və heç bır
kitabda qeyd edilməyən bu qəribə işi xalqa bildirmək idi. Bu qutunun
sahilə çıxacağı və elm üçün onun çəkdiyi bu qədər zəhmətin puç olma-
yacağı və xalqın ondan istifadə edəcəyi ümidində idi.
Bir qədərdən sonra fırtına sakitləşdi. İkinci gün axşamçağı quru bir
усг göründü. Amma Kolumb harada olduğunu müəyyən edə bilmədi.
Bir qədər yaxınlaşdıqdan sonra məlum oldu ki, bu yer qərb dənizində
Portuqal dövlətinə məxsus Mərimiyyə cəzirəsidir.
Kolumb bu cəzirədən ərzaq və başqa lazım olan şeyləri əldə etdi.
Martin Penisonun gəmisi şiddətli tufanda Kolumdan ауп düşdüyü
üçün Kolumb gəminin qərq olduğunu və ya İspaniyaya gedib özündən
əvvəl bu qəribə hadisəni onlara xəbər verəcəyi və qazanılan şöhrətə
şərik olacağı haqqında düşünürdü. Buna görə getməyə tələsdi və bu
cəzirədən İspaniya sahilinə tərəf getmək üçün gəminin yelkənini
qaldırdı. Sahilə yetişən vaxt ikinci şiddətli tufan başladı. İki gün tufan
87
gəmini o tərəf bu tərəfə qovdu. Nəhayət Kolumb bu tufandan xilas
olmaq üçün Naqa çayının dəhnəsinə pənah gətirdi.
Portuqal şahı Kolumbun gəlməsini eşidən kimi onu Lissabon şəhə-
rinə çağırdı.
Portuqaliya dövlət başçılarının qəflət və nadanlığı üzündən bu şöhrət
İspaniya dövlətinə qismət olduğuna baxmayaraq, Kolumba öz iltifat və
xoş münasibətini göstərdi. Kolumb öz səfəri və yeni tapdığı ərazi haqqın-
da ona məruzə etdi. İspaniyaya getməyə tələsdiyinə görə 5 gündən
artıq Lissabon şəhərində dayanmayıb yola düşdü.
Martın 1 5 -də ilk dəfə yola düşdüyü Palus limanına qayıtdı. İspaniya
əhalisi Kolumbun gəlməsini eşidərək ölkənin hər tərəfindən dəstə-
dəstə axışıb onun görüşünə gəlir, şadlıqla onu salamlayırdılar.
Bilik, bacarıq və elmdə özünə qədər və özündən sonra olanların
hamısından üstün olduğu üçün, onun şərəfinə kilsələrdə zənglər çalı-
nır, qalalarda bürclərdən atılan topların səsi minalı günbəzlərdə gurul-
dayırdı.
Kolumb şahlığa layiq dəbdəbə və cəlal ilə gəmidən çıxıb sahilə
gəldi. Adamlar onu görməyə tələsirdi, onlar heç bir gözün görüb, qu-
lağın eşitmədiyi yeni dünya adamlarına, müxtəlif heyvanlara, quşlara
və başqa əcaib şeylərə tamaşa edirdilər. Xülasə, Kolumb öz qoşunu ilə
bir baş kilsəyə getdi. Allahın hədsiz iltifat və mərhəmətinə qarşı lazım
olan şükrii yerinə yetirdi.
Axşamüstü Martın Penisonun gəmisi də gəlib çıxdı.
Kolumb bütün vəziyyəti və başına gələn hadisələri təsvir edib, bu
zaman Barselonada olan şaha və onun zövcəsi tzabellaya göndərdi.
Şah və tzabella bu fövqaladə və əcaib hadisəyə həddindən artıq
təəccüb edərək, Kolumbun ərizəsinə böyük zövq və həvəslə cavab
yazıb onun gördüyü işlərin gedişim ətraflı dinləmək məqsədilə yan-
larına çağırtdırdılar. Barselona gedən yolda adamlar hər tərəfdən dəstə-
dəstə Kolumbu görməyə gəlir, öz bacarıq və biliyi sayəsində dünyada
belə bir şöhrət və ad qazanmış şəxsə tamaşa edirdilər.
Ferdinandm və İzabellanın əmrilə Kolumbun gəlməsi münasibə-
tilə şəhər bəzəndi. Şəhər əhalisi Kolumbun şəninə layiq geyinib bəzə-
nərək onu təntənə ile istiqbal edirdilər.
Kolumb öz adma məxsus bir vüqarla onların qarşısından keçirdi.
Yeni dünyadan gətirilmiş çox qəribə və maraqlı cəzirə adamlarını,
heyvanları, quşları və digər şeyləri təntənə ilə qabaqda aparırdılar.
(еЫеГч 88 /Qki=)
Xülasə, elə ki, desto sıraya yetişdi Ferdinand və İzabella hörmət
əlaməti olaraq Kolumba xüsusi libas geyindirib ona qarşı lazım olan
izzət və ehtiramı göstərdilər. Kolumb rəsmiyyəti yerino yetirmək üçün
onların qarşısında diz çöküb dua etdi, onlara öz təşəkkür və minnət-
darlığını bildirdi.
Kolumbu qabaqcadan hazırlanmış taxtın üzərində oturdub səfərin
gedişi və baş verən hadisələr haqqında ona müxtəlif suallar verməyə
başladılar. O, şahlara məxsus bir dillə, lovğalanıb faktlan şişirtmədən,
bütün işin gedişini və hadisələrin cərəyanım düzgün və doğru olaraq,
necə ki lazım idi, onlara nağıl etdi. Ferdinand və İzabella həqiqi vəziy-
yəti bildikdən sonra diz çöküb şükür etdilər ki, Allah belə bir səadəti
İspaniyaya bəxş etmişdir.
Şah və onun zövcəsi tapılan ərazini zəbt etmək və yeni ölkələr
tapmaq məqsədilə Kolumbu ikinci səfərə hazırladılar. İşin başlanğı-
cında qoyulan şərtlərin qüvvədə qalmasım yenidən təsdiq və imza etdilər.
Bu maraqlı və heyrət doğuran xəbər bütün Avropaya yayıldı. Bu İş
haqqında müxtəlif danışıq və təsəvvürlər var idi və eyni zamanda yeni
dünyanın tapılmasına çox şad idilər. Qızıl mədənləri, müxtəlif quşlar,
cürbəcür ədviyyatın o zaman Hindistana məxsus olduğuna əsaslanaraq
Kolumb bu yeni ərazinin Hindistanın bir hissəsi olduğu nəzəriyyəsini
irəli sürdü. Başqalan da Kolumbun bu nəzəriyyəsini təsdiq etdilər.
Buna görə də yeni dünyanı Qərbi-Hind və onun əhalisini də hindli
adlandırdılar. Bu yerin Hindistana heç dəxli olmadığı sonralar məlum
olmasına baxmayaraq, birinci dəfə verilən ad qalaraq bu yeni dünyaya
indi də Qərbi-Hind deyilməkdədir.
KOLUMBUN tKtNCt SƏFƏRİ
Ferdinand, İzabella və Kolumb səfərə lazım olan şeylərin hazır-
lanması üçün çox çalışırdılar.
Əhalidən bir çoxunun həvəsi və arzusu Kolumb ilə bir yerdə getmək
İdi* Xülasə, az müddət ərzində səfərə çıxmaq üçün 17 böyük gəmi və
1500 nəfər hazır oldu.
Yeni dünya sakinlərinin ehtiyaclarını nəzərə alaraq müxtəlif peşə
sahiblərinin yaşamasına və əkinçiliyə lazım olan istehsal vasitələrini
özləri ilə götürdülər...
89
Səfərə lazım olan şeyləri hazırladıqdan sonra Ferdinand və İzabella
məsihi dininin xəlifəsi və özünü yer üzündə ixtiyar sahibi bilən Roma
papasından Kolumbun səfərə getməsi haqqında icazə istəməyi lazım
bildilər.
Bu haqda öz zəmanəsinin xəlifəsi VI Aleksandra yazdılar.
VI Aleksandr insanlığa layiq olmayan hər cür nöqsan və eybdən arı
deyildi, Papa Portuqaliya dövlətinə Kastil hökuməti üçün ərazi kəşf etmək
icazəsi vermişdi. Bu icazoyə görə kəşf olan ərazi, tapan ölkəyə aid
olmalıdır, Homin icazənin eyni də Kolumb üçün verildi. Papanın həqi-
qətən belə bir şeyə ixtiyarı yox idi. Hətta o bu yerlərin dünyada olma-
sından belə xəbərsiz idi.
Lakin məsihi dinini yeni dünyada intişar etdirmək niyyətilə o,
Kastil ölkəsinin baş keşişi Babla və bir neçə nəfər rəhbanlann da Kolumb
ilə getmələrinə icazə verdi. Kolumb yeni dünyadan gətirdiyi bir neçə
nəfəri İsa dinini qəbul etməyə təşviq etdi. Onlar da Ferdinand və onun
oğlunun əlilə mosihi dinini qəbul etdilər.
1493-cü iyul ayının 25-də Kolumb böyük tədarük ilə Kaviks lima-
nından gəminin yelkənini qaldıraraq hərəkət etdi və Qamir cəzirə-
lərini keçəndən sonra cənuba tərəf yollandı,
Bu yürüşə külək müsaid olduğundan Kolumb bir çox cəzirəlori
görməyə müvəffəq oldu. 26 gün müddətində Qamir cəzirələrindən
keçib Kərribi cəzirələrindən birinin sahilinə yetişib bu yeri Ferirdi
adlandırdı. Bundan sonra şimal-qorb tərəfə gedən zaman bir çox cəzi-
rələrə təsadüf etdi, Daşmqa, Manlandıya, Quvandanub, Antiqu, Partu,
Riku və qeyriləri o cümlədəndir.
Bunların hamısında Xaqanqarmın tərif etdiyi xarani əhalisi yaşayırdı.
İspaniyalılar bu tayfanın yaşadığı hər hansı bir yerə gəldikdə onlar-
da olan şücaəti, yaşayış uğrunda olan mübarizələrini görürdülər.
Kolumb İspaniyol cəzirəsinə yetişməyə və orada qoyduğu qala adam-
larının vəziyyəti ilə tanış olmağa tələsirdi. Bunun üçün də xarani tay-
fasının yaşadığı yerləri öyrənməyə vaxt sərf edə bilməyib əsas məqsədi
əlan tərəfə üz qoydu.
1493-cü il oktyabr ayının 22-də Milad limanına gəldi. Qalada
qoyduğu ispaniyalılardan və qaladan heç bir əsər görməyib təəccüb
etdi, nəhayət sahilə çıxdı. Cəzirə sakinləri bunları görcək qaçmağa üz
qoydular. Qalanın dağılmasından, topların və başqa hərbi ləvazimatın
sınmasından məlum oldu ki, ispaniyalılar həlak olmuşlar.
Kolumbun qoşunları öz vətəndaşlarına teziyə tutub ağladıqları zaman
cəzirə əmiri Xaqanqarmın qardaşı Kolumbun yanına gəlib ona dedi:
“Siz gedəndən sonra qalada qoyduğunuz ispaniyalılar arasında inti-
zamsızlıq əmələ gəldi. Onlar öz başçılarına itaət etməkdən boyun
qaçırtdılar. Sibaıı əhalisinin malını, dövlətini orada olan çoxlu qızıl
yerlərini talayıb arvadlarının namusuna təcavüz etdilər”.
Cəzirə əhli ispaniyalılara qaynayıb qarışdıqdan sonra ispaniyalı-
ların da bəşəriyyət qəbilindən olub cəzirə sakinləri kimi yoxsul, möhtac
və şəxsi mənfəət ardınca gedən adamlar olduğunu bildilər. İspaniyalıların
göy adamları olduqları fikrindən daşındılar. Qasiq Sibau tayfasının
İspaniya əhalisinin zülmündən cana gəldiyini görərək çoxlu adam
toplayıb, ispaniyalıların top-tüfənginə baxmayaraq, qalaya hücum
etdilər. Qalanın ağacdan qaynlmış divarlarını yandırdılar. Qaladakı-
lann bəziləri öldürüldü və bəziləri do qaçıb özlərini dənizə ataraq
həlak oldular. Xaqanqan öz adamları ilə qaladakılann köməyinə gedə-
rək yaralanıb geri qayıtmağa məcbur olmuşdu. Amma bu Xaqanqarmın
günahsız olmasına bir dəlil deyildi.
Kolumb ilə olan komandirlərin əksəriyyəti Xaqanqarmın həbs edil-
məsini və cəzirə sakinlərindən də intiqam alınmasım tələb edirdilər.
Kolumb öz fərasət və bacarığı sayəsində işi yoluna qoymaqla cə-
zirə sakinlərini özünə düşmən etmək niyyətində deyildi, əksinə, onlar
ilə xoş rəftar edərək, lazım olan ehtiyatı əldən vermədi.
Böyük körfəzin sa hilin də olan düzənlikdə əvvəlkindən daha yaxşı
bir şəhərin binasını qoyub, onun tikilməsini sürətlə başa çatdır ılmasına
böyük səy və qüvvə sərf edildi. Bu şəhər yeni dünyada avropalıların ya-
ratdığı birinci şəhər idi. Kolumb bu şəhərə İspaniya məlikəsi İzabellamn
adını qoydu.
Asanlıqla qızıl ələ gətirmək ümidi ilə buraya gətmiş ispaniyalılar
şəhəri tikdikləri zaman əziyyət və zəhmətdən cana gəlmişdilər, xüsu-
sən zadəganlar torpaq və daş işlərindən daha artıq inciyib şikayətə
başladılar. Əvvəlcədən qeyd olunduğu kimi, ispaniyalılar belə xəyal
edirdilər ki, Sibau deyilən yer Marqulamn yazdığı haman Sipanf və ya
Afirdir. Guya Süleyman peyğəmbər öz səltənəti dövründə bu yerdə
çoxlu nəfis mallar ələ keçirmişdir. İspaniyalılar istədikləri qızılı asan-
lıqla ələ keçirə bilmədikləri və tamahlarının odunu söndürmək üçün
topladıqları bir qədər qızıl da onları qane etmədiyindən Kolumbu tələf
etmək üçün gizlicə ona qarşı sui-qəsd hazırladılar. Kolumb bu işdən
90 /^G)
91 /ИкЗ>
xəbər tutaraq onların bəzilərini tənbeh etdi və bəzilərini də İspaniyadan
sursat və digər ləvazimat gətirən 23 gəmilə geri göndərdi. Göndərdiyi
adamların başqa bir dəstə ilə əvəz edilməsini İspaniya hökumətindən
xahiş etdi. Bundan sonra işsizlikdən fitnə-fəsadla məşğul olmasınlar
deyə, Sibau ətrafında olan cəzirələrin içərilərini yoxlamaq məqsədilə
Alanzajidm başçılığı ilə bir dəstə göndərdi və özü də yerdə qalan qoşun
ilə onların ardınca yola düşdü.
Kolumb cəzirə sakinlərini qorxutmaq məqsədilə böyük dəbdəbə
və təmtəraq ilə gedirdi. Bayraqlar asılmışdı, musiqi hərb havası çalır-
dı. Bir neçə nəfər atlı və piyada arxadan və qabaqdan onu müşahidə
edirdilər.
Cəzirə sakinləri belə iti gedən qüvvətli heyvanların ispaniyalılara
ram olmasına təəccüb edirdilər, çünki bu yeni dünyada at yox idi.
Kolumb cəzirə sakinlərini qorxutmaqla yanaşı, bir hiyləyə də əl atdı:
cəzirə sakinlərinə qarşı hər yerdə lazımi ədalət və məhəbbət göstərdi.
Sibau ölkəsində həqiqətən, cəzirə sakinlərinin dediyinə görə, yağış
yağan zaman dağlarda toplanmış xırda və iri danələrdən ibarət olan
qızıllar sel ilə çayın axarına tökülürdü. Bu ölkə sakinləri tənbəllik və
nadanlıq üzündən... qızıl mədənlərinin qazılmasına o qədər də giriş-
mirdilər. Onlara lazım olan qızılı hazır halda yerin səthindən yığırdılar.
Kolumb bir kiçik qala tikdirib adını da Farni qoydu. Qızıl tapmaq
məqsədilə qazmtı işləri aparmaq üçün bu qalaya bir dəstə adam təyin
etdi. İspaniyadan gətirilən azuqə getdikcə azalmağa başladı. İstinin
şiddətindən azuqənin Ыг hissəsi çürüyüb zay oldu. Cəzirə əhli tənbəl-
lik və bacarıqsızlıq üzündən yalnız məişətlərinə kifayət edəcək qədər
taxıl əkirdilər. İspaniyalılar da vaxtın azlığından əkin işləri ilə məşğul
olmağa vaxt tapmırdılar. Buna görə də yemək cohətdən çox əziyyət
çəkildilər. Bundan başqa isti yerləm məxsus olan müxtəlif xəstəliklər
ispaniyalılar arasında günbəgün artırdı.
Qoşun əhli... Kolumbu danlayaraq deyirdilər: “O özünə şöhrət
qazanmaq üçün bu ölkənin tərifini həddindən artıq şişirdərək biz yazıq-
ları fəlakətə salmışdır”.
Xüsusən özünü hurilər canişini hesab edən Babla adlı (rəhban) iztirab,
həyəcan və həyasızlığa başladı.
Kolumb cəzirə sakinlərini sakit etmək üçün əlindən gələni əsirgə-
mədisə də, heç bir fayda vermədi. Y alnız Sibau qızıl mədənlərinin tapıl-
ması onlan sakit etdi.
BAŞQA ƏRAZİNİN TAPILMASI HAQQINDA
Kolumb öz adamlarını sakit etdikdən sonra bu ölkənin başqa Ыг
Ölkə ilə birləşib və ya özü özlüyündə аупса yeni bir aləm olduğunu
bilmək istəyirdi. Bu niyyətlə şəhərin ixtiyarım öz qardaşı Viyaqoya, qoşun
başçılığını isə Partir Marqaritaya verdi.
Bundan sonra cəzirənin bütün yerlərini gəzib əhalisini İspaniya
dövlətinə tabe etmək qərarına gəldi.
Kolumb təyin etdiyi adamlara bir-birİlo rəftarı, işdə qanun və qay-
dalar haqqında tapşırıq və nəsihətlər verdi. 1494 -cü miladi ilində o, aprel
ayının 24-də, bir böyük və İki kiçik gəmilə yola düşdü.
Beş ay ucsuz-bucaqsız dənizdə üzərək müxtəlif əziyyət və zəhmət-
lərdən sonra İmayaqa cəzirəsindən başqa heç bir yeri görə bilmədi.
Kolumb Kuba tərəfə yola düşdü. Bir çox böyük və kiçik cəzirələ-
ri keçərək, bunlara Kraliyə və Pertoqrad adını verdi. Bu ərazidə onun
gəmisi daşların arasına düşdü. Əks istiqamətdə əsən külək gəminin
irəliləməsinə mane oldu. Dəhşətli tufan, göy gurultusu və ildırım çax-
mağa başladı.
Kolumbun qoşunu səfərin əziyyətindən, azuqənin azlığından təngə
gəlmişdi. Ona görə Kolumbu öldürmək üçün üsyan etdilər.
Ağır zəhmətli və məşəqqətli səfər, öhdəsinə götürdüyü vəzifənin
gecə-gündüz icra edilməsi, adamların ağılsızlığı üzündən əmələ gəlmiş
ziddiyyət və düşmənçilik Kolumbun şiddətli qızdırma xəstəliyinə müb-
təla olmasına səbəb oldu. Qızdırmanın şiddətindən o, çox vaxt bihuş olurdu.
Sentyabr aymm 27-də onlar lzabella şəhərinə qayıtdılar. Özü kimi
hünər və istedada malik, on üç il bir yerdə yaşadığı, indi Ferdinand və
İzabella tərəfindən buraya azuqə gətirən üç gəmi ilə göndərilmiş
qardaşı Varfiılamı gördü. Onun gəlməsi Kolumbu çox sevindirdi və
xəstəliyinin az müddət ərzində tamamilə sağalmasına səbəb oldu.
İSPANİYALILARI DƏF ETMƏK MƏQSƏDİLƏ
HİNDLİLƏRİN ÜSYANI
Varfulamm buraya gəlməsi, azuqənin yetişmosinin Kolumba böyük
bir dayaq olmasına baxmayaraq, işdə olan intizamsızlıq o dərəcəyə
çatmışdı ki, onu islah etmək mümkün deyildi, çünki Kolumb gedəndən
sonra ispaniyalılar Marqaritaya tabe olmaqdan boyun qaçırmışdılar.
©ЛеГЛ 92
Bunlar dəstə-dəstə gedib cəzirə ətrafına yayılıb hindlilərin mal-
qaralarını qarət etmiş, arvadlarının namuslarına toxunmaqla bərabər
onları incitmişdilər.
Ölkənin ab-havasmm pis olması hindliləri bədəncə zəif etmişdi*
Hindlilər əkin işlərilə az məşğul olub götürdükləri cüzi məhsulla kifa-
yətlənirdilər.
İspaniyalılar, ümumiyyətlə, az yeyən hesab olunurdular, amma
hindlilərin arasında belə deyilirdi ki, guya bir hindlinin bir ayda yedi-
yi xörəyi, ispaniyalı bir gündə yeyir. Ona görə do bunlar hindlilərdə
elə bir təsəvvür oyatmışdılar ki, guya İspaniyalılar yalnız aclıqdan,
azuqə tapmaq moqsədilə dünyanın hər torofmə yayılmışlar
Hindlilər ispaniyalıların zülmüno və pis rəftarlarına səbr edərək
deyirdilər: Bolkə, ispaniyalılar səyahətə gəlmişlər* Hətta bu məqsədlə
də onları məhsul çox olan yeriəro aparırdılar. Amma bunların şəhər,
qala tıkdirmələrini və burada həmişəlik yaşamaq niyyətində olduq-
larını bildikdə, bütün cəzirə sakinləri birləşərək ispaniyalılara hücum
edib onlan məhv etmək qərarına gəldilər.
Kolumb öz kəşfiyyatından geri döndükdən sonra ispaniyalıların
tərəfini saxlayan Xaqanqarıdan başqa, bütün cəzirə sakinləri və onla-
rın Qasiqləri (başçıları) ispan iyalılann əleyhinə çıxdılar.
Onlann topu, tüfəngi olmamasına baxmayaraq, sayca çox olmaları
ispaniyaldan qorxuya salmışdı* Hindlilər bu vəziyyətdən çox pərişan
olduqları üçün dilbir olub Kolumbun himayəsində olan əraziyə hücum
etdilor: Kolumb, qan tökmək İstəmədiyi halda, onların hücumunu dəf
etməyə məcbur oldu.
Havanın İstiliyindən bu günə kimi ispaniyal ılann üçdə iki hissəsi
tələf olmuş, yerdə qalanlarının da çoxu bədənco zəiflədiyindən döyüş
bacarıqlarım itirmişdilər.
Kolumbun bütün qoşununun sayı 200 nəfər idi. Bunlardan təqribən
10-20 nəfəri atlı idi...
ispaniyalılar üzərində qələbə qazanmaq üçün hindlilər dağlarda
vuruşmalı idilər, anıma onlar strateji cəhətdən bacarıqsız olduqlarına
görə Viqriyal adlanan düzənlikdə vuruşmalı oldular..*
Kolumb cəldlik göstərib cəzirə sakinlərinin vuruşa girməsinə aman
vermədi. O, qəflətən gecə hücuma keçdi. Müharibə meydanında top
və tüfəngin ildırım kimi səpilən şöləsi qaranlıq gecəni gündüzə çevir-
mişdi. Müharibə meydanından qalxan alov yanan bir xərmoni xatırladırdı*
Hindliləri vəhşət büriidü* Kolumbun qoşununun qarşısında dayana
bilməyib qaçmağa üz qoydular* Onların bir dəstosı qılınc və nizədən
keçirildi, başqa böyük bir dəstəsi də əsir almdı. Bu böyük məğlubiyyət-
dən sonra onlar heç bir müharibə haqqında daha düşünə bilməzdilər...
Bu cəzirələr istiqlaliyyət baxımından ispaniyalıların ixtiyarına
keçdikdən sonra Kolumb hindlilərə хөгас təyin etdi. Нөг bir tayfadan
14 yaşına çatmış kişinin hər biri 4 ayda iki ovuc qızıl ovuntusu verməli
İdi* Qızıl mədənləri olmayan yerin sakinləri qızıl əvəzinə çoxlu pambıq
əkməli idi. Nəticədə az bir müddət ərzində yerli əhalinin üçdə biri tələf
oldu.
Əvvəllər hindlilər üçün təyin edilmiş xərac öz qaydası ilə davam
edirdi, amma sonralar bu xərac o dərəcəyə çatdı ki, xərac verməyə on-
ların daha gücü çatmadı.
Hindlilər üçün qoyulan bu xərac Kolumbun xasiyyətinə zidd olsa
da o belə bir xəracı qoymağa məcbur İdi.
Kolumbu istəməyənlərdən Marqarita, Babla və başqaları dövlət
sarayında onun əleyhinə işleyİrdilor* Kolumbun xidmət və şöhrətləri-
ni qiymətləndirmirdilər, xüsusən hindlilərin işinə baxan keşiş (rəhban)
Qunsaq Kolumbu istəməyənlərdən biri idi. O, Kolumbun haqqında
eşitdiyi hər sözü yoxlamadan və əldə sübut olmadan onun əleyhinə həll
edirdi.
Bu kimi işlər Kolumbu hindlilərə verdiyi güzəşt və vədlərindən əl
çəkməyə və eyni zamanda, onda olan insanpərvər, nəcib xasiyyət əley-
hinə olaraq, öz tutduğu xətti-hərəkətdən vaz keçməyə məcbur etdi.
O, günü-gündən hindlilərdən daha çox qızıl tələb etməyə başladı.
Bunun nəticəsi olaraq özü əleyhinə olanların dilini bağladı, eyni za-
manda Ferdinand və fzabellanm da meylilərini özünə cəlb etdi.
Həmişə azad həyat keçirən hindlilər bu qodər xərac verməkdən təngə
gəlib, belə bir vəziyyətdən çıxış yolu axtarır, eyni zamanda müharibə
yolu Пө düşmənə qalib gələ bilməyəcəklerinə də əmin idilər.
Nəhayət onlar əkin əkməkdən boyun qaçırdaraq düzənliklərdən
keçib dağlarda ve keçilməsi qeyri-mümkün olan yerlərdə məskən sal-
mağa məcbur oldular. Onlar çox yeməyə adət etmiş ispaniyalıların
taxılın azlığından tələf olacaqlarını güman edirdilər: lakin İspaniyadan
göndərilən azuqə onların salamat qalmalarını təmin etdi*
Əksinə hindlilər özləri öz düşüncəsiz və bacanqsızlıqlannın nə-
ticəsində, taxılın yoxluğu üzündən, dağlarda və cəngəlliklərdə həlak
olmağa başladılar. . .
İSPANİYADA FERDİNAND VƏ İZABELLANIN
KOLUMBA QARŞI MÜNASİBƏTLƏRİNİN DƏYİŞMƏSİ
İspaniyul adlanan cəzirədə havanın pisliyindən ispaniyalıların müx-
təlif xəstəliklərə, çətinliklərə düçar olmasını, cəzirə sakinlərinə edilən
zülm və işgəncələrin hamısını Kolumbun onlara qarşı amansız və pis
rəftarı ilə izah edirdilər.
Kolumbu istəməyənlər hər cür sözlər danışırdılar. İş o yerə çatdı ki,
Ferdinand və İzabella işi öyrənmək və yoxlamaqdan ötrü öz yaxın və
xüsusi adamlarından biri olan Axvad adlı bir şəxsi Kolumbun olduğu
cəzirəyə göndərdilər. Bu şəxs Kolumbun düşmənləri ilə əlbir idi. Axvad
İspaniyul cəzirəsinə gəldikdən sonra işin nə yerdə olduğunu yoxlamaq
əvəzinə Kolumbun əleyhinə pis sözlər danışmağa başladı. O belə böyük
işləri yoxlayıb məruzə şəklində təqdim etmək qabiliyyətinə malik
olmadığından, Kolumbun bədrəftarlıq və etdiyi zülmü yalnız sözlə de-
məklə kifayətləndi. İspaniyalılarla cəzirə sakinləri arasında olan bütün
ziddiyyətlərin, çətinliklərin, hər növ bədbəxtliklərin hamısını Kolumbun
boynuna qoyurdu.
Kolumbun haqqında cürbəcür iftiralar Ferdinand və İzabellaya xəbər
verilirdi.
Kolumb işlərin tamamilə dəyişdiyini və adamları arasında qarışıq-
lığı gördükdə dayanmadan İspaniyaya gedib vəziyyət haqqında Ferdinand
və İzabellaya məlumat vermək qərarına gəldi. O, qardaşı Varfulamı öz
yerində, Fransiqa Roldani də şəhər hakimi təyin edərək yola düşdü.
KOLUMBUN İSPANİYAYA QAYITMASI
Bu dəfə Kolumb əvvəllər getdiyi yol ilə səfər etməyib, yolun yox-
lamlmamasma baxmayaraq, şərqə tərəf yola düşdü. O bu yeni yolun
cənub-qərb küləyi vasitəsilə şimala doğru ən yaxşı yol olduğunu dü-
şünürdü. Bu dəfə də əks istiqamətdə əsən küləyin təsiri nəticəsində o,
çox çətinliklərə düçar oldu.
Dənizin üzündə üç ay sərgərdan qaldı. Azuqələri qurtarmaq üzrə
idi. Belə bir vəziyyətdə gəmi əhli azuqəsiz qalmalarından qorxaraq ən
az yeməyə qane olurdu.
Nəhayət ordu nəfərlərinin bəziləri özləri ilə apardıqları hindlilər-
dən bir neçəsini öldürüb yemək qərarına gəldilər. Ordu nəfərlərinin
başqa bir hissəsi isə hindliləri dənizə atmaq yolu ilə ərzaq mallanna
qənaət etmək niyyətində idi. A mma Kolumbun insanpərvərliyi buna
yol vermədi və o, hər iki təklifi rədd etdi.
İspaniyalıların azuqələri hələ qurtarmamışdı ki, İspaniyanın sahili
göründü və onlar fəlakətdən xilas oldular. Kolumb Ferdinand və
İzabellanın görüşünə gedib hədiyyə alaraq özü ilə gətirdiyi qızıl, cəva-
hirat, qiymətli daş-qaş, pambıq və qeyri şeyləri onlara təqdim etdi.
Onlar da bədxahların iftirası nəticəsində Kolumba etdikləri pis rəftar-
dan peşman olub ona layiq ehtiram və məhəbbət göstərdilər. Kolumbun
arzusuna əsasən İspaniyul cəzirəsinin nizam-intizamı
üçün lazım olan hər şeyi hazır etdilər. Cəzirələrin abadlaşması üçün
çoxlu arvad, kişi, sənətkarlar, əkinçilər və lazım olan ərzaq malları
göndərdilər. Göndərilən ispaniyalıların hər birinin istedadına və gös-
tərdiyi xidmətinə görə dövlət xəzinəsi hesabına vəzifə təyin etdilər ki,
ispaniyalılar əkinçiliklə məşğul olub, özlərinin keçinəcəyinə lazım olan
hər bir şeyi hazırlaya bilsinlər və asudə vaxtlarında da qızıl və başqa
şeylərin toplanmasına çalışsınlar.
Ауп yerlərin arayıb tapılması üçün Kolumbun ixtiyarına hər cür
ərzaq və digər ləvazimat ilə dolu daha bir neçə gəmi verdilər.
İspaniyul havasının isti və pis olması üzündən, çoxlu ispaniyalı tələf
olduğundan, heç kəs Öz razılığı ilə ora getmək istəmirdi. Kolumb
həbsxanada olan bütün müqəssirləri və gələcəkdə də təqsiri olanları
mədən qazmaq üçün İspaniyula göndərmək qərarına gəldi. Eyni
zamanda Kolumb bu müqəssirlərin öz pis tetbiyə və bədbəxlaq larma
görə yeni dünyada fitnə və ixtişaşla məşğul olub, yenə də onu müxtəlif
bəlalara və çətinliklərə sala bilmələri haqqında düşünürdü.
Ferdinand və tzabella Kolumbun səfərə çıxması üçün əllərindən
gələni əsirgəmirdilər. Amma buna baxmayaraq, bir tərəfdən ispaniya-
lıların tələsməmək adəti, digər tərəfdən həmin ildə ərəblərlə olan
müharibə Ferdinand və İzabellanın oğlunun toy xərci və bunlardan başqa
da Kolumbun əleyhdarları tərəfindən onun işlərinin təxirə salınması
Kolumbu elə bir vəziyyətə gətirmişdi ki, əgər onun yerinə başqası olsay-
dı çoxdan səbri tükənib bu işdən əl çəkmişdi.
Hindlilər içərisində nazimlik vəzifəsini daşıyan Quzek adlı rəhban
da müqəssirlərdən bəzilərinin daşınması üçün təyin edilmiş iki gəmi-
nin hazırlanması işində səhlənkarlıq edirdi.
Beləliklə, səfərə lazım olan şeylərin hazırlanmasını gecikdirərək
Kolumbun səforini təxirə salırdılar.
96 /ек.<з>
(sLXsN 97 /ek§)
KOLUMBUN ÜÇÜNCÜ SƏFƏRİ
Hər cür lazımi və lazımsız ərzaq və digər şeyləriə dolu olması
üzündən baş verə biləcək təhlükəni nəzərə almadan, 1498-ci miladi
ilində Kolumb üç gəmi ilə yenə yola düşdü. O, Kanariyye cəzirəsin-
dən birbaşa cənub tərəfə gedərək müəyyən xətti keçdikdən sonra qərb
tərəfinə dönmək istəyirdi,
Kolumb Kanariyyə cəzirəsinə yetişcək, ləvazimatla dolu üç gəmini
Tspanİyula göndərərək özü Mısxəzradan cənub tərəfə horokət etdi.
Kolumb dənizlə gedən zaman heç bir yer və ya bir hadisə onun nəzə-
rini cəlb etmədi. Ekvatora yetişən kimi şiddətli istinin təsirindən özlə-
rdə apardıqları su və şərabın keyfiyyəti dəyişilərək azuqələri də
çürüməyə başladı.
Gəmi heyəti qədimdə yazılanlara əsaslanaraq ekvator xəttindən
keçməyin qeyri-mümkün olduğunu deyirdilər. İstinin şiddətindən gə-
milər az qalırdı ki yarısım Bu əsnada güclü yağış gəmini yanmaqdan
xilas etdL,
Gəminin heyəti Kolumbdan geri qayıtmağı tələb edirdi. Kolumb
geco-gündüz çəkdiyi zəhmətdən, dözülməz hərarətin nəticəsində taqət-
dən düşdüyündən, malyariya xəstəliyinə mübtəla olduğundan, onların
təklifini qəbul etməyə məcbur oldu. Olduğu yerdən şimal-qərb tərəfə,
yəni Kərrbi ölkəsinin sahillərindən birinə yanaşmaq üçün istiqamət
aldı.
KOLUMBUN GERİ QAYIDARKƏN
PERU ƏRAZİSİNƏ GƏLMƏSİ
Kolumbun gəmisi avqustun əvvəlində bir cəzirəyə yetişdi. O h əmin
cəzirəyə Təslis adını verdi (indi də haman adla adlanır). Bu cəzirə
Qəvayyamn sahilinə yaxın, Arıniq çayının ağzında yerləşmişdir. Adını
çəkdiyimiz çay yeni dünyada ən böyük çay hesab olunur. Demək olar
ki, bizim dünyamızda da bundan böyük çay yoxdur. Suyunun çoxlu-
ğundan, xüsusən sel zamanı okeana tökülən yerdə qorxulu bir gunıltu
qopararaq bir neçə mil məsafəyə səs salır.
Kolumb bu çayın keyfiyyətindən xəbərsiz idi. Elə ki, gəmilər çayın
axarına girdi suyun çaxnaşmasr və ləpələrin dalğalanmasının şid-
dətindən az qala gəmilər batacaqdı. Onlar böyük əziyyət və zəhmət-
dən sonra bu bəladan qurtara bildilər.
Bir çox yoxlanışdan sonra məlum oldu ki, bu yer çayın dəhnəsidir.
Kolumb belə güclü bir suyun geniş bir ölkədən axdığı qərarına gəldi,
çünki cəzirədən belə böyük çay axa bilməzdi. Kolumb bu vaxt Peru və
Qumanİ adı ilə məşhur olan ölkənin qərb sahilində yerləşdi. Dəfələrlə
sahilə çıxıb burada yaşayanların sifət, qiyafə və yaşayış tərzi etibarilə
İspaniyul sakinlərinə bənzədiklərini müəyyən etdi. Onların boyun və
qulaqlarında xalis qızıl danələrindən qaynlmış sırğa və şaha layiq mər-
canlar vardı.
Bu yerin sakinləri diqqətlərini cəlb edən və xoşlarına gələn өп cüzi
Avropa şeylərini qızıl ilə həvəslə mübadilə edirdilər. Onların ölkə-
sində hər cür heyvanat, quş və çoxlu müxtəlif meyvələr var idi. Gözəl
əraziyə, təmiz havaya, bol meyvə və çoxlu başqa məhsulata malik olma-
sından bu yerin cənnət olacağını güman edirdilər. Amma gəmilərin
zədələnməsi, azuqənin azalması. Özünün bədənce zəif düşməsi Kolumba
kəşfiyyat işləri ilə məşğul olmağa imkan vermirdi. Nəhayət o, İspa-
niyul cəzirəsinə qayıtmağa məcbur oldu və yolda Qubaq və Marqarit
cəzirələrini tapdı. Bir müddət keçdikdən sonra bu cəzirələr öz mirva-
risi ilə məhşur oldu.
Bir az sonra Kolumbun xəstəliyi şiddətləndiyi üçün gəmi heyəti
arasında böyük intizamsızlıq baş verdi. Belə bir intizamsızlıq Kolumba
istirahətə və özünü müalicə etməyə imkan vermirdi.
KOLUMBUN İSPANİYAYA GEDİB QAYITMASI
MÜDDƏTİ ƏRZİNDƏ İSPANİYUL ŞƏHƏRİNİN
VƏZİYYƏTİ
Kolumb İspaniyul şəhərindən getdikdən sonra burada böyük dəyi-
şikliklər üz verdi. Bu dəyişikliklərdən biri də onun qardaşı Varfulam,
İzabella şəhərini cəzirənin ayn və yaxşı yerinə köçürdərək onun
yerində Daminqa adlanan başqa bir şəhər salması idi.
Bu şəhər uzun müddət yeni dünya şəhərləri arasında ən məhşuru
olmaqla bərabər, eyni zamanda Avropa gəmiləri üçün də liman olmuşdu.
Bundan sonra o, Kolumbım getmədiyi cəzirənin başqa ует!вгтә də
səfər etmişdi. Bu səfər zamanı o, hindliləri özünə tabe edib, onlara
xərac teyin etmişdi. Bu səfərdən Varfulamın əsas məqsədi ispa-
niyalıların bikar qalıb fitnəkarlıq və araqanşdırmaq ilə məşğul olma-
malan üçün onlara iş tapmaq idi. Hindlilər əvvəldən onlara təyin edilən
98 /'' ciXK)
99 /ekS)
xəracın verilməsindən təngə gəlmişdilər. Onlar İspaniyalıların
müharibədə göstərdikləri bacarıq və igidliklərini nəzərə almadan
elliklə üsyan edirdilər. Bu üsyanda hindlilər əsləhə yoxluğu və müha-
ribə taktikasını bilmədiklərindən məğlubiyyətə uğradılar.
ROLDANIN ÜSYANI
Kolumbun qardaşı Varfiılamın səfərdə olduğu müddət Roldan
Kolumb tərəfindən şəhər hakimi təyin olunmuşdu. Bu müddət içəri-
sində Roldan vaxtdan istifadə edərək üsyan etdi.
Roldanın fikrincə bu üsyanın törəməsinin səbəbi guya Kolumb və
qardaşının təkəbbür və bədrəftarl ığı ilə ispaniyalıları gücdən salıb özlə-
rinə tabe etmək və yeni dünyada müstəqil hakim olmaq iddiasına düş-
mələri İdi...
Belə yersiz sözlər nəticəsində ispaniyalıların da bir çoxu onlarla
əlbir olub üsyana qoşuldular. Əvvəlcə onlar şəhərdə olan azuqə am-
bannı zəbt edərək, qalaya hücum etdilər. Kolumbun qardaşının ağıllı
tədbiri nəticəsində qalanın tutulmasına müvəffəq olmadılar.
Üsyançılar qalam tutmaqdan ümidlərini kəsərək, çöllərə üz qoydular.
Kasaraqu vilayətində yerləşib, hindliləri də Kolumbun qardaşı əleyhi-
nə qaldırdılar.
Gemi işçilərinin bacanqsızlığı üzündən Kolumbun Kanariyyə cəzi-
rələrindən göndərdiyi üç gəmi dənizdə sərgərdan gəzdikdən sonra
Kasaraqu vilayətinə gəldilər. Roldan da öz adamları ilə burada idi. O,
Kolumbun qardaşına qarşı olan düşmənçiliyi gizlədərək, gəmi işçilə-
rinin sahilə çıxmalarını təklif edib yeni əraziyə dəniz yolu ilə deyil,
yalnız qurudan getmək mümkün olduğunu dedi.
Gələnlər burada dincəlmək niyyətilə sahilə çıxdılar. Gəmi kapitanı
işdən xəbər tutub yanında qalmış adamlarla Daminqa qalasına doğru
yola düşdü. Bunlar Kolumbun Daminqaya gəlməsindən bir neçə gün
sonra gəlib buraya çatdılar. Yolun uzaqlığı üzündon azuqənin çox his-
səsini yemişdüər, yerdə qalan az bir hissəsini də Kolumba təhvil verdilər.
öz pis hərəkət və rəftarı ilə məşhur olan İspaniya məhbuslarının
buraya gəlməsindən sonra Roldan öz həyasız işlərini əvvəlkindən daha
artıq davam etdirdi.
Bu yaramazın öz hərəkət və pozucu işlərilə böyük qorxu yaratma-
sına baxmayaraq, vuruşma hər iki tərəfin gücdən düşməsinə səbəb
olub, onları cəzirə sakinləri qarşısında zəif salacağı üçün, nəticədə
ıoo /'еХЈз)
Kolumbun bütün səy və zəhmətləri zay ola bilərdi. Buna görə də o,
Roldanla vuruşmağa tələsmir, hər cür vəd və nəvaziş göstərərək, fitnə-
fəsad törədənləri sakit etməyə çalışır və İspaniyaya qayıtmaq istəyənlərə
də icazə verirdi. Kolumb eyni zamanda Roldanı və onun yoldaşlarını
əfv edərək, onlan əvvəlki vəzifəsində saxlayacağına söz verdi.
Bu yol ilə fəsad törədənlər tədriclə Kolumba tabe oldu, qarışıqlıq
aradan götürülüb əvvəlki kimi nizam-intizam bərpa edildi.
İspaniyalıların hər cür dəstəsi üçün ətraf yerlərdə əkin sahələri
ayrılması razılığına gəldilər. Hindli dəstələri onların işləməsi üçün ay-
rılan əkin yerlərində də yaşamalı idilər.
Qərara görə hindlilər hər il əkin işləri ilə məşğul olmalı idilər. Bu
vəziyyətin ispaniyalıları təmin etməsinə baxmayaraq, keçmişdən İrs
qalmış zülm və təzyiq hindlilərin getdikcə tələf olmasına səbəb olurdu.
Üsyan nəticəsində ispaniyalıların yerli əhaliyə zülm və işgəncəsi
ispaniyalıların xeyrinə qurtarmadı. Əksinə yeni ərazi tapmaq məqsə-
dilə başqa yerlərə getmək artıq Kolumba nəsib olmadı. Xülasə, o, gəmi
işçilərindən bir hissəsini bir neçə gəmi ilə İspaniyaya yola salmalı oldu.
Kolumb Özünün səfəri zamanı baş verən gündəlik hadisələr haq-
qında qeydləri, o cümlədən kəşf etdiyi yerlərin xəritələrini, tapdığı
yeni sahilləri yazaraq bir qədər qızıl, qaş-daş və digər qiymətli şey-
lərlə birgə Ferdinand və Izabellaya göndərdi. Öz raportunda Kolumb
müxalifətçilərin üsyan səbəbini də qeyd etmiş, nizam-intizamın bərpa
edilməsi üçün hökm və qanunların daha da qüvvətlənməsi və müda-
fiəsi üçün onlardan təlimat istəmişdi.
Roldan da bir şikayətnamə yazaraq öz yaxın adamları vasitəsilə
həmin gəmi ilə şaha göndərdi. Bu məktubda o, Kolumbun özündən və
qardaşından çoxlu şikayət yazmışdı. Təsadüfən Ferdinand və İzabella
Roldanın yazdıqlarına daha çox inandılar...
YENİ ƏRAZİNİN KƏŞF EDİLMƏSİ
ÜÇÜN BAŞQA DƏSTƏLƏRİN SƏFƏRLƏRİ
Kolumbun dövlət xəzinəsi hesabına yeni dünyada bəzi yerlərin kəşf
edilməsinə müvəffəq olması, burada çoxlu qızıl və cəvahirat toplayıb
İspaniya ölkəsində şöhrətlənməsindən sonra bəzi ispaniyalılar şaha
müraciət edib öz xərclərilə hələ kəşf edilməyən yerləri tapmaq qəsdi
<?Xo\ 101 /eK§>
ilə səforə çıxmaq üçün onlara icazə verilməsini xahiş etdilər. Belə bir
kəşfiyyat işinin aparılması üçün İspaniya dövlətində artıq vəsait yox
idi. 1492-ci miladi ilində Kolumb ilə bağladığı müqavilə üzrə, onun
fikrini və razı olub olmamasını nəzərə almadan, daha yeni ərazinin
kəşf edilməsi üçün müraciət edən ispaniyalılara səfərə çıxmağa icazə
verildi.
Eyni zamanda onlar bildirmişdi ki, hər kəsin ələ keçirdiyi qiymətli
şeylər onların şəxsi malı olacaqdır.
Əvvəllərdə Kolumbun səfər yoldaşı olan Avida böyük həvəslə ikinci
dəfə olaraq səfərə çıxmağı qət etdi.
O, Savili tacirləri arasında böyük hörmət və etibara malik idi.
Bu tacirlərdən biri dörd gəmi və səfərə lazım olan hər şeyi hazır-
layıb Avidanı yola saldı.
Məlumat almaq üçün Kolumbun bütün xəritə vo gündəlikləri
Avidaya verildi. O, üçüncü dəfə Kolumb ilə getdiyi yol ilə gedib Peru
sahilinə yetişdi. Bu yerin adamları ilə alver etdikdən sonra qərbə doğru
yollandı. O, Kolumbun getmədiyi sahil boyu ilə gedib bəzi yeni-yeni
yerləri gördü və yenə İspaniyaya qayıtdı. Mədaxilin xərcdən az olma-
sına baxmayaraq yeni ərazi tapdığı üçün o da şöhrət qazana bildi.
YENİ DÜNYANIN AMERİKA ADLANMA Sİ
HAQQINDA
Avida ilə səfərə gedənlərdən birisi də Filorenti zadəganlarından
Ameriqo adlı bir şəxs idi. Rütbədə məşhur olmamasına baxmayaraq o,
dənizçilik işində mahir idi. Buna görə də səfər yoldaşları dənizçilik
işində onu daha üstün tuturdular. Onun səyi və hünəri sayəsində bu
səfər daha müvəffəqiyyətlə başa çatdı. Ameriqo özü də İspaniyaya qa-
yıtdıqdan sonra kəşf edilən yeni dünyanın vəziyyəti, əhalinin dolam-
şığı, adət və ənənələrinin bütün təfərrüatım səyyahlara məxsus dil ilə
rəng-rövnəq verərək bəyan etdi.
Düzgün olmayaraq, yeni dünyanın kəşfini Ameriqoya istinad edib
bu yeri Amerika adlandırdılar. Bu ərazinin əsl kəşf edən, böyük iste-
dada malik olan Kolumb isə belə bir şöhrətdən məhrum edildi.
ALANZA-NİZNANIN SƏFƏRİ
Kolumb yeni dünyanın kəşf edilməsində, dənizçilik işində yalnız
ispaniyaldan deyil, hətta onunla birlikdə səfəm çıxan adamların əksə-
riyyətini həvəsləndirdi.
Bunlar dənizçilik işini tam məharətlə mənimsəmişdilər. O cümlədən
Alanza-Nizna üç dəfə Kolumb ilə səfər yoldaşı olmuşdu. O, Xristofor
adlı şirkətdə bir gəmi düzəltdirib Peru Ölkəsinə doğru yola düşdü.
Zülmkarlann hədsiz tamahkarlıq, özbaşınalıq etmələrindən və belə
işdən faydalanmaq yolunu tutduqlanna baxmayanıq şöhrət qazanmaq
işində İspaniya dövləti heç bir fayda əldə edə bilmədi.
Alanza-Nizna yeni bir ərazi tapa bilməyib İspaniyaya qayıtdı. Onların
ələ keçirdikləri qızıl və qiymətli daş-qaşların çoxluğu bütün ispaniya-
lılarda yenə səfərə getmək həvəsi oyatdı.
PENSONUN SƏFƏRİ
Birinci dəfə Kolumb ilə səfər yoldaşı olan üç qardaşdan biri də
Yans-Penson idi. 0, 1500-cii miladi ilində Palus lima nından yola düşdü.
Müstəqil yol ilə cənub tərəfə yollandı. Ekvator xəttini birinci dəfə
keçən Yans-Penson olmuşdur. Səyyahların hamısı yeni ərazinin Şərqi-
Hind ilə həmhiidud olması barədə Kolumbun fikrinə şərik oldular.
BRAZİLİYA ÖLKƏSİNİN KƏŞFİ
Həmin il Pcnson yenə yola düşdü. Yer kürəsinin yarısının vəziy-
yəti və yeni dünyanın Şərqi-Hind ilə bitişik olması fikri yayılmışdı.
Bunun müxtəsər icmalı aşağıdakından ibarətdir:
Hamının Şərqi-Hind xəyalı ilə olan səfəri nəticəsində yeni ölkə
tapmaq fikri Portuqal dövlətini əvvəlkindən daha artıq cəlb edirdi. Bu
məqsədlə çoxlu gəmi hazırlayıb, böyük tədarük gördü. Yeni ərazi
tapmaq və ona sahib olmaq məqsədilə Petr Alversinin başçılığı altın-
da nəzərdə tutulan həmin yerə göndərildi.
(sLxŞTx 102 /"<§кЗ
GLXsTN 103
Afrika sahillərində bəzən şiddətli əsən küləklərdən, bəzən də kü-
ləyin heç olmaması səbəbindən Petr Alversinin səfərdə gecikməsi
nəzərdə tutulmuşdu. Buna görə də o, yuxanda deyilənləri nəzərə ala-
raq gəmiləri cənuba doğru, olduqca uzaq məsafəyə, yəni on dərəcə
ekvatorun digər tərəfinə sürmüşdü. Burada o özünü naməlum bir yerin
sahilində gördü.
Petr Alversin bu yeri dənizin qərb tərəfində kəşf edilməyən cəzi-
roləıdən biri bilib, sahillər boyu bir neçə gün gəzərək bu yeri təyin edə
bilmədiyindən, buranın geniş bir ölkənin hissəsi olduğunu yəqin etdi.
Bu təsəvvür həqiqətə uyğun idi.
Hal-hazırda Cənubi Amerikada olan bu yer Braziliya ölkəsi adı ilo
məşhurdur.
Bundan sonra Alversin sahilə çıxıb oranın geniş sahəyə malik ol-
duğunu, təbiətini, bol məhsulunu və bu yerin necə kəşf olunduğunu
bütünlüklə yazdı.
Portuqal dövlətini bunların haqqında xəbərdar etmək məqsədilə o
bir poçt gəmisi yola saldı.
Portuqal əhalisi yeni dünyanın kəşfilə ispaniyalılara həsəd aparır-
dı, çünki Kolumbun bu kəşfi həddindən artıq ispaniyalıların şadlığına
səbəb olmuşdu.
Həqiqətən Amerikanın kəşfi yalnız Kolumbun möhkəm iradə və
bacarığının nəticəsi idi. Əgər Kolumbda möhkəm iradə və mətinlik ol-
mayıb yeni dünyanın kəşfi üçün doğru və düzgün yolu ayırıb tapma-
saydı, başqaları da belə böyük müvəffəqiyyətlərə nail ola bilməz. Yer
kürəsinin ikinci yarısı olan bu parça bu günə kimi də bizə məlum olmazdı.
Alversinin Cənubi Amerikada Braziliyanı tapmasını təsadüfi bir
hadisə hesab etmək olar, lakin belə bir təsadüfi hadisəyə də Kolumb
ilə yoldaşlığın nəticəsi kimi baxmaq lazımdır.
KOLUMBUN ADAMLARININ ITAƏTSİZLİYİ VƏ ONA
QARŞI OLAN BƏDGÜMANLIQLARI HAQQINDA
Kolumb Roldan ilə barışandan sonra fitnə odunun bir qədər sön-
məsinə baxmayaraq, ara-sıra ispaniyalıların bir dəstəsi itaət etməkdən
boyun qaçınb kömək axtarırdılar.
Nəhayət, Kolumb bir müddət öz qardaşı ilə cəzirənin ətrafım gəz-
məyə çıxdı.
Səfərdə olduğu zaman üsyançı ispaniyalıların olduğu yerlərə golib
onlan nəsihət və cəza yolu ilə tabe olmağa məcbur edirdi. Onun belə
işlərlə başı elə qarışmışdı ki, bu hadisələri ərizə və ya məktublar vasi-
təsilə Ferdinand və İzabellaya bildirib, onların köməyi ilə bu cür üsyançı
adamların şərindən xilas olmağa fürsət tapa bilmirdi.
Kolumbdan narazı qalan ispaniyalıların bir hissəsi işdən azad olub
İspaniyaya getmişdi. Kolumbun özünün və qardaşının bədrəftarlıqla-
nndan və digər hallardan iftiralar uydurub, şikayotlər edirdilər. İş o
dərəcəyə çatmışdı ki, onlar Ferdinand və İzabellanı küçədə görər-
görməz qabağını kəsib həyasızcasına qışqırmağa başlayırdılar. Baş-
larına gələn bədbəxtliklərin, çəkdikləri zərər və çətinliklərin hamısını
Kolumbun etdiyi zülmkarlıqla bağlayır və onlara edilən zülmlərin əvə-
zini tələb edirdilər.
Ş ahın sarayına yaxm olan Kolumbun bədxahları belə şikayətləri
dəstavüz edərək onun haqqında mənfi fikirlər uyduraraq Kolumba
qarşı yaxm münasibəti olan Ferdinand və İzabellanı tamamilə yoldan
çıxartdılar.
KOLUMBUN VƏZİFƏDƏN GÖTÜRÜLÜB
HƏBS EDİLMƏSİ
İftiraçı və qərəz sahiblərinin dediklərinə əsaslanaraq Ferdinand və
İzabella Kolumbu tənbih etmək qərarına gəldilər. Onlar 1500-cü milad
ilində Bevadiia adlı bir şəxsi İspaniyul cəzirəsinin vəziyyətini təhqiq
etmək məqsədilə oraya göndərdilər. Ona tapşırılmışdı ki, əgər Kolumb
müqəssir isə onu işdən xaric edib özü onun yerinə otursun və ölkəni
idarə etmək işini öz öhdəsinə götürsün.
İş heç bir vəziyyət nəzərə alınmadan Kolumbun müqəssirləndi-
rilməsi, Bevadilanm hökümət başçısı olması ilə bitdi.
Kolumb bu günə kimi cəzirədə yaşayanlarla olan hər bir ixtilafı
dəf etmişdi. İspaniyalılar və cəzirə sakinləri lazımınca ona itaət gös-
tərərək mədənlərin axtarılıb tapılması və nəfis şeylərin ələ keçirilmə-
si işində çalışırdılar.
(sLXsTn 104
105 АгХЈз)
Bevadıla ispan iyul a gələn kimi heç bir vəziyyəti nəzərə almadan və
heç bir iş təhqiq etmədən ölkənin başçılığım öz əlinə alıb Damınqa qala-
sında olan Kolumbun qərərgahmda yerləşdi. Bu vaxt Kolumb səfərdə idi.
O bundan istifadə edərək Kolumbun bütün əmlakını zəbt və onun
həbs etdiyi adamların hamısını azad etdi. Öz təyinatı haqda olan şah
fərmanını Kolumba göndərib, ona geri qayıtmağı təklif etdi. Kolumb
Ferdinand və İzabellamn ona qarşı olan belə münasibətini qədtrbilmə-
zlik kimi qiymətləndirdi ki, bu da onun böyük kədərinə səbəb oldu.
Amma bu vəziyyət Kolumbun gözəl xasiyyət, mərdlik və düşüncəsini
dəyişdirə bilmədi. O, dayanmadan yeni hakimin, daha doğrusu can
düşməninin hüzuruna gedərək itaətkar başını şahın yazdığı fərman üzə-
rinə qoydu.
Bevadila onu öz hüzuruna gətirtməyərək həbs edilib İspaniyaya
göndərilməsini əmr etdi.
Belə nəql edirlər ki, Bevadila Kolumbun istedad, hünər və bacarı-
ğını nəzərə almadan onun haqqında zülm və həyasızlığı əsirgəmədi.
Onun və qardaşının ayaqlarına qandal vurdu. Belə qəmli və pis gündə
həmsöhbət olub bir-birinə təsəlli verməsinlər — deyə onları ayrı — ayrı
gəmilərdə yerləşdirdi. Heç bir əsası olmadan bir çox iftiraları da
Kolumbun adına bağladı.
Gəmilər İspaniyuldan uzaqlaşdıqda, Kolumbu aparan gəminin ka-
pitanı, insanpərvər, gözəl əxlaqa malik olan şəxs, Kolumbun yanına
gəlib ona çox hörmət və ehtiram göstərərək ayağının qandalının açıl-
masım təklif etdi.
Kolumb dedi: — “Manim ayağım şahın əmrilə bağlanıbdır, bu vəziy-
yətdə da şahm qulluğuna gedəcəyəm, mənim hər bir vəziyyətdə ona
itaət etməyə hazır olduğumu qoy bilsinlər, formanın əksina heç bir
şeyi caiz bilmirəm”.
Bir neçə müddətdən sonra Kolumb İspaniya ölkəsinə gəldi.
Ferdinand və İzabella Kolumb haqqında etdikləri hadrə (Yarlıq və onun
gördüyü işləri qiyməti ən dirməməl ərinin nəticələrindən qorxurdular,
Kolumb kimi şöhrət qazanmış adlı- şanlı şəxs haqqında bu cür təhqir,
pis rəftar və başqa kimi xəbərlərin ətrafa yayılaraq Avropa dövlətlə-
rinin narazılığından, nəhayət, Kolumbun teııəli sözlərindən baş verə
biləcək hadisələrdən qorxaraq və bunların əvvəlcədən qarşısını almaq
məqsədilə onun qandalını açmağa əmr etdilər.
106
Şahın hüzuruna gəlmədən əvvəl qiymətli libas almaq üçün
Kolumba bir qədər pul da göndərdilər. Kolumb şahın hüzuruna gəlcək
şah və onun arvadı İzabella Kohımbun şəninə layiq bir tərzdə ona ehti-
ram, məhəbbət və nəvaziş göstərdilər.
Bir neçə gündən sonra təyin edilmiş vaxtda cəzirədəki vəziyyət,
araqarışdıranlar və quldurların etdikləri fitnəkarlıq haqqında Kolumb
olduğu kimi geniş surətdə izah etdi. Onlar isə deyirdilər: “Əsasən,
Bevadilanın bu cür rəftarına biz razılıq veməmişik”.
ƏwəldO olduğu kimi yenə də bir çox vədlər verərək Kolumba
sonsuz iltifat və məhəbbət göstərdilər. Öz təqsirlərini yumaq məqsədilə
Bevadilam işdən azad etdilər, amma əvvəldə Kolumb ilə bağladıqları
şərtlərin ziddinə olaraq, onun İspaniyula getməsinə icazə verməyib öz
yanlarında saxladılar. Müxtəlif bəhanələrlə Nikolay Avam İspaniyulaya
getməyə vadar etdilər.
Onların belə hərəkətlərinə görə Kolumbun səbr kasası daşdı, indi-
yə kimi öz dost və düşmənlərindən gizli saxladığı qəm-qüssəni artıq
gizlətməkdə aciz idi. Hər yerdə Ferdinand və İzabellamn qədir bilməz-
liyindən, pis rəftarından danışmağa başladı. Kolumb haqqında edilən
ədalətsizliyə qarşı camaat şaha hər cür tənə və narazılıqlarını bildir-
dilər. Qiymətli xidmətləri müqabilində ona edilən hər cür zülm və işgən-
cənin nişanı olaraq ayağına vurulmuş dəmir qandalı Kolumb evində
saxlayırdı.
Kolumb belə zülmkar şahın tarix kitablarında bədnamlıqla yad
edilməsi üçün vəfat edərkən haman dəmir qandalın onunla bir yerdə
dəfn edilməsini vəsiyyət etdi...
Bevadila öz cahilanə hərəkətləri və yersiz qayda-qanunların tət-
biqi ilə cəzirənin işində həddindən artıq qarışıqlıq törətmişdi. Buna
görə də onun işlərində heç bir nizam-intizam yox idi. İspaniyalıların
tikdikləri binalar xarabalığa çevrilirdi.
Bevadila Kolumba qarşı olan rəftarının pis olmasını başa düşüb,
cəzirədəki həmvətənlərini özündən razı salmağa çalışırdı. O bu yolla
Kolumb haqqında etdiyi zülm və işgəncəni öz üzərindən atmaq və bu-
nunla da yaxşı ad qazanmaq fikrində idi. Cəzirə işlərini inzibati nöqteyi-
nəzərdən möhkəmləndirmək və onlara lazımınca diqqət yetirmək
əvəzinə fitnəkarlardan, məhbuslardan heç birisinə təqsirinə görə müəyyən
cəza tədbirləri görmürdü. Ölkənin vəziyyətini yaxşılaşdırmaq yolun -
da, Kolumbun qoyduğu qayda-qanunları dəyişə bilmədi. Biçarə
hindlilərin haqqında isə heç bir ədalətə riayət etmədi. Onları bir qul
kimi İspaniyalılar arasında bölüşdürdü. İspaniyalılar isə tətbiq etdikləri
zülmdən başqa hindliləri gecə-gündüz başqa işlərlə yanaşı mədən qaz-
mağa da məcbur edirdilər.
Bir tərəfdən ağır zəhmət, digər tərəfdən yeməyin azlığı və bə-
dəncə zəif düşdükləri üçün hindlilərdən hər gün çoxlu adam tələf
olurdu...
NİKOLAY AVANIN İSPANYULA GƏLMƏSİ
VƏ YENİ QANUNLAR QOYMASI
İspaniyula sakin olmaq məqsədilə 1500 nəfərin mindiyi 42 gəmilə
yeni hakim həmin cəzirəyə gəldi.
Bu ölkə üçün İspaniya dövləti tərəfindən tərtib olunmuş qanun və
qaydalar yerli hökumətə təqdim olundu.
Qoşunun köməkliyilə Bevadila öz hakimlik vəzifəsindən xaric
edilərək araqarışdıran fitnəkarlarla birlikdə cəzalandırılmaq niyyətilə
İspaniyaya göndərildi.
Avan ispaniyalıların həyatını və digər qayda-qanunları yoluna
qoydu. Bundan başqa gələcəkdə onların mülkünə sahib olmağa heç
kəsin ixtiyarı olmadığım hindlilərə elan etdi.
Qul vəziyyətində olan cəzirə sakinləri quldurluq əsarətindən azad
edilərək İspaniya dövləti təbəəsi kimi elan olundular. Artıq zəhmətə
düşməmək üçün onlara tapşırılan İşin də miqdarım xeyli azaltdılar.
Çıxarılan qərara görə ispaniyalıların topladıqları qızıl dövlətin zər-
rabxanasına verilməli idi. Qızıllar təmizləndikdən sonra onun yarısını
xəzinə götürəcəkdi...
1492-ci miladi ilində Kolumbun yeni dünyanın valiliyi haqqında
bağladığı müqavilə və onun tətbiqi üçün etdiyi səylər puça çıxdı.
Ferdinand Kolumb haqqında bir çox bəhanələrlə deyirdi: “Get-gedə
vüsət tapan belə bir geniş ölkənin İxtiyarını əgər Kolumba versəm o,
müstəqil şah olub İspaniya dövlətinə itaət etməkdən imtina edər”.
108
Buna görə də Ferdinand Kolumbun hakim olmasına razılıq ver-
mirdi. Buna oxşar İzabellamn Kolumba olan münasibəti də dəyişildi.
Kolumb Ыт il bunların yanında qaldı. Kolumba aydın oldu ki, işi
haqqında etdiyi bütün səylər faydasızdır.
Tamahkar və işə qiymət verə bilməyən bir şahdan heç bir şey göz-
ləmək olmazdı.
KOLUMBUN DÖRDÜNCÜ SƏFƏRİ
Ferdinandın Kolumba qarşı olan pis münasibəti və ya xidmət-
lərinin qiymətlondirilməməsi heç də onu yeni ərazi axtarmaqdan
çəkindirmirdi.
O, qocalıq, xəstəlik və zəif düşməsinə baxmayaraq dördüncü dəfə
dəniz səfərinə çıxmaq istədi. Kolumb bu dəfə Uzaq Şərqə, Peru və
Hind Şərqi ölkələrinə portuqaliyalıların tapdığı yoldan daha asanını və
yaxmmı tapmaq istəyirdi. Bu arzusunu o, Ferdinand və İzabellaya
məlum etdi. Onlar böyük məmnuniyyətlə aşağıdakı səbəblərə görə
razılıq verdilər:
I Kolumb həqiqətən hörmətə layiq bir adam idi, onlar tərəfindən
qiymətləndirilməyib bu iltifatdan məhrum edilmişdi. Eyni zamanda o,
bir tərəfdən sarayın xidmətində qalıb, digər tərəfdən öz arzu və xahişi
yerinə yetirilmiş olurdu.
II Kolumbu saraydan uzaqlaşdırmaqla onun tədbirlərindən asudə
olurdular.
III Portuqaliyalılar Hindistandan avropalılar üçün çoxlu əmtəə
malları gətirməklə, əməli olaraq ticarətin əsasını qoymuşdular və heç
olmazsa asan yol tapmaqla portuqaliyalılara ispaniyalıların üstünlü-
yünə nail olmaq.
Bu səfərdən gözlənilən faydaya baxmayaraq Kolumb üçün dörd
balaca gəmidən artıq gəmi hazırlana bilmədi. Kolumbun özünün də
belə böyük vəzifədən o qədər də qorxusu yox idi, һөг bir çətin işi öz
bacarığı ilə asanlıqla həll edə bilirdi.
Kolumb səfərə lazım olan şeylərin azlığına əhəmiyyət verməyə-
rək Varfulam və bir də ikinci oğlu Ferdinand ilə birlikdə 1501 -ci
miladi ili may ayının 9-da Qadiksdən yola düşdü. Qanariya cəzirəsin-
dən keçdikdən sonra Peru ölkəsinə tərəf istiqamət aldı. Gəmilərindən
Q><sr\ 109 /ekis)
heç biri belə səfər üçün yararlı olmadığından Tspaniyul cəzirəsinə
gedib yeni hakim Avarım gəmilərindən birilə əvəz etmək qərarına goldı.
Daminqa limanına yetişən kimi 18 gəminin İspaniyaya getmək üçün
hazır olduğunu gördü. Özünün sahilə gəlməsini* öz gəmisini buradakı
gəmilərdən birilə əvəz edilməsi haqqında xahişini məktub vasitəsilə
Avana bildirdi*
Kolumb nücum elmi vasitəsilə və uzun müddət gördüyü dəniz təc-
rübəsi nəticəsində yaxın günlərdə dənizdə tufan olacağını əvvəlcədən
hiss etdiyi üçün, özünü bir tərəfə çəkməklə səlamət qala biləcəyini
bilirdi* Buna görə do səfərin bir neçə gün təxirə salınmasını o, bəylər-
bəyi Avana da məsləhət gördü,
Avan inad edərək onun məsləhətini qəbul etməyib, onu yalançı və
əfsanoçi adlandırdı* O deyirdi: Əhalinin işlərindən Kolumbun ətraflı
xəbəri yoxdur və heç kəs də gələcəkdə nə olacağını deyə bilməz.
Həmin saat gəmiləri yola saldı və Kolumbun sahilə çıxmasına icazə
vermədi*
Kolumb һөг hansı vasitə ilə olsa da özünü tufandan mühafizə etdi.
Lakin İspaniyaya gələn gəmilərin yalnız üçü xilas ola bildi. Qalan
gəmilər isə o dəhşətli tufandan xilas olmayıb fəlakətə uğradılar,
Bevadila və Roldan əsil fəsad törədənlər olub* biçarə hindlilərə
müxtəlif yollarla zülm edirdilər. Özlərini İspaniya şahına yaxınlaşdır-
maq üçün çoxlu qızıl və qiymətli mallar götürmüşdülər: Lakin onlar
çərxi-fələyin hadisələrində öz əməllərinin cəzasını gördülər,
Kolumbun zəbt olunmuş mallan da İspaniyaya göndərilən və xilas
olan üç gəminin içərisində idi* Avam adamların çoxu Kolumbu,
Özünün xasiyyət və əxlaqına görə* bütün elmlərə sahib olmaqda bəşər
cinsindən olanların arasında istisna təşkil edib öz düşmənlərindən intiqam
almaq məqsədilə də onun bu tufanı cadugərliklə yaratmış olduğu
fikrində idilər.
BİHUDƏ AXTARIŞ VƏ KOLUMBUN HİND
TƏRƏFİNƏ SƏFƏRİ
Kolumb İspaniyula cəzirəsinin vəziyyətini yoxladıqdan sonra başqa
bir ərazinin tapılması fikrinə düşdü. Çox qorxu və çətinliklə Qandrus
cəzirəsinin yaxınlığındakı Quvanay ölkəsinə yetişdi.
(»Л&\ по /'еКЈ)
Bu yerin sakinlərindən bir neçə nəfəri gəmi ilə Kolumbun yanma
gəlib ona öz nəvaziş və qonaqpərvərliklərini göstərdilər. Bunların gü-
zəran vo iş bacarıqları yeni dünyada olan tayfalann hamısından yaxşı
idi.
Boyunlarında xalis qızıldan qaynlmış boyunbağılar asılmışdı.
ispaniyalılar öz təbii adətləri üzrə həmişə qızıl ardınca yüyü-
rürdülər. Yerlilərdən qızıl mədənlərinin yerini soruşduqda, onlar qərb
tərəfə işarə edərək deyirdilər: orada istədiyin qədər qızıl tapmaq
mümkündür.
Kolumb, Meksikaya getmək və oradakı faydalı yerləri öyrənmək
əvəzinə, buradan Hindistan ölkəsinə yol tapmaq məqsədilə şərqə doğru,
Daıyan körfəzinə tərəf yola düşdü. Gedərkən zəngin təbiətli, saf ha-
valı bir ölkəyə təsadüf etdi. Buna görə də bu yeri Plu-visuya limanı
adlandırdı.
Kolumb axtardığı yolu tapmaq üçün çox gəzib, çalışdısa nə yolu
tapdı nə də Cənub dənizilə birləşən Meksika körfəzinə gəlib çıxa
bildi.
Nəhayət qızıl mədənlərinin çox olması haqqmda yerlilərin verdik-
ləri məlumata əsaslanaraq o, qardaşını bir dəstə ispaniyalılar ilo bura-
da qoyub, özü qoşun və başqa ləvazimat gətirmək məqsədilə İspaniyaya
qayıtmaq istədi. Lakin qulluqçularının itaətsizlik vo intizamsızlığı
onun getməsinə mane oldu.
Qüvvə və hünərdə başqalarından üstün olan bu ölkə sakinləri
ispaniyalıların həddindən artıq bədrəftar və tamahkarlıqlarına davam
gətirməyib onlarla vuruşmağa məcbur oldular. Nəticədə ispaniyalı-
ların çoxu qırıldı, yerdə qalanları isə müqavimət göstərə bilməyib qaç-
mağa üz qoydular.
Kolumbun keçirdiyi kədər üstünə bir neçə qəmli hadisələr də
əlavə olundu. Azuqə azlığı, şiddətli küləklər, bərk tufan, bunlar hamısı
ispaniyaldan həlak olmaq qorxusu qarşısında qoyurdu. Xülasə, gəmi-
lərdən biri zədələndi, ikincisi isə getməyə davamsız olduğundan
Kolumb onu aparmadı. Qalan iki gəmilə İspaniyaya yola düşdü.
Şiddətli külək onun sahilə çıxmasına mane olub gəmilərini Kuba
cəzirəsindən uzaqlaşdırdı. Ləpələrin şiddətindən gəmilər zədələndi.
Onlar böyük zəhmət və əziyyətlə İmayqaya gəlib yetişdilər. Gəmiləri
təmir etməkdən ötrü sahilə çıxartdılar. Gəmilər həddindən artıq
zədələndiyi üçün təmir edilməsi mümkün deyildi. Öz vəziyyətlərini
Ul
ispanıya əhalisinə bildiimək üçütl vasitə tapa bilmədiyinə görə Kolumb
cəzirə sakinlərindən kömək istədi. Safürəkli, mərhəmətli, təmiz və
sadə adamlar olan cəzirə sakinləri onlara yazığı gəlib 40 mil məsafəsi
olan İspaniyaya getməkdən Ötrü gəmi hazır edib onlara verdilər.
Bu gəmilər sahili gəzmək məqsədilə qaynlmış içi yonulmuş böyük
ağaclardan ibarət idi. Bunlar böyük səfər üçün davamsız idilər. Amma
Kolumbun dəstəsində ona qarşı sədaqətli, adlı-sanlı ispaniyalılar da
var idi. Bunlardan Məndis və Feixayda bu vəzifəni öz öhdələrinə
götürüb min cür çətinlik və qorxu altında beş gündən sonra haman
gəmilərlə İspaniyulaya yetişdilər. Doqquz ay bıırada qaldılar. Bu müddət
ərzində Kolumb və onun yoldaşları xilas olmaq üçün heç bir yol tapa
bilmədilər. Zülmkar Avan çətin vəziyyətə düşən belə bir şəxsin
qayğısına qalmaq əvəzinə, öz hökmü altında olan bir ölkəyə belə onla-
rın gəlməsinə icazə vermədi.
Uzun müddət keçdi, amma İspaniyaya gedən yoldaşlarından heç
bir xəbər olmadı. Gəmi heyəti böyük iztiraba düşərək özlərinin həlak
olacaqlarını düşünürdülər.
Bu qorxulu girdabdan xilas olmalarını qeyri-mümkün hesab edən
ispaniyalıların hamısı Kolumbu danlayıb, məzəmmət edirdilər. Nəha-
yət onlar böyük həyəcanla həlak olmalarına səbəb olan Kolumbu
öldürmək fikrinə düşdülər. Bu zaman gəmi heyətindən bir dəstə bu
diyarın əhalisindən alınmış on gəmiyə oturub İspaniyaya tərəf yola
düşdülər. Bundan sonra Kolumbun vəziyyəti daha da ağırlaşdı. Yerli
əhali ispaniyalıların burada uzun müddət qalmasından cana gəlib on-
larla çəkişməyə başladılar. İspaniyalıların ehtiyacı üçün onlara verilon
ərzaq və digor malları azaltdılar. Hətta ispaniyaldan tutduqları yer-
lərdən xaric etmək və ya onları tələf etmək qərarına gəldilər Əgər
cəzirə sakinləri ispaniyalıları göydən gəlmə müqəddəs adam hesab
etməyib Kolumb haqqında istədiklərini icra etmiş olsaydılar, o zaman
Kolumbun vəziyyəti daha da qorxulu olardı.s
Kolumb nücum elminin köməyi ilə sabah gecə Ауш tutulacağını
bildiyi üçün ikinci gün yerlilərin başçılarını öz yanma dəvət edib, on-
lara müraciətlə dedi: — “Biz göy adamlanyıq, sizin bizə qarşı etdiyiniz
bədrəftar və üsyan göyün qəzəbinə səbəb olmuşdur. Bu da onunla
isbat olunur ki, bu gecə Ay öz bərəkətli işığını sizdən gizlədəcək və
qəzəb əlaməti olaraq qırmızı üzünü sizə göstərəcək”.
112 /^G)
Gecə Ayın tutulması zahir olan kimi o sadəürəkli adandan həd-
dindən artıq qonu bürüdü. Canlarının qorxusundan özlərini Kolumbun
ayaqlannın altına salaraq bu bəlanın dəf edilməsini ondan xahiş etdilər.
Kolumb onları bağışlayacağına söz verdi. Onlar hər bir cəhətdən
Kolumba itaət edəcəklərini bildirdilər.
Bundan sonra Kolumbun tapşırdığı hər hansı bir vəzifəni onlar canla-
başla icra edirdilər...
İZABELLA VƏ KOLUMBUN VƏFATI
İzabellanın ölüm xəbəri Kolumba yetişdi. O bu xəbərdən çox qəmli
və pərişan oldu, çünki Izabella həmişə onu müdafiə edirdi. Təbiətində
insaf və mürüvvət olmayan Ferdİnand isə Kolumba qarşı mehriban
deyildi.
Kolumb artıq İzabelladan sonra Ferdinandın köməkliyi ilə məq-
sədinə çata biləcəyi ümidini itirərək məyus oldu. Xülasə, Ferdirıand
Kolumbun xəstəliyini və ömrünün son günlərini yaşadığını nəzərə
alaraq, onu müxtəlif yalan vədlərlə avara qoyur, səbəbsiz üzr və bəha-
nələrlə Kolumbun ərizəsinin cavabım təxirə salırdı.
Ferdinandın Kolumbun son günlərini yaşaması haqqında olan fikri
həqiqətə çevrildi. Müxtəlif xəstəliklər, şahm onun xidmətlərini qiy-
mətləndirməməsi üzündən aldığı kədərli təəssürat, məşəqqətli dəniz
səfərlərindən çəkdiyi əziyyət və əzablar nəticəsində nəhayət Kolumb
1506-cı il may av ının 20-də Vladolid şəhərində vəfat etdi.
AMERİKA QİTƏSİNİN DİGƏR YERUƏRİNİN KƏŞFİ
Kolumbdan sonra başqaları tərəfindən tapılan yeni dünyanın ayn-
ауп ölkələri haqqında geniş yazmış olsaydıq bu s oxucuların yorulma-
sına səbəb ola bilərdi* ona görə biz burada bunlar haqqında çox müxtəsər
məlumat verməklə kifayətlənirik:
1525-ci miladi ilində geniş əraziyə malik olan Meksika ölkəsi kəşf
edildi.
113 /екз
1533-cü miladi ilində Реш ölkəsi kəşf olundu.,. Nəfis şeyfərlo dolu
olan bu bərəkətli və dövlətli ölkənin kəşfindən ispaniyalılar xəbərdar
oldular,
Fransa* İngiltərə, Hollandiya, Portuqaliya və başqa dövlətlər müx-
təlif əsrlərdə Amerikanın qalan cəzirə və yerlərini də kəşf etdilər 1 ,..
J A.Bakıxanov “Kəşfiil-QeraiV’ osərınln ikinci hissəsini Şimali vo Cənubi
Amerika ölkələri haqqında - Реш, Meksika, Kanada, Florida, Panama, Amozoıı,
Braziliya, Praqvay, Çili, Yeni Şotlandiya* Yeni Britaniya... ölkələrinin ərazi səthi,
əhali miqdarı, körfəzlər, dağlar, çaylar, ab-hava və s. haqqında olduqca qısa məlumat
verir, Опш verdiyi rəqəmlər XIX əsrin birinci yarısına qədərki dövrü əhato etdiyi
üçün ancaq coğrafiya mütəxəssisləri üçün maraqlı ola bilər (jniiıarcim).
<£Јв\ 114 /Gk9
...Əmma bod pab ə ste y i - s ө las i li-möhnət və giriftari-zindani-
məhəbbət.*
FƏRD
Bəstey i-dami -alem, pamali-ənduhi-molal,
Bülbül i -gülüzari-möhnət Qüdsiyi-şuridəhal
bu rəsmi dilaviz ilə firqeyi-ülul-əlbabə bəyani-mafılbal etmiş və əlvahi-
zəmairi-ərbabül-bəsairə bu şiveyi-zövqəngiz ilə qələmi-əlam yürüt-
müş ki, çün məzmuni -bikmət məşhrmii -ərvaVıi- cürmdı məcəımədə
təarifı-minha etmədən və “Ma təkərrumiha” ixtilafı-dəlalət ilə xələti-
xilqəti -işbah geymədən rəqabeyİ-zənciri-məhəbbət çəkmişlər və
riyazi -vücudi-bəşəriyyədə və “həmdəhül-irısanü fəkanə zülmən
cəhulən” misdaqincə nihali-möhnət əkmişlər. Labiidd aləmi-surətdə
iqtizayi-təbiəti-bəşəri oldur ki, hər kimsə gərək bir növ mənzur ilə
cilabəxşi-dideyi dil olub, ovqati-şərifi zaye və bihudə keçirməsin və
bəzmi-həvadisdə camİ-qəflətdən təbi -talibi -hüşiyarə badeyi-cəhl
içirməsin.
Hər dildə ki, yox nİşaneyi-eşq,
Arayişi-qəm, fəsaneyi-eşq,
Əlbəttə deyil kəmalə qabil,
Ovqati keçər, vəli nə hasil?
Bibəhrə qalar bu müddəadan,
Təhsili-ləzayizi-səfaden.
Ey dil, duta gör xəyal zövqin,
Ta dərk edəsən vüsal zövqin.
Eşqilə cahanda biniyaz ol,
Amma rəvişinlə pakbaz ol!
Ol vəchilə ki, qılıbdır Əsgər,
1 Ulduz (*) işarəsi qoyulmuş misra və mətnlər kitabın axırında şərh edilmişdir.
©ЛәЛ U7 AeXS
Meyli -həvəsi-liqabi-dilbər.
Dohr etsə əgər cəfa iradə,
Sindan kimi səxtdir vəfade.
Vər başına çalsa dəsti-matəm,
Çakuc kimi çərx, çəkməz ol qəm.
Ah ilə olur dəhən yolu bənd,
Ləbrizi-çərarə kuro manənd
Məzkur olan aşiqı-sadiqi-suxtəcan və məztur olan dərd-məndi-
müstəmandi-haü pərişanın təlxisi-bəyani-hali və izhari-süluki-möhnətü
məlali olur ki, Quba şəhərində Ahəngərzado Əsgər adlı bir cavani-
növrəsü şirin şəmaili-dilfmb olub ki, hüsnü bəyani-məqaldə və səbahəti-
surətdə camalda ədimül-misal idi.
Bir çeşmi siyahü afəti-dil.
Bir qaməti sərv, çöhrə gülnar,
Bir көс külahi ki a zülfü kakil.
Boynuna salıb misali-zunnar.
Hər ləhzə qıya baxanda çeşmi,
Asari-qiyamət eyler İzhar-
Bülbül kimi sovtü ləhni dılkəş,
Xoş ləhcə, sənəmlər içrə sərdar,
O, qönçə dəhəndə cəm olubdur.
Təsiri -sədavü hüsni-rüxsar.
Zülmə xəti etirafnamə,
Küfbn fünuni-mehrə inkar,
Əlqissə, ol cavani-suxtəcan həmişə rüesi-mənabirdə və məcməi-
əkabirdəvü əsağirdə mərsiyəxan, bəlkə kəndisinin əvaqibi-ümurin
yad edib həmqər ini-nalə vü əfqan olurdu. Və bu fənndə ustad olan bir
yeganeyi -ruzigardan ki, rtövhəxanlar sərxeyli idi, kəsbi təəllüm edərdi
və gah-gah həromsorayi-iclalına məhrəmiyyət yolu ilə gedərdi. Ittifa-
qən ol şəxsin sədəfi-ismətdə bir gövhəri-şahvari və gülşəni-iffətdə
Ыг laleyi-novxiz gülüzari var idi ki, zülfi-girehgiri sərgəştə aşiqlər
mürği-ruhin seyd etmək üçün türreyi-dam tək xəmdərxəm, xali-
cansitani ol dam içrə danə İdi. Vo çeşmi-kafər-nigahi-siyahi xəncəri-
müjgan əldə dutub şiveyi-xunrizlikdə mütəressıdi-bəhanə idi.
^ 118 /GkS
Bir dilarami- cahan seymti-hur,
Afitabi-fələki-hüsnü sürur.
Dilbəri -məh vəş i- şirinhərəkat,
Buti-siminbədon bur süfat,
Qəddi bir sərvi-rəvan, mayeyi, naz,
Ki bülənd ondan olur payeyi-na2
Vəh nə qamət, nə qiymət, nə ftizun!
İstiqamətdə əilf tək mövzun*.
Bəlkə sərrişteyi-ərbabi-nicat
Voh no zülfünə sovadi-giysu!
Sünbüli-pürşikənü ənbərbu,
Mərhəba əbrüyi-xəm şəklı^hilal,
Zibibəxşı -ş ofoqi - arizı -al .
Vəh nə qaş! - sərxəti-məhbübeyi-naz,
Lacerem guşeyi-mehrabi-nıyaz,
Vəh nə göz! bəlkə qəzali-vəhşi,
N igəh i - şuxi , m İ sal i - vəhşi .
Müjolər Һөг biri bir хөпсөп -tız,
Qotli-ıışşaq üçün olmuş xunriz,
Ehıtub ol qədr cəmali zivər,
Ki, deyil hövsələyİ-hüsni-bəşər,
Əlqissə, ol iki atəşparə bir-bire yetmək ilə atəşi məhəbbət nairə-
əfruz olub xəmaəni-dilü dini yandırdı.
Ol iki əsiri-zarü məhcur,
Bir camdən oldu məstü məxmur.
Eşq ilə tııtub kom al peyvənd.
Zəncir i -beladə oldular bənd.
Sənişteyi-əqlə tab düşdü,
Canü dilə iztirab düşdü.
Gün-gündən asari-ülfotü cəzabati-məhəbbət ziyadə olub rəsmi-
iştiyaq bir məqame yetdi ki, zövqü aləmdə güya iki cismdə bir ruh
oldu. Bu əsnada müəllimi-mövsuf aləmi-həvadisdən qəti-rəvabətı-
əlayiq edib, həmağuşi-ərayisi-hura və nəşəyabi-sağəri-şərabən təhura
oldu (rəhmətullahi-oleyh) və əhli-beyti-naşünasın, xüsusən Hüseynü
Abbasın və müxolləfatdan əmmamə, pustin və əbasin> cübbə, şano.
misvak ve ridasin, küləcə, şali-kəmərbənd və qabasın ol cəvanə
vagüzar edib yerində canişin etdi. Ol dəxi kəmali-iftixarü nişatü nəha-
yət sürürü inbisat ilə məhrəmeyi-hərimİ-visal olub zövqile-ruzigarm
keçirirdi.
Xoşa ol aşiqi-dilxune kim zövqü stirur ilo t
Nİgari-gülüzan lütf üzündən mehriban olmuş.
Deyib məşuqi kim tərk eyləyim cövrü cəfa rəsmin,
Edib bir dem temhhüm kim, yazıqdır bağrı qan olmuş.
Ta ki ? müruri-zaman ilə firqeyi-eybcu vo taifeyi-tənəcu yəni əğyari-
dilazarü sitemşüar bu halə vaqif olub zəbaııi-təərrüz açdılar. Çün
növgüli-çəməni-ahəngər aşiqi-dilxun Əsgəri-müztər gördü ki, surəti-
haldan xəlayİq müttəle olub məcalj-visal imkanı məhal oldu ve minbəd
bəhanəsiz ol yerə getmək müteəzzirdir, dəmbədəm ahu nalələr çəkib
deyirdi:
Ah, kim dövri-fələkdə ixtiyarım qalmadı,
Aləmi-dunpervər içrə etibarım qalmadı.
Ruzigarım xoş keçirdi dövləti-dildarile,
Ayrılıq həngamıdır, ol ruzigarım qalmadı.
Bir gün əğyardan məxfi özünü ol şuxi-güİgun üzarə yetirib dedi:
- Ey y ari -mehriban! Ey arami-dilü can! Vey nazıkbədən,
gülpirahən! Ey şekeıiəb, şirinsüxən! Ruzigari şöbədəbaz və zəmaneyi-
hiylesaz fitnələr ağaz edib, dövləti-vüsalə möhnəti-fəraq yetirmək
istər. Nə çarə edim?
Dövrani-fələk nodir ki, bilmən,
Bıvəch bizimlə oldu düşmən.
Təfriq iiçün ah kim dəmadəm,
Təmhid qılır vəsaili-qem.
Ol, şəkərləb, şiritızəban bu sözləri eşidib, çaki-giriban edib, üzü-
nü atasının qəbrinə tutub, şivən ilən səsləndi: - Ya əkəllülhələvat! Ey
atacan! Bİr baş qəbirdən götür! Biz pərişanruzgar, tirəbəxtlərə nəzər
qıl! Bivəfa ərdəbillilor əlində necə zarü sərgərdan qalmışıq!
120
Dilxun qəribi, bizə bir yar tapılmaz,
Qəmxar tapılmaz*
Bir həmdəmü həmrazü havadar tapılmaz.
Ənsar tapılmaz.
Düşmənlər edər tənə, dutar rəsmi-cəfasın.
Bu dərdi -nihani,
Yoxdur bizə bir rohm qılan sahibi-namus.
Səd ah, səd əfsus!
Bu ş əhridə bir mömini -dindar tapılmaz,
Gər var, tapılmaz.
Dil qanə dönüb təneyi-əğyar qəmindən.
Xəlqin sitəmindən.
Şərhi-qəm üçün fürsəti-izhar tapılmaz.
Did ar tapılmaz.
Ah, bunları bu hal ilə görüb ve dəsti-müsibət başa vurub kim goldi?
BEYT
Hüseyn! Hansı Hüseyn! Pudmamn şərəfi.
Desəm dürüstünü əhli-zəmanə naxələfi,
dedi:
— Bacıcan! Nə əmri-hadis bu onduhə bais olubdur?
Dedi:
- Ah! Qardaş, kaş sənin kimi naxələf ölə idi, bu günləri görməyə
idi:
Nə tab edim belə bidade ya əxul-idbar,
Alub qərarımı dövri-sipelıri-gəcrəftar,
Nevayi-eşqilə ney tak dolub quru cismim.
Zaman-zaman çəkərəm bəs ki, ahi-ətəşbar.
Qərəz, onlar ağlayıb nalə edirdilər. Əsgəri-biçarə gəlib qolların
məşuqəsinin boynuna salıb və üzündən öpüb dedi:
- Ey arami-camm! Fikr elə ki, atandan qalan əmmaməni başıma
qoyub, əbasın çiynimə salub və qəbasın qucağıma alıb bir nifrin elə-
rəm ki, düşmənlərimizdən biri də yer üzündə qalmaz,
121
Çün eşq odu əgər dutuşa canı yandırar,
Bir şölədir kİ, cümleyi-dünyanı yandırar.
Məzlum aşiqin əgər ahi bülənd ola,
Yeddinci göydə xərməni-Keyvanı yandırar.
Xülasə, ol məzlumə dedi:
- Ey aşiqi-mehribanım! Bu sözlər fayda verməz. Bir fikir elə ki,
sen bu yerə gəlmək üçün əlində bəhanə olsun və xalq bəd güman
etməsin.
Dedi:
- Ey yari-mehribanım! On şahi pul səne verim, amma məni rədd
etmə, hər vaxt gəlib ol məbləği mütalibə eyləsəm bir bəhanə ilə təxir
et. Bəlkə bu vəsilə ilə bir-birimizi görmək müyəssor ola.
Cümləsi bu rəyi-dürüsti qobul edib, bir müddət dəxi ovqat keçirdilər:
Aşiqdə gərək fimuni-hiylə.
Ta eyləyə vəsl üçün vəsilə.
Nagah bir ğəmmaz süxənçin bu sürəti-macəram əla macəra varıb
ol məhello rəisinə məlum etdi. Ol rəis dəxi müvəkillər təyin etdi ki,
hər yerdə ol aşıqi-dilxuni görsələr tutub şıkonceyi-siyasətə yetirsin-
lər, Əsgəri -müztərdən nəqldir kİ:
- Çun rahi-çarə hor tərəfdən məsdud oldu və rəis ilə saziş etmək-
dən başqa çarə görmədim və dedim:
Zülmü gör kim, ayrılıqdan сапә yetdim aqibət,
Çarəsiz qaldım varıb eğyarə könlüm bağladım,
Axirül-əmr bır gün әһтө bir parə nan alıb üstündə rovğəni-kərə
tışro çıxdım, Roisı-məzkur məno düçar olduqda təarif ilə ona verib
dedim:
- Əgər həqqi-neməti foramuş edib, mənə toərrüz qılsan, bu nan
gözlərini tutsun və səmumi-küfrani-nernət gülşəni-ömrünü xəzan
etsin:
Məni həzinə gəl Allah rizası cövr eləmə,
Ki, aşiq ahi tutar zalimın giribanın.
©Л£\ 122
Dedi:
- Ey aşiqi-miskin! Bundan sonra fariqülbal olub b əzmi- vüsalə
məhrəm ol ? kimsədə cürəti-təərriiz sənə yoxdur:
Çəkmə qəm ey - aşiqi-dilxəste төп yarəm səno,
Özgələr cövr eylədikdə mən hevadarəm sənə.
Əlqıssə, bu tedaddan dəxi fariğ olub meşğuli-işrotü nədimi-məhfili-
məsorrət ikən:
Ol xəstəcigər bəlayə düşdü,
Bir qüssəli macerayə düşdü.
Çərx eylədi dövri-nam üvafıq.
Hicran sitəmi araya düşdü.
Aləmdə həmişə qüreyi-qom.
Oşşaq günü qəraye düşdü.
Gərdişi-dövrani-kəcrəftar və iyzai-fırqeyi-oşrar, toieyi-dilşkəni-
əğyar və sədəmati-həvadisİ-ruzigardan aşiqi-suxtəcan ilə məşuqeyi-
mehriban arasında müfariqət vaqe olub, biri avareyı-diyar, biri vətənində
qərib, bıqəmküsar oldu,
Neco tab etsin dili-şuridə canandan cüda?
Bisərü-saman qalır hər mülk sultandan cüda.
Aşiqi-biçarənin cismində can canan idi.
Necə şivən qılmasın kim cism olur candan cüda?!
Xülasə, ənvai-naləvü şivən ilə bir-birindən vida edib, məşuqə səfər
qıldı. Və aşiqi-məhcur dideyi-xunbarilə bikəs qaldı. Guya mükərrər bu
şeri oxuyub ağlatdı:
Sənsiz dili-xəstə zar olubdur,
Bimunisü qəmküsar olubdur,
Xımabə tutubdu rəngi -zərdım,
Bu gülşən üçün bahar olubdur,
123 /Qkg>
Xunin cigərim bə sani-lalə,
Əfsürdəvü dağıdar olubdur.
Hicran sitəmi alıb qərarim,
Gün nuri gözümə tar olubdur.
Hicrində düşüb bəlaya Əsgər,
Sərgəşteyi-ruzigar olubdur.
Ol məzlumeyi-qəmnak dəxi gündüzlər seylabi-əşkibiqorann dəlili-
rah, gecələr şəmi-şobıstanin şöleyi-ah edərdi. Qafileyi-əşkü ahilə
hemsefər, dil püratoşü didə tər, har mənzilə kim virud edər bu nəvilə
ağazi-sürud edərdi:
Ey mayeyi-eyşü kam, sənsiz,
Xunin cigərəm, müdam sənsiz.
Hər dem mənə qasidi-feraqin.
Qəmdən gətirir peyam sənsiz.
Eyb etmə sözüm müşəvvəş olsa.
Yox təbidə bir nizam sənsiz.
Seyri-çəmənu kəmali-işıət,
Əiduhim olur tamam sənsiz.
Dünyada hüsuli-şadimani,
Olmazmı menə haram sənsiz?!
Mən bikəsə künci - möhnət olmuş,
Hicran gecəsi məqam sənsiz.
Zaman-zaman, yadi eyyami-vüsal etmək ilə gülü-seyrabını girib-
ançak edərdi və ləhzə-ləhzə təımnnayi-zövqi-mülaqat eyləməkdən
laləsüfət daği-həsrət sineyi-suzanə çəkərdi və bu şeri oxurdu:
Bülbül necə gülzar ətəyindən əlin üzməz.
Şüvon dili-bimar ətəyindən əlin üzməz?!
Qanilə boy ar sofheyı- rüxsarımı gül-gül.
Dil, dideyi-xunbar ətəyindən əlin üzməz.
Dil derdü-bəla çəkmək ilə qəmdən usanmaz.
Ol şuxi-cəfakar ətəyindən əlin üzmə2,
Göz pərdəsi xunabilə rəngindir, əmma,
124
Nəzzareyi dıdar ətəyindən əlin üzməz.
Əqsami-bəlavu qəmi-ənvai-müsıbət,
Üşşaqı-cigərxar ətəyindən elin üzməz Л
Bilmərrə daməni-şəkib dəsti -İqtidarından gedib tabi-fəraq etmədi
və arizuyi-dövləti-didar qılıb bir müddət sonra yenə müraciət edib,
mücaviri-kuyi-canan olmaq istədi. Qürbi-şəhrə yetdikdə aşİqi-məhcur
kim ahi-cansuz çəkməkdən gülbərgi-üzari ovraqi-xəzan tək saralmış-
dı və bari-müsibət həmlindən qaməti-movzunu xəm olmuşdu:
Təravəti -guli-ruxsarasi xəzanə dönüb,
Qədi xəmidələnib, qaməti kəmanə dönüb.
Sirişki-didə rəvan seylı-kuhsaran tək,
Cigər şəmrə tutub qəmdə, bağlı qanə dönüb.
Məşuqeyi-dilaranın xəbəri-vürudin istima etdikdə bəstəri-məriz-
dən durub, əlinə bir əsa alıb, haləti-zəfdə kəmalı-qüwət ilə şəhərdən
tışrə çıxdı, guya bu sözləri deyirdi:
Söylə ey həmdəm, kərəm qıl hali-yanmdan menə,
Həq rizası, bir xəbər ver gülüzarımdan mənə!
Rövşən eylə rəhgüzarİm gəl ey ahi-atoşin.
Tar olubdur ruzi-rövşən intizarımdan mənə.
Nagəb gördü kim karivan i-Leyli, məhbublar sorxeyli yetişdi. Nəha-
yət şövqilə yügürüb özün onun ayağına salıb bu növ ədaı-şükr etdi:
LılləhüMmmd ki, çərx etdi müyəssər kamım,
Cövri-bidadilə hicr almış idi aramım.
1 Başqa bir nüsxədə
Kakılin sevdası gün-gün biqərar eyler məni,
Arizuyi-arizın biixtiyar eyi er meni,
Müttəsil ahu şikari-mərdüm olmuş, tıirfə kün,
Tiri- müj gamlə bir ahu şikar eyler meni.
Mehfili-eşq içrə yadı~çeşmi-mexmurin senin,
Cürəmjşi-cami-zövqi nagiivar eyler məni.
125 /eXS)
Pəs s ol kim müstəmendi-cigərxım biri-birim qucaqlayıb sedayi-
təhniyətü avazi-mübarekbad zəminü zamandan bülənd oldu, məşuqə
nəzəri-həsrətilə baxub dedi:
- Ey aşiqi-dilxuni-müztər, ey novgüli-çəməni-ahengər!
Bu nə haleti-mükəddərdir kim, müşahidə qılıram? Aya, gərdişi-
dövranü ızai-əbnai-zaman sənə nə zülmlər etmiş ki, surəti-halın bu
məqamə yetmiş?
Əsgəri-biçarə bu sözləri istıma edib, seylabi-əşki-çeşmsari çeş-
mindən cari edib dedi: Ey yari-dilnəvaz, ey şuxi-işvəbaz!
Ey rovşenəyi-dü çeşmi-xunbar,
Aramı - dili - h&2mi-bimar!
Kami-dİiil ari zuy i-didə.
Asayişi-cani-möbnətasar.
Kim mənə izayi-hal etməyə qadir olur? Surəti-əhvalimə toərrüz
qılır kim, bu növ dilxestovü rəncur etsin? Və ya gərdişi-dövrandan,
aləmi-həvadısati-zəmandan пө bakim var ki, əncami-karim bu məqa-
mə yetsin?
Monəm novgüli-baği-ahengəri,
Мөпәтп valideynin əziz Əsgəri.
Mənəm kim, atanı çakueundan səda.
Alır günbədi’çərxi-neylufəri.
Onun kitrəsindən bülənd olsa gər.
Fələkdə şerər yandırar əxtori,
Verir xəlqi sııri-Sraffitək,
Fənayə omm dəminin dəmləri*.
Əgər Gavə tek rəyəti-rəzm aça,
ttaet qjlar alemin əksəri*,
Onun sümtəraşi zibes tizdır,
Edib-münfəil tıği və xəncəri.
Əgər görsə Rüstəm onun zərbini*.
Şücaətdə eylər vücudun bəri.
Amma senin dağı-fəraqindən bu növ pərişan olmuşam. Və həvayi-
güli rüxsarindən qönçeyi-növxiztek bağn qan olmuşam.
С&ЛзЛ 126
Sənin fəraqın alıbdır qəraru taqətimi,
Səmumı -qəhrilə bərgi-gülüm xəzan olmuş.
Edəndə yad o gün arizin enadiltək.
Həmişə virdi-ləbim ııaləvü fəğan olmuş.
Məşuqəsi dedi:
- Ey cani-şirinl Мөп dəxi sendən ауп çekdiyim bolaləri şərh etsəm,
baisi-italeyi-məqal olur ki, ədəmi-izhar münasibdir. Hala bir tədbir et
kim, səbəbi-müvasilət olsun.
Bir yan fələk cəfası mənimçün qəm artırır.
Bir yan zəmanə gərdişi min matəm artırır.
Bİr yan həsud tənəsi bağrımı qan edər.
Bir yan qərib covri bəla hər dəm artırır.
Eşqin bəlası sineyi-pürxunə ah kim,
Нөг ləhzə bir cərahəti-bimorhom artırır.
Bunlar qamusu şəhidir, asan tədariki,
Hicran dili-həzinə qəmi-aləm artınr.s
Bir çarə fikrin eylə məcali-vüsal üçün,
Hicrani-dövr daryeyi-əzəm artırır.
Və atan ovsafmİ bəyan etdiyindən, madəri-mehribanım dexi ona
teəşşüq yetirmiş. Nə ola əgər varub təcəssüsi-əhkami-şəriət edəsən,
əgər caizü mübah olsa, meni sen aldıqdan sonra valideyni-namidarimi
də ki, validi büzürgüvarın təzvici ilə şad qılasan ki, əhli-beyt arasında
təfriqə düşməsin. Ve Abbas, Hüseyn bir-birindən ayrılmasın və məcmu
müxəlləfati-mətnıkatə malik olub validi-alimiqdanm moqaminde namül-
bədəl olasan.
Bir daha qismət bizə ənduhi-hicran olmasın.
Xatiri-cəmiyyətim qəmdən pərişan olmasın.
Ta ki, təxti-gülbün üzrə gül qoyar başına tac.
Könlümün şəhrinə səndən özgə sultan olmasın!
Pes, Əsgəri-biçare dexi bu məsləhətdən mulahizeyi-ümidi -хеут
edib, bir fazıli-fərzanə və yeganeyi-dövri-zəmanə hüzurinə vanb keş-
fi-moal teriqilə istifsar qıldı ki:
C^CdN 127 /eK®
Bir kimsə əgər bir səbiyyoni həbaleyi^nikahə gətirsə, nagah validi—
monguhə validəsindən toməttöi-təzvic almaq caİzmidir?
Çün məzhəbi-eşqdə bu surət məqami-əşkal idi, ol fazil məsələni
fitvayi - piri - eşqə mühəwəl qıldı. Hənuz kaşaneyi-uqdeyi -mətləb
toviqdə qalmışdı. Bir gecə kim, ərusi-cahanaray mehri -on v ari -zül məti -
şamdan zü lfi -mışkin riixsarinə töküb hicleyi-rıibdə aram buldu və mahı-
şəbefruz məclisı-sur mürəttəb edib ki, şəbi-tarı qeyrəti-ruz və surəti-
Leyli tək zinətənduz qılıb dirhəmü dinar səvabitü səyyari^əflakdan
təboqlər doldurub nisar üçün amadə qıldı:
Mehr oldu büsati-çörxdən dur,
МаҺ aldı əlinə şəmi-kafur.
Bir türfə şəbü xücəstə fercam.
Onun kimi görməmişdi oyyam.
Novruz günündən ol füzun qədr,
İzzətlə misali-leylətül-qədr.
Cümlə xəlayiq xabi-rahətdə olub Əsgəri müztər səri-teheyyür balinİ-
өпсһлһә qoyub, gah əğyari-dilazar cövrin yad edib naləvü əfğan çəkərdi,
gah möhnəti -foraqi-gülüzardan, seylabi-əşg səfheyi-rüxsarə tökərdi
və deyərdi:
Qəm canimə qəsd eylər əlim yarə yetişməz,
Mətlubə nədəndir dıli-biçarə yetişməz.
Hicran çekərəm hali-pərişan, günüqarə,
Ümmid elim ol türreyi-tərrarə yetişməz.
Başlar dili-şuridə fəğan yardon ayrı,
Bİr bülbülə manend ki ? gülzara yetişməz.
Aramımı bir dilbəri -şırindəhən almış,
Kim, tuti dili ondakı koftam yetişməz.
Hərçənd kİ, var qönçədə yüz növ nəzakət,
Bihudədir, ol ləli-gövhərbarə yetişməz.
Guya tutalım hüsndə-məşhuri-cahandır,
Rüx san-gül, amma güli-rüxsarə yetişməz.
Yansın bu necə tale varundu ki. Əsgər,
Ömrün tükədir hicrdə, dildara yetişməz.
Və gəh fələki-kəcrəftardən şikayətlər edib bu sürud ilə mütərən-
nüm olurdu:
Görəyim dövrü fələk mən kimi naşad olsun.
Qoymadı əhli-vəfa qüssədən azad olsun
Dağılıb bir-bira dəysin bu rəvaqi-niyli.
Könlümün şəhri-kimi qübbəsi bərbad olsun.
Və gah məhbubeyi-dilarami-cansitanının şahidi-xəyalini müxatəb
qılıb söylərdi:
Yox səndə qəmi-eşqdən ey dust nişanə,
Men qəmzədənın surəti-halın nə bilirsən?
Sən bəstəri-rahətdo tutub təkyəgəhi-xab.
Aşiqlərin ənduhi-molalm nə bilirsən?
Xülasə, ol qədər nəlavü şivən qıldı ki, bihuş olub, dideyİ-zahirbini
bağlanıb çeşmi-bəsirət açdı. Aləmi-röyada gördü ki, məğfur i - mərhum ,
müəllimi-məlum qəbrindən qiyam edib məscidə gəldi. Mənbər üzrə
çıxıb mövizələr qılırkən dedi:
- Handadır mənim canişinim?
Pəs, Əsgəri-xunincigər lobbeykguyan ehrami-ixlas bağlayıb təhsili-
səfayə səy edib, kəndisin kəbeyi-məqsudə qurban vermək üçün məqa-
mından durub hüzurinə getdikdə dedi:
- Ey mıri-didə! Düxtəri-nikəxtorimi səno tozvic etdim. Bundan
sonra mənim malım və əyalim səne məxsusdur. Amma gərəkdir ki,
mənim Abbasımı əziz tutasan, nəvazişlər edəsən:
Yetim olan kəsə əlbəttə qəmküsar olmaz.
Zəlili-aləm olur, izzü etibar olmaz.
Bəlalar içrə qılır dərbədər, dəmi keçməz
Ki, bağrı qanə dönüb didə-əşkbar olmaz.
Ələssebah kim, talieyi-sübhi-sadiq bu məzmuni-zövq əfzayo mü-
vafiq kəraneyi-üfuqdən zahir olub giriftari-zülməti-aləm olanlara
ruzi-rövşəndən bəşarətlər vrdi. Əsgəri-müztər bu röyayi-sadiqdən
əhbabə hekayət qıldı ve müsaidəti-əltafı-zülcəlalə talib olub, mütə-
rossidi-təvil oldu və bu rübaini virdi-zəban etdi:
128
129
Kərçi ahü naleyi-biixtiyar eylər könül,
Zikri övsafilə dəfi-intizar eylər könül,
Hicr eyyammde bəs kim, qüssə tul əncam olur,
Səatin-ay, hər günün bir il şümar eylər könül.
Ümidvaram ki, inşallah təala ənqərib peyvəndi -müvasilət arala-
rında vaqe olub, ədaMəhniyət qdıb, mübarəkbad edim ve ol məzmunə
nüsxeyi-cedid inşa qılım:
ilahi, bu duami müstəcab et,
Hüsuli-mətləbi-feyz rntisab et!
***
Əlhəmdü lıvahibül-ətiyyə
Vəşşükr lixaliqıl-bənyə...
Kim, xameyi-mişk barim etmiş,
İzhar məratibi-eliyyə.
Bir türfə kitab edib mürətteb
Əhbab üçün etmişəm hədiyyə.
Tovfiqi-səadətilə olmuş,
İtmam: “Kitabi-Əsgəriyyə”.
Şayəd ki, vəsiləyi nicatım
Olsun bu ümuri-mənəviyye.
<И4§Л 130
Ey düzlüyü sevən, eşqi gəl eyləmə məzəmmət,
Zahidlikdə mən görmürəm nicat iiçün əlamət
Küfrilə din heyran qalıb, onlar kimi arayır?
Daraq, kimin mişk ətirli saçlarını darayır?!
Mon duyuram ruh oxşayan yar ətrini inanın.
Can mülkündən xəbər verir iltifatı cananın.
Nəşə verdi yar camından nuş etdiyim hər damla,
Bir ad İle bezədim bn kitabımı inamla*
Ki onun pak hümmətinin feyzi ilə hər zaman,
Parlaq günəş zühur edər adi qara torpaqdan.
Hər nə qədər tərifini mən söyləsəm var yeri.
Odur bizə kəşf eyləyən bilinməyən şeyləri.
O səadət günəşidir mənə odur nur verən.
Odur mənim hər zərrəmdə yüz möcüzə göstərən*
Bu canımdır ancaq onun bir müşkatül-onvarı,
Bu qəlbimin xeznəsidır onun gənci-əsrarı.
Bn kitabda istəyirəm yazım ошт sirrindən.
Qoy "Mişkatül-ənvar” - deyə adlandırım onıı mən.
Qəribədir, tarixi də sanki doğmuş əsrardan.
Hasil oldu can adı da bu ‘‘Mişkatül-ənvar'^an*.
Ey misilsiz cavan, çalış hümmət eylə Һөг işə,
Cavanbəxtsən, qoca kimi tədbirli ol həmişə.
133 /e>v5)
Cavanlıqda dərdlər məni tez qocaltdı, durma get!
“Var”ın “yox”un cəfasından varlığını xilas et!
Ey işıqsız gözlərə nur bəxş eyləyən gün kimi,
Ey zavallı aşiqlərin dərdlərinin həkimi.
Bu xəstəyə qəmzədən lütf et bir dərman göndər,
Gülüşündən bu ölmüşə ruh ver, yeni can göndər.
Qüdsini sən bir səhrada qoyma qalsın sərsəri,
Öz yolunu itirənin axı sənsən rəhbəri.
Həqiqətə çatmaq üçün mənə doğru yol göstər,
Nədə bir səhv etsəm onu, bir mürəbbim ol, göstər!
BƏYANİ-HAL
Badisəba, qurban olum, aç qapımı əsərək,
Мөпө səndən başqa yoxdur bu dünyada bir kömək.
Yubanmadan gedib Səlmə adlı yara ver salam,
Söylə səndən başqa daha yox qəlbimdə bir məram.
Dərd evinin bir küncünə düşüb qalmış xəstədən,
Şikayətlər yetər ona, söylə solub bu bədən.
Bəla məndən əl çəkməyir, son qoymur bu hicrana,
Faniliyi alqışlaram qismət olsa bu cana.
Bu ayrıl i q odu əcəb yandırıb yaxdı məni,
ömrüm tamam puça getdi, yandı həyat xərməni.
And içirəm o hərəmdən qalxan mişkin qubara,
And içirəm bir an belə atmadığım ilqara.
Hər an onun xəyalilə döyünmüşdür ürəyim,
Ondan başqa olmamışdır heç bir arzum, diləyim.
(ƏxİTN 134 /''eKjäj
Səhər günəş qaldıranda bayrağını üfüqdən.
Yana-yana qom ardınca qoşmadayam yenə mən.
Səhər kimi köynəyimi çak edirəm mən də bax.
Ürəyimdən ah çəkirəm ara-sıra yanaraq.
Bütün günü belə keçir kədər dolu bu həyat.
Gecə olcaq bir zülmətə batır yenə kainat.
Günəş göydən son nəfəsin dərib məhzun gedincə,
Səyyarələr gözlərindən qan axıdır hər gccə.
Ağlar, ağlar səmalər də bir matəmə bürünər.
Onun qanlı yaşlarıyla al boyanar üfüqlər.
Yüz ələmlə, yüz kədərlə nalə-fəryad edib mən.
Əl qaldırıb asimano söyləyirəm ürəkdən:
“Ey ilahi, ürəyimi parçaladı bu həsrət.
Gözlərimdə nurlu gündüz oldu qatı bir zülmət.
Yarəb, məni məhv eyləyir bu ayrılıq, bu hicran.
Səbrim daha tükənmişdir, kömək ol, ey yaradan!
Nə vaxtadək məhrum olum, dərdlə belim bükülsün,
Nə vaxtadək piyaləmə ürək qanı tökülsün?!
Nə vaxtadək əzab çəkim, qan-yaş töküm cahanda,
Nolar mənim üzümə də bağlı qapı açanda?!
Mən nə qədər gözü yaşlı, qəlb odunda qovrulum?
Bu havadan torpaq kimi mən nə qədər sovrulum?*
Bu beytini ah nə yaxşı söyləmişdir bir şair.
Bu lap mənim işgəncəli əhvalıma oxşayır:
“Ey ilahi, haradadır axı mənim nəsibim.
Mən həsrətdən can verirəm, ham mənim təbibim?”
135
MƏQSƏDİN KƏŞFİ
Dostlar, mənim əhvalımdan siz olunuz xəbərdar.
Görün mənim şadlığımdan qalmışdım» bir əsər?
O şəxsin ki, məhv olmuşdur һөг arzusu, gümanı,
Ağlamaqdan başqa nədir onun dərdə dərmanı?
Ürəyimdə çoxaldıqca hər istəyim, həsrətim.
Bir o qədər ümid sönür, artır dərdim, möhnətim.
Dostlar, məni xatırlayıb saldınıznn yada bir?
Yoxsa belə biganəlik sizə daha xoş gəlir?
Qəm əlində əsir olan bir qəribəm indi mən,
Bir şey yoxdur xilas etsin bu könlümü ələmdən.
Ömrüm keçdi möhnət içrə kədər dolu hicranda.
Gülüstanın çiçəkləri solub getdi xəzanda.
Mən bilirəm ağlamaqdan faydalanmaz qəlbimiz.
Lakin yanan һөг bir şeydən tüstü çıxar, şübhəsiz.
Bilirəm ki, xilas etməz bu nalə, bu ah məni.
Neyləyim ki, mümkün deyil saxlamaq ah-naləni.
Heyrət etmə gözlərimdən seltək qanlı yaş axır.
Bil ki, qəlbim öz qanım gözdən çölə buraxır.
Bir zamanlar dönmüş idim bəxtiyara dünyada.
Həmdəm idim zülfü ipək, nazlı yara dünyada.
İndi belə sərgərdanam, halım olmuş pərişan,
Ağlım belə qalmış mənim öz işimə mat, heyran.
Dostlar, deyin bu dərdlərə varmı əlac, ya tədbir?
Nalə, fəqan etməkdən heç görünmədi bir təsir.
136
Tutulmaqdan neçin qorxsun tora düşmüş bir şikar.
Kaş ki, onu tutan ovçu olmayaydı zülmkar!
Bülbül əgər qarğa ilə salınsa bir qəfəsə.
Bülbül сөһ-сәһ vurmaq üçün heç gələrmi həvəsə?
Təəssüflər bu ömrümüz boşa gedir anbəan.
Nə xeyr işə sərf olunur, nə sevgiyə, ah, aman!
Bu zəmanə saldı məni əcəb dərdə, möhnətə.
Ürək qanı çilədi bu çöhrəyə, bu surətə.
Sanki mənə əzəl gündən olmuş idi bu xitab:
İçim bulud, xaricimsə olsun nurlu afıtab.
Qan uddurur öz əlilə mənə zalim zəmanə,
Zahirdəsə guya vermiş mənə qızıl peymanə.
Heç bir istək alınmamış bu kəcrəftar fələkdən.
Loğman belə olsan yenə qurtarmazsan kələkdən.
Gözlərimdən qan selləri axır, qəlbim dağlıdır,
Qönçə kimi içim dolu, dodağımsa bağlıdır.
Çox sirlər bilirəm mən, açmağasa yox imkan.
Desəm belə kimdir mənim əsrarımı anlayan?
İbn-əl Fərid kimi fürsət tapa bilsəm mən hərgah,*
Xalqı yeni xəbərlərdən eyləyərdim mən agah.
Çıxmışsa da İşlərimin ixtiyarı əlimdən,
Uzaqdırsa məndən əgər indi, əziz yar, vətən.
Yenə də bu sonsuz ələm, qüssə ilə hər zaman,
Xoş günlərə ümidlərdir məni xoşhal yaşadan.
Eşq əgər öz zövqü ilə məni həmrah eyləsə.
Varlılıqdan, kasıblıqdan məni agah eyləsə.
137 /gXS>
Qəlbim onun qəmi ilə elə gülər, şadlanar.
Şadlığım qəm, qəmim isə dönüb şadlıq adlanar.
Məhəbbətdir bu dünyada gözlərimə nur verən.
Odur mənə həqiqəti açıq, aydın göstərən.
Ey ilahi. Qüdsiyə sən qüdsiyyətdən bir can ver.
Onun ağır dərdlərinə öz əlinlə dərman ver!
Gizli şeyə baxan zaman görsün сиш aşikar.
Hər işində dadma çat, sən özün ol ona yar!
FİKRİN İZAHI
Ömür keçdi boş-boşuna, etdik daim ahu-vah,
Keçdi xoşluq zamanları, çatdı bəla günü, ah!
Ey saqi, ver piyaləni, mey qızdırsın bu canı.
Bəlkə şadlıq bir də olsun qəlb evinin mehmanı.
Əl tutmasan, qəmlər məni məhv eyləyər, yaxşı bil.
Ona görə verdiyin su adlanıbdır səlsəbil.
Ey saqi, gəl atəşimə bir su çilə çat dada,
Qızışdırsın atəşimi o su mənim daha da.
Qəlb evinin təmizliyi o şərabdan pay alar,
Su deyilir ona, lakin bir atəşdir aşikar.
Ey saqi, bu ruzigardan mən də bir kam almadım.
Bir badə ver, ənbər içən çağırılsın qoy adım.
Bəlkə o mey nicat verə mənə sonsuz kədərdən.
Ruh çiləsin torpağıma cana gəlim bir də mən.
Ey saqi, bir ayna ver ki, dünyanı seyr eyləyim,
Tut qarşımda, sənə gözəl bir macəra söyləyim.
©ЛзЛ 138 Г&в)
Tut i ayna görən kimi məlumdur ki, dil açar.
Sən də sudan bir ayna tut, sirlər edim aşikar.
Saqi, mənə abi-həyat peymanəsi əta et,
Əsrlərin günəşilə bu dərdimə dəva et!
Qoy yarınım surətini mən göstərim badədə.
Əhsən desin bu qüdrətə yar da, mən də, badə də.
Bu dünyada hər kəs olur bir vəchlə kamiran,
Xızr-zülmətdan, mənsə günəş çeşməsindən, hər zaman
Ey saqi, mən dərd içində avaroyom ruzü şəb.
Heyranlığın səhrasında dolanıram təşnələb.
Susuzluğa bir çarə qıl, ürəyimi sirab et.
Sən bu suyun xassəsini anlat mənə, səvab et!
“Camİ-mey” ki, söyləyirlər, bu sözdə nə hikmət var?
Acı badə içində də, nə qəribə halət var.
Nəzərlərdə saf, gül rəngi görünür o hər zaman,
İçəriyə çəkən zaman neçün olur qızıl qan?
Deyirlər ki, huşyar edər içənləri bu badə.
Bəs neçin məst, zəlil edir, verir həyatı badə?
Gözə bir cür görünən bu mayedə min sifət var,
Onda şoran duzu, həm də Fəratdan da şərbət var.
Sənə qurban olum saqi, sakit qalma, yenə dur.
Son hərəkət edən zaman məclisimiz şən olur.
Dolu şərab badəsi ver, unudum hər dərdi mən.
Bəlkə Ыг az can qurtarım mən ağlımın əlindən.
Ürək şənlik məclisinin çiçəklənən bağıdır.
Ağıl isə quldur kimi vurub onu dağıdır.
139
Dünyaları əks eyləyən saf aynadır bu ürək,
Ağıl tozu örtər onu çirkli qara pərdə tək.
Lütf et, saqi, məqsədimə çatım bəlkə birtəhər.
Bihuş olub qələm çəkim huşyarlığa bir qədər.
Ürək azad olan zaman işgəncədən, əzabdan.
Bəlkə ona gizli sirlər olacaqdır nümayan.
Biləcəkdir bu badənin xoş səfası nə imiş,
Hər bir işin ibtidası, intihası nə imiş!
Əgər mənə kömək olsan ümidim var nəhayət.
Sənin gözəl niyyətinlə kəşf edilər həqiqət.
NƏFSİN QORUNMASI
Qüdsi meydən qüdsi nəşə istəmişdir hər zaman.
Hər kəs olar məclislərdə bu nəşəylə kamiran.
Bir mey istər, qüvvət verə o mey dinə, ağıla,
O mey yox ki, onunla din, ağıl, hünər dağıla.
O şərabı istəməz ki, şər ab olmuş ləqəbi.
Zatında Ыг fitnə vardır, qarışdırar əsəbi*.
Elə şərab istəməz ki, etsin cana bəd əsər.
Nəşəsindən qəm yaransın, xumarından dərdi-sər.
Deyirlər ki, yüz xətaya olar daim mey bais,
Ona görə ad vermişlər ona “ümmül-xəbais”.
Ağılsız baş şərab ilə qızışarsa bir daha.
Bada gedər bir gün içrə hörmət, ədəb və həya.
Bu uğursuz nəfsin hökmü qarışarsa hər işə.
Ağlasığmaz pislik olar insanlara bu peşə.
140 Г§К§>
Nəfsin olsa can mülkündə sayğısız bir hökümdar.
Əvvəlcə o öz həyanı ortalıqdan qaldırar.
Bu sözlərdən yol açılar belə derin mənaya:
Ki, din əldən gedər əgər tanımasa üz həya.
Həya yoxsa, həvəs içrə baş qaldırar rəzalət.
Zalım nəfsin istəyi də verər min bir fəlakət.
Mən bu fikri nəql etmirəm başqasının sözündən.
Öz başıma gələn işdir, qoy nəql edim özümdən:
MƏTLƏBİN TƏDRİCLƏ AÇILMASI
Çox zamandı ürəyimdə dolanırdı bu sual,
Görəsən ki, içən zaman necə dəyişir əhval?
Mey nəşəsi barəsində hər kəs bir cür vurur laf,
Saf şərabın xassəsində vardır böyük ixtilaf.
Biri onda gəzir şadlıq, fərəh, hər cür xoş halət.
Bir başqası deyir: “Şərab törədir min fəlakət”.
Biri sübut etmək üçün gətirir bir çox dəlil.
Deyir: “Heç nə mənfəətdə bu şəraba tay deyil”.
Başqası da başqa dəlil göstərir çox mötəbər.
Ki, mey şeytan sidiyidir, haqdan gəlmiş bu xəbər.
Hər kəs bir cür fikir edib durur fikri üstündə.
Min ixtilaf törədirlər meyin zikri üstündə.
Bunu görüb gəldim belə qərara ki, mən əgər,
İstəyirsəm biləm meyin xeyir-şərin, bir qədər.
Gərək içim, baxım mən də, nə cür olur al şərab,
İçməmiş kim edə bilər tərifini intixab?!
141 f&G)
Mən bu fikrə düşən /aman gülümsədi xoş bahar.
Güllər açdı, çəmənlərdə oldu hər yer laləzar.
Səba yeli vurdu artıq gülüstana min bəzək,
Çəmənzarın simasına ənlik vurdu hər çiçək.
Nəsiməmi ətir vermiş gül çöhrəli bu gülşən.
Ya ki, nəsim öz ətrilə eyləmişdir gülü şən?!
Hər tərəfdə kef əhlindən etmək üçün bir xahiş,
Yaıpağım kağız edib göndərdi gül sifariş.
Bu gülşəndə bir saqidir al geyinmiş bir lalə,
Almış ələ o gül rəngli jalə dolu piyalə.
Səhər çağı nəğmə deyir quşlar böyük həvəslə.
Səba yeli ürək açır xoş ətirli nəfəslə.
Nəhayətsiz fərəh, şadlıq çəmənzara sığışmaz.
Sanki fələk asimanda şıırə gəlib çalır saz.
Çəmən, səhra başdan-başa nə xoş gəlir nəzərə.
Ruhu oxşar, könül açar hər görünən mənzərə.
Yoldaş olub neçə nəfər çəkilərək guşəyə,
Eyşü-işrət süfrəsində dalmış olar nəşəyə.
Mən də neçə hal əhlilə, ariflərlə һәтаһөг.
Çəmənin xoş bir yerində məclis qurduq müxtəsər.
Gül yanaqlı saqi tutub əldə gülgün peymanə.
Meyində var öz üzündən, ya da güldən nişanə.
Xoş avazlı xanondəylə əlindəki bərbət, çəng.
Könülləri oxşamağa olmuş necə həmahəng.
Badə gərək nəşə versin, olsun dadlı xoşgüvar.
Xüsusilə bahar fəsli, yanında da bir nigar.
142 /'ekÇ?)
Ağıllılar bu zamanlar verməz əldən fürsəti.
Mey nə qədər saf olarsa, artar onun ləzzəti.
Qarşımızda elə şərab vardı bizim ərğevan.
Rəngi, ətri utandırır gülləri də hər zaman.
Şöhrətində o mey sanki ruh açan bir reyhandı.
Əsli Firəng yurdundandı, ləqəbi də Şampandı.
Bütün gözəl şərablardan şöhrətlidir, adlıdır,
Hansı şərab onun kimi ləzzətlidir, dadlıdır?!
Həyat verən yar ləbi tək o mey şirin, təmizdi,
Sözü kimi acıdısa, mənfəəti hədsizdi.
Dəniz suyu acısa da xeyir verər o bizə.
Ona görə şərabı da bənzədirlər dənizə.
Bəllidir ki, şərab silir ürəklərdən aləmi.
Unutdurur qəm-kədəri, unutdurur aləmi.
Bunlar aydın rəvayətdir, danışmağa yox həvəs,
Nolər gəldi başımıza sərxoşhıqdan bizim bəs!?
Şərab içib getdikcə çox, sərxoşluğa düşdüm mən.
Ürəyimin ətəyi də çıxdı tədbir əlindən.
Hərisliyim çoxaldıqca açdı şərab üzümü,
O sildikcə qəm tozunu, çaşdırdım hər sözümü.
Sevinərək mən özümü hesab etdim o zaman,
Tacım-təxtim olmasa da həşəmətli hökmüran.
Yenə içdim, hey içdikcə içməyi çox xoşladım.
Dilsiz idim, birdən-birə natiqliyə başladım.
Elə bildim söz mülkünün mənəm qadir sultanı,
Söz düzməkdə təkcə mənəm öz əsrimin Söhbanı*.
©ЛзЛ 143 ГекЗ
Qafil idim söylədiyim sözlərdən yavaş-yavaş
Qəlbimdəki şirlərimi eyləmişəm tamam faş.
Xəyalımdan tamam çıxdı sayıqlıq və ehtiyat,
Mey apardı iradəmi, düşmən açdı qol-qanad.
Bu məsəli yaxşı demiş dünya görmüş atalar,
Oz başını qorumağa sərxoş nədən güc alar?
Mən yenə də başa çəkdim bundan sonra neçə cam,
Sərxoşluğum rəqs etməyə verdi bu dəm sərəncam.
Bu qaydadır sərxoşların rəqsə meyli çox olur.
Çünki şərab təsirilə vüqar, təmkin, yox olur.
Mən, elə ki, rəqs elədim lap pozuldu əhvalım.
Nəyim vardı getdi əldən, itdi ağlım, kamalım.
Sonra yenə başa çəkdim neçə dolu badə mən,
Keflilikdən çərənlədim, tamam getdim badə mən.
Hər yetənlə dalaşaraq söyüb təhqir eylədim.
Yaraşmayan işlər gördüm, cəfəngiyat söylədim.
Hərçənd ki, sözlərimdən bir az oldum xəbərdar,
Lakin əldə deyil idi heç iradə, ixtiyar.
İllər boyu sınadığım sadiq o can dostları.
Candan əziz o səmimi və mehriban dostları.
Qaba sözlə mən incitdim, təhqir etdim bir anda.
Yaman sözdən yaman bir şey yoxdur, bilin cahanda.
Hər dillərin sirlərini kəşf eyləyən babalar.
Demişlər: “Dil yarasına heç bir dərman etməz kar”.
Sədi yaxşı demiş: “Susmaq yaxşıdır pis söhbətdən.
Pis söz salar söyləyəni xalq içində hörmətdən...”*
144 /'(gkS)
Xeyir işler təlqin edən o Məhəmməd peyğəmbər.
Demişdir ki, haqqın üzü xoş kəlamda görünər.
Firon belə küfrə düşüb Allah dedi özünə.
Lakin cavab tapmadı o, Musanın haqq sözünə*.
Atalardan qalma məsəl xatırladım sənə gəl.
Dilə girov baş özüdür, açar başa dil əngəl.
Xalq nə bilsin axı sənin ürəyindən keçəni.
Söylədiyin sözlər ilə tanıyacaq o səni.
Gah şadlandım, gah qəmləndim bu yaramaz dil ilə,
Yarəb belə yaman dilim kaş dibindən kəsilə!
Hər nə isə ağlım itib eyləmişəm gör nələr
Yaraşmayan işlər tutub törətmişəm fitnələr.
Heç Özüm də bilməyirdim nədir bunun səbəbi,
Gah ağlayır, gah gülürdüm, xeyli küsgün, əsəbi
Mən qusmağa başladıqda halım tamam pozuldu.
Huşsuz düşdüm cəsəd kimi, dilim isə lal oldu.
Başağrısı sərsəmliyim eyləmişdi məni xar.
Bu zavallı halı yalnız düşən bilər, anlayar.
Ayrılıqda ətrafımda görmədim bir dostumu.
Ar da getdi, pul da getdi, şərabdakı kef bumu?
Etibardan dəm vurmağa haq verirmi bu halət?
Allahdan da, bəndədən də mən çəkirəm xəcalət.
<*М\ 145 r&G)
ƏSİL MƏQSƏDİN BƏYANI
Ey könül, sən ibrət götür öz başına gələndən,
Başqası da ibrot alsın bu yol ilə qoy səndən.
Mey məstliyi uzun sürməz, davamı da azdır, az,
Ayılantək təsir qalmaz bir nəşəsi duyulmaz.
Günahmı bağışlatmaq diləyirsən, di la gəl!
Haqq yoluna dönənlərə bağışlanır pis əməl.
Çoxlarını məst eləyir var-dövləti dünya nın.
Gözlərini kor eyləyir bu var-dövlət insanın.
Bu dünyanı sevən demək faniliyə aldanmış,
“Fəəğşeyna” ayəsilə gedib olsun qoy tanış*.
Öz ömrünü sərxoşluqda keçirərsə һөг cahil,
Başağrısı bir an belə rahat qoymaz, onu bil!
Xumarlanmış gözlərini açan zaman yuxudan,
Görəcəkdir günəş çıxmış, işıqlanmış bu cahan.
Hər əmələ ədalətlə cəza verər haqq özü,
O əyriyə əyri deyər, düzə çıxarar düzü.
* *
*
Aləm nodir sinəsində çaxnaşmalar, qovqalar,
Sərmayəsi: şöhrət, qürur bundan başqa nəyi var?!
Bu dünyanın arzulan: sonsuz ələm, məşəqqət,
Köpük kimi suda üzür, itib gedir nəhayət.
Var-yox bütün əfsanədir, mənasız bir xəyaldır,
Bu xəyaldan özgə nə var, dərk eyləmək mahaldır.
©Лз\ 146
Çox məşhurdur Səba şəhri gözəlinin dastanı,
Kİ, dalğaya bənzətmişdi şüşedəki damlanı*.
Həqiqətdən sən uzağa çox düşmüsən, əzizim,
Yoxluğa bir varlıq deyə səhv etmişsən, əzizim!
Bu dünyam duymaq olmaz xəyallara dalaraq,
Aləm nodir? Nədir onda belə ləzzət, bu maraq?
Arzu kamdan çox uzaqdır, birləşməzlər heç zaman,
Muzdurluqdur bu yaşamaq, dünya böyük bir zindan.
Məşəqqətlə ömür sürüb, rahatlanmaq dilərik.
Əlimizdə olan dövlət: ehtiyacla kölolik.
Təəccüblə baxıram mən mal toplayan hərisə.
Yığdığını alacaqdır ya tufan, ya vərəsə.
Beləliklə, qəribədir hər bəşərdə bu xislət.
Hərisliyi tüğyan edər, şərə düşər nəhayət.
Sübut üçün Qurandakı bir ayəni oxu, bil,
“İnnəl-insan” ayəsinin hikmətləri boş deyil!
İşrət nədir? Etibarı olmayan bir həvəsdir,
Zəmanənin əhli kimi vəfasızdır, əbosdir.
Gecə deyək xoş keçindik, bir az keyə baxaraq,
Gündüzlərin əzabından bəs necə can qurtaraq?!
Bir loğmanı axşam yedin, kef kökəldi, bu bəlli,
Axı gündüz aclığına bu olarmı təsəlli?!
Keçənlərdən boş xatirə qalacaqdır dünyada,
Röyalarda gördüklərin bir xəyaldır bil o da.
Hökmranlıq nədir? Nəfsə məhkumluqdur mənası,
Azadlıqdan həmişəlik məhrumluqdur mənası.
147
Mənsəbindən səmər nədir: sonsuz cədəl, qalmaqal
Başın qovğa İçindədir, öz İşinə yox macal.
Artar һөг an təşvişlərin, ürəyində təlaşın,
İşlərinə baxmaq üçün fürsət tapmaz öz başın.
Ног tərəfdən hücum edər düşmənlər və paxıllar,
Bir az keçməz xasiyyətin dönüb itdən pis olar.
Yavaş-yavaş tinətində görünər bir qəddarlıq,
Sarsılaraq viranəyə dönər səndə bu varlıq.
Zülm edərsən, günahını heç boynuna almazsan,
Qan tökmək də gözlərinə görünəcək çox asan.
Zənn edərsən ki, filankəs sənə quyu qazır ha.
Özün quyu qazıb onu tez salarsan quyuya.
Nə özündən xəbərin var, nə İşindən, karından,
Qəflət səni ауп salar ən vəfalı yarından.
Keçmişlərdə sənə bənzər Ыг məst kişi yaşardı,
Ki, məstliyin çoxluğundan məstliyini danardı.
HEKAYƏT
Bir kişinin dərd əlindən əhvalı çox çaşbaşdı,
Bazarda o gəzə-gəzə bir əttara yanaşdı.
Dedi: Mənə bir həb ver ki, nəşə versin adama,
Pul verərək uddu həbi, gedib girdi hamama.
Xəlvət yerə girib palçıq sürtən zaman özünə,
Həbin güclü təsirilə baxdı bir an üzünə.
Dedi: Axı, dəyişmədi əhvalımı mənim həb?
Harda qaldı bəs şadlığım, yoxdur nəşəm, nə əcəb?!
(Ə><s\ 148
Verdiyim pul getdi bada, hasilim bəs пө oldu.
Könlüm kədər, qəm əlindən daha betər pozuldu.
Belə halla çıxıb getdi o həmamdan bazara.
Utanmadan min qəzəblə yaxınlaşdı əttara.
Dedi: Alçaq! Bəs həbinin һаш mənə təsiri?
Heç bir nəşə verməyibdir, özündədir təqsiri.
Düz bir saat söydü, onu, üstünə də atdı şər,
Nəşə ondan gedən kimi tutdu özündən xəbər.
Eylədiyi qəbahətdən çəkdi sonsuz xəcalət.
Ah çəkdirdi, onu yaman peşman etdi bu halət.
Dedi: Aman, gör nə bəla gətirdim öz başıma,
Hansı üzlə nəzər salım indi öz tay-tuşuma?
* *
*
Dostum əgər təkəbbürdən sən keyfi saz olmusan,
Bu dünyanın eşqi ilə bir ədabaz olmusan.
Olma pisi yaxşıların cərgəsinə qoyan sən,
Sərxoş ikən gəl özünü ayıq sanma, oyan sən!
LƏTİFƏ
Bir alimdən keçənlərdə sual etdi bir nadan:
- Heç divana bilərmi ki, məhrumdur o ağıldan?
Bilərmi ki, o dəlidir, şüura da biganə?
Cavab verdi: Bilsə bunu, demək deyil divanə.
©ЛзЛ 149 Г&З
CAN YAXAN EŞQİN İŞIĞINDAN ,
BİR ŞÜA
Salam, sizə ey sevdam bilən əhli-mərifət,
Səlamətlik guşəsinə çəksin sizi məhəbbət.
Məhəbbətsiz bu dünyada nəşə yoxdur, bu şəksiz.
Eşqi isə duymaq olmaz, saf duyğulu ürəksiz.
Ürəklərin rahatlığı eşq ilədir hər zaman.
Hər kəs olmuş öz eşqilə bu dünyada kamran.
Bu dünyada yoxdur ancaq məhəbbətin edəmi.
Başdan-başa o qəm, kədər olsa belə, nə qəmi?!
Onun qəmi elə qəm ki, çox üstündür şadlıqdan.
Onun bəndi içindəsə azad olar hər insan.
Dərd içində əgər nalan qoysa belə o canı,
Unudarsan həmişəlik sən һөг iki dünyam.
Qəlbim sonsuz həyatı bu dərdə qurban edərdi,
Ürək çəksin qoy dərmandan yaxşı olan bu dərdi.
Bu xərabə yerə düşüb can çəkişən hər insan.
Öz kədərli ürəyini istər edə şadman.
Lakin yoxdur bir nəfər də bu dünyada bəxtiyar.
Şadlıq, şöhrət, xoşbəxtliyin ancaq quru adı var.
Hərənin bir dərdi vardır, deyin kimdə qəm yoxdur?
Bir fərq ilə: birində çox, o birində lap çoxdur.
Başdan-başa bu dünyanın işləri qəm, kədərdir.
Lakin insan bu işlərdən qafildir, bixəbərdir.
Bu dünyada bir iş yoxdur, olsun tamam zərərsiz,
Bir şirin bal tapılmaz ki, olsun tamam zəhərsiz,
150 AekŞ)
Hər bir işin mənasım axtarırlar səbəbdə,
Əziyyətsiz tapılmaz bu aləmdə bir səbəb də.
Cəhd eyləyir, hər kəs tapsın bir az şadlıq dəmini,
Şadlıq tapmaz, o daha da artırar öz qəmini.
Bu dünyada qəm, möhnətdən başqa yoxdur səadət.
Eşq olsun o aşiqə ki, ona gülür məhəbbət.
Bu qəmlərdən, kədərlərdən, işgəncədən, əzabdan,
Ancaq bir şey xilas edər ürəkləri hər zaman.
Olmasın qoy can evində yar qəmindən başqa qəm,
Dərd bir olsa tez tapar o Öz dərdinə bir məlhəm.
Sənin dərdin o vaxt çatar istədiyin dermana,
Ki, qovuşsun könül yara, can vəfalı canana.
Bu mətləbi yaxşı dərk et: Məhəbbətdir azadlıq,
Onun qəmi, kədəri də olar xoşluq vo şadlıq.
Həqiqətdən bəhs edərkən yada düşdü bir məcaz,
Bir cavandan deyim sizə ki, olmuşdu eşqi baz.
HEKAYƏT
Misirdə bir gözəl vardı yanaqları al-əlvan,
Ölkədə o əzizlərdən sayılardı hər zaman.
Camalı nur çiləyirdi çıraq kimi hər yana.
Onun xalı atəşinə yanmışdı çox pərvana.
Yanağının kitabında yazılmış sətr arası,
Şərh olunur ona baxan zamanda “nur" ayəsi.
Dodağıyla can bəxş edər gözlərilə ovlardı,
Surətində yaradanın sənəti canlanardı.
151 Г&З
Kaki lində görünərdi ümid, qorxu əsəri,
Ayı iki parçalardı qaşlannın xəncəri.
Qara zülfi kəmənd kimi halqa-halqa buranda,
Vurğun qəlbi tora salıb ovlayardı bir anda.
Gülşənində yanaq kimi bəsləyirdi bircə gül.
Ona nəğmə oxuyardı yüz şur ilə min bülbül.
Ona aşiq olanlardan birisi də əttardı,
Hər xəstəyə dərman verib özü xəstə yatardı.
Öz yanında xoş ətirli dərmanlan var ikən,
Yar zülfünün qoxusunu axtarardı sübh erkən.
Bu dərd ilə zaman ötdü, aylardan il düzəldi.
Günlər keçdi, bahar ötdü, xəzan keçdi, qış gəldi.
Bir görüşə möhtac idi o binəva, müxtəsər -
Bu görüş də o yazığa olmayırdı müyəssər.
Bir gün o ay aşiqlərin naləsindən incəldi.
Aşiq qam tökdüyündən canına bir dərd gəldi.
Ya da nəzər oxu ilə vurduğuyçun yaralar,
Bir bədnəzər zərbəsi də ona axır etdi kar.
Təbib onun mərəzini yoxlayarkən nəhayət.
Dərman üçün yazdı ona meyvələrdən bir şərbət.
Təsadüfən bu şərbəti hazırlamaq zamanı,
O əttarı gətirdilər düzəltsin bu dermam.
Əttar yan görən kimi zəfərantək saraldı.
Çırpınaraq qəlbi birdən onu sonsuz dərd aldı.
Ciyərinin qam ilə cuşa gəldi həvəsi
Gözlərini qapayırdı yann odlu nəfəsi.
Sinəsində tufan vardı sanki coşğun dənizdi,
Dodaqlan bağlı idi, heyrətindən səssizdi.
Huş gedərsə, dodaq səssiz, hərəkətsiz dayanar.
Gül önündə bülbül qəlbi çırpınaraq odlanar.
Bəli, əsil aşiq odur öz yarım görəndə,
Varlığını unudaraq dili düşsün kəməndə.
Gözlərini açsın ancaq yar üzünə hər zaman.
Ancaq yarın söhbətini eşitsin o anbaan.
Cam alın ın xəyalilə o qəlbini xoş tutsun.
Canı oda düşsə belə varlığım unutsun.
Varlığından olub düşsə çaşqınlığa, heyrətə
Od içində sızlamağı sığışdırmaz qeyrətə.
Nə isə, o hazırladı meyvələrdən bir şərbət.
Atəş üstə qoyan zaman artdı onda hərarət.
Eşqin əcib təsirindən olmuşdu çox pərişan.
Sərxoş idi məhəbbətin şərbətindən bu zaman.
Bulayaraq qanşdırdı barmağtyla şərbəti.
Bu şərbətdə yandı əli hiss etmədi o qəti.
Dilbər onun halın görüb qandı o da aşiqdir,
Öz eşqində fədakardır, məhəbbətə sadiqdir.
Min könüldən aşiq oldu ona məşuq olan yar,
İstədi ki, daim olsun ona yaxın həvadar.
Aşiq əgər öz eşqində göstərərsə sədaqət,
Məşuq ona aşiq olar, budur əsil həqiqət.
Eşqin çətin imtəhanı titrətsə də əsəbi,
Bil məcazi məhəbbətin budur axır tələbi.
152 Г&З
153
Sədaqətli aşiqlərin budur halı, bil bunu,
Burda Leyli daha artıq tələb edir Məcnunu.
Yarla aşiq, vəsl ilə hicr, gəldi müvafiq ədəd.
Sal yadına ki, nə dedi: “Qül hüvəllahü əhəd”.
Müddəanı sübut üçün eldə gözəl misal var,
Artıq sözlər küfrə dönər, burda sözü gəl qurtar!
Son özünü tanımadan, necə mümkün bu əməl.
Bu hikmətin əsrarını anlayasan mükəmməl?!
Öz halını o uşaqla tutuşdurub sal yada,
O, günəşi görməmişdən inanmazdı dünyada.
HEKAYƏT
Qaranlıq bir ev içində doğulmuşdu bir uşaq.
Evlərində bir ustaddan elm öyrəndi o ancaq.
Tanımadı şamdan başqa işıq verən atəşi,
Bir an belə görmədi o gözlərilə günəşi.
Müəllimi hər nə qədər söylədisə aşikar.
Ki, dünyada һог bir şeydən işıqlı bir günəş var.
Uşaq ona inanmayıb hey deyirdi ustada.
Ki, bu şamdan işıqlı şey ola bilməz dünyada.
Bir gün səhər çölə çıxdı, uşaq heyran dayandı,
O günəşi görən zaman bu sözlərə inandı.
Bədənin bir evə bənzər, canın ona bir əşdir,
Ağlın nurlu şama bənzər, eşq isə Ыг günəşdir.
Sən bilmirsən əbədiyyət mehri nədir, ey nadan,
Ağılçatmaz hər bir şeyi mahal sanma hər zaman.
Bu sözlərin yeri deyil, yersiz sözdən çəkin, qaç,
Məhəbbətdən bir söz söylə, aşiqlikdən söhbət aç!
@Л©\ 154 /^s>
DÜZLƏR MƏSLƏKİNİ İZLƏYƏNLƏR
DASTANININ DAVAMI
Bu aşiqlik, bu məşuqluq əvvəlinci mənzilidir,
Eşq əhlinin kami-dili bu mənzildən hasildir.
Birdən artıq çoxluğa üz qoyan dəmdə bu vəhdət,
Görüşündə, xasiyyətdə yarandı bir ziddiyyət.
Vəhdət durur öz başma, heç asılı olmadan,
Görünüşdə, xasiyyətdə həm əyandır, həm nihan.
Kainatın öz sirri var baxma ona havayı,
Hər şey doğub məhv olmada bircə ondan savayı.
Çoxluq təzad yaradırsa əsrarəngiz vəhdətə,
Aşiq-məşuq ad verildi bu əzəli hikmətə.
Hər bir işdə nazu niyaz tələb edir bu dövran,
Bu cür ancaq işlərdəki nöqsan qalxar aradan.
İstəyirsən gizli sirlər sənə olsun aşikar,
Qurandakı “Allahü nur” ayəsini et təkrar.
MUŞTULUQ XƏBƏRİ
Bu rəmz ilə xitab etdi Xəlİlullah insana,
Ona şahid ayla, günəş, odur Allah insana*.
Yemək, sevgi arzusuyla yaşamaqda bu bəşər,
Ulduz kimi bu arzular başı üstə cilvəgər.
Şərafətə minor insan artarsa onda şüur,
İnsan idrak sayəsində günəş kimi saçar nur.
Bir baş daha yüksələrsə dönüb olar bir mələk,
Günəş kimi ondan işıq alar sonsuz bu fələk.
<$j&\ 155 Г&е)
Məhəbbətlə günəş dildə bir adlanır mehr, mehr*.
Əbədidir günəş kimi məhəbbət də, deyil sehr.
Məhəbbətdə dərk eyləyər insan özü-özünü,
Sevgi, sevda, məhəbbətlə başlayar hər sözünü.
Qurana bax, genişsə də mənaları, məzmunu,
“Веу”1ө “sin”lə başlanaraq bitir, yaxşı bil bunu!*
Məqsəd belə aydın ikən bu təkrarə nə hacət?
Düz demişlər, ariflərə bir işarə kifayət
EŞQDƏ TƏMİZLİK HAQQINDA
Məhəbbətdə sanma küfrə, nə də dinə uyan var,
Rindlik, məstlik olan yerdə ayinlərə kim uyar?
Fisqilə zöhd insanlara qurulmuş bir duzaqdır.
Huşyar olan şübhəsiz ki, bu kələkdən uzaqdır.
Səfsətədir hər müddəa, fikirləri müəmma.
Məsələlər məlum olmur, hər şeydə var bir əmma.
Aşiqlərdə təqlidə heç olmaz zərrə etimad.
Ancaq vardır hər bir işdə öz gücünə etiqad.
Boş laqqırtı nəyə lazım, xoş gəlsə də hər avaz.
Göz gördüyün qəbul edər, quru sözə inanmaz.
Eşq hədisi başqa şeydir, diqqətlə bax ona sən,
İbrət alaq indi biz də bu hikmətli hədisdən.
Sözə yeni məna, yeni şəkil versin fikrimiz.
“İstincam”, “İstibranı” başqa cür şərh edək biz.*
©ЛәЛ 156 ЛгХЈз)
Bunlar nədir ki, bunlarsız taət haram sayılır,
Onlar olsa insan qəflət yuxusundan ayılır.
Burada gəl bu sözlərin izahını eşit bir,
Fazillərin müəllimi Şeyx Bəhai demişdir:
Yaramazlar! Bu əməldən, hərəkətdən utanın,
Ki, istinca daşlarını gizlərsiniz şeytanın.
İstincadan qərəz budur-ürək təmiz olmalı,
Alçaq tiynot məhv edilib paklıq oziz olmalı.
İstibrasa o deməkdir, gizli saxla hər sözü,
Sirr deyilən xəzinəyə sahib olsun qəlb özü.
Şərab içsən, şərabla da apararsan xumarı,
Su olmasa bəs təmizlik nə cür olar, bü ban!
Əbədiyyət badəsilə sərxoş olan bir adam,
“Və 1 ləzinə - amənu” dən alar qüvvət və ilham.
Bu söz ilə təmizlənsə hər ürəyin quban,
Camalmda şəfəq salar könüllərin ilqan.
Bu bədxahlıq, yaramazlıq, xəbisliklə, ey cahil,
İbadətin mənasızdır, qəbul olmaz duan, bil!
Bu hərəkət çox bənzəyər dərgahında üsyana,
Zahirdə həqq, batindəsə bağlanmısan şeytana.
Bu riyakar itaətdən susmaq daha yaxşıdır,
Asi olmaq müşriklikdən hər mənada yaxşıdır.
Pis sifətdən çəkin, həqqə istinad et ey insan!
Bir an belə üz döndərmə “gəl-gəl” deyən Allahdan.
Alnı açıq hər işini eşqə bağla həmişə,
Qoy eşq olsun dil əzbərin, sənə yüksək bir peşə.
157
Məhəbbətdən başqa yoxdur sənə düz yol göstərən.
Odur xeyir işə çəkən, sənə cürət, güc verən.
Ey qəfəsdə çırpınan quş, tənbəllikdən iş aşmaz,
Sən qartalsan, milçək işi qüdrətinə yaraşmaz.
Öz nəfsinin məhbəsindən qurtar, azad qanad çal,
"Leysə lil-insanə illa ma səa”dən ibrət al!*
Əqlİn varsa puç eyləmə ömrünü, qıl ehtiyat.
Qoyma boş-boş kefcilliyə hədər olsun bu həyat.
Bir düşünsən əbədiyyət dövlətinə sahibsən.
Müvəqqəti ləzzət üçün vermə onu əlindən!
Asiliklə əziz ömrü göydən yerə salmasan.
Qocalmısan, uşaq kimi çirk içində qalmısan.
Ürəyini azadlıqdan özün saldın zindana,
Yaradılış mənasından xəbərsizsən, qansana!
Həq yaratdı özü kimi səni, verdi min ziynət.
Bu qamətlə dedi bizə etməlisən itaət.
Onda olan əlaməti, o cəlalı istəsən.
Sidq ünslda, doğrn ddlə zükalattı istə sən'.
Xəlvətdən bir mənzil verdi sənə möhkəm, mükəmməl,
Sonra dedi öz əqlinlə bizə tərəf qayıt, gəl!
Lakin indi bunları sən unutmusan, ey insan,
Hcyif olsun sənə heyif, yazıq sənə, bir utan!
Bəzən guya meyl edirsən ibadətə, xaliqə,
Pərdə olur öz varlığın itaətə, xaliqə.
Cəhənnəmin qorxusu, ya behşit üçün ibadət,
Etməz haqqın dərgahında sadiqliyə dəlalət. *
158 ГекЗ
Çünki bu nəfs istəyidir, xudpərəstlik deməkdir,
İtaətin əvəzinə qurulmuş bir kələkdir.
Bəhaidən yenə düşdü yadıma bir rəvayət,
Bu yerdə çox münasibdir, qoy eyləyim hekayət.’"
O demişdir: İtaətdən əvəz almaq istəsən,
Bu korluqdur, muzdurluqdur, əl çək belə adətdən.
Aşiqlərə məqsəd ancaq yar vəslidir hər zaman,
Cənnət şövqi, ya cəhənnəm xovfi bilməz o bir atı.
Kimdə olsa yar sövdası de nə qəmi var onun?
öz behişti, öz dəhşətli cəhənnəmi var onun.
Kafirlərin küfrü, həm də dini hər bir dindarın
Ürəyində bir zərrəcik dərdə bənzər əttarın.
Hər şəxsin ki, olsa bu cür yüksək ali hümməti,
"Əssabiqun” ayəsindən alar gücü, qüdrəti.
Candatı keçib çatar o dəm cananının vəslinə,
Əzəliyyət aləmilə qovuşar, bil, o yenə.
MƏHƏBBƏT VƏ VƏFA ŞƏRTLƏRİNİN
ŞƏRHİ
Ey müxatəb, eşqə meyl et, dərdlərinə ver dərman,
Allah eşqin bəlasilə edir bizi imtəhan.
Eşq aləmdir, işgəncədir, nəhayətsiz macəra,
Aşiq gərək əzablara dözməyi də bacara.
Alşərab ki, bu ləzzəti bizə bir az tamdır,
Aşiqlərin göz yaşıdır, ya da ürək qanıdır.
159 СеХЗ
Yaranmışdır qan denizi içində bir inci tək.
Ya kənan tikən dolu incə, lətif bir çiçək.
Qızılgülü dərə bilməz tikanından çəkinən,
İncini kim əldə edər dənizlərə girmədən?
Canan qəmi can mülkünü dağıdan bir afətdir,
Lakin əsil mənada o sənə candır, nemətdir.
Bu səhrada can nə imiş, onun qədri nə imiş,
Candan keçmək olmalıdır hər aşiqə əwəl iş.
ölməkdən çox nəfs öldürmək çətindir bu dünyada.
Bənzəyirlər biri böyük, biri kiçik cihada.
Bu hikmətə sübut üçün lazım gəlsə hekayət.
Qoy söyləyim “Məsnəvi”dən bir münasib rəvayət*.
“ölüm” adı gələn kimi hər kəs gələr vəhşətə.
Bu qovm isə rişxənd edər belə yersiz dəhşətə.
Dərdə düşüb çəkən zaman intəhasız iztirab,
“Ölüm” sənə meydan oxur, olar sonda kamiyab.
Bu dünyaya bağlıhqsa əgər səndə ixtisas.
Sanma qəmdən olacaqsan ölüm ilə sən xilas.
Torpaq səni udanadək özün dönüb torpaq ol.
Ya torpaqdan təmizlənib, çirkinlikdən uzaq ol!
Sözsüz, səssiz bu mənanın əsrarım gəl öyrən.
Sən ölməkdən əwəl yaşa, bir an qorxma ölümdən.
Hər kim belə sifətlərə malik olsa dünyada,
“Ölüm”, “həyat” qəmlərindən azad olar daima.
TƏMSİL
Hər kəsin ki, mədəsində doldu min cür zir-zibil,
Ya qəlbini əsir etdi min cür kədər, qüssə, bil!
Gözü açıq olsa belə batar dərin yuxuya,
Aram olmaz, qan-yaş tökər, düşər sanki quyuya.
Gözlərinə zülmət çökər, minbtr xəyal görünər,
Yuxuları xoflu olar, min dəhşətə bürünər.
Əgər dərdsiz, qəm-qüssəsiz uyuyarsa bir insan,
Ayıqlıqdan daha da şən yuxu görər hər zaman.
İndi sən de qiyas elə seç özünə doğru yol,
Nəfsin, həm də bu aləmin məhbəsindən xilas ol!
Bu əzabdan öz “ölümün” etsin səni qoy azad.
Gəlişilə qoy eyləsin bircə dəfə səni şad.
Qoy aparsın səni ruhlar aləminə durmadan.
Oradaca bilərsən ki, bu dünyadır bir zindan.
İstəyirsən biləsən ki, düzgünmüdür bu xəbər,
“Son əvvəldən xeyirlidir” ayəsinə sal nəzər.
MƏSLƏK YOLÇULARINA
ŞADLIQ XƏBƏRİ
Sakit durma, ey sərgəştə könül İşə başla sən.
Dünya və din matəmini saxla belə vaxt ikən.
Sərxoş İkən huşyarlıqdan dəm vurursan nə üçün,
Bütpərəstkən dindarlıqdan dəm vurursan, nə üçün?
Pay umursan qapısından məhrəm bilib hər kəsi.
Quzğunlardan istəyirsən sən bir hüma kölgəsi.
(sLXeTN 161 /" <äk®)
@Л£Г\ 160 /'e> 4 G)
Zənn edirsən ki, filankəs səni dilşad edəcok*
Ya da qəmdən, işgəncədən səni azad edəcək.
Bilmirsən ki* onun dərdi səndən də laəlacdır.
Bu dəbdəbə, şöhrətilə o, səndən də möhtacdır*
Öz başının hayındadır, gücsüz qalmış cahanda.
Başqasına nə cür kömək göstərəcək bu anda*
Get Qurandan oxu yenə sidqi-dillə bir ayə,
Bəlkə “malik” ayəsindən düşə sənə bir sayə.
Odur hakim nə istəsə edər, hökmü rəvandır,
Padşahı gəda etmək onun üçün asandır.
TƏMSİL
Sən olsan da aciz, küskün, zəif, gücsüz, xaksar,
Vücudunda lakin vardır: iıadə hər ixtiyar.
Xaliq sənə bəxş etmişsə görən göz və əl-ayaq.
Bu nemətdən istifadə etməlisən bir sayaq.
Acizliyə biganədir, o qüdrətli, qadir şah.
De ki, xalqa sən Özünsən arxa, pənah, ümidgah*
öz mülkündən o hər kimə yer verərsə hörmətlə.
Onun başı səmalara yüksələcək şöhrətlə.
Sonsuz qüdrət sahibidir, əlçatmazdır bu cəlal.
Lütfü hədsiz, mərhəməti sonsuz, hökmü bizəvaL
Kam istəyən bəndəsinə deyər İstə, verim mən*
Bütün dünya pay almada onun nemət bəhrindən*
Нөг kəs doğru bir ürəklə dua etsə basəvab.
Hüzurunda şübhəsiz ki, dərhal olar müstəcab.
Bu sözləri yazan zaman xəyal çatdı dadıma,
İt haqqmda bir əhvalat gəlib düşdü yadıma.
HEKAYƏT
Ev sahibi öz itini dam üstündə bağlatdı.
Onu daim bağlı qapı arxasında saxlardr
Bir həftə ac, susuz qaldı orda yazıq it naçar.
Gündüz fəqan qoparardı, gecələri ahü-zar.
Günlər keçdi* qalmadı heç onda, qüvvət, güc daha,
itə olan bu zülmlər xoş gəlmədi Allaha-
itə başqa çarə yoxdu qapı bağlı, ev zindan.
Rəhm eylədi ona bağlı qapılan açdıran*
Qəzadan bir alov düşdü ev alışdı sübh erkən,
Qapı yandı, it də xilas oldu ötüm cəngindən.
Əfsus olsun elə nəftə, o alçaqdır itdən də.
Güzaram pərişandır düşüb möhkəm kəməndə.
Nə naləsi əsərlidir, nə duası müstəcab,
Əməlləri tərsınədir, günahları bihesab.
Dərgahından alar bir pay hər hünərli* hünərsiz,
Özlərisə qalar daim macəradan xəbərsiz*
Haqqın böyük kərəmindən məhrum qalmaq yararmı?
Kərimlərin paxıllarla nisbətləri de varmı?
Qüdsi, mütləq sənə addan* şan-şöhrətdən fayda yox.
Tale küskün, bəxtin zəbun, səadət yox, nalə çox.
Bir cazibə istə qüdsi aləmdən ey Qüdsi zar,
Ta istəyin təxəllüsə uyğun gəlsin aşikar.
İndi bele olsan əgər sən nəfsinə qul, yenə,
Yəqİn bil ki* dərman olmaz ürəyinin dərdinə.
<&Ж\ 162 /evjg)
163 /ekS>
ALÇAQ NƏFSDƏN ŞİKAYƏT
Alçaq nəfsin dad əlindən verir menə min əzab.
Odur verən ürəyimə sonsuz kədər iztirab.
Cananımın dərgahından uzaq salır o məni.
Onun zalım əllərilə alışır can xərməni.
FİKRİ SÜBUT
Bir mötəbər kitabda mən gördüm belə bir xəbər.
İt ayağı dəyən yerə qədəm basmaz mələklər.
Neçin bəsit Əshabi-Kəhf ilə kaha girərək.
Dördüncü ya səkkizinci hesab oldu o köpək 111 .
Neçün gəlib tapmadılar mələklər o kahanı.
Bu hədisin dəlilləri, həqiqəti bəs hanı?!
İt bəlkə də alçaq nəfsi timsalıdır insanın
Bəlkə ən şum, ən murdar bir xilqətidir cahanın.
Həq nurunu örtür, qəlbi boğur zülmət içində.
Kim gecələr günəş görmüş bu kainat içində?!
Binəvadır o adam ki, sevgilisi böylədir
Vəfasızdır, can alandır, işi riya, hiylədir.
Bu zalım yar salır hər an məni dərdə, möhnətə,
Min günaha düçar edir, salır böyük zillətə.
Nə etməli, çarəsizəm dərdlər isə aşikar.
Gözüm varsa baxmaq üçün, yoxdur əldə ixtiyar.
Gah kor edir, ağlın gözü tapmaz olur işıq, nur.
Gah beynimi məğrurluğun küləyilə sovurur.
164
Mən filanam, filankəsdən neçin qalım bəs dala?
Ya filankəs neçin belə çatmış cahü cəlala!?
Ağıl məndə, özümdədir dünya malı, dövlət də,
Kimdən əskik yaranmışam istedadda, cürətdə?!
Belə boş-boş xülyaların əsiri hər əqli kəm,
Gecə-gündüz xiffət edib kədərlənir, çəkir qəm.
Lakin edir özü kimi yüzlərinə köləlik,
Bu ölümə həyat deyir ölməsə də hələlik.
Ömür keçir çox mənasız boş-boş xəyal içində,
Aciz ikən üz göstərir saxta cəlal içində.
Edir çılğın ehtiraslar könlümüzü tarimar,
Gün keçdikcə rəzalətə sürükləyib edir xar.
Malu dövlət, ya da şöhrət arxasınca hər zaman,
Həftə-həftə, ay-ay, il-il dolanırıq sərgərdan.
Tamahkarlıq varlılara əl açdırır bax sənə,
Eşidirsən hər alçaqdan min sərzəniş, min tənə.
Arzu, tamah tükənməyir, bitmir tələb, iztirab,
Bu minnət, bu tənələrə olmayırsan kamiyab.
Hirsə əsir o yolçuya bənzəyir bu, eşit, qan!
Əl açaraq utanmadı el-obadan, Allahdan.
HEKAYƏT
Bir kişinin vəziyyəti pisləşəndə bir qədər,
İstədi ki, işlərini sahmanlasm birtəhər.
Pul götürüb çölə çıxdı ki, korlara paylasın,
İstədi ki, ehsan üçün o korlan haylasın.
165
Bir gözlü də qaça-qaça gəlib ona açdı əl*
Yalvararaq pul istədi, dedi: “Meni qovma gəl!”
Kişi dedi: “Mən korlara pul verirəm, çəkil get.
Sən gözlüsən, heç olmasa öz boyundan həya et!
Gözlülərə pul paylamaq adət deyil heç zaman.
Rədd ol sənə bir pay diişməz mənim ehsan pulumdan”.
Yoldan ötüb keçildi bir dünya görmüş əhli-dil.
Bu sözləri eşidincə durub güldü dedi: “Bil.
Lap madərzad korlardan da daha kordur bu adam
Ondan neyçin sən umursan heysiyyətə ehtiram?!
Əgər o kor olmasaydı yolçulnğa getməzdi.
Səndən kərəm gözləyərək, Allahı tərk etməzdi.
Bu da kordur ki, pay umur özü kimi bəndədən.
Bu gözlünü o korlardan ayırırsan nahaq sən”.
ŞİKAYƏTİN SONU
Zalım nəfsin min başı var, m in rəngi var dünyada.
Hər an başqa cilvə ilə üz göstərir bir əda.
O hər kəsdə bİT ayrı cür zühur edir hər zaman,
O gah qızğın atəş olur alovlanır onda can.
Bu fikrimi sübut üçün, bax “kitabi-Məsnəvi”,
Əsərində nə kəşf etmiş alicənab Moləvi.
Həris nəfsin yüz başı var, hər başında bir əməl.
Əl çatmayan asimandan yer altına atmış əl.
Birisinin uşaq dərdi, dövlət dərdi, mal dərdi,
Gör “iıməma əmvaləküm” necə düzgün xəbərdi.
(SNĞA 166 /eKS)
Biri kefə düşkün olub arxalandı zoruna,
O birisi əsir düşdü çirkin şəhvət toruna.
Bir başqası şirin nemət həvəsilə yaşadı,
Birisi də əlvan xolot həvəsilə yaşadı.
Bir digəri cahu сәЫ axtardı hey durmadan,
Birisi də kölgəsindən qorxub oldu hərasan.
O birisi ləzzət aldı nökərçilik etməkdən,
Başqası da ad qazandı elm ardınca getməkdən.
Bir başqası hiylə qurub, goldi xalqa min kələk,
Zöhdü təqva toru qurdu hər an misli-hörümçək.
Hər birisi məqsədinə çatmaq üçün çalışır,
Öz ömrünü puç eyləyir, boş işlənə alışır.
Boşa çıxır omolləri, kəsilirsə əlacı,
Bar vermirsə arzusunun, istəyinin ağacı,
Hiylə qurub bidad edər istər qanlı intiqam,
Qərəz ilə, qəzəb ilə tutmaq istor Ыг məqam.
Hər cür rəzil vasitəyə əl ataraq o qəddar
Hər vəchlo zalım nəfsə çıxmaq istor tərəfdar.
Bilməz sonra nə zərbələr dəyəcəkdir nəfsinə.
Bəlkə birdən işlər tamam çevriləcək əksinə.
Zülmü həsəd hiylə ilə bu dünyada iş aşmaz,
Hər bir işin bir ziddi var, qafil olmaq yaraşmaz.
Bu barado xatirimə düşdü gözəl hekayət,
Hər əməlin mükafatı veriləcək nəhayət.
167 Г&З
HEKAYƏT
Hindistanda bir şah vardı ədalətli, bəxtiyar,
Dünyaları fəth edərdi bu qüdrətli hökmdar.
Sonsuz idi qəzəbi tək onun lütfü, şəfqəti.
Hər tərəfə yayılmışdı adı, şanı, şöhrəti.
Etiqadca atəşpərəst olsa belə hökmran,
Xudpərəstlik badəsilə məst deyildi heç zaman!
Bütpərəstlik etiqaddan doğur aydın, aşikar.
Onda nə nəfs istəyi var, nə də nifrət, qorxu var.
Xudpərəstlik-dinsizlikdir, kafərlikdir bil, inan!
Məslək gedər, düzlük itər, yoxa çıxar din, iman.
Çox yazıqdır öz nəfsinə əsir olan dünyada,
Axır ömrü puç olacaq, çatmayacaq murada.
Çatmaq üçün arzusuna nəfsə uyan hər insan,
Öz işini salar daha çətinliyə anbaan.
O yazığın işi daim olar həsəd, sitəm, kin.
Bu dünyada halı budur nəfs ardınca düşənin.
Layiq deyil belə alçaq sifət məncə heç kəsə.
Xüsusilə ünvanına şab deyilən bir şəxsə.
Şahın hökmü olmalıdır xalq rəyinə müvafiq,
Elə bir iş tutmalı ki, xalqa olsun o layiq.
Ölkəsində qəddarlığa, zülmə etsə şah adət.
Heç bir zaman xalq içində hökm sürməz ədalət.
Şah bir etsə zülmü, onun xadimləri yüz edər.
Gedər elin iqlidan, hörməti də tez itər.
168
Bu hallan görən zaman söyləmişlər atalar:
Ölkədə şah zalim olsa, xadimləri can alar.
Viran edər öz yurdunu zülm eyləyən hökmran,
Həqiqəti yox eyləyər, puça çıxar din-iman.
Şah kafər də olub əgər ədalətlə görsə iş,
Rəhmət ilə yad olunar, versə elə asayiş.
Küfrilə zülm olan yerdə dövlət olmaz payidar.
Bəsdir, zülmü küfr haqqında söhbətini gəl qurtar!
Xülasə o padşahın var idi bir vəziri,
Ölkəsini düzəldərdi onun işi, tədbiri.
Hər kəs əgər döndərsəydi xaqandan üz arabir.
İşi islah etmək üçün çalışardı o vəzir.
Qəzəblənib xaqan versə ədalətsiz bir fərman,
Onu yanlış fərmanından döndərərdi hər zaman.
Vəzirdən çox razı idi xaqan ilə rəiyyət.
Hər bir işdə onun sözü kəsb edərdi qətiyyət.
Hökmdarı xeyr işlərə eyləyərdi o vadar,
Hökmdara sadiq idi, rəiyyətə havadar.
Bir gün xaqan xəstələndi, göründü son səfəri.
Fələk onun boğazına tökdü ölüm zəhəri.
Bu dunımsuz dünyada bir boşluq oldu qisməti.
Bu qanundur: Gərək hamı içə ölüm şərbəti.
Səltənətə varis onun bircə oğlu var idi.
Onun da nə qanacağı, пө də ağlı var idi.
Çıxıb şahlıq taxtına o fərəhləndi, oldu şən.
Lakin sonra zəiflədi həm səltənət, həm vətən.
<2Лз\ 169
Vaxt keçdikcə düşmənləri baş qaldırdı hər yandan,
Dostlar iso yavaş-yavaş döndərdilər üz ondan.
Hər yetəndən hiylə, kələk işlətməkçin dərs aldı,
ölkə içrə inamsızlıq günü-gündən çoxaldı.
Biri xoşa gəlmək üçün yaltaqlandı gülərək,
Biri qumb kef məelisi işə saldı min kələk.
Biri dedi: - Sənin kimi ləyaqətli sərdara.
Sənin kimi hökmdara, şücaətli sərdara.
Layiq deyil ömr eyləyə min-bir qovğa İçində,
Şah olmalı daim kefdə, eşqü sevda İçində.
Biri dedi; filankəsin qızı -gözəl bir afet.
Günəş çəkər cəmalının qarşısında xəcalət.
Bir yol ilə bu saraya düşməlidir o pəri,
Yalnız sənə layiq görmək olar elə gövhəri.
Başqası sa deyirdi ki, bir nəşədir mey cana,
İçib məst ol, kefli-kefli sarıl nazlı canana.
Biri dedi: Bir cavan var, çalan zaman o rudu,
Gözəl şaqraq nəğməsilə heyran qoyar Davudu*.
Məlahətli səsi ruha misilsiz bir qənimət.
Süleyman şah cəlalından çox üstündür bu nemət.
Püstə ağzı, saz səsilə oxuyanda bax ona,
Avazının hər cəh-cəhi dəyişilməz cahana.
Xülasə, şah elə daldı sonsuz eyş-işrətə.
Ki, unutdu şahlığım, laqeyd oldu millətə.
Hökmdarlıq qüdrətini verdi yelə, tufana,
İşə düşdü saqi, şərab, saray oldu meyxana.
(sLtçTx 170 /"еХЈЗ)
Əwəl əgər məhrumdusa düşüncədən, ağıldan,
İndi daha dəlidən də dəli oldu o nadan.
Şahm kefi məmləkətə bir dözülməz matəmdir,
Birisinin yersiz kefi minlərinə dərd-qəmdir.
O ağıllı vəzir İsə olmayıb bir an rahat,
Bu qayğısız padşaha hey verirdi nosihət.
Cahillərə əsər etməz nəsihət də, tədbir də,
Doldursan da havayıdır su qalarmı qəlbirdə?!
Şah işini qanmırdısa, vəzir yaxşı qanırdı,
Şahın axmaq işlərinin atəşinə yanırdı.
Çalışırdı ifşa etsin, hər hiyləni, qərəzi,
Təbİb kimi o sağaltmaq istərdi hər mərəzi.
Düşmənlərin kələyindən o deyildi xəbərdar,
Bilməzdi ki, düşməninin məhv eyləmək qəsdi var.
VƏZİRİ MƏHV ETMƏK ÜÇÜN
FİTNƏKARLARIN TƏDBİRİ
Bir gün bədxah, paxıl, nacins və hiyləgər adamlar,
Vəziri məhv etmək üçün birləşərək nə ki, var -
İşlətdilər hiylə-kələk, uydurdular min yalan,
Qaldırmaqçm maneəni tezlik ilə aradan,
Hər birisi bir yol tapdı, bir söz dedi hər biri,
Axtardılar hansı yolla məhv etsinlər vəziri.
Axır biri dilə gəlib dedi: “Tapdım yolunu,
Ancaq belə üsul ilə məhv edərik biz onu:
Lazımdır ki, bir kahini əvvəl ələ alaq biz,
Əlbir olsaq işə kömək göstərər o, şübhəsiz.
171 Гек ©
Çünki xalqda kahinlərə ehtiram var, inam var.
Dində, dövlət işlərində onlardadır ixtiyar.
Tədbir töküb, yaxşı-yaman nə söyləsə kahinlər
Dedikləri söz-söhbəti inam İlə xalq dinlər.
Kahinlərə inanacaq yəqin sansaq hökmran,
Hakim olluq, vəziri tez qaldırsaq biz aradan”.
Bu fikirlə sirdaş olub onlar tədbir gördülər,
Bir kahinə dil tökərək ona daş-qaş verdilər.
Kahin ilə əlbir olub bir cəbhədə durdular,
Bu işə bir çarə üçün İncə kələk qurdular.
Savadsızın hiyləsi də verməz böyük xəsarət,
Kahin əgər hiylə etsə baş verər min fəlakət.
Bu hikməti yaxşı öyrən, bunda dərin məna var,
Bu barədə gözəl sözlər söyləmişlər atalar.
Demişlər ki, kim dərs alsa pis adamdan dünyada,
Elə bil ki, bir kəsərli qılınc verdin cəllada.
Bir gün saray əyanları geniş məclis qurdular,
Sərkərdələr təkəbbürlə ön sırada durdular.
Şah məclisin baş ucunda oturanda taxtına,
Yaltaqlar dil tökən zaman cavan şahın baxtına.
Təzim edib irəliyə qədəm atdı bir qoca,
O pirani, alimsifət şeytan əwol bolluca
Şahı tərif eyləyərək dedi: “Ömrün çox olsun,
Baxtın, taxtın şöhrətlənsin, düşmənlərin yox olsun”.
Dünən gecə mən yuxuda gördüm mərhum atanı,
Gördüm bir nur bürümüşdür nəhayətsiz dünyanı.
172
Mərhum cənnət bağlarında gəzir düzü-düzünə,
Çoxlu nemət qapıları açılmışdı üzünə.
Təbəssümlə dedi mənə: “Sabah qalxıb tezcə get,
Bu tənhalıq dərdimi tez şah oğluma bəyan et!
Ona de ki, bu cənnətdə bütün nemət olmuş cəm,
Lakin təkcə çatışmayır bir həmsöhbət, bir həmdəm.
O dünyada vəzirimlə birgə qəlbim çox şaddı,
Könlüm onun söhbətilə qəm-qüssədən azaddı.
Dost olmasa, oxşayır bax zindanlara bu cənnət,
Əgər oğlum istəyirsə daha olum mən rahat.
Qoy yandırıb vəzirimi tez yanıma göndərsin*,
Bu cənnəti daha da şən bir aləmə döndərsin”.
O hiyləgər koramallar onu təsdiq etdilər,
Söylədilər hərə bir çox uyğun gələn xoş xəbər.
Nadan şahsa inanaraq, baş açmadı hiylədən,
Dedi: “Gərək tez yetirim yerinə bu əmri mən”.
Vəzir İşi belə görüb itirmədi özünü,
Səbr edərək gizli qoydu qəlbindəki sözünü.
Bildi ki, çox hiyləgərdir düşmənləri nə ki var,
Ancaq idrak və səbr onu bu bəladan qurtarar.
Təzim edib vəzir dedi: “Əzəmətli xaqanım.
Mən də belə yuxu gördüm, artdı maraq, həyəcanım,
Düşündüm ki, desəm atan dəvət edir yanma,
Düşünərsən: “Qulluq yatmır vəzirimin canına”.
Bundan qorxub mən susdum, ah, bunu duyan hökmdar,
Başqa dostun dili ilə etdi hökmün aşikar.
173
Öz əmrini icra etdi bu kahinin dilindən,
Bu yol ilə xilas etdi məni əzab əlindən.
Böyük xaqan xilas etdi məni ağır təlaşdan,
Belə fəxri bir dəvəti şah bildisə bu zaman.
Gərək versin yubanmadan icrasına tez qərar,
Mənsə belo bir dəvətçün eyləyirəm iftixar.
Lakin uzun illər boyu qul olmuşam sizə mən,
Şahım mənim yanmağıma indi qərar verirkən.
Gərək məni yandırmasın həqarətlə, nifrətlə,
Yola salsın ehtiramla, nəvazişlə, hörmətlo.
Vida edib ayrılarkən sizin kimi “dostlardan”,
Gərək məni təntənə ilə yola salsın hökmran.
Şah səbr etsin gərək məni yandırmağa neço gün,
Ta ki, meydan hazırlansın mərasimə büsbütün.
Palıd şimşad gotirilsirı, ocaq tonqal çatılsın,
Gül, zəfəran, müşkü ənbər od üstünə atılsın.
Böyük meydan mərkozində yandırılsın bədənim,
Ki, qalmasın bu dünyada bir arzum da qoy mənim.
Belə hörmət ehtişamla yanmaq necə gözəldir!
Belə yanmaq özü böyük bir arzudur, əməldir”...
Oradakı əyan-əşrəf tərif-təhsin eylədi,
Gurultuyla vəzirə çox aferinlər söylədi.
Sonra xaqan təyin etdi yandırılmaq gününü,
Dedi: “O gün elan olsun bir mərasim düyünü”
VƏZtRİN TƏDBİR İLƏ TƏHLÜKƏDƏN
XİLAS OLMASI
Vəzir evə dönən kimi bir guşədə qaldı tək.
Düşündü ki, bu bəladan xilas olsun o gərək,
Lağım atan çağırtdırdı öz yanına o gecə.
Ona bütün macəram nəql elədi gizlicə.
Gələcəyə vədə verdi, şirnikdirdi qaş-daşla,
Dedi bir an vaxt itirmək olmaz, işə tez başla!
Bir lağım at həmən yerdən ortasına meydanın.
Boş yerə heç keçməməli bu iş üçün bir anın.
Usta Hümmət kəmərini bağlayaraq hünərlə,
Lağım atdı, dayanmadan çox sürətlə, zəfərlə.
Çox çəkmədi istənilən hazır oldu tor-tomiz.
Bu tədbirdən, bu əməldən hamı qaldı xəbərsiz.
Vəzir özü odun yığdı etibarlı adamla,
O meydanın ortasında qalatdırdı nizamla,
Məharətlə örtdü otla gizli yola bacanı.
Xəbər verdi şaha artıq çatdı yanmaq zamanı.
Bu xoborlo guruldadı, böyük şəhər bir anda.
Yayıldı son surətilə bu macəra hər yana.
Kişi, qadın, uşaq, böyük toplaşdılar durmadan,
Baxmaq üçün çoxlarına qalmadı heç bir imkan.
Yer yox idi küçələrdə izdihamın əlindən,
Toıpənmək do olmayırdı xas, avamın əlindən.
Gözləyirdi saray əhli qızışdıqca od ocaq.
Görsünlər ki, vəzir necə diri-diri yanacaq.
Səf çəkərək durmuşdular sərkərdələr, əyanlar.
Vəzir gəldi cəsarətlə, üz-gözündə min vüqar.
174
175 /ekg)
Böyük inam, iftixarla şaha tezim edərek,
Ətrafını istehzalı baxışlarla süzərək,
Dedi: Şahım, qoy dövlətin artsın sənin dəma-dəm,
Bəxtin sene qoy yar olsun, qulun olsun bu aləm.
Məni şahın qulluğuna apararkən bu səfər,
Soruşsa o əgər sonin əhvalından bir xəber,
Nə söyləyim! Şah dedi ki, məni əzir, de hicran,
Qoy ona bir moktub yazım, qoy oxusun şadiman.
Sonra o bir məktub yazdı baxa-baxa cəmaot,
Hər şeydən az xəbər verib tamam etdi, nəhayət,
Təqdim edib dedi: - Apar, atamı sən salamla!
Qucaqlaşıb yola saldı vəziri ehtiramla.
Vozir girib odunların arasında oturdu,
Bədxah olan fitnokarlar odunlara od vurdu.
Atəşpərəst dini necə deyirdisə - etdilər,
Vəzir “yanıb kül olan tək” dönüb evə getdilər.
Lakin vəzir asimana yüksələndə od tüstü,
Nicat tapıb gizli yolla evo getdi əlüstü.
Günlər,, aylar keçdi., vəzir gizli qaldı nəzərdən,
O, ölkədən xəbərdardı, şah xəbərsiz xəbərdən.
O, Ölkonin halım çox İzləyirdi xəlvəti,
Bir gün üçün müntəzirdi, gözləyirdi fürsəti,
İşin sonun gözləyirdi maraq ilə hey vozir,
İstəyirdi görsün nə bar verəcəkdir bu tədbir.
Müxtəsər ki, o həriflər bu kələkdən xoşdular,
Rahat nəfəs alıb, daha əl-qol açıb coşdular.
Nə istədi hər kəs etdi, nə Ыг hesab, nə kitab,
Ölkə xarab oldu, xalq da çəkdi böyük iztirab.
Hər tərəfdə zülm o qədər artdı xalqa anbaan,
Çox çəkmədi ölkə oldu əhaliyə bir zindan.
Dövlət işi clo bərbad hala düşdü, nəhayət,
Hətta nadan şah da qandı nə yerdədir vəziyyət.
Lakin o nə əlac etsin bu sağalmaz dordinə,
Bu dolaşıq işi necə sahmanlasın o yenə?
İndi bildi etmir əmri vəzirsiz heç bir təsir,
Atılan ox geri dönmür, getmiş əldən o vəzir.
Çox təəssüf elədisə, oldusa da peşiman,
Peşmançılıq fayda verməz, qalmış idi o heyran.
VƏZİRİN GERİ QAYIDIB DÜŞMƏNLƏRİ
CƏZASINA ÇATDIRMASI
Vəzir gördü daha gedir ölkə əldən, el əldən,
Səltənətin bünövrəsi sarsılmada təməldən,
Kahin vardı xalq içində çox hörmətli xoşnəfəs,
Hamı onu tanıyırdı - din adamı, müqəddəs.
Vəzir ona göndərərək gecə gizli bir xəbəı,
Çağırtdırıb qızıl verdi, etdi böyük vodələr.
Qadiı “Sabah şah yanma, o tələsik gedərək.
Əyanların yanındaca şaha təzim edərək,
Desin: - Dünən gecə gördüm mərhum şahı yuxuda,
Qəm-qüssədən asimanə çıxmış ahı, yuxuda.
Dedi no səhv elədim mən düşünüb tək özümü,
Öz əlimlə başsız qoydum əziz iki gözümü.
O vəzir ki, tədbirilə yüksəlirdi məmləkət.
O vəzir ki, hünərilə qurulurdu səltənət.
Belə mahir bir vəziri mən ayırdım oğlumdan,
Zəiflədi səltənətim, qaldı ölkə, yurd viran.
176
<£Ж\ 177 ГМ
İndi daha son qoymaqçın xəyanətə, böhtana,
Vəzirimi göndərirəm kömək olsun xaqana.
Get xəbor ver qoy çıxsınlar pişvazına bu axşam,
Təntənəylə qarşılayıb eyləsinlər ehtiram,
Söylə həmən yerdən vəzir yenə ayan olacaq.
Gətirdiyi fərman ilə hər şey bəyan olacaq”.
Şah eşitcək çox şad oldu, səs yayıldı hər yana.
Əyanlarla axşam çağı üz qoydu şah meydana.
Gördü vəzir yanan küldən baş qaldırdı nagəhan.
Haman paltar, qiyafətdə, qaldı şahla xalq heyran.
Vəzir açıb qollarını cəld atıldı meydana,
Təzim edib nəvazişlə gülümsədi xaqana.
Hökmdarın atasından uyduraraq yüz yalan.
İftixarla öpə-öpə verdi şaha bir ferman.
Şah da Öpüb o fermanı əvvəl sürtdü üzünə,
Məzmununu çox müvafiq gördü o gün özünə.
Oxudu ki, şah vəzirə hörmət etsin həmişə,
O, vəzirin sözlərilə əməl etsin һөг işə.
Yazmışdı ki, necə olsun, ölkə, saray, məmləkət,
Sonra neçə qəzəbli söz yazmış idi, Nəhayət,
Demişdi ki, köməyinə göndərirəm vəziri,
Çətin işdə əsas olsun sənə onun tədbiri.
İndi görək tək qalmayım incitməsin qəm, kədər,
Saraydakı şənlik sevən əyanlardan beş nəfər,
Göndərərsən mən də burda onlar ilə olum şən
Qoy bir az da onlar ilə məclis qurum burda mən.
©ЛзЛ 178 r&G)
Qoy bu qəmli ürəyimi onlar ilə edim şad,
Daha aydın olsun deyə bax yazıram adbaad.
Şah tələsik yığdı bütün əyanları həvəslə,
Atasının fərmanım elan etdi gur səslə.
Sonra da şah əməl edib bu aldığı fermana,
Göstərilən adamları toplatdırdı meydana.
Onlar necə hıçqıraraq etdilərsə nalələr,
Bu nalələr şah qəlbinə eləmədi bir əsər.
Üzürləri rədd edildi, xahişi boş sandılar,
Şahın qət hökmü ilə başdan-başa yandılar.
O fitnəni törədənlər qurban getdi özləri,
Həyatım fitnələrə qurban etdi özləri.
* *
*
Bəli, belə olmuş dünya - nə tökərsən aşına,
Öz tökdüyün çıxacaqdır axırda öz qarşına.
Çox yerində deyilibdir ataların bu sözü,
Özgələrə quyu qazan düşəcəkdir bil özü.
Nəyi rəva bilməyirsən özünə sən ey filan!
Başqasına onu rəva görməyəsən heç zaman.
Çalış daim başqasına yaxşılıq et dünyada,
Ki səni də yaxşılıqla salsın hamı qoy yada.
YOLU AZMAQ
Öz arzuna çatmaq üçün etsən kimə sən nifrət,
Bəsləyirsən ürəyində ona min cür ədavət.
Sonra da bu ədavətdən dərdə dəva umursan,
Ürəyində fitnə-fəsad atəşinə cumursan.
<£><s\ 179 /ек®)
Könlündəki qızğın atəş varlığını məhv edər.
Bundan böyük, vahiməli əzab varmı de məgər?
Bu zəhmətlə öz Ömrünə son qoyursan bil tamam,
Nə var, nə var düşmənindən alacaqsan intiqam.
Bilməyirsən kinli düşmən nə fikir, nə haldadır,
Bəlkə tale bu əməldə, yazıq, səni aldadır?
Bil ki, iki tərəfə də zərərlidir kin, qisas,
İnsanlarda bədbəxtlikdir xəbis duyğu, ehtiras.
Yolumuzun üstündəki toru niyə görərək,
Özümüzü bu tələyə atmış olaq biz gərək?!
Azğın nəfsin tələbidir, fitnə, fəsad, hiylə, qan.
Aqil adam uymaz belə xəyallara heç zaman.
TƏMSİL
Nəfsin elə bir ağacdır, zəhərlidir hər barı,
Cəhənnəmdən gətirilmiş bil ki, onun tumları.
Ondan qaçıb öz canını qurtar, əgər ağlın var,
Unutma ki, zəhərlidir verəcəyi bəhər-bar.
Peşmançılıq meyvəsini yeyəcəksən sən bir gün,
Həyatım zəhərləyər bu meyvələr büsbütün.
Ey ilahi, özün yazıq Qüdsiyə bir imdad et.
Belə alçaq duyğulardan ürəyini azad et!
Öz eşqinin kədərilə fərəh verib hər zaman,
Qurtar onu öz nəfsinin əlindən, ey yaradan!
180
SUALLAR
Ey sağlamlıq bəxş edən məriz Şəhab,
Pak rublusan, gel sorğuma ver cavab*.
Cəmiyyətdə qəlbim olmuş pərişan,
Төп mülkündə ruhum tapmır aşiyan.
Axtardığım əsrarı kəşf edərək,
Torpağından gözlərimə sürmə çək!
Mənə gizli qalanlar bihesahdır,
Yol azana yol göstərmək savabdır.
Nə dənizdir ki, görünmür sahili?
Zahirindən məlum olmur daxili,
No damladır, həm dənizdir, həm bulud?
Mömin kimdir, kəbr kimdir, qıl sübut!
Biz kimik və nə deməkdir sən və mən,
Biz yoxuqsa, bəs nədir bu əncümən?
Həqiqətdə yoxsa əgər küfrü din,
Bəs nə üçün hərə tutmuş bir ayin?
Əgər kitab təkcə doğru yoldursa,
Hərə bir yol tutmuş neçin dünyada?
Sağda, solda duran əshabələr də,
Neçin getsin cəhənnomə, behiştə?
183 /'ekjŞ)
Deməli bəs “Sabiq undur” əfsanə,
Hüzurunda müqərrəbdon məna nə?
Mümkün də yox ortalıq da, vacib də,
Bəs nə fərq var mümkün ilə vacibdə?
Əyandırsa əgər ona bu aləm,
Ölüm, həyat görünmürmü bəs mübhəm?
Hər kəs “Allah mənimlədir” - deyərsə,
Onun lütfü aiddirsə hər kəsə,
Kimdir bəs yar, əğyanmi2 o zaman,
Nədən doğmuş nazü niyaz, vəsl, hicran?
Təfəkkürdən taət üstünsə əgər,
Heyrət içrə qaldı neçin peyğəmbər?*
Aşiq qəlbi bir qətrə qandır, bilməm,
Nccə sığır onda bütün bir aləm?
Əgər varlıq əbədisə, ədəm nə?
İnam varsa, şübhə nədir, qəsəm nə?
Nə haldır ki, dinsizləşir bir insan,
Sudan quru çıxa bilmir hər zaman?
Əgər hamı bir badədən sərxoşdur,
Neçin biri dilli, biri xamuşdur?
Aşiq nədir, məşuq nədir, et izhar,
Doğrudan da, necə şeydir düz ilqar?
Rəmz ilə ləb, göz, xal necə deyilir?
Üzə gündüz, zülfə gecə deyilir 1 ?
Məgər gccə görərmi heç gündüzü?
Parlar amma zülf içində yar üzü.
184 /ekS)
Şadlıq doğar kədərdən, m deməkdir?
Bu yol üçün nə azuqə gərəkdir?
Hansı qəmdir ki, ovudur hər kəsi?
Nə atəşdir yüz şölə һөг zərrəsi?
Meydən nədir məqsəd, kimə o əşdir?
Soyuq suya deyirlər ki, atəşdir?
Lütf edərək sorğuma ver sən cavab.
Əziz canım sənə qurban, ey cənab!
HÜSNDƏ EŞQİN ZÜHURU
Bəh, o necə yerdir ki, bəslənir orada can,
Həmişə o saxlayır ürəyi şux və cavan.
Nəzərlərdə hər yeri ürək açan gülzardır.
Yay zamanı belə, o səfalı bir bahardır.
Nəsimi xoş ətirli hər dərdə dərman verir.
Oxşayaraq ruhlara başqa cürə can verir.
Ağaclarda hər zaman quşlar gəlir fəğana.
Çaylar başqa gözəllik verər bu gülüstana.
Saf suların aynası parıldayır gör necə,
Gündüz günəştək yanır əks edir ayı gecə.
Bu cozəllik cismdir, odur ruhu vicdanı.
Mənasızdır bu hüsnün onun mehri-tabam.
Cəmlənmişdir vücudda sözlərdəki lütflər,
Səndədir hər gözəllik, bir özünə sal nəzər.
Yarəb, vücud xəznədir bəxş etmisən insana.
Dünyada һөг neməti, van verdin sən ona.
185 /eKg)
Hüsn desəm ona mən, nədir onun təsviri.
Eşq desəm, necədir onun cismə təsiri?
Məcnun rüsva olduqda eşqində yana-yana,
Leylininsə dəvəsi üz qoydu biyabana.
Bahar vaxtı bülbüllər qoparanda şur, fəğan,
Güllər isə parçalar yaxasını durmadan.
Ağıl bəndə düşərək burada mat dayandı,
İşraqi, məşşailər, doğub belə yarandı*.
İşraqilər dedi ki, işıqda çox hikmət var.
Hüsnün işıqlanması eşqi etdi aşikar.
Məşşailər dedi: “Söz cismdədir əl-əlbət.
Bu nurdandır vücudda hər təsir, hər lətafət”.
Şübhə düşdü araya, işlər dolaşdı bütün,
Yunan hikmətilə do açılmadı bu düyün.
Bir xəyaldır yunanın fəlsəfəsi, hikməti,
Çatmır eşqi-izaha bu hikmətin qüdrəti.
Ey Qudsi, sən qəlbinin gözlərilə dosta bax.
Qəlbin sənə nə desə, onu qəbul et ancaq.
Sən vahid bir vücudu gör ki, odur həqiqət.
Onun hüsnü zahirdə, batindəso məhəbbət.
ƏRZİ-ƏHVAL
Ey şuridə bülbül sənsən bizə yar.
Aşiqlərə təkcə sənsən havadar.
Sənsən ülfət gülzarının məhrəmi,
Sənsən ülfət əsrarının həmdəmi.
Məhəbbətdə xar olursan bax, sən də,.
Tikan batır sinənə hər gülşəndə,
Bir az da gəl mənimlə ol həmzeban,
öz qəmimdən söyləyim bir dasitan.
Gəl dərdləşək, bir az edək biz söhbət,
Edim sənə zəmanədən şikayət.
Sənsən könül quşuyla həmaşiyan,
Eşqə, qəmə şərikimsən hər zaman.
Qanad çalıb düş Şirvana yola sən,
Xəbər apar gülüstana, qəfəsdən.
O gülüstan ürəyimə ruh verər,
Güllərilə olur bu can müəttor.
O yerdə var yüz lətafət, yüz bəzək,
Görüşünə can atmada göz, ürək.
Ərz o yerlə göylərdən möhtərəmdir,
Bir qismi də gülüstani-irəmdir.
Gülləri şad olar daim büsbütün,
İşıqlıdır ulduzları o bürcün.
O gül üçün qana dönmüş ürəyim,
O ulduzdan pozulmuş hər diləyim.
Ağzım ahla dolu, nursuz - gözlərim.
Ondan uzaq gecədir - gündüzlərim.
Hüzuruna gedib çatan kimi sən.
Mətləbə bir fürsət tapan kimi sən,
Ciyər qanı axıt torpaq gil olsun,
Bir ah çək ki, qəlbi yanıb kül olsun.
187
©Л5Л 186 ГекЗ
Səhv etdim, yox, dəymə bir az könlünə
Vəfada bir könül çatmaz könlünə.
Gülməkdəydi üzümə xoş səadət.
Dilimdə heç yox idi bir şikayət.
Qoy tələyin büryan olsun ürəyi.
Qan etməsin o hər məsum ürəyi.
Kəyində mən ömr edərdim şadiman.
Olmuşdum hər işdə kamil, hökmran.
Sonra dil aç göstər ona bəyanı,
Ona çatdır bizim bu xoş dastanı.
Nə bilim ki, yaramazdır bu lələk.
Həyatımı belə alt-üst edəcək.
Söylə etdin sən ağlımı pərişan.
Ey könlümə işıq verən əziz can!
Səlamətkən bir gəmidə bir nəfər.
Bilməyirdi qədrini o bixəbər.
Var bir həyat ləzzətindən binəsib,
öz könlündən ayn düşən əndəlib.
Bir az sonra dəniz gəldi xruşə.
Civə kimi titrədi, gəldi cuşə.
Deyir, mənim bir halıma nəzər sal.
Əhvalımdan xəbər tut bir haya qal!
Dalğalar da hücum etdi durmadan.
Gəmi dolu piyalə tək o zaman -
Mən “göz” desəm bir “göz” çıxar haman dəm.
Ruzigarım dönüb olar cəhənnəm.
Oynayırdı dalğalarda ürəklər.
Çör-çöp kimi atılırdı diləklər.
Gündüzümlə gecəm fərqli deyildir,
Yuxusuzluq göz nurumu əskildir.
Xəbər yerim o zavallı adamdan.
Olmuş idi qorxusundan yarımcan.
Gözlərimdə əks eyləyir camalın,
Məni bir an tork etməyir xəyalın
Birdən düşdü dənizə o gəmidən,
Boğazından tutdu əcəl çox erkən.
Neçin deyim ki, ürəyim al qandır?
Sənə ki, hər dərdü qəmim əyandır!
Bir az batıb-çıxdı yazıq naəlac,
Təsadüfən keçdi ələ bir ağac.
Əzab verir mənə gözümlə ürək,
İstərəm ki, şövqilə bir görüşək.
Ağacla tez atdı sular sahilə,
0, ac-susuz qalsa da xeyli belə.
Sənin kuyun mənə verir səadət,
Zərərin də olur mənə mənfəət.
Şükr edirdi bu hala təkrar-təkrar,
Dərman qədrin bilər xəstə olanlar.
Qəmlərində var idi bir dilşadlıq.
Sən verirdin bu ruhuma azadlıq.
Məni də xoş gündən qafil görərək.
Onun kimi hala saldı bu fələk.
<©л§\ 188 /g)^G)
(Ә>(9Л 189 /gXS
Xoş günümü buraxaraq əlimdən.
Gördüyün bu yazıq günə düşdüm mən.
Bilmirəm ki, sonum necə olacaq,
Bir ümidlə yaşayıram mən ancaq.
Deyirəm ki. Qüdsi, etdin çox qəflət.
Gec anladın nədir əsil səadət.
XƏYALIN UÇUŞU
Çox gəzmişəm mən səyahət edərək,
Rusiyadan - Lehistana gedərək.
Bir neçə ay Varşavada qalmışam
Hər cür eyşü işrətdən kam almışam.
Çox adamla tanış oldum mötəbər,
Həvəs əhli, hər bir işdən baxəbər -
Şəxslərlə məclislərdə oturdum,
Hər mədəni cəmiyyətə baş vurdum.
Bu diyann Salan çox tədbirli.
Şahın yaxın naibi bir əmirdi.
Paskeviç! Bu adda böyük şöhrət var,
Öz adıyla məşhur olmuş bu salar*.
O hər gecə şən məclislər qurardı.
Bu məclisdə hər kəsə bir əş vardı.
Görünürdü hər gözəl bir xoş rənglə,
Cilvələnib dururdu min bəzəklə.
Ruh verirdi o gülşənin hər gülü.
Hər bir gülün yanında öz bülbülü.
©ЛәЛ 190 /'öx R ;
Hər dilbər bir odlu baxış, bir nazla.
Aşiqini arayırdı niyazla.
Ram olub hər vəhşi ahu aşikar -
İstəyir bir ovçu etsin o şikar.
Yer etdikcə camal gözdə, könüldə,
Haldan hala düşürdü bu könül də.
Ürək çalmaq buralarda adətdir.
Məhəbbətdən söhbət adi söhbətdir.
Gözəllikdə olmaz onlara çatan.
Eşqi belə qaldırmışlar aradan.
Bu şəhərin bağı cənnət bağıdır,
Hor görüşdə ələmləri dağıdır.
Hər gözəllik bu şəhərdə olmuş cəm,
Bu yerlərin təsvirində acizəm.
Tərif etmək mümkün deyil söz ilə.
Görmək lazım bu şəhəri göz ilə.
* *
*
Mən bir gccə xəstələndim, qəfildən,
Evdə qalıb, uzaq düşdüm məclisdən.
Xəyal olcaq həmdəmim öz başımda.
Sakit oldu hər bir işdən başım da.
Nə aləmdir, bəh-bəh xəyal aləmi!
Nə gözəldir xəyalın bu xoş dəmi!
Dedim, xoflu, xəyalıma, “Gəl dilə.
Bu gecəni qoy keçirim səninlə”.
<ә><5Л 191
Dedi: “Kimdir mendən yaxşı sənə yar?
Sənsə mənə etməyirsən etibar”.
Dedim: “Necə mən səninlə dost olum?”
Dedi: “Budur haqqa gedən döz yolum.
Badəmi iç, məst ol, getsin dərdü qəm,
Önündə şam yandır, ələ al qələm.
Açıq deyim hər fikrimi qulaq as!
Bil ki, vardır hər şadlığa bir əsas.
Əwəl deyim sono uca evlərdən,
Düzdür, onlar düzəlmiş ağ mərmərdən.
Tikilir çox zəhmətlə hər imarət,
Bilinməz o kimə çatar nəhayət.
Gəl məclisdən vo sərvətdən danışaq,
Bəzək, çalğı səadətdən danışaq.
Xoşdur məslis, nəğmə, şadlıq hər zaman,
Bunlar qoymaz ürək olsun pərişan.
Lakin olsa məclisbazlıq bir adət,
Boşdur ona çəkilən hər məşəqqət.
Bu nazənin, pəri üzlü һөг nigar.
Şirin dilli, xoş söhbətli, nazlı yar.
İşə salıb minbir kələk, hiyləni,
Məhv edərlər onlara meyl edəni.
Canan deyil, cana dərddir hər afət.
Onlarda yox mehribanlıq, sədaqət.
Bunca bəzək, zinət deyil nöqsansız.
Hər kəs onu daşımadı həycansız.
192 r&G)
Hər nə qədər kamil olsa, kəsri var,
Lap yaxşını pis söyləyər düşmanlar.
Yadımdadır bir şux gözlü bir gecə,
Özünə çox bəzək vurdu gizlicə.
Bu bəzəyə zəhmət çəkdi çox zaman,
Sonra dedi zər ver, zivər alasan.
Lakin lağa qoyuldu tez o nigar,
Bu bəzəkdə min cür nöqsan tapılar.
Xoş geyinmiş, xoş bəzənmiş, xoş gülən,
Dostlar gördüm dildə tez-tez “can” deyən.
Üzdə sanki səadət var qanında.
Fikri iso öz xeyrinin yanında.
Üzdə deyir: “Dostam sənə ürəkdən”.
Həqiqətdə olur qatı bir düşmən.
Yüz hiyləyə əl atıb bir ovçu tək.
Tora salır səni qafil edərək.
İndi özün insaf ilə yaxşı bax,
Yaxşıdırmı belə qafil yaşamaq?
Bu da haman eyş-işrətdir ay filan,
Şüurunu alıb etdi sərgərdan”.
Mən eşitcək bu kəlamı çəkdim ah,
Dedim: “Necə gör həyatım keçdi, ah!
Məni yurddan ayrı saldı bu səfər,
Dostlarımdan qaldım necə bixəbər!
- Mən firəngə bir səyahət eyləyim*,
Elmü fəndən kəsbi-ləzzət eyləyim
193
Deyə, düşdöıtı beş xəyala mən aman.
Dəmir zərlə örtülübmüş nə yaman!*
Yadındamı o zaman bu söhbətlər,
Ürəyinə salırdı min qəm, kədər.
Hu fikrim coşdurdu tez xəyalı.
Çox tünd oldu, dəyişildi əhvalı.
Buna görə sən eylədin səyahət,
Bəlkə bir az qəlbin ola fərağət.
Söylədi: “Ey sözü, işi boş, nadan.
Dərdə düşüb dərmanını tapmayan.
Darıxdı bəs burda niyə ürəyin?
Başqa Ыг yer olmuş indi diləyin.
Нег ifratdan mən etmişəm səni mən,
Aşdın niyə hüdudunu belə sən?
Pərişanlıq qoymaz sən kam alasan.
Bir yerdə sən durub rahat qalasan.
Haqqın tanı, ona eylə riayət.
Bu səfərdən gəl heç etmə şikayət.
Artıq sənin ömrün keçmiş hədərə.
Çox dolandın bu aləmdə dağ-dərə.
Səfər sənə tanıdır bu dünyanı,
Öyrədir o sənə elmi, ürfam.
Hər tayfayla elədin sən çox söhbət,
Aldığın пө oldu bundan nəhayət?
Yadındamı Rum elində, İranda,
Bir düşkünlük görmüşdün hər insanda.
Qəflət içrə uyumuşdur kamalın.
Ayrılmadın bax İndi də; xəyalım-
Xəbərsizdi onlar bütün aləmdən,
Yabançıydı onlara hor elmü tən.
Çox mənalar mənə izah eylədi,
Yatmış idim, sanki bidar eylədi,
Düşünürdü tək özünü hər biri*
Olmuşdu öz tamahının əsiri.
Dedim; “San ey mayasızlar mayası,
Müflislərin sənsən dəıda davası*
Ғөхг edirdi һөг kəs varla, nəsəblə,
işi yoxdu təhsil ilə* adabla.
Sayəndə çox dərdə əlac tapılar,
Təxtü tacsız şaha dönər gədalar*
Bir məqsoddi dövlət yığmaq hər kəsə,
0 dövləti sərf etsin boş həvəsə.
Mənsəbindən məst olanı sən haman,
Ayıklarsan mənasız, boş xülyadan.
Axtanb bir mənsəb tapsın özünə,
Zorla xalqı tabe etsin özünə*
Kim özünü yüksək bilsə hər kəsdən.
Öz həddini qandırırsan ona sən.
Dəm vuraraq onlar həseb-nəsəbdən,
Kərıardılar har bir hünar ədəbdən.
Bir yol göstər mana* oldum biçarə.
Bu dünyada istəksız bir avara.
(?Л5'\ 194
195 /ekS>
Söylə nə cür mən də çatım murada.
Nə iş ilə məşğul olum dünyada?
Nə etməli ki, asudə olum mən,
İslam ilə Firəng çəkişməsindən*.
Söylə varmı bu dünyada bir imkan,
Ki orada ürək olsun kamiran?
Burda xəyal ayrıca bir surətdə,
Məni haldan-hala saldı sürətlə.
Tam unutdum varlığımı mən bu dəm.
Bilmədim ki, haradayam, mən kiməm?
Çox qəribə hala düşdüm, nagahan,
Gözlərimdə cilvələndi bir məkan.
Вөһ, nə gülşən, bəh, nə əlvan mənzərə!
Gəlin kimi bəzənmişdi, dağ, dərə.
Şınltıyla axır һөг yan çeşmələr,
Sularda gül göz yaşıtək əks edor.
Əlvan paltar geymiş necə bu diyar.
Səf-səf durub bax meyvəli ağaclar.
İki yandan çay axmada sürətlə,
Ad qazanmış bu yer böyük nemətlə.
Yüksək bir dağ önündə mavi dəniz.
Hər ikisi ləzzət verir şübhəsiz.
Dağ başında qar ağarır hər zaman.
Qülləsində soyuq hava biaman.
Qarşısında günəş belə baş əyir,
Sayəsində bir aləmə vermiş yer.
©ЛзЛ 196
Mavİ rəngli dənizmidir bu, aman,
Ya da yerdə vardır başqa asiman?!
Orda gəzən gəmidə var bir cəlal.
Sanki göydə gəzir aydın bir hilal.
Gur çayların arasında aşikar,
Çox səfalı yerdə gözəl bir kənd var.
Bağı, cənnət bağının bir kənan,
Göz yaşıtək duru axır suları.
Bülbülləri сөһ-сәһ vurur biqərar.
Havasında bu yerin gül ətri var.
Evləri, bax yaşıllığa bürünür.
Sanki göydə nurlu ulduz görünür.
Hər tərəfi yaşıl, sarı rəngli kərd,
Birləşmişdir sanki qızıl, lacivərd.
Çöldə sürü gəzdirir, bax hər çoban,
Neylərində bır səda var ruh açan.
İşsiz qalmaz nə ki, qadın, kişi var,
Bu yerdə bax hər kəsin öz işi var.
Burada kin, həsəd bilməz bir insan.
Qardaş kimi bir-birinə mehriban.
Ayrıca bir ev gördüm arx başında,
Bir doğmalıq var idi hər daşında.
Çox da gözəl deyildisə imarət.
Saraydan çox onda vardı şərafət.
Ətrafında güllər açmış gülşəndi.
Bu evin hər mənzərəsi çox şəndi.
©Л5Л 197 Лекб)
Həyətində hovuz, önü xiyaban^
Bir tərəfdə bağı vardı al-elvan.
Gəlib tapdı onu neçə həmdəmi,
Söhbətinin vardı başqa aləmi.
Gördüm ki, çox cəlallıdır bu bina,
Dedim burda gərək olsun kətxuda.
Kətxudaya, xəlqə o xoş niyyətlə.
Çox xeyirli sözlər dedi hörmətlə,
Sonra tanış olmaq üçün əhvalla.
Mə bu evə daxil oldum xəyalla*
Qoydu işi öz yoluna əlbəəl,
Нөг kəsə o verdi dəstunıl-əməl
Ev sahibi evdə idi-, sübh ikən.
Yatağında yatmış idi xeyli şən.
Bir az sonra məhsulundan alaraq,
Məclis qurdu, süfirə açdı bir sayaq.
Yanındaca öz qadını şadiman,
Bir bədəndə biri ruhdu, biri can.
Ki, üstündə görünmədi heç nöqsan.
Neçə nəfər yeyib doydu firavan.
Sonra qəhvə içirdilər kədərsiz.
Ömürləri keçirdi xoş, xətərsiz.
0 yeməkdən sonra neçə saət də,
İstirahət eylədi bir xəlvətdə.
Söhbət edib gülürdülər anbaan,
Hər sözləri xoşdu, gözəl, mehriban.
Axşam üstü çıxdı o bağ seyrinə,
Dincəlməkçin, yüngül ayaq seyrinə,
0 bir sadə paltar geyib tez durdu.
Gəlib başqa bir otaqda oturdu*
Nəzər saldı güllərin xəş üzünə.
Qüvvət gəldi beyninə və gözünə.
Bu otaqda xeyli kitab var İdi,
Hər suala orda cavab var idi.
Bağbanına göstərişlər verərək,
Dedi: “Gəl bu ağacı sən belə ək”,
islamın ve Firengin hər əxban,
Sülhün, həm də davanın hər əsrarı.
Sonra da gah süvari, gah piyada,
Məşğul oldu şikarla xoş havada.
Zahirdə bir guşənişin görünər.
Lakin veror Hind, Rum, Çindən o xəbər*
Gecə oldu qayıdaraq evinə,
Dağdan enib, evə çatdı o yenə.
Gah oxurdu kitabları xoş səslə,
Gah da əsər yazardı min həvəslə.
Arvadıyla söhbət etdi könlü şad,
Həyatından razı qaldı, şən, azad.
Neçə saat belə məşğul olaraq,
Sonra etdi başqa işə o maraq*
Onun gözəl həyatını görəndə,
Pərişanlıq saldı məni kəməndə.
<Əy(S\ 198 /ekS)
199 ЛеХЈ)
Sual etdim xəyalımdan həmin vaxt,
“Kimdir azad ömür sürən bu xoşbəxt?”
Müyəssərdir ona bütün diləyi.
Canı sağlam, kədərsizdir ürəyi.
Paxıllığım tutdu, necə tok adam.
Toplamış din, dünya zövqün belə tam.
Mənsə oldum kami-dilçin dərbədər,
Gəzməkdəyəm bu dünyanı sərbəsər.
Mən fələyə deməyimmi biaman.
Mən nakamam, olsa belə kamiran.
Xəyal gülüb dedi: “Anla, ey qafil!
Paxıllığın özünədir yaxşı bil!
Heyrət etmə cəhalətlə sən buna,
İp bağlamış nəfsin bil öz boynuna*.
Pislik edən pislik görər, bu bişək.
Buna no xalq müqəssirdir, no fələk,
Cəsarətlə bu qorxunu gəl burax.
Gözünü aç, bir özünə yaxşı bax.
Bu gözəl kənd, bu bina, bu nazlı yar,
Səninkidir, cəhaləti ct kənar.
Bu ki, sənsən, bu da sənin həyatın.
Bunlar sənin öz halın, öz biisatın.
Bir bax, hər şey burda hazır, sən uzaq,
Sənin könlün öz nəfsinə uyaraq,
Səadəti verib burda əlindən.S
Axtarırsan, uzaqlarda onu sən.
Bir əhd etdim xəyalımla bu axşam.
Bu səfərdən əgər mən sağ qayıtsam.
200 /ekŞ)
O guşədə sakit qərar tutaraq.
Yaşayaram qovğalardan mən uzaq.
Qalan ömrü keçirərəm firavan,
Şükr edirəm Allahıma hər zaman.
Qüdsi, xoşdur Əmsar adlı məskənin.
Şəhərlərdən çox üstündür öz kəndin.
FİRƏNG MƏCLİSİ
Ziyafətdə bir gecə oturmuşdu bir cavan,
Eşqin məngənəsində gördüm onu xəstəcan.
Sakit qalıb dinmirdi, danışıqdan qaçırdı.
Lakin onun sirrini göz yaşlan açırdı.
Dedim ki, ey zavallı, nədir səndə bu əhval,
Yatmışsanmı, ya səni aparmışdır bir xəyal?
Dedi: “Gormürsonmi ki, ap-ayıqdır gözlərim.
Sanki girdaba düşmüş bir qayıqdır gözlərim.
Belə vəziyyətdə heç xəyala dalmaq olar?
Unutmuşam özümü, qalmamışdır ixtiyar”.
Eşitdikdə bu sözü əhvalına yandım mən.
Ürəyimin atəşi alovlandı təzədən.
Düşdü mənim yadıma gənclik illəri haman.
Ki, bir yarın züliünə bənd olmuşdum o zaman.
Vermiş idim könlümü bir insafsız dilbərə.
Unutmuşdum dünyam, cəmiyyəti bir kərə.
Baxdım yazıq cavana mən do yazıq baxışla,
Şəkiltək səssiz qaldıq, sonra dedim: “Bağışla!”
©ЛзЛ 201
Toxundumsa qəlbinə qəbul et üzrümü gəl,
Ban, ürək dərdini mənə söylə müfəssəl.
Axı mən də sənin tək aşiq idim bir zaman.
Dərd əhliyəm, çəkinmə, macəram et bəyan.
Sənə kömək eyləmək gəlməsə də əlimdən.
Heç olmasa qəminə bir şərik olaram mon”.
Dedi: “Əsla etmərəm öz sirrimi aşikar.
Heç kim mənim dərdimdən olmamalı xəbərdar.
Sirri gizli tutmağı tələb edir məhəbbət,
Ticarətdə xoş olar çənə-boğaz, söz-söhbət.
Sevgilimi hər kəsə neco tərif edim mən?
Rəqibimdir bəlkə də sözlərimi dinləyən”.
Sonra dözməyib dedi: “Yoxdur onun nəziri.
Kim o yan görərsə dərhal olar əsiri.
Dil biləndir, gözəldir, mələk kimi canandır.
Şux gözləri süzərkən, işvəsi can alandır”.
Dedim: “Mənə söyləmə lətafəti necədir.
De insafı, əxlaqı, ləyaqəti necədir”.
Dedi: üzü kimidir davranışı, ədası,
Heyran qoyur insanı onun gözəl sədası.
Əgər nöqsan varsa da yarımda aydın, açıq,
Mən ki, görə bilmirəm o nöqsanı azacıq".
İnsafını soruşdum, dedi: “Onu bilmirəm,
Xasiyyəti mənə də qalmışdır hələ mübhəm.
Mənə nə lütf edibdir, nə göstəribdir cəfa.
Mənə nə vədə vermiş, nə vədə etmiş vəfa.
202 /GkS>
Nədən bilim o gözəl zalımdır, ya mehriban.
Hələ yaxın görüşə olmamışdır bir imkan.
Ürəyindən bu qədər xəbərim var, o dilbər,
Məni görən zamanda üzümə salmaz nəzər.
Neçə gün bundan qabaq qonaqdım bir evdə mən
Yığılmışdı oraya bir çox sevən, sevilən.
Hər eşqbaz dolanır bir güləndam başına,
Necə ki, pərvanələr dolanar şam başına.
Hamısı rəqs edərək oxuyub şadlanardı,
Bəd nəzərdən İraq, bu məclisdə şənlik vardı.
Biri açıb eşqini edirdi bir-bir bəyan.
Gizli işvə edərək nazlanırdı o canan.
Hər cür söhbət gedirdi eşqin hərarətindən.
Ən çox xumar göz ilə, zülfün lətafətindən.
Mən ki, eşqə nabələd, xam bir yeniyetməyəm?
Deyirdim bəs tıə üçün mən arzuma yetməyəm?
Gözlərinə bir qızın deyirdim ruh çalandır.
Yox, yox onun saçları daha çox can alandır.
Bəh-bəh, bunun yanağı qızılgültək necə al,
Xoşdur deyən o birin dodağında qara xal.
Qəlbim hərdən cürbəcür fikirlərə dalırdı.
Hər an halım dolanır, başqa bir rəng alırdı.
Özüm də heç bilmirdim baxım hansı tərəfə,
Bağlayım öz qəlbimi hansı pəri surətə.
Bu arada gözləri xumarlanmış bir gözəl,
Kitpiyilə oxladı ürəyimi əlbəəl.
203 /'ekgı
İldırım tək nəzəri çaxdı üzərimə düz,
Varlığımı yandırdı o atəşsiz, tüstüsüz.
O dünya gözəlləri, canlar alan cananlar.
Ürəkləri ovlayan xumar gözlü ceyranlar.
Cümlə bir an içində silindi gözlərimdən,
Necə ulduz yox olar günəş tulu edərkən.
Elə sərxoş eylədi bu badənin buxarı.
Fərq etmədi mənə nə aşağı, nə yuxan.
Mən məclisi unutdum, tam itirdim özümü,
Bircə onun üzünə zilləmişdim gözümü.
Yenə dəqiq baxmaqla görmədim o camalı.
Tək, başına gələnlər başa düşər bu halı.
Kim günəşə baxarsa gözləri tez qamaşar.
Onu yaxşı görmodən bəbəkləri oynaşar.
Bir də gördüm o dilbər qəzəbləndi nagahan.
Camalım bır hiddət buludu aldı Kaman.
Qızışdı ol nazənin, dəyişdi gül siması.
Sanki atəş üstündə göründü su damlası,
Lalə kim qızardı camalı öz-özünə.
Jalə kim düzüldü tər damlası üzünə.
Bu hiddəti görüncə o gözəl simada mən.
Heyranlıq yuxusundan ayıldım sanki birdən.
Sezdim ki, baxır bizə kənardan bir bədnəzər.
Buna görə sən demə hiddətlənmiş o dilbər.
Sonra, heç olsun deyə rəqiblərin töhməti,
O bir hiylə işlədib pozdu bu vəziyyəti.
Arvad min hiylə qurar qısa zaman içində,
Hər nə könlü istəsə çatar bir an içində
Arvad dediyin məxluq hər bir işə qadirdir.
Ürəkləri çalmağa xüsusilə mahirdir.
Arvad mövcud olduqca eşqbazlıq qalacaq,
Aşiqini hər zaman dərdə, qəmə salacaq.
Xülasə... hiddətlənib canan qalxdı yerindən.
Bir ayna qarşısında gedib oturdu həmən.
Təsadüfən tuş idi aynaya mənim üzüm,
Camalım orda da buraxmayırdı gözüm.
Bəh-bəh, necə deyim ki, gülərək yavaş-yavaş,
Necə burdu saçını, göz vurdu, oynatdı qaş.
Sonra nazü qəmzoylo o can alan nazənin.
Musiqilə bir nəğmə başladı həzin-həzin.
Pəsdən elə oxudu ruh uçdu təsirilə.
Gözlə qulaq girdilər bəhsə biri-birilə.
Sonra rəqsə başladı qonaqlığa gələnlər,
Başqa bəla üz verdi qəlbimizə müxtəsər.
Hərə bir nazəninlə, mən də o xoş nəfəslə.
Hərləndik ortalıqda min bir şövqü həvəslə.
Fürsəti fövt etmədim, zəiflərkon rəftarı,
Möhkəm qucub belini çəkdim özümə sarı.
Ovcumdakı əlini yavaş-yavaş sıxaraq.
Baxdım onun gözünə məftun aşiqlər sayaq.
Nəzərimə düşəndə o dilbərin nəzəri.
Göründü al üzündə eşqü sevda əsəri.
204
205
Asta-asta girişdik pıçıltıyla söhbətə,
Yavaş-yavaş yetirdik söhbəti məhəbbətə.
Əl çatmadı mətləbə, gecə keçib gec oldu,
Arzuları qəlbimin açılmadan tez soldu.
Şərh olmadı istəyim, lənət dedim baisə,
Bu söhbətin mabədi qaldı başqa məclisə,
O getdi, mən qayıtdım evə suyu süzülmüş,
Gözü yaşlı, qəlbi qan, dodaqları büzülmüş.
Çəkilmədi gözümdən bütün gecə xəyalı,
Məni heyran qoymuşdu onun günəş camalı.
Oyaqlıqda, .yuxuda o idi tək amalım,
Ancaq onun haqqında düşünürdü xəyalım,
Səhər durub hər yeri dolandım neçə saət,
O cananın evindən xəbər tutdum nəhayət.
Ancaq indi öyrəndim nədir onda nişanə,
Onu görmək qəsdilə axtardım bir bəhanə.
Öyrəndim ki, özündən çox qoca bir ari var,
Zəncir olub, zülfü tək kərdəninə dolanar.
Bir məsəl var deyirlər hər işdə var Ыг müşkül
Xəznə olmaz ilansız, tikansız da qızılgül.
Bu yolda mən çalışdım qurum incə bir hiylə,
Axtardım çıxış yolu mətləb üçün vəsilə.
Bir az sonra yetişdi bayram - istədiyim gün
Şəhər əhli toplaşıb çölə çıxdı büsbütün.
Hərə Ыг nazəninlə vermiş idi baş-başa,
Həqiqətdə əcəbdi bu misilsiz tamaşa.
(ИЛзЛ 206 /''eXjŞı
Man da bu vurhavurda deyirdim kaş o afət.
Gəlib yazıq aşiqə verəydi bir səadət.
Görünmürdü gözümə nə bayram, nə izdiham.
Dörd gözlə dolanırdım, tutmurdu qəlbim aram.
Gördüm çətirlə durmuş bir guşədə nagahan.
Ay üzlü o nazənin, şirin dilli o canan.
Ürəyim əmr edirdi, get yaxınlaş, qorxma sən
Lakin qorxum çox idi, vüsalına ümiddən.
- Bəlkə biri çıxaraq saldı qovğa, cədəli.
Dedi kimsən, haradan tanırsan bu gözəli?
Huşyar olmaq gərəkdir hər əməldə, hər işdə.
Götür-qoy zərər verməz hər hünərli gedişdə.
Lakin eşq olan yerdə ağıl olar əfsanə.
Ağıllıya deyərlər onda dəli, divanə.
Cumdum onun yanına heç bir şey düşünmədən.
Salam verib dil tökdüm, söz açdım həvəslə mən.
Yadındamı, soruşdum o məclisdə, o zaman.
Ki, yamanca rəqs etdi filan qız, filan oğlan.
Yadındamı oxudu xoş səs ilə bir nəfər,
Otaq yaman dar idi, adam çoxdu... müxtəsər.
Bu sözləri aramsız yağdırırdım ki, birdən.
Qonşu evdən ər çıxdı, sanki girdim yerə mən.
Dedi: Шап evə biz indi qonaq gedirik,
Tələs, yubanma, tez ol, yamanca gecikirik.
Baxa-baxa gözlərim verdi onlar qol-qola,
Şadlığımı puç edib tezcə düşdülər yola.
®J§\ 207
Yazıq ağlım yenə də oldu yerində çaşbaş.
Ürəyimdən od çıxdı, gözlərimdən axdı yaş.
Bir az keçdi, heyranlıq dəmindən oldum aram.
Birdən düşdü yadıma o evlə mən də dostam.
Oraya mən də gedib bir küncdə əyləşərəm.
Bəlkə yenə o yarı görüb him-cimləşərəm.
Gedib, bəh-bəh, nə gördüm, qurulmuş xoş ziyafət.
Orada qadın, kişi toplanıb var qiyamət.
Qulaqları kar edir ərğənun və saz səsi.
Hər kəsin bir şüğli var, hor kəsin bir peşəsi*
Bir neçəsi rəqs edir aralıqda şadiman.
Başqaları həvəslə varaq çekir durmadan.
Başqası bir canam çəkibdir bir xəlvətə,
Нөг şeyi unudaraq qızışmışdır söhbetə.
Ev sahibi görüncə məni gülüb oldu şad,
Razılıqlar eyləyib, göstərdi çox iltifat.
Sonra ondan ayrılıb yan gezdim biqərar.
Gördüm ki, tək oturub bir guşədə o nigar.
Anladım ki, dalğındır, pərtdir o nazıkbədən,
Ehtiyatlı addımla yaxınlaşdım ona mən.
Əri bir az kənarda qızışmışdı qumara.
Əhəmiyyət vermirdi o gözləri xumara.
Gəlib durdum onunla qarşı-qarşı, üz-üzə
Yalvarış lı səsimlə belə başladım sözə:
“Ah, bu gecə no gözəl, nə şadimaıı gecədir.
Gündüzdən də işıqlı bir kamiran gecədir.
Nə xoşbəxtəm bu gecə ki, önündə dururam.
Sənin şirin sözünlə dərdimi unuduram”»
Dedi; “Mən də çox şadam, çox məmnunam ki, bu dəm.
Sənin kimi bir cənab, olmuşdur mənə həmdəm”.
Bu cür yenə qızışdı aralıqda xoş söhbət,
Ehtiyatı unutdum qızışdıqda məhəbbət.
Dedim; “Axşamçağı mən bir məclisdə darıxdım,
Ancaq senin eşqinlə gəlib buraya çıxdım.
Oradakı cananlar bir-birindən gözəldi,
Ki, hər biri dünyaya sanki bir bəla gəldi.
O pərilər içindən çıxıb gəldim bura məm
Bəlko yenə pay alım can bəxş edən ətrindən.
Ta oturum soninlə bir anlıq, ey məhliqa,
Bolkə mənim dərdimə sən verəsən bır dəva”.
Yumşaldı o dilbər, dedi: “Cana minnət var.
Kaş ki, bele məhəbbət daim olsun payidar.
Kaş ki, aşiq eşqinə göstərəydi sədaqət.
Ürəyi qızdıraydı həmişə bu məhəbbət”.
Mövqeyi xoş görüncə söhbət açdım erindən,
Evindən xəbər aldım ki, öyrənim dərindən.
İstədim bəlkə məni dəvət etsin evinə.
Tənha bir gün mənimlə xəlvət getsin evinə.
Mənə könül verirdi bic-bic gülürdü amma,
Təklifsiz danışırdı hər sözündə müəmma.
Artdı qəmim, kədərim, söndü ümidim yenə,
Elü bil asimandan düşdüm yerin dibinə.
208 /ekS
209 f Ј§)
Qəlbimə hücum etdi уепө min dərd, min sual,
Нөг sual min xəyaldı, hər xəyal min ehtimal.
Düşdüm bu eşqə, söylə, bu dərdə nə əlac var?
Nədir bu afətdə bəs belə qəribə hallar?
Gah qıyqacı baxmaqla alır mənim canımı.
Gah etinasız qalıb tökür ürək qanımı.
Gah öz şirin sözüylə ümid verir, şad edir,
Gah ülfətdən çəkilib ümidi bərbad edir.
Əgər məni sevirsə, evə çağırmır nədən,
Görmürmü sevdasında məhv oluram belə mən?
Zahirdə söhbətilə vədə edir səadət,
Sonra da üz çevirir, gözəldə bu nə adət?
Gah deyirdim: “Səbr elə, məna var hər nəzərdə,
Bica deyil bu işvə, bu dərmandır һөг dərdə.
Səbəbsiz olmaz onun etdiyi hər bir əməl.
Belə şikayətləri öz bəxtindən etmə gəl!
Evə dəvət etməyir, axı onun əri var,
Bəlkə qorxur arindən bu sevimli gülüzar?!”
Əqlim mənim hissimə verirdi min nəsihət.
Dedim özüm özümə: “bəsdir bele şikayət”.
Rəqsə dəvət eylədim cəsarətlə nagahan.
Qəbul edib önümdə hazır dayandı canan.
Yenə tutub belindən, sıxdım özümə san.
Dolandırdım həvəslə ortaqda o nigarı.
Zənni çaşdırmaq üçün sonra da mən bir qədər.
Oynadım başqasıyla ki, çəkilsin bədnəzər.
©Лз\ 210
Gecə yarı olanda məclis dağıldı birdən.
Hərəmiz bir tərəfə yola düşdük o yerdən.
Bu gecədən sonra mən tapmadım daha fürsət,
Ki, onunla yeno də görüşüb edim söhbət.
Çox zaman dolandım ki, ona tanış evlərdə,
Bəlkə təsadüf edim, yarla görüşüm bir də.
Küçələri dolandım, gəzdim bir-bir evləri.
Kölgə kimi ardına düşüb oldum sərsəri.
Qaldım işdən avara, dolandım divanə tək.
Daim boşa gedirdi sərf etdiyim hər əmək.
Axır bir gün eşitdim xəstədir o məhliqa,
Məclislərə gəlməyə imkanı yoxdur daha.
Belə dəhşətli xəbər çatınca sevgilimdən.
Səssiz yanan şam kimi şölə qalxdı dilimdən.
Ah çəkdim, nalə etdim oda düşdü şirin can.
Lalə kimi qəlbimə dağ basıldı, ah, aman.
Belə oldu neçə gün, gəzdim başı bəlalı,
Sonra xəbər tutdum ki, yaxşılaşmışdır halı.
Yenə doğdu üzümə günəşi ümidimin,
Yenə vüsal haqqında düşündüm şirin-şirin.
Yenə hara getdimsə xəyalıma o gəldi,
Gözlərimin önümlə bir ay kimi yüksəldi.
Onun söhbətlərini salıb tez-tez yada mən,
Öz ömrümü verirdim bu sevdada bada mən.
Gətirdikcə nazım, qəmzəsini nəzərə,
Danlayırdım özümü hər saatda min kərə.
@Л§\ 211 /окВ
Deyirdim ki, ay axmaq, heç yoxunmu səbatın.
Neçin yara sən əsil mətləbini açmadın?!
Filan sözdən sonra sən filan sözü desəydin,
Məramını bilincə razı olardı yəqin.
Söz verdim əgər bir də yar görünsə gözümə.
Bütün istəklərimlə zinət verib sözümə,
Ona açıb deyərəm ürəyimdə nə ki, var.
Heç şeyi gizlətmədən açıq, aydın, aşikar.
No edim, eşqin budur öz qaydası, qanunu,
Qədim zamandan bəri, aşiqlor bilir bunu.
Hicrana düşən kimi bülbül kimi dil açar.
Min söz düzəldib yann ünvanına od saçar.
Lakin vüsal çağında unudar hər sözünü,
Dili tamam tutular itirərək özünü.
Xülasə, mən sabahı gün çıxmadan oyandım.
Gedib yann evinin ətrafında dolandım.
Gördüm evin divan, qapısı, pəncərəsi,
Yann günəş üzündən xəbər verir hərəsi.
Baxırdım hər tərəfə sanki röya içində.
Qəlbim təşvişlə dolu, başım sevda içində.
Birdən gördüm o dilbər gəlib keçdi önümdən,
Elə bil ömrüm keçdi, qocaldım bir anda mən.
Huşum getdi, yerimdə donub qaldım bir qədər.
Sanki röya görürdüm mən özümdən bixəbər.
Arzulanm məhv oldu, puç olub getdi xəyal,
Qəlbim gəldi gözümə, dilim donub oldu lal.
<®Лз\ 212 ГекЗ
O zalım yar deyəsən əhvalımı bilərək.
Gülüb baxdı üzümə, keçib getdi xəyal tək.
Baxışında var idi xoş ümidlər, vədələr.
Gülüşündən yağırdı istehzalar, şübhələr.
Mən biçarə yenə də qaldım vüsalə həsrət,
Öz istək və arzumdan yenə çəkdim xəcalət.
Gah düşündüm baxışı gəl dedi için-için,
Gülüşüsə rədd edib get söylədi, nə üçün?
Yoxsa mən yanılıram, bunlar bir bəşarətdi,
Vüsalino dəvətçin bəlkə bir işarotdi!?
Gah deyirdim gülüş və baxış ilə o rəna.
Heç yazığı gəlmədi, etdi manə istehza.
Guya dedi ki, səndən çıxmaz vəfalı aşiq,
Sonin kimi xamlara bu ad deyil müvafiq.
Belə üzlə necə sən mətləb deyib durursan?
Yardan qafil xəyalda min bir aləm qurursan.
İndi bax, belə keçir mənim günüm, əhvalım,
Getdikcə artan qəmlə, de, necə sakit qalım?
İndiyədək arizum, xəyalım bir görüşdü,
O vaxtdan ki, təsadüf bəxtimə belə düşdü.
Gördüm boşdur ümidim, xəyallarım məhaldır.
Bu eşqdə nəsibim sadə bir ehtimaldır.
Halım tamam pozuldu, qalmadı tabü təvan,
Vəslə ümid yox ikən əzir qəlbimi hicran.
Ölüm daha xoş olar belə həyatdan mənə,
Bax məhəbbət oduyla yanan cana, bədənə,
213 /ek®>
Ölüm də məndən qaçır, boşmuş ümidvarlığım.
Bir vəfasız yolunda məhv oldu bu varlığım”.
Sözü bura çatanda hönkür-hönkür ağladı.
Onun bu yazıqlığı ürəyimi dağladı.
Susdu, dili tutuldu, gözləri süzülərək,
Düşüb qaldı duyğusuz divardakı şəkil tək.
Мөпө dərin bir kədər üz verdi bu nağıldan.
Kədər nədir başqa bir aləm üz verdi haman.
Düşündüm: “Bu zavallı yazıq cavana bir bax,
Ömrünü sərf eyləmiş mənasız eşqə ancaq.
Sərxoşdur bir şövqilə, qəribədir onda qəm,
Onunçun boş görünür eşqində iki aləm.
O rahatdır yenə də, boş da olsa, eşqi var.
Mən isə avarəyəm, nə məhəbbət, ш də yar.
Nə bir yerdə qərarım tutur, dərdim bihesab,
Nə işim var, nə gücüm, nə də bitir iztirab”.
Çox düşündüm daşındım bəlkə mən də birtəhər,
Bir yol tapım ki, məni dərd əzməsin bir qədər.
Çox axtardım ki, bir iş məşğul eləsin məni,
Unudum bəlkə bir az bu qəmi, bu qüssəni.
özümü unutmağa tapdım bircə çarə var.
Xilas edər bu dərddən məni ancaq eşqi-yar.
Axtardım bir ilqarlı, sədaqətli nigarı.
Bəlkə qəlbim dincələ, baxam bir yara ban.
Dedilər: “Eşq dərmandır hər bir dərdə, anla sən.
Eşqə düşən dünyada qurtarar hər fitnədən”.
@Л*Г\ 214
Düşündüm ki, bu yerdə gözəl pərilər çoxdur,
Onlan tapmaqda da heç bir çətinlik yoxdur.
Gözəl dolu küçə, bağ, naz, qəmzəli mehriban,
Baxa-baxa qalırsan hüsnə, camala heyran.
Allah-Allah, nə gözəl ruhaçan yerdir bu yer,
Ürəklə göz bu yerdə rahatlanıb dincələr.
Desəm ki, Ыг gülzardır çiçək açmış burada,
Nisbəti yox, çünki çox təfavüt var arada.
Çünki bahar zamanı çiçəklənir gülüstan,
Bura isə gözəldir hər fəsildə, hər zaman.
Desəm bura müqəddəs, əcaib bütxanədir,
Belə xəta hökmlər yersiz bir əfsanədir.
Bütlər axı durğundur, hərəkətsiz şəkildir,
Bu bütlərsə can verib can almağa qabildir.
Desəm ki, Çin vadisi kimi ruhu çalandır,
Nisbəti yox, çünki bu mənasızdır, yalandır.
Bir tayfadan ibarət deyildir bu xoş diyar,
Bu səfalı ölkədə axı, bir çox tayfa var.
Bu ölkədə yaşar çex, rus, alman, rum, firəngli,
Hər birinin paltarı bir çeşidli, bir rəngli.
Xumar gözlü ceyrandır, hərəsi bir nəsildən,
Ovlamaqçın ovçunu gəzirlər üzləri şən.
Yırtıcı vəhşiləri edirlər bir anda ram,
Qan içən aslanları tora salarlar müdam,
Xülasə, çox düşünüb, daşındım mən, nəhayət,
Yüz xəyal, yüz ümidlə tutdum qəlbimdə niyyət.
215 /ekS
Ürək narahat oldu yenə etdim ahü vah
Qolbim bir Müştəriydi, qarşısında Mehrü Mah*.
Hərdəm bir xumar gözlü atırdı sinəmə tir,
Qəlbimin ayağına zülfü olurdu zəncir.
Gah bir gözəl nazilə eşqə işıq saçırdı,
Gəzib niyaz əlini, ürəyini açırdı.
Bir başqası oxurdu məhəbbət təranəsi.
Eşqi qızışdırırdı onun odlu nəğməsi.
Mən heyrətdə qalmışdım, kimə verim qəlbimi,
Nə edim, sevmək üçün intixab edim kimi?
Yar hesabsız dövrəmdə, mənimsə bir qəlbim var,
İşim çoxdur, vaxtım az, indi nə etmək olar?!
Düçar oldu ürəyim Ыг gözələ nəhayət,
Verdim ona könlümü, dedim tapdım səadət.
Lakin bərk yanılmışdım, az keçməmişdi ki, mən
Anladım hər bir işi onun hərəkətindən.
Ardına düşüb bir çox eşqbaz pəhliv anlar,
O da sevir hər kəsi yoxdur ona etibar.
Sən demə, mon də onun aşnasından biriyəm.
Vüsal üçün ardına düşüb bir pay dilərəm.
İxtiyarım yoxdur ki, edim ondan şikayət.
Əğyar ilə görüş də onlara olmuş adət.
Mən çox razı qalaram yarım cəfa etməsə.
Lakin eybi yox imiş əhdo vəfa etməsə.
Mən də guya hər kəsə meyl eləsəm yeri var.
Hər ikimiz bu işə verməliydik ixtiyar.
Nə o, nə mən deyilik bir-birinə bivofa,
Bu bir adi şey imiş saxlasaydıq aşina.
O da gəzir özüyçün, sən də gəzib kef elə.
Ona da belə xoşdur, sənə də xoşdur belə.
Səndən yaxşı tapınca etibarı unudar.
Yaxşısını tapdımı, çıxdı alindən o yar.
Vəfanı bilən təmiz, saf ürəkli yar hanı?
Ki, ona qurban edim dərdə düşmüş bu саш!
Huri kimi bəzənmiş bu gördüyüm gözəllər.
Yolkəsəndir quldurdu, biri birindən betər.
Bir zavallı bilmədən ürək versə onlara.
Tora düşmüş ov kimi, qəlbinə dəyər yara.
Ov yaxşıdır, səhv etdim, bəzən ov qalar rahət,
Düşdüyü tor içində edər gah istirahət.
Lakin belə pərivəş, şeytan ürəkli dilbər,
Yaxşını da, pisi do bir anda məhv eyləyər.
Onlar eşqi bənzədir mənasız bir həvəsə,
Qarğa ilə bülbülü salırlar bir qəfəsə.
İndi ki, belə oldu qınamaym siz məni.
Nə üçün mon dost tutum həyatıma düşməni?
Nə yaxşıdır qoy mən də eşq, sevda duymadan.
Ürəyimi vermədən hər gün tapım bir canan.
O cavan yazıq idi ümid edib murada.
Hiyləyə aldanaraq ömrünü verdi bada.
Neçin məni onun tək məhv eləsin boş xəyal.
Neçin yarı görəndə, dil tutulsun, olum lal.
<ə^d\ 216 /eL®
217 /ox®)
Heç olmasa bəlalı, işgəncəli bu anda,
Bir rahatlıq arayım vəfalı bir cananda.
Hanı o dilbər, hanı, eşqimə olsun layiq,
O mənə tam vəfalı, mən də o уагө sadiq?!
Aman, vermə qəlbini o cəfakar dildara,
Ki, əri ola-ola gözləri yar axtara.
Aşna tapan tək yenə onu ata gülərək,
Bir başqa yar axtarıb, qura ona min kələk.
Arxasınca gəzdirə aşiqləri qədərsiz,
Qoya o yazıqları bir-birindən xəbərsiz,
Bu cür gözəl görünən cananda olmaz vəfa,
Onlar səni dərmansız dərdə edər mübtəla.
Bəsdir daha, ey Qüdsi, qurtar bu hekayəti,
Gözəllərdən çox etmo bu qədər şikayəti.
Gətirdim bu misalı bəlkə olsun bir ömok,
Moqsəd burda deyildi eşqə xələl gətirmək.
Eşqə ziyan yetirər, onu salar rövnəqdən,
Əgər hüsnü duymasan bütün təmizliklə sən.
Həqiqət axtarana lazımdır möhkəm dəlil,
Haqqı rədd ya qəbulla anlamaq mümkün deyil.
Yaxşıya da, pisə də bir pordə çəkilmişdir,
Özgəyə ayıb tutmaq özü də ayıb işdir.
Təsəvvürdə, təftişdə zənn etmə düz yoldasan,
Təkcə sən Öz oqlinə arxalanma heç zaman.
Ağılla dərk edirik nöqsan cəhətləri biz,
Nöqsanını dərk edən ağıllıdır şübhəsiz.
218
HİKMƏTİN FƏZİLƏTİ
Qodim bir kitabda verilmiş xəbər -
İranda bir həkim varmış mötəbər.
Ümidi yox ikon onun sabaha.
Belə bir sifariş göndərdi şaha:
“Onun üzüyünü böyük hökmdar.
Ən müdrik adama versin yadigar”.
Şah bu vəsiyyəti icra edərkən,
Ehtiyat edirdi divanələrdən.
Çünki hər dövlətli, kasıb, hər gəda.
Özünü ən müdrik bilir dünyada.
Nəhayət hamını çağırtdırdı şah.
Onları mətləbdən eylədi agah.
Dedi; Üç suala istərəm cavab,
Kim daha düz desə olsun intixab.
Əvvəl - ən xeyirli nədir müxtəsər?
Tamahkar olanlar dedilər ki, - zor!
Vergi toplayanlar dedilər: xərac!
Tacirlər dedilər: alver və rəvac!
Şah dedi: Uzaqdır bunlar mətləbdən
Orada bir qoca durmuşdu, həmən.
(£LXs"'\ 221
Söylədi: hər şeydən xeyirli - hünər!
Hünərsiz heç bir şey olmaz müyəssər.
HAQ SÖZ
Şah qəbul eylədi, soruşdu yenə:
Dünyada hər şeydən yaxşı deyin, nə?
Yadımda deyildir no vaxt və kimdən.
Belə bir hekayət eşitmişəm mən:
Yüksəldi müxtəlif səslər saraydan:
Şahın razılığı... şadlıq... firavan.
Bir gənc padşahın bir yan vardı,
Hüsndə dünyanı heyran qoyardı.
Yenə də o qoca dedi bu sözü:
Hər şeydən yaxşıdır, yaxşılıq özü.
Pəri tək gözəldi o tamam-kamal,
Şirin danışardı o huri camal.
Çünki yaxşı sifət olarsa səndə.
Afərin söyləyər dost da, düşmən də.
Saçından gözəllik alardı sünbül,
Üzünün odundan rəng alardı gül.
Şah dedi: Ən lazım nədir insana?
Yenə də çox fikir çıxdı meydana.
Bir gecə padişah eşitdi xəlvət.
Bir arvad o yara edirdi töhmət.
Şah isə qocaya edirdi diqqət.
Dedi: Ən lazımlı şeydir - həqiqət.
Deyirdi: “Nə oldun hüsnünə heyran?
Təkcə bir hüsnilə yaşamaz insan.
Həqiqət olmasa, olmaz intizam.
Dünya həqiqətlə dolanır müdam.
Camalın nəhayət heçə enəcək.
Qaş kimi dartılma, qıvrılma saç tək”.
Şah qalxıb qocaya eylədi təzim.
Üzüyü hörmətlə eylədi təqdim.
Gözəli bu tənə qızartdı, birdən —
Zülfü tək qıvnlıb cavab verdi: “Sən
Əmr etdi saraydan getməsin bir an.
Ki, alsın bu işdə məsləhət ondan.
Yersiz təhqir etmə hüsnü bu qədər,
O hansı dövlətdir hüsnə bərabər?
Nəhayət oldu o şahın vəziri,
Ölkəni düzəltdi onun tədbiri.
Bundan da böyük bir dəlil istərsən?
Ki, şah haqqın yerdə sayəsi ikən.
Nə yaxşı olardı hər ölkədə ah.
Olaydı belə bir vəzir ilə şah.
Onun fərmanına baxarkən cahan,
Özü də hüsndən almada fərman”.
Ey Qüdsi, hikmətdən varsa xəbərin,
Yaxşı adamlarda olsun nəzərin.
Söylədi o arvad: “Ey qafil gözəl,
Hüsnünlə bu qədər lovğalanma gəl.
@л§\ 222 (Әл5\ 223
92
93
Ölərəm can verərok olmasa canan qismət,
Verərəm canımı olsa mənə o can qismət.
Yədİ-beyza və əsa göstərər hər sehrbaza,
Kimsəyə olsa bu cür zülfi-pərişan qismət*.
Əli boşluqda uçulmuş divarın qədrini bil,
Çünki olmaz sənə Keyvandakı eyvan qismət’ 1 '.
Güldə gör əksin dilbər üzünün şadlıq elə,
Olmamışdan xəzana böylə gülüstan qismət.
Yuva tikməkdə olan bülbülə gül asta dedi:
Xoş olar olsa bu başlanğıca payan qismət.
Bax, ölümdən do beterdir bu vüsal sız yaşamaq,
Nə ömürdür ola daim ona hicran qismət?!
Yağıdan qorxmaz idim, Qüdsi, əgər dostum ola,
Tənədən qorxmaram heç olsa giriban qismot.
Ey könül, dövləti — fəqrinlə dolan bəsdir, bəs.
Nə qədər varsa əlində güzaran bəsdir, bəs.
Şah gədadan belə bir kuyi də çox əskikdir.
Bəndəlik et, diləmə şövkətü şan bəsdir, bəs.
Varsa fikrin olasan qeydi-bədəndən azad,
Başa çəksən gülərək rətli-gəran bəsdir, bəs.
Soldurub badı-xəzan gülşəni, güldən yox əsə
Sayə salsa başa ol sərvi-rəvan bəsdir, bəs.
Dutalım ki, səni öldürməyə qəsd eyləyir o,
Razı olsan ona tapşırmağa can bəsdir, bəs.
Bizdə zahid kimi gər olmasa da yüz ümmid.
Eləsə bircə nəzər, piri-müğan bəsdir, bəs.
Niyə söylərsən, a Qüdsi, hamıya qəmlərini,
Göz və qəlbin halına olsa nişan bəsdir, bəs.
(S^£T\ 336 /'ек®)
<ökS"\ 337 Г&З
Dünyada səltənət çox alçaq şeydir,
Sadə, şən yaşamaq ondan çox yeydir.
Ey Qüdsi, bu balda necə hikmət var,
Onunçun şahlıqdan keçdi hökmdar.
Şah qafil yaşasa xalqdan, dövlətdən.
Zövq alsa o ancaq eyşü İşrətdən,
Utanıb bir ibrət almısan nədən.
Qırmırsan köləlik zəncirini sən?
Cilovu versə o sən tək gözələ,
Dövlətin əsası verilər yelə,
ÜMİDİN BOŞA ÇIXMASI
Hasili boş olar, ölkosi xarab,
Dünyada məşəqqət, üqbada əzab.
İş bilən, ağıllı, qoca bir dehqan.
Bir gecə söylədi belə bir dastan:
Dünya, din işinə baxarsa yəqin,
Düzələr ölkəsi, rövnəq tapar din,
Ki, Həsən adında bir kəndli vardı.
Bağbanlıq edərək rahat yaşardı.
Adına deyilər ədalətli şah,
Ona kömək edər hər işdə Allah.
Dünyanın qəmindən ürəyi azad,
Əkindən başqa şey eyləməzdi yad.
Şahın vaxtı keçər qovğalarda tam,
Yediyi heç olar, yuxusu haram.
0, məhsul alardı, cüzi, bir qədər,
Xərcinə çatardı güclə, bir təhər.
Belə şah gözəldən gözləməz fərman,
Heç отга görməyə tapmazsan imkan.
Xeyirxah bir qərib Həsəni gördü.
Ona çox qəribə bir toxum verdi.
Əsl şah göstərib xalqa ədalət,
Kəndlidən daha çox çəkər əziyyət”.
H&Ç/ƏVk •akdi owa, çakdi çox zohSflSt,
Yetişdi bir neçə alma nəhayət.
Bu sözü eşitcək cavan hökmdar.
Ürəyi titrəyib oldu biqərar,
Heç kəs belə alma görməmiş yəqin.
Onda ətri vardı gözəl güllərin.
Dili söz tutmadı, ciyəri yandı,
Bir zaman şəkiltək cansız dayandı.
Bir yanı qırmızı, san bir yam,
Var idi fərəhdən, dərddən nişanı.
Dedi öz-özünə: “Kişidir adın,
Səno yol göstərir amma bu qadın”.
Aşiqlə məşuqdur guya bu sayaq.
Birləşib oturmuş qucaqlaşaraq.
Taxtından, tacından əl çəkdi sultan,
Qurtardı şahlığın ehtiyacından.
Həsən çox dəyərli gördükdə barı,
Bilmədi nə etsin bu almaları.
224 /^eKG)
225 /Агкјз)
Əqlinə gəlirdi onun min xəyal,
Gah dedi: “ver yesin qoy əhli-əyal”.
Saxlayıb müxtəlif evlərdə miskin.
Evindən saldılar onu didərgin.
Gah dedi: “gəl göndər dosta ərməğan.
Qalsınlar belə bir almaya heyran”,
Yorulub belə bir işdən nəhayət,
Zindana salaraq oldular rahət.
Gah da pul qazanmaq gəldi niyyətə,
Dedi ki, sataram baha qiymətə.
Həsən, o binəva, o yazıq Həsən,
Somuz əzab çəkdi, qəlbində şivən.
Axırda o gəldi belə qərara:
“Layiqdir bu alma hökmdarlara”.
Gün keçdi, ay keçdi, gəldi hökmdar,
Həsənin halından olub xəbərdar.
Qəlbini bəzədi min rəngli xəyal.
Sudakı köpük tək coşdu ehtimal.
Əmr etdi hüzura gəlsin o bağban,
Təəssüf eyləyib bu işə sultan.
Zənn etdi sevinər buna hökmdar,
Eləyər ölkədə onu bəxtiyar.
Hökm etdi açsınlar ta xəzinəni,
Salsınlar oraya təkcə Həsəni.
Belə xoş ümidlə, yüksək xəyalla.
Yönəldi şəhərə, gördü cəlalla
Könlü nə istəsə götürsün dövlət.
Bəlkə yaddan çıxa çəkdiyi zillət.
Şah çıxır səfərə, tələsik Həsən,
Şaha təqdim etdi almaları şən.
Girdi xəzinəyə tək-tənha Həsən,
Heyrətə düşdü o bu xəzinədən.
Şah fərman verdi o, sarayda qalsın,
Qayıdan zaman bir mükafat alsın.
Bircə şey alsaydı ömrünə bəsdi,
Lakin daş-qaşlardan tamahı kəsdi.
Lakin xadimləri bədcinsdi tamam,
Həmişə avara, nəməkbəhəram.
Götürdü iki şey ancaq oradan:
Biri balta idi, biri də Quran.
Nə xalq, nə də dövlət düşürdü yada,
Bir qızıl-gümüşdü məqsəd dünyada.
Bu xəbər çatdıqda şaha qaldı mat,
Çağırıb danladı, etdi iltifat.
0 uca qapıda çox alçaqdılar,
Xidmətdə daima zalim, cəfakar.
Dedi: “Ey divanə, bu fürsət bir də,
Əlinə düşərmi sənin ömründə?
Belə alçaqların əlində ikən,
Gör necə bəlaya rast gəldi Həsən.
Sonralar bu işdən olsan peşiman,
Bir fayda gətirməz bu sənə, inan!
226
<&Л5Л 227 /qkG)
Fürsəti itirməz ağıllılar bil.
Qayıt xəzinəyə gözlərini sil!
Qiymətdə ən böyük bir cəvahir al.
Gedib öz dərdinin əlacına qal”!
Şaha təzim edib söylədi Həsən:
“Bunlardan özgə şey istəmirəm mən.
Baltayla kəsərəm ağacı əvvəl.
Ki, odur gətirən başıma əngəl.
Deyərəm and İçsin nəslim Qurana,
Ümid bağlamasın heç bir sultana.
Nə arzu etmişdim, noldu nəhayət.
Qoy onlar halımdan als ın lar ibrət.
Kim razı qalmasa öz xoş halından.
Varma qənaət etməyən insan.
Tamahla, həsədlə yaşasa ancaq.
Şadlığı dəyişib əzab olacaq”.
Бу Qüdsi, sən də gəl bundan ibrət al.
Bu sonsuz arzunu bir hüduda sal.
Gəl etmə bu mənsəb, cəlala nəzər.
Kim çatdı arzuya sonuna qədər?!
Belə tamahkarlıq nəyə gərəkdir?
Səadət əlinə düşməyəcəkdir.
Özünə nə lazım bu zülmü sitəm,
Çox pay istəyənə ruzi olar kəm,
Qaç bu pozğunluqdan, c anım qurtar.
Yaşamaq şəklində ölümdür bunlar.
Üzünə məcazi olan bu dastan,
Həqiqət qapısı açsın hər zaman.
Həsən bir ruh idi, ağac da xislət.
Qəribə bar verər üzə gülsə bəxt.
Sonra bu bar sənə məğrurluq verər.
Qəflət zindanına çəkib gətirər.
Yoxsulu sınayan xəznəni atsan,
Xislətin ağacı kəsilər asan.
Qurana and içsən, dilşad olarsan.
Qulluq həlqəsindən azad olarsan.
QARI VƏ HARUN
Bağdadda bir qarı yaşardı küskün.
Taleyi ömürtək zavallı, düşkün.
Haran sarayına yaxın yaşardı*
Viranə qalan bir daxması vardı.
Saray genişlənib düzülən zaman,
Lazımdı sökülsün bu ev də, haman.
Qanya nə qədər əvəz verdilər,
O dedi: “Daha çox qiymətə dəyər”.
Daha on min qızıl verdilər azı,
Yenə də rədd edib, olmadı razı.
Hər yandan dedilər: “Dəlisən, nəsən,
Getmirsən bir uçuq boş viranədən”.
Dedi: “ Mən dəliyəm, bəs Haran niyə,
Belə çox pul verir bu viranəyə?”
228
229
Бу Qüdsi, dövlət bir pərdədir, inan,
Onunla Örtülür cinayət, nöqsan.
Bir məsəl dedilər, dövlətə bağlı,
Hanınun nöqsanı, qadının ağlı.
KƏLƏKBAZLIQ
Misirdə bir nəfər Rinud kəndindən,
Gedib bir şəhərdə sərbəst gəzərkən,
Yolda düçar oldu ona bir cavan.
Ki, onun hüsnünə qaldı mat, heyran.
Gizlədib qəfəsdə o can quşunu,
Qorxusuz soruşdu kim olduğunu.
“Məhəmməd” - deyincə adını həmən.
Onu qucaqlayıb öpdü üzündən.
Cavan qəzəbləndi, hay-haray saldı.
Dərhal ətrafım əhali aldı.
Bir qoxu qəzəbdən, qvyvb caxuna.
Çəkib apardılar şahın yanına.
Çığırdı qəzəblə padşah ona,
— “Nə üçün zülm etdin, - dedi, - cavana?”
Əmr etdi padişah vermədən ara,
Bir nökər çağırdı üzü qapqara.
Surəti eybəcər, çirkin, müdhişdi,
Sanki cəhənnəmdən çıxıb gəlmişdi,
Şah dedi; “Məhəmməd adlanır bu da,
Öp görüm, aşiqsən əgər bu ada”.
Rind dedi: “Ey dinin pənahi olan,
Sənsən bu dünyada adil hökmran.
Doğrudur, adlanır bu da Məhəmməd,
Tokcə mən deyiləm burada ümmət,
Qoy onu başqası öpsün bu anda,
Ta ki, feyz aparsın bir müsəlman da”.
* *
*
Nə xoşdur aman, bu gözəl macəra,
Bənzəyir bizdəki hala, rəftara.
Bizə nə xoş gəlsə, biz də o saot,
Adma deyərik təqva, ibadət.
Qüdsi də belədir, yeri gələndə,
Deyir ki, itaət edirəm mən də.
Kəndli üzr istəyib dedi: “Şəhriyar!
Bu işi tutmuşam lap biixtiyar.
Bilən tək adıdır onun Məhəmməd,
Huş getdi əlimdən qalmadı taqət.
Eşqin bilirsənmi xasiyyətini,
Məcnun öpmədimi Leyli itini?”
CrLXsA 230 s)
DUA VƏ TƏVƏKKÜL
Abbasilər dövləti hökmrandı,
Bu vaxt düşdü bərk quraqlıq Bağdadda.
Hərarətdən ürək yandı, dil yandı,
Susuzluqdan Dəclə gəldi fəryada*.
231 /ek5>
Qadın-kişi ağlayaraq bu zaman,
Biyabanda əl açdılar səmaya.
Yalvardılar. Etdikləri ah-aman.
Heç bir təsir göstərmədi xudaya.
Bu maraqlı əhvalatı görərək,
Məcnunnüma Behlul bir dəm açdı dil*.
Söylədi ki, sərf etməyin boş əmək,
Ey avamlar, bu yalvarış düz deyil.
Kə çıxar bu yersiz ahü nalədən.
Bu nə dua axı, bu nə həyəcandır?
Dərdə əlac yolu deyil bu şivən.
Bizə gizli şey - Allaha əyandır.
Biz bağlarkən qapımızı gecələr.
Açar niyaz qapısım yaradan.
Gecə xəlvət tapar hər sahibnəzər,
Qətin derdə gecədir ən xoş dorman.
Gecə sakit, kəsiləndə səs, səda.
Təsir edər dualar bil, daha da.
Gecə hisslər açıqdır tamam, kamal.
Haqq demişdir: “Gecələri olma lal”.
İnandılar, toplaşdılar sərasər,
Məcnunnüma Bəhiul ilə bərabər.
Üz qoydular səhraya gecə yarı.
Bağ yanından düşdü bu dəm yollan.
Bəblul döydü o qapını nagahan.
Ta ki çölə çıxdı təlaşla bağban.
232 Г$к§>
Dedi: “Nədir bu vaxt belə iztirab?”
Bəhiul isə verdi ona tez cavab:
“Nə yatmısan qəflətdə ey fllani.
Durub bağa sən bir az su versənə”.
Bağban dedi: “Ey aləmin nadani.
Sənə əbəs demədilər divanə.
Bu nə yersiz təklifdir, məni gecə,
Hay-küy salıb qaldmrsan ayağa?!
Bağban özü yaxşı bilir ki, necə,
Nə zamanda su verəcək o bağa”.
Bəhiul baxıb camaata məstanə.
Dedi ki, ey ağıldan dəm vuranlar.
Kimdir deyin indi dəli, divanə.
Bu işlərdən etmək lazım sizə ar.
Bu bağbandan ibrət alın, de məgər,
Allah bilmir işini bağban qədər?!
Ey Qüdsi, bax biz əcəb biçarəyik.
Dünyadan və dindən də avarəyik.
Nə təvəkkül bacarırıq dünyada.
Nə də ağıl gəlir bizə imdada.
AV AMİN NÖQSAN AXTARMASI
Eşitdinmi, bir kişi öz oğlu ilə bahəm,
Eşşəyinə minərək gedirdi yolu biğəm.
Hər kim onu görürdü, edirdi çoxlu töhmət,
Rişxənd ilə gülürdü, tənəsə binəhayət,
233 /ekŞ)
Utanmayır yaşından, - deyirdi - bır buna bax,
Özü mitıib eşşəyə, piyada gedir uşaq.
Kişi xəcalət çəkib öz-özünə deyindi.
Tez oğluna söylədi: “Min eşşəyə sən indi”.
Töhmətlə söylədilər görüncə başqaları:
“Qoca gedir piyada, cavan isə süvari”.
Tez atıldı kişi də yenə eşşəyə mindi.
Başqa biri onlan belə görüncə dindi:
Dedi - “Bəh, yazıq eşşək necə gətirsin davam,
Zülmdür bir eşşəyə minərsə iki adam”.
Hər ikisi düşdülər, piyada yol getdilər,
Yeno görənlər gülüb çox istehza etdilər.
“Nə axmaqdır, - dedilər - bu kişi, bir buna bax.
Eşşək boş qala-qala piyada gedir uşaq”.
Kişi gördü qalmamış əldə başqa imkanı,
Buraxdı eşşəyini, təki qurtarsın cam.
Y cno xalq əl çəkmədi, başladılar töhmətə.
Dedilər: “Bir baxınız axmaq bifərasətə.
Bu cür gözəl eşşəyi müftə verirlər bada.
Nə qəribə axmaqlar var imiş bu dünyada”.
Qoca nə eylədisə lağ etdilər hey ona.
Axırda təngə gəlib söylədi öz oğluna:
“Bu eşşək əcəb bizi qalmaqala salıbdır,
Töhmətdən qurtarmağa bircə çarə qalıbdır.
Eşşəyin qol-qıçını möhkəmcə bağlayaraq.
Mindirib dalımıza güle-gülə aparaq.
Gəl mənfəət güdmədən edək bunu imtahan.
Xalqın acı dilindən qurtaraydıq bəlkə can”.
* *
*
Ey Qüdsi, sən ibrət al bu fcışidən ayıq oİ,
Xalqın tənələrindən qurtarmaqçın, sayıq ol.
Onlar, nə etsin, yenə tapacaqlar bəhanə.
Edəcəklər səni bil oxlarına nişanə.
Qulaq assan tənoya, уа da yersiz mədhə sən,
Elə bil ki, dalma bir eşşok mindirmişəm
XEYİRLİ İŞİN FAYDASI
Bir qocanı gördü cavan bir əmir,
Ki, bağında zəhmət çekib qoz əkir.
Gülüb dedi: “Ey zavallı biləsən,
Dərd qalacaq sənə bunca zəhmətdən.
Başqa ömür lazımdır ki, bu ağac,
Meyvə verib, dərdinə olsun əlac?”.
Qoca dedi: “Eyşöhrətli hökmdar,
Başqaları əkdi, yedik, nə olar?
İndi də biz zəhmət qəbul edərək,
Nəsillərçin qoz ağacı becərək.
Yaxşılığın budur rəsmi dünyada,
Yaxşılıq et, səni salsın el yada”.
Əmir onun sözlərini xoşladı,
Neçə dinar çıxarıb bağışladı.
235
\ 234 /ev ( 5>
Qoca dedi: “Çoxu əkdi və illor
Gözlədi ki, əkdiyi versin səmər.
Mən əkirdim başqalarçın, güldü baxt,
Məhsul aldım zəhmətimdən əkən vaxt.
El üçün kim girişərsə bir işə.
Özü dəxi xeyir görər həmişə”.
Qüdsi, bu boş sözlərin nə xeyri var.
Dediyini işdə eylə aşikar.
MƏŞVƏRƏTİN ŞƏRTLƏRİ
Məna gülşəninin ustadı yenə,
Belə güllər səpdi öz gülşəninə:
Bir zaman Şirvanda bir əmir vardı
Zahiri, batini xoş hökmdardı.
Vücudi əzizdi, hümməti yüksək.
Lakin xudpəsənddi, hər zaman gərək.
Hər işdə sarayda olan adamlar.
Onun dediyini edəydi təkrar.
Əksinə çıxmazdı onun bir insan,
Getdikcə qalındı ağlına heyran.
Məsləhət zamanı bir şəxsi-fazil.
Əmirin sözünü eyləyib batil.
Dedi: “Həqiqəti danmayınız bir,
O iş başqa cürdür, belə deyildir”.
Əmir çox söylədi, o eşitdi az.
Dedi ki, düz sözü rədd etmək olmaz.
Nəhayət, qızışıb qışqırdı əmir:
“Ədəbsiz, nə hədlə elədin təhqir?
Unutdun ki, mənəm burda hökmran.
İcra olmalıdır verdiyim fərman!”
O fazil əmirə cavab verərək.
Söylədi: “Hər şeydə bir düzlük gərək.
Danışma, heç bir şey görmə - əmr etsən.
Susaram, yumaram gözlərimi mən.
Əmr etsən anlama! Əfv et, hökmdar.
Bu işdə əlimdə deyil ixtiyar” *.
Əmİr dediyindən oldu peşiman.
Sonra dedikləri vermədi ziyan:
Düzlükdən qüdrətli bir bövlət yoxdur.
Ey Qüdsi, düzlükdə səadət çoxdur.
Düz iş yoxlanarsa nə qorxusu var.
Düşmən də düz işi eyləməz inkar.
Deyək heç yoxlayış olmayacaqdır.
Düzlük özü qəlbə möhkəm dayaqdır.
MƏLAMƏT ƏLAMƏTİ
Çox gözəl hekayət yadıma düşdü.
Ya da Ыг şikayət yadıma düşdü.
Bir fəqir gələrək yüz ahü zara.
Şikayət edərək bir hökmdara.
Dedi ki, bu kənddə var bir bostanım.
Onunla dolanır bil, xanimanım.
(üLXs^v 236 /"SkS)
@Лз\ 237 /eXŞ)
Qonşunun camışı girib bostana.
Onu ayaqlayıb edib virana.
Vurmaqla göstərdi mənə iltifat.
Deməli o mənə bəxş etdi həyat”.
Hakimsə danlayıb yazıq kişini.
Dedi: “Sən tutaydın möhkəm işini.
Döz Qüdsi, üz versə nə cürə zillət
Çünki var ondan da betər əziyyət.
Bir hasar çəkmədin bostana nədən?
Tikanla örtmədin hasarını sən”*
SAĞLAM İKƏN MÜALİCƏ
Dedi ki, camışa bunlar nə edər.
Hasar, tikan ona edərmi əsər?
Deyirlər xəyala uyan bir adam.
Xam ikən püxtəyəm deyərdi müdam.
Dırnağı, buynuzu möhkəmdir onun,
Zoru çox, şüuru çox kəmdir onun.
Düşündü: “Səbəbi nədir səhhətin?”
Tapdı: - lüzumudur bu təbiətin.
Dağıdır önünə пө çıxsa haman,
Özünə yol açar bu qanmaz heyvan.
Hər bir xəstəliyin bir səbəbi var,
İllətsiz xəstəlik olmaz aşikar.
Qüdsi, heyrətdəyəm ki, hər bişüur,
Hər şeydə işlədir qanmazlıqla zur.
Altı şey vücuda çox lazımdır bil.
Dörd şey də eləyir mərəzi təhlil*.
Soxulur önünə çıxsa ev, bostan.
Tapdayıb eyləyir yer ilo yeksan*
Bu şeylər birləşsə bir yerdə yəqin,
Pozulmaz heç zaman halı səhhətin.
Dindirsən deyir ki, qorxan deyiləm,
Yətıi ki, camışam, insan deyiləm.
Deməli, mərəzdən kim görsə bəla,
Htmİş öz-özünü dərdə mübtəla.
SƏLAMƏTLİYİN QƏDRİ
Ağıllı, xəstəlik hələ gəlməmiş.
Çalışar vaxtında görülsün hər iş.
Səbəbsiz həkimi vurdu bir hakim,
Hökımsə eylədi şükrilə təzim*
Elə ki, hüdudu aşdı bir ixlat,
Bədəndə törəyər xəstəlik, fəsad.
Soruşdum: 'Təşəkkür yersiz olarmı?”
Söylədi: “Bundan çox yaxşılıq varmı?
Vücudun səhhəti pozulub gedər.
Yüz illət bədəni səmigun edər.
Ki, bu güc, bu idrak sahibi əlan.
Verə də bilərkən qətlimə fərman.
Sağlamkən gərəkdir edəsən əlac.
Ki, vücud olmasın dəvaya möhtac.
<§Ј§\ 238 /SkG)
(ӘЛәХ 239 /ckG)
Xülasə, bir mərəz tapdı nəhayət.
Tapdı sonra ona neçə əlamət.
Guya ki, mərəzin önünü aldı,
özünü gör necə bəlaya saldı:
Əvvəlcə işlətmə içdi o dərhal.
Boşaltdı qarnım o tamam, kamal.
Yay İdi yanırdı aləm istidən.
Əridi hərarət İçində bədən.
İşlətmə canına vəlvələ saldı,
Sağlamkən canını naxoşluq aldı.
Qorxduğu başına gəldiyi zaman.
Az qaldı zavallı təslim edə can,
* *
*
Ey Qüdsi, az belə əfsanə oxu.
Zəmanə əhlinin avamdır çoxu.
Xəyal aləmində qalıb sərgərdan,
Cahilkən dəm vurur ağıl, şüurdan.
“Kamaldan naqisdir hər kos”, - deyəndə.
Ban fəzilətdən dəm vurma sən də,
TƏDBİRİN GÖZƏLLİYİ
Əmr etdi nədimə sultan bir səhər,
Ki, hazır eyləsin qalm bir dəftər.
Ölkədə nə qədər dəli-axmaq var,
Yazsın adlarım aydın, aşikar.
Dəftər hazırlanıb verildi sabah.
Lap başda görüncə öz adını şah.
Dedi: “Ey yaramaz, ey həzzrə insan,
No üçün adımı bura yazmısan?”
Dedi: “Bir şəxsə ki, mai dövlət verdin.
Uzaq bir ölkəyə onu göndərdin.
Vətənsiz bir quldur o adam ancaq,
Söz yoxdur, o bir də qayıtmayacaq,
İndi o azaddır elində dövlət.
Kef çəkib yaşayır şad-xürrəm, rahəf \
Şah dedi: “Qayıdıb gəlsə o zaman.
Yəqin ki, onda sən axmaq olarsan”.
Söylədi: “Eybi yox gələrsə həmən.
Bir adda yazaram bu dəftərə mən”.
* *
*
Ey Qüdsi, ibrətlə bax bu gedişə.
Ağılla şuru ct son də hər işə.
Əqlə istinadın mənası çoxdur,
Bəxt üz döndərsə də zərəri yoxdur.
Nakam yaşasa da şüurlu insan.
Yaxşıdır xoşbəxt bir nadan olmaqdan.
YERSİZ MİNNƏT QOYMAQ
Eşitdim: pul verib təbibə səhər -
Bir xəstə üstünə dəvət etdilər.
Xəstənin qüvvəti getmişdi tamam.
Hərarət içində yanırdı müdam.
240 /eX5>
C^XeTN 241 ^еХ^)
Qürurla soruşdu ondan kef, əhval.
Xəstəyə verdi o bir neçə sual.
Nəhayət, guya ki, o tapdı dərdi.
Xəstədən qan almaq əmrini verdi.
Yazığın qolundan alındıqda qan,
Qamyla bərabər axıb getdi can.
Qorxuyla, təşvişlə olsa da, həkim,
Deyirdi: tc Nə yaxşı oldu tədbirim.
Nə yaxşı qan aldıq, dincəldi bədən.
Qurtardıq xəstəni bu ağır dərddən”.
Bizim əsrdə də belədir: əyan -
Döşünə döyərlər hər alanda can.
Hər kəsin bır işi düşsə əlinə,
Pozaraq o işi, öyünər yenə.
Bu cür minnət qoyub, can almaq, həmən
Yaxşıdır уепө boş vədə verməkdən.
Deyillər: Bir kəsdən edəndə xahiş,
Düzəltsin birinə bir əməl, bir İş.
Əzəldən düzünü söylədi o kəs:
4 4Cİ, ümid olmayın siz төпө əbəs,
Elo bu sizə çox hörmətdir ki, mən.
Avara qoymuram öz işinizdən”.
Ey Qüdsi, buraxma düzlüyü sən də,
Hörmətsiz olarsan yalan deyəndə*
242 /ek§>
QdZdfbr
^Gözlərin kim aşiqə məxmur şəklin göstərir,
Əhli-fəqrə mərdümi, məğrur şəklin göstərir.
Bəs ki, çəkdim qamətin yadilə ahi-ateşin.
Xatirim nari-şəcərdən Tur şəklini göstərir.
Nə şey i-mey xar ə bais nolduğun bildim kunun.
Bir porivoş can өга məstur şəklin göstərir.
Kuyı-canandan cüda aşiqlər əhvalın desəm,
Dəşt ara bikəs qalan rəncur şəklin göstərir.
Qamət uzra taqr-geysudəıı asrJmış, həqqi var,
Dil ənəlhəqq söyləsə Mənsur şəklin gösterir*
Asimanda kövkəbi-səd olsa Əsəd yerdədir*.
Bu səbəbdən yer savadi nur şəklin göstərir,
Töhfeyi babi-Süleyman söyləsəm. Qüdsi, nolur,
Bu qəzəl rani-məloxlə mur şəklin göstərir*-
* Birinci misraların qarşısında qoyulmuş (*) işarəsi onun Bakıxanov terafindon
azərbaycanca yazıldığını göstərir.
©XSA 245
2
3
Gördüm o gözəl türrəni rüxsar arasında.
Bənzətdim onu əfiyə gülzar arasında.
Rüxsarə düşən türrələri çəkmə kənarə.
Bu rəsmdi əti dolanar nar arasında.
Scyd eylədi zülfün məni bu gözlərə, ey vay!
Qaldım nə yaman bu iki bimar arasında.
Ey didə, məgər neyləmişəm mən sənə axır,
Qoydun məni sən yar ilə əğyar arasında.
Göz yaşım ilə bəsləmişəm canıma minnət.
Peykanlarını bu dili-xunbar arasında.
Gördüm səni əğyar ilə ey mah, məsəldir
Bayqu tutar, əlbəttə, vətən bar arasında.
Könlüm quşuna dam qurub çeşmi-xumann,
Qafilini gəzər kimsəni əyyar arasında.
Gər guşeyi-çeşmində tutub can quşu məskən,
Bayqu tutar, əlbəttə, vətən bar arasında
Rüxsarın ora səfhə kimi vəsməli qaşın,
Вта foWn dräşük) cBävş'iv-'rartgaı awffiäft
Eşq əhlinə daim yetişir möhnəti-cövrün,
Zahid, qalasan kaş səni dar arasında!
Dəysin başına səktəsiz ol həmdü səlatın,
Kimsən gəzəsən aşiq ilə yar arasında.
Əfsanə dəxi söyləmə, it bir nəzərimdən,
Var sən kimi yüz xər belə bazar arasında,
Qüdsi, nə yaman bağladı bu gözləri sahir
Yüz sən kimi sərkəştəni bir tar arasında.
* Arizu eylər könül dildar gəlsin, gəlmədi.
Zülfü kafər, gözləri xunxar gəlsin, gəlmədi.
Hər pərivəş cilveyi-hüsn eyləmiş, mən gözlədim,
Dilrubalar fövcinə sərdar gəlsin, gəlmədi.
Canə gəldim bivəfalar ülfətindən, istərəm,
Bir vəfa rəsmində sabit yar gəlsin, gəlmədi.
Dərd-möhnət keçdi həddən, bəs ki, çəkdim intizar,
Gözlədim ol şux gülrüxsar gəlsin, gəlmədi.
Ləhcəyi-canpərvərindən şur salsın aləmə,
Əndəlibi -şaxəyi-gülzar gəlsin, gəlmədi.
İstədim, Qüdsi, deyim vəsfi-camalın dilbərin,
Kuşiş etdim, zinəti-güftar gəlsin, gəlmədi.
(sEtsA 246 /TŞrŞ)
247
4
5
* Çox gözdə sürmə, əldə hona, üzdə xal olur.
Nisbət bu qaşü bu gözə bənzər məhal olur*
Qafi - qaşın, tayi - telin, lami - ləblərin.
Aləmdə əlbir eyləsə, billah qital olur**
Lövhi-xəyalə һөг necə təhr eyləsəm qaşın,
Gəlməz xəyalə axın məhzi-xəyal olur*
Sirri-dəhani sordum o şəkkər dodaqdən,
“Pünhan danış bu sirri - dedi, - qilü qal olur”*
Görcək o atəşin üzünü intiqam oldu lal.
Qüdsi, cərəs düşəndə oda, zəngi lal olur
Bivəfa yarə könül versə vəfadar əbəs,
Əhdü peymanı yoxa verdiyim iqrar əbəs.
Dərdi-dildən səni çox eyləmək olmaz agah.
Qıldığım nalə, qələt, etdiyim izhar əbəs.
Gül kimi beş gün imiş söhbəti-əbnayi-zaman,
Eylədim ömrümü zaye, özümü xar əbəs,
Ç eşmi- cadunigəhin məsti- meyi -xab ıkon,
Ah kim, eylədim ol fitnəni bidar, əbəs.
Bulmasa feyzi-nəzər kəsbi-kəmal etməz hüsn,
Yari-aşiqdən əgər gizləsə rüxsar, əbəs*
Aşiqi-paknəzər vəslini hicranda sanır,
Eyləməz arzuyi-dövləti-didar əbəs.
Qönçəvü laləni gördüm, qəmə batdım. Qüdsi,
Eylədim meyli-tamaşagəhi-gülzar əbəs*
248
<£>(s\ 249 /екЈ)
6
7
*Gün üzrə ay tüluimi ya gün kəmanıdır,
Ya qaşdurur bu cümləsi aşıq gümanıdır.
* Dil eşq yolunda zar olubdur,
Bir gül həvəsində xar olubdur.
Catni-cahannümayə düşüb əksi-asiman,
Xalın səvadi əxtəri-bəxtim nişanıdır.
Xunabə dönübdü rəngi-zərdim.
Bu gülşən üçün bahar olubdur.
Göstərsə, yox əcəb, yədi beyza Kəl imi -təb" 1 .
Hala ki, şaxi-güldə təcəlla zamanıdır.
Dövrani-fələk müxalif olmuş,
Can düşməni-ruzigar olubdur.
Badi-səba əbirfışani-çəmənmidir,
Ya bustani-hüsn ruxün busitanıdır?
Dilbər qəmi, dustlar fəraqi.
Dərdim bir ikən həzar olubdur.
Şövqi-təranə, qüvvəti-pərvaz olurmu hiç,
Ol əndəlib üçün ki, qəfəs aşiyanidir?
Mən etmə kəlamım olsa dilsuz,
Söz mənşəi pürşorar olubdur.
Dilbər bəyani-halim eşitməzsə, yox əcəb,
Pərva qılurmu əhli-cünun dastanıdır.
Xunin ciyərim bəsani-lalə,
Əfsurdəvü dağidar olubdur.
Qüdsi, üzari-zərdimi əşk etdi laləgun,
Bu gülşənin baharı, zəmani -xəzanıdır.
Qəm bihədü dərd banihayət,
Möhnət dəxi bişümar olubdur.
Шсгап sitəmi alıb qərarım.
Gün nuri gözümdə tar olubdur.
Hicrində düşüb bəlayə, Qüdsi,
Sərgəştəvü biqərar olubdur.l
©ЛГ\ 250 /ок§>
‘Kitabi-Əsgəriyy»”de bu qezelin 5 beytındon istifadə edilmişdir {M.S.)
251
8
9
Bu qaranlıq gecə yarəb çəkəcəkdir nə qədər,
Otacaqmı bitə hicran, gülə nurani səhər?!
Bir ömürdür çəkirəm nalə ömür yazında.
Bəlkə tutsun ürəyimdən o gözəl yar xəbər.
Aman ey badi-səba, sal yada bu halımı sən.
Ol vəfasız yarımın kuyinə gər düşsə güzər.
Sevginin ovlağı çox qorxulu bir sahə tutur,
Orda qartalı vurar bircə oxu ilə nəzər.
Düşdü töhmət toruna qəlbimiz, ey yar gərək,
Züllun olsun bizə rəhbər ki, keçə bəlkə xətər.
Təkyə verdimsə yarın zülfünə, zahid, qınama,
Sevginin yorğunuyam, başqa xəyal etmə hədər.
Ol xumar gözlə üzün əldən alıb taqətimi,
Çıxmaz eşqin ürəyimdən də çalışsam nə qədər.
Nuh kimi kuyinə düşsəm o sitəmkar gözəlin,
Qorxuram göz yaşın axır məni siylaba verər.
Qüdsi, ömründə lutub guşeyi- ismət daim.
Qanı axsm hədərə çıxsa bu ismətdən əgər.
Hüsn mülkündə saçın tapdı böyük bir şöhrət,
Bu qəra üzlüyə bax gördü nə ali hörmət!
Gözlərin keçmiş idi, yar, qanımdan, niyə bəs
İntiqam almaq üçün indisə vermir möhlət?
Eşq rahində itən qəlbimi mən tapmayıram,
Görünür çoxdu bu yollarda itən cəmiyyət.
Zülfünü mənzil edibdir özünə mürği-dilim,
Qəribin mənzili daim olur axşam zülmət.
Saqiya ver mənə bir badə içim fürsət ikən.
Bu orucluq ayı sonra mənə verməz fürsət.
Qara xal məhrəm olubdur dodağın guşəsinə,
Qara hindu nə gözəl yerdə olubdur rahət!
Çoxları cəhd eylədi vəsf edə bu hüsnünü yar
Xoş kəlam Qüdsiyə oldu belə nemət qismət.
©ЛзЧ 252 ZgV§>
253
10
Kuyindən alır daim rövnəq gölü bustanlar,
Torpağını ol kuyin təşkil eləyir canlar.
Rüxsarım əks etmiş, sanki gölü bülbül bax.
Gülzarda gülər hər gül, bülbül edər əfğanlar.
Leyliyə deyən dəmdə Məcnundakı bərqi-eşq,
Əfsanə kimi gəzdi dillərdə bu dastanlar.
Məşuqə və aşiqçin varlıq Пө sərxoşluq.
Həm ruzədir, həm bayram açılsa girib anlar*.
Yar zülfünün hər bəndi san qəlbimi gizlətmiş,
Hər həlqəsinə guya bağlamada çovkanlar.
Hər guşəsi bu qəlbin bənzər çölə, səhrayə.
Sığmaz ona bu üzdən səhravü biyabanlar.
Saqi, nə gözəl, mey - xoş, əğyar gözündən dur.
Qüdsi, belə keyf olmaz dövr eyləsə dövranlar.
254
11
Hər zülmün rahatlıq bəxş edir inan,
Şövqindir qəlbimi işıqlandıran,
Нөг yerdə cəmalın bir gözəlliklə,
Gözlərim önündən çəkilmir bir an.
Qəbulun şübhəsiz bəxtiyarlıqdır,
Olmadım lütfündən mənsə kamiran.
Bəs hanı mənzilin, sənə yo! hanı?
Geriyə qalmışdır bizim karivan.
Nakamlıq özü bir kam oldu bizə,
Bu imiş eşqdən bizə ərməğan.
Əlində xəncərdir, ləbində gülüş,
Qəribə qatilmiş bizim canalan.
Qüdsi, heyrətdəyəm, məni rədd edən,
O gözəl olmuşdur indi mehriban.
255 /^б)
12
13
Qəlbimi, dinimi aldı gözəlin hicranı. Könlümü bağlamışam zülfünə, ey laləüzar,
Dəlilik zənciri saldı saçına bu canı. Qalmamış qəlbdə heç tabü tevan, səbrü qərar.
Qafiləm mən gecə-gündüz özümün halimdən, İstədim meylə d0ftgrə yazdıqlanmı>
Bır qaranlıq bümyüb sanki bütün dünyanı. Eşq tesiri etdi meni ^ 11(1әп bizar
Mən ki möhkəm deyiləm dinimə, qorxum budur ah,
Axiri səcdə edim bir bütə mən pünhani.
Hər cəfana dözürəm kaş ki, məni atmayasan,
Sevməsən ban düşün, kin ilə bu nalani.
Qorxmuram eşqdə töhmətdən, usan ey naseh.
Danlağın tərif edər məndə olan peymanı.
Qayıdıb qafilədən Leyli olar bir Məcnun,
Xosrovu Şirin olar dərgah imin dərbanı.
Qüdsi, tərk ct bu yolu, burda əziyyət çoxdur.
Deyəsən sözlərinin yox daha bir payanı.
Bu riya əhli məni saldı elə şurişə kim,
Edirəm rindliyi, rüsvalığı mən indi şüar.
Eşq əgər olsa qəzadan bizə qismət nə üçün -
Bu qədər hüsnü vəcahət alıb ol nazlı nigar?
Hanı ol zülfü pərişan ki, məni bəndə sala,
Qoya bu canimə minnət edərək məstü-xumar.
Heç kəsin sağərinə tökməz inan mey bu fələk,
Özü peymanəsini döndərib etmiş xunbar.
Bu əcəbdir ki, tapılmaz yenə də, ey Qüdsi,
Belə bir dilbəri-şirinsüxənü gülrüsxar.
256 /'ekS)
257
14
15
Saqi, yuyub apar yuxunu didədən bir an.
Gün tək şərabə cilvə verib parlat hər zaman.
Örtəndə sən niqabı tapır qəlbimiz ümid,
Bu pərdəni yaxar deyirik atəşi-dəhan.
Qaşla üzün nə əcayib qiyamət etmişdir.
Vermişdir aləmə günü ay ilə bir nişan.
Yaqutumdur dodaqların, aya, bəyan elə.
Ya canə qutmudur de ki, ol ləli-dürfəşan.
Dün məclis içrə gülüb verdi vədlər,
Heyrətdəyəm bu vədi kimə verdi mehriban?
Eşqə düşən, bəlayə düşər, bilmişəm bunu.
Bəs kim edib bu can evini eşqə aşiyax?
Ey Qüdsi, bax cigər odu yandırdı qəlbimi,
Eşqinlə bu kəbabə çilə duzlu su hər an.
Hər kim edərsə vərdiş eşqü səfayi-yarə,
Əvvəlcə ixtiyari atsın gərək kənarə.
Bizdən ərzü təmənna, rəddü qəbul yardan,
Bu işlərin nə xeyri var imiş intizarə?!
Ənbər saçan o zülfün aşütfə olmasından.
Verdin bir asudəlik bu qəlbi-biqərarə.
Bu eşqin aləmində vardır behişt-cəhənnəm,
Baxsan fəraqi-yarə, ya vəsli-gülüzarə.
Bağban icazə versə bağə girim, nə fayda,
Dözmək olarmı, aya, gülçinə, zülmi-xarə?!
Bülbülləri salardım qəfəslərə bir anda,
Dağıdıb son qoyardım xəzanə, novbaharə.
Qüdsi, bu xoş çəməndə bır laleüz hevası,
Xakə salıb qan etdi, dağ çəkdi qəlbi-zaro.
258 Г&в)
259
16
17
Bica yerə etmir qaşına səcdə hər əhbab,
Çünki sayılır qible hər an guşeyi-mehrab.
Heyrətdəyəm, aya, пө edir bəh münəccim,
Basmış ki, sənitı qul dağını ainma məhtab.
Dövlət diləyirsənsə, burax dövləti, van,
Bu ali yer olmaz sənə başqa cürə icab.
Pak eylə ürək qanını qəlbdən ne ki, gözdən,
Dağlarda tutulmaz yolu, artar daha silab.
Üzdən görünər batini hər aşiqin əlbət,
Dağ aldı dəvadən necə gor taleyi-sirab.
Dəvət eləmə sən məni artıq o behiştə,
Мөп istəmərəm ol yeri, var orda da xunab.
Qüdsi, nə qəmi yansa cəhənnəmdə bu cismin,
Od vurdu mənim qəlbimə bir mehri-cahantab.
Əqli m otuma mane bu eşqi-purhicabə,
Gəlməz fəqət bu eşqin sevdaləri hesabə.
Eşqin müqabilində gücsüz qalır düşüncə.
Şam da işıq verərmi heç nurhı aftabə?!
Dostun yanında bir dəm, başım həvasız olmaz,
Gözlər düşər məlala, qəlb isə iztiıabə.
Yuxuda da rahatlıq yoxdur o zülfü xaldan.
Qoymazlar ki, bu gözlər getsin bir azca xabə.
Xanəndənin sədası, mey camı, bağ səfası.
Bir od vurar bu сапө, necə ki, od kəbabə.
Vəslində heyrətdəyəm, hicrində intizarda.
Kim rast gəlib bu halda bir eşqi-kamiyabə?!
Qüdsi, bu eşq ürəkdən çıxmaz, nahaq çalışma.
Qoy eşq əmr versin artıq bu dilxərabə.
260
261 /'ekjŞ)
18
19
Əldə mey, üzdə gülüş gəldi nigarım bu gecə,
Pis nəzərdən uzaq, ol çeşmi-xumanm bu gecə.
Yar üzü meylə qızarmış, meyi etmiş üzü al,
Nə məharət eləmiş saqiyi-yanm bu gecə!
Mən bilirdim ki, kimə lütfi və ya nifrəti var
Almasaydı əgər o səbrü qərarım bu gecə.
Üzünü yad eləyib gözlərimə axdı qanım,
Batinü zahir olub güllü baharım bu gecə.
Qaşla üz, ayla günəş misli çıxıb bir yerdə,
Nə qiyamət eləyir laləüzanm bu gecə.
Kuyinə düşmək üçün sinəmi yırtmış könlüm,
O çəmənzari dilər bülbüli-zanm bu gecə.
Kakilindən hələ mən bircə dügün açmamışam,
Tökülür, Qüdsi, qələmdən nəki varım bu gecə.
Səhər ki, badədən aldı üzün bu rəngilə tab,
Şəfəq utandı, günəş ruyi üstə çəkdi niqab.
Məhəbbət əhlinə verdi o zövqi qəmzə ilə,
O yar gözlərinin təsirilə axdı şərab.
Cahanda şöhrət alıbdır ətirdə Çin mişki.
Onun saçı bu sözə qıvrılıb da verdi cavab.
O gülüzar vüsalı xəyalə gəldikdə.
Nədənsə gözlərimi bağladı bu yersiz xab.
Tükəndi səbrü qərarım vüsali-eşqində.
Ürək bu intizara necə səbr edib gətirsin tab?!
Zavallı könlüm onun zülfü içrə bəndə düşüb.
Nə qodor axtarıram tapmıram, olub nayab.
Şikayət etməyirəm, eşqdən bir an, Qüdsi,
Üfurdüyücə odu şölələr edər portab.
<3>s~\ 262 /еХЈз)
263
20
Yarəb, bu od nə oddur kim, düşdü cismü canə?
Od düşdü bir ürəkdən bax cümleyi-cahanə.
Qorxum budur, nəhayət, qiyamətə şur salar.
Bu fitnə ki, onunla qarışdı bu zamanə.
Tufan gərəkdir indi gül şaxəsin sovursun.
Orda ki, miskin bülbül salmışdır aşiyanə.
Bağban ilə o gülçin пө mənfəət görəcək,
Bir yazdan ki, oxşayır hər tərəfi xəzanə?
Hər könül ki, bəladan qorxub geri qaçmadı, -
Mərdanə qarşı durdu bu zalim asimanə.
Mən susmuşam, etmərəm dərdlərimdən şikayət.
Amma bu dərdlərdən ki, bənd vurmuşdur zobano.
Qüdsi, əcəb bənzərəm o zavallı bülbülə,
Ki, əzilmiş qanadla atar can gülsitanə.
©ЛзЛ 264 /'еХЗ
21
Gül yanağın mişk ilo ənbər tutub,
Bax gümüşün haşiyəsi zər tutub.
Mur oturub təxtİ-Süleymanə, ah,
Hind qoşunu Şərqi sərasər tutub*.
Pozdu camal səfhəsini indi xət,
Dadımı səndən o dilavər tutub.
Xİrməni-pərvanəni yandırdı şam,
Bax özü də şöleyi-azər tutub.
Aşiqi-dilxəstə işıq gündüzü,
Gör necə zülmatə bərabər tutub!
Naz eləyər indi sənə aşiqin,
Çünki o bir başqam rəhbər tutub.
Qüdsi, cahandan bir ümid gözləmə,
Çünki o da surəti-digər tutub.
265 /ekS)
22
23
Min bir bəlaya düşdü, budur əhli- ruzigar.
Bir saqidir edən məni dünyada payidar.
Heç gizlədə bilərmi könül yar eşqini?
Etmiş bu dərdi çaki-girbanım aşikar.
Sakit deyil könül ki, onun ahu gözləri,
Etmiş xədəngi-tir ilə bu qəlbimi şikar.
Bir ömrdir ki, verdim ona xəstə könlümü.
Mən bilmədim ki, yoxdur ona zərrə etibar.
Daim qəm içrə düşdüm onun vəslin axtarıb,
Oldum əbəs o qaniçənə mən ümidvar.
Verdim firib qəlbimə xabü xəyal ilə,
Bəlkə bir az keçə yüngül bu intizar,
Y ada salarım heç bu əsr bülbülü o şux,
Gülzar içində yan-yana minlərcə Qüdsi var.
Demə ki, ayrılığın ey nigar asandır,
Sənin məhəbbətin axır bu cism üçün candır.
Min il yazarsam əgər mən, fəraqi qurtarmaz,
Bu namənin sonu yoxdur, tükənməz ümmandır.
Canı fəda edər olsam, deyinmə ey naseh.
Bu sirlər sənə axı, həmişə pünhandır.
O şah ki, nəfsinə tabe olub, o qafildir,
Onun əlaltısı xain, diyarı virandır.
Kiıpik içində onun qarə gözləri sanki,
Çəmən içində gəzən xəttü-xallı ceyrandır.
Ürək olubdur əsirin zavallı Yusiftək.
Züleyxa qeydinə düşmüş əsiri-zindandır.*
Təəccüb eyləmə. Qüdsi, cırıb giribanm,
Zavallı eşq yolunda həmişə nalandır.
266
267
24
25
Könlümdə nə şandır, nə də ki, namü nişandır,
Pəjmürdə edən xatirimi muyi-miy andır.
Hərçənd ki, zülmündən usandım пө edim ki.
Bu dideyi-qəmdidə, yolunda nigərandır.
Heyrət çölü içrə özünü bax ki, itirmiş.
Bu namü nişandır, bu nə namdır nə də şandır?
Can zülməti içrə görərək abi-həyatı,
Bildik ki, ələ az düşəcək, vəhmü gümandır.
Bax hüsnü məhəbbətdə olan nazü niyazə,
Qaib və əyan içrə onun ruhu nihandır.
Hər kim ki, bu dünyada dalıb həşmətü cahə,
Söylə ona vaz keç ki, bu aləm güzərandır.
Xalində düşüb damə budur can quşu. Qüdsi,
Zənn etmə onu bənd eləyən zövqi-cahandır.
Aman ki, ol zalim canan ğarəti-can edib getdi,
Bu sinəmi bir şuridə qələ, zindan edib getdi.
Fəraqında işıqlan, yuxulan aldı gözdən,
Gün-gecəni aşiqinə necə yeksan edib getdi.
Canan getdi yanımdan ah, man ol çəkdim canımdan ah.
Ruhum onun arzusuyla belə cövlan edib getdi.
Qəlbim onu görmək üçün gəlib çıxdı gözüm üstə.
Ətəyimi qan yaşilə bir gülüstan edib getdi.
Belə çətin vəziyyətdə heç xatirim cəm olarmı,
Ki o pəri şanlı məni çox pərişan edib getdi?!
Gözlə ürək abü tabi almış qəhrü kərəmindən.
Bir şam üzlü məni necə ağlar, xəndan edib getdi.
Bu sadəlövh Qüdsini yar vəslə ümid verə-verə,
No hiyləgər məharətlə bəndi -hicran edib getdi.
©ЛзЛ 268 /'§> 4 G)
(3 ЛсГ\ 269 /q>.6)
26
27
Ah ki, u itmiş gözəldən pirəhən peyda deyil,
Pi ra h ən yox, bəlkə bir beytül-həzən peyda deyil*.
Çəməndə sərv də qalıbdır heyran.
Nazlana bilmir o utandığından.
Bənzədibdir gülşəni bütxanəyə bu lalə, gül,
Laləüzlü, gülsifət bir bütşikən peyda deyil.
Nazənin qamətlər gələndə rəqsə.
Könül, goz olarmı rahət bir zaman.
Mən çəmənzar içrə bu abi-rəvani neylərəm,
Burda ki, bir səbzəxət, şirin dəhən peyda deyil?!
Ömür tək keçirlər sürətlə bir-bir.
Bu lütfü görməyə qalmayır imkan.
Şaxəsindən güllərin mən almaram peymanəni,
Əldə sağər saqiyi-nazikbədən peyda deyil.
Uçurlar həvayə pərilər kimi.
Heç uça bilərmi həvayo insan?
Səbzə örtmüş ruyini bir tazə pərdəylə, neçin,
Səhnəsində bir gözəl xoş yasəmən peyda deyil,
Hər yanda can alan bir nazənindir.
Əlində xəncəri verməyir aman.
Bülbülün avazosi gülüzaridə verməz fərəh.
Çünki, bir canlar alan şirinsüxən peyda deyil.
Yusif köynəyini Züleyxa yırtdı,*
Başqadır məzmunca bizim bu dastan.
Sevgisi bir nəqşdir könlündə Qüdsinin inan,
Orda bişək hiyləgər bir Əhrimən peyda deyil*.
Qüdsi, bu güllərə əl vurmaq olmaz,
Baxmaqçın yaratmış onları dövran.
(ЛХзЛ 270
ОгибЛ 271 /e>6)
28
İndi şohərimiz emin-amandır,
Hər kəs öz işində bir kamirandır.
Başqa cür zülm olur burada xalqa,
Dadrəs tapılmır, bu iş yamandır.
Nə bilim bu yolda kimdir yoldaşım,
Baxıram bir yoldur, bir karvandır.
Bir eşqə qalıbdır ümidim ancaq,
Başqa şey qəlbə dərd, cana ziyandır.
Əğyardan nə qorxum şahin önündə,
Çibinlər çox miskin və natəvandır.
Canan vüsalını istər xüdpərəst,
Eşqdən dəm vuran həvəsdən yandır.
Bir günün qəmindən yüz ii deyərdim,
Heyİf ki, bu ömür tez cansitandır.
(L/sA 272
29
indi zəmanə içrə fəzilətlə olmur intixab.
İşlər dolaşmış, oylə ki, yox işdə haqq-hesab.
Hər kəs nə istəyir eləyir, yox sənəd, sübut.
Guya ki, ən zəif şey imiş dünyada kitab.
Axırda boş xəyal ilə bir iddia olar,
Kim göydə heç də dövr eləmir mahü afitab.
Bir fiqhə bağlıdır görürəm işlər ah, əsəf,
Hor kos Özün görür, başa düşmür günah, səvab.
Şöhrət adıyla hökm edilir, ədle yox baxan.
Düzlüklə əyrilik qarışıb, artmış iztirab.
Connət içində də elə bil əyrilik düşüb,
Allah şərikidir deyəsən orda hər cəııab.
Axtarma Qüdsi, sözdə dəlilü sualı sən.
Küfrə gedib çıxar sonu hər verdiyin cavab.
273
30
31
Yol saldım onun zülfünə sevdası gözəldir.
Hər şeydən onun gün kimi siması gözəldir.
Gcysusi gözəl, lalə üzari gülə bənzər,
Məşşatə nə lazım ki, hər əzası gözəldir.
Hər acı sözü yann olar qəndə bərabər,
Bəh-bəh, no ocəb şivəsi, qovğası gözoldir.
Zəncirə düşüb rahət olar bu dəli könlüm,
Çünki, yarımın zülfi-çolipası gözəldir.
Bir sərv kimi cilvələnər qaməti gözdə.
Çeşmə yanında onun qaməti-rənası gözəldir.
Ulduzmudur aya, xalı ol ləbləri üstə.
Ya hindli edir səcdə, tamaşası gözəldir.
Tus əhli olan Qüdsi tapıb feyzi o yerdən,
Bu Bakılı Qüdsi deyir ixlası gözəldir.
Бу bəxt, nədir səndə bu əhval, bu halət,
Yoxdur sənə dünyadan eçin azca fərağət?!
Gah Qaf dağma çıxmadayam, gahı cahanda,
Avarə dolannam da vilayət bə vilayət.
Gah Qıpçağa, gah Rumə, gah İranə gedib mən,
Gah da edərəm Rus, lehistano özimət.
Mən bixəbər oldum bu cahandan, o da məndən.
Bir itmişə bundan da gözəl varmı əlamət?
Qürbətdə bu bəsdir ki, tapılmaz elə insan.
Yaxşı, pisimi eyləyə təhsinü məlamət.
Bir xeyr yoxmudur ki, nə qürbət nə vətəndən,
Bihudə olur ömri-giranmayə də ğarət.
Bundan belə bir künci-xərabata düşərdim,
Qurtarsam əgər. Qüdsi, bu dəm canı səlamət.
274 /ек9
<§Лз\ 275 /ekS)
32
33
Cəfa etsə gözəl bir mehribandır,
Açıq rəddi yəqin cəzbi-nİhandır.
Xoş ol qəlbə ki, hər mövqe ona bir eşq rəhbəridir,
Odur həm Cəbrəilü vəhy, o Qurandır, peyğəmbərdir.
Canı qurban elə cananə hər dəm,
Bu cür ölmək həyati-cavidandır.
Əgər aləm desə aşiq olubdur kafər, eyb etməz.
Bu sözlər macərayi-haləti-Səlmanü B üzərdir*.
Hər Azərdən Xəlil olmaz cahanda,
Əgər olsa, hor od bir gülsitandır*.
Yəqin məslək cahanında bulunmaz xasü am əsla.
Ədalət - imana, zülmü sitəm - küfrə bərabərdir.
Əcəb mənası var reyhani xəttin,
Demə һөг səbzəyə kim, bizabandır.
Bu incə nöqtə həll olmaz ağılla, mey gotir saqi,
Sənə ta kəşf edim halı, bu dəm hər şey müqəddərdir.
Bu yerlə göy ki, bir arpaya dəyməz,
Нөг arpanın özü yer asimandır.
Əgər dərddən xilas olmaq dilərsən,
Əlacı bil şərabi-ərğəvandır.
Olanda məst açarsan eşq rəmzini,
Bəli, Qüdsi, ki, məstlik sirr açandır.
Əlindən yaxşı bir iş çıxmayan kəslər deyil mömin,
Həqiqət və ədalətdən kənar hər kəs də kafərdir.
Əməksiz bil bu aləmdə iş aşmaz, ruzi bəxş olmaz.
Bizimdir hor əməl, hor iş, bizə bunlar müyəssərdir.
Nə çatsa dostdan, ey Qüdsi, təşəkkür eylə, razı ol.
Ki, hər qəmdən sora şadlıq bu dünyada müqorrordir.
CgXS'N 276
277 /ekS)
34
35
Bu alemdə feyzdən bir pay almış xasü am,
Onunladır roxnolər, onunladır hər nizam.
No vüsal, nə də hicran aram etmoz könlümü,
Mənə bu zindəganlıq əbədi olmuş həram.
Bu dünyada var isə bircə təsəlli əgər,
O da ancaq tutmaqdır əldə meylə dolu cam.
Məhəbbət bazarında naz satma çox, əzizim.
Burda çox Əzizi-Misr dağlanıb olmuş qulam*.
Ovçum, gülüstan mənim yürəyimə dar gəlir.
Bir tora sal könlümü, bəlkə tapım orda kam.
Fırladır boş-boşuna məni dolanan ay, il,
Məgər mümkünmü mən də bu aləmdə şad olam?
Bəsdir daha, ey Qüdsi, sözlərini xətm elə.
Nə qədər desən yenə söz qalacaq natəmam.
O zərər ki, xəzandan dəymişdir gülsitano.
Söylə nəsim, nə etdi bülbüllərə zəmanə?!
Payız dərdi, əzabı güldərənin, bağbanın.
Bir fəsli hanı ki, rahat keçsin zavallı canə?!
Xəzan xoşdur, ardınca vardır bahar ümidi.
Sən şadsan ki, gül gəldi, son qoyuldu xəzanə.
Dəm vurursan eşqdən səlamətlik eşqinə.
Candan keçmək yoluyla çatmaq olar canaııə.
Heç bir təsir etmədi daş qəlbinə bu ahım,
O ah ki, rəxnə salmış bu yeddi asimanə.
Qol qanadın sındırıb buraxdın bir quşu ki,
Qətəsinçin əlvida etmişdir aşiyano.
Qüdsi, bu dilbərlərdən sən könlünü geri al.
Çünki, onlarda yoxdur sədaqətdən nişanə.
(Ә.ХБЛ 278
<5ХөЛ 279 /'ekfg)
36
37
Qəlbim bəndə düşübdür yar zülfündə, a dostlar.
Əsir könül özünü hesab edir bəxtiyar.
Meyxaneler yolçusu çekməz dövlət qəmini,
O da duyur özünü köləlikdə hökmdar.
Naseh, sevda yolunda mənə vermə nəsihət.
Nəsihəti dinləməz bəladan zövq alanlar.
Sən özünü duyarkən, төп qafiləm özümdən.
Özündən xəbərsizə nə ümid, nə etibar?
Vəfadarlıq yolunda can verənə qulam ki,
Yar yolunda hər İki aləmdən olmuş kənar.
And olsun dost canına, dostdan başqa dostum yox,
Dostumdan xoş dünyada bir vəfalı dostum var?
Qönçə kimi Qüdsinin dili bəndə düşübdür,
Yar ağzının sirrini etmək istər aşikar.
Eşqdən zərrəcə yarımda nişan vardır? Yox,
Ya vəfa etməsinə azca güman vardır? Yoxf
Sevməyə söz verərək zülmü cəfa eylərdi.
Dildəki ilqarına şərhü boyan vardır? Yox!
Yüz ümidlə bu yerə danə səpərdi könlüm.
Ortada meyveyi-ümmİdi əyan vardır? Yox!
Eşqi fariq elədi qəlbimi bu dünyadən,
Мөпө bu fitnə əlindən bir aman vardır? Yox!
Boş yerə şöhrət üçün cəhd eləmə son demdə,
Sabah olduqda bu şöhrət, bu cahan vardır? Yox!
Ömrümün mayəsi sevdayi-səri-zülf oldu.
Soruşursan ki, bu sevdada ziyan vardır? Yox!
Qüdsinin şeri dönüb şəkkərə vəsfində sənin.
Başqasında belə bir şeri-rəvan vardır? Yox!
280
281 f
38
39
Öyrəşib bu qürbətə, oldum vətəndən bixəbər.
Qəmlərə düşmüş könüldən getdi ümmidi-səhər.
Düşübdür əksi-ruyin al şərabə.
Qəmər möhtac olar çün atıtabə.
Mən ki, dərddən etmirəm Ыг an şikayət, dinmərəm.
Ki, neçin ovçum unutmuş torda, etməz bir nəzər.
Vardı qəlbimdə ümidim, arizum, ancaq nedim.
Oldum avarə, bu ömrüm, ah, keçdi çox hədər.
Mən salıb yadə keçən xoş günləri dostlar ilə,
Ağlaram fəryad ilə qəlbimdə sonsuzdur kədər.
Yar yanında dərdi mən bir an da duymazdım aman,
Gör ki, bu zalım fələk etdi mənə nə zülmlər?!
Gər zaman bundan sonra gülsə mənə mənası yox,
Bir balıq çıxsa sudan başqa nəvaziş nə edər?
Mən daha bir an belə vaiz sözün etməm qəbul,
Tiflisin küncündə bu ömrü keçirmm bəxtəvər.
Alarkən odlu busə yar ləbindən,
Düşər qəlb şurişə, can iztirabə.
Kənar ol zahida, eşqin hədisi
Sığışmaz tutduğun dəftər, kitabə.
Salubdur gülşəni yüz rəngə guya,
Cəmali-yar salmış əks abə.
Günəş gizləndisə qara bıılutda,
Ruxi-canan İşıq saldı türabə.
Salıbdır laləyə sünbüldən örtük.
Üzə bax ki, özün salmış niqabə.
Bu bəzinə. Qüdsi, sən biganəsənmiş.
Səni burda alan yoxdur hesabə.
<SXd\ 282 /ekS>
©Л5Л 283
40
41
Bu könlümüz daima yar üzünə mayildir,
Bundan başqa пө varsa, cümləsi boş, batildir.
Sinəmdəki atəşin tüstüsü yox, nuru yox,
Bircə sözlə bu sirri şərh eyləmək müşküldür.
Canla canan eynidir, qəribə deyilmi ki,
Can mənimlə cananın arasında hayildir.
Öz işinin üstündə olmalıdır hər bir kəs,
Özündən xəbərsizlik ancaq bizə şamildir.
Ağıl yüz cür maneə törədir bizə hər an.
Divanəlik eyləyir hər şəxs ki, aqildir.
Kim mənfəət arasa, sevdayə meyl etməsin,
Çünki onun çəkdiyi hər bir əməl zayildir.
Hər kəs ondan özünə layiq bir murad aldı,
Təkcə Qüdsinin qəlbi bu feyzə naqabildir.
Fitnə-fəsad düşəndə şurişlo bu cahanə,
Təcridə meyl edəımi yazıq əhli-zəmanə?!
Məqsəd zühur isə, bəs nədir məscid, kəlisa?
Qovqa düşüb bu üzdən dərslərdə hər dəhanə.
Bir yerdə ki, bulutdan atəş yağır yağış tək.
Yer üzündə olarmı hasilatdan nişanə?!
Hər kos bir yol tutubdur qışqınr ki, haqq mənəm.
Başqası da ayrı cür düzəltməkdə bəhanə.
Vücud isə bağlıdır eşqə, nəfsə, ağıla.
Hər üçü də bunların çəkilmiş asimanə.
Xet yan saldı dərdə necə ki, Al i -Sami
Yafəslə Ham nəsli gətirmişdi fəğanə*.
Səhrada, dağda, Qüdsi, öz ömrünü bitirdin,
Varismisən Fərhada, Məcnuni-natəvanə?!
284 /^б)
<£л5\ 285 /ekS)
42
43
Başda ki, yax şüurun neçin,
Үага vurulmusan əbəs,
Əhdi pozan nigar üçün.
Bunca kədər, fəğan əbəs?!
Cilvə edər məhəbbətə,
Pərdə çəkər sədaqətə.
Səndəki bu şərafətə,
Rəşk cdor asiman əbəs.
Yerdə belə qəmərliqa.
Yaratdı sənəti -qəza,
Azər edərmi bir daha,*
Sənətini əyan əbəs?!
Rahibü şeyxə sal nəzər.
Hər biri eyni söz deyər.
Bir-birindən edib həzər.
Olurlar bədgüman əbəs.
Səfadədır zovqi-vəfa,
Eşqdə xoş olar bəla,
Xəncon çəksə aşina,
Axıb getməz bu qan obos?!
Ey təbinə dövlət verən.
Dünya dolu qüdrətindən,
Bəs nə üçün Özünü sən.
Qəni verdin nişan əbəs.
Qudsi, sənə deyil mübhəm,
Ki, sonsuzdur bu dərdü qəm.
Şikayətlə neçin bilməm.
Verdin xalqa ziyan əbəs?!
286 S&3
Bir mey gəmisinə olmuşam möhtac,
Tufandan çıxmağa tək budur əlac.
Nə hisslər iş görür, nə ağıl, çünki,
Refmfsiz deyildir, mümkün bu merac*.
Hüsnün ləşkərini belə düzəltdi,
Yardakı xalü xət, gözlə qara saç.
Ki, aşiq məst olub öz varlığım.
Eyləsin eşqinin yolunda tarac.
Səndədir hər şeyin əsil mənası,
Özünü dərk elə, əzizim göz aç!
Həmişə dolaşıq işdən kənar ol,
Ox atan heç daşı edərmi amac?
Yaraşmaz çıxasan sən öz evindən,
Et Qüdsi, rəqibi evindən İxrac.
©у©\ 287
44
45
Fəqrlə tapdım özümə mən əlac,
Qalmadı dərmatıə daha ehtiyac.
Bir səhər vaxtında birdən gəldi hatifdən nida,
Müjdə olsun zöhddən, dindən qaçan hər insana.
Bax ki, bu dərgahda duran bəndələr,
Səltənət almış, özü bitəxtü tac,
İndi ki, yoxdur ağılda, nəfs əlində ixtiyar.
Yox olur başlanmadan hər eşqə bağlı macəra.
Şəhdi-Iəbinden acı sözlər belə,
Ruhə verir ləzzətü zövqilə bac.
Dur gətir, saqi, o meydən kim, verər zövqi-əbəd.
Bir odur qəlbə təsəlli bəxş edən bu dünyada.
Gözlə ürəkdən əcəb aldın təvan,
Almamış heç kəs bu cüro bir xərac.
Etibar olmaz budaqda güllərin dövranına,
Soldurar badi-xəzan, bu dövlətə yoxdur vəfa.
Mənfəət axtarma bu bazardə,
Qəlb yolu tapmaz belə yerdə rəvac.
Eşq mülkündə əcəb qanun qoyulmuş müntəzəm,
Bu sarayda zülm - adət, qan - mubahdır daima.
Piri-Muğandan dilədim hümməti,
Söylədi dərddir yenə dərdə əlac.
Cami-mey al dəstinə, ey Qüdsi, son,
Gizli qalan sirləri dünyayə aç!
Gözlərin min işvə ilə öldürür min aşiqi,
Heç kəsin qalmaz məcali, dəfini bilməz rəva.
Qüdsinin һөг nəğməsindən уапп ətri pəxş olur.
Bir adındır bəxş edən ətri onun aşarına.
288 /'ек®
(^ХзЛ 289
46
İsa nəfesitək bəxş eyləyər can*.
Səhərin badəsi, nazənin canan*
Dün gecə səssizcə söylədi bir söz,
Açdı gözlərimdə bir sirri-nihan.
Dedi: “Mey bəlaldır gözəl verərsə.
Heç həram olarmı meyi-ərğəvan?! M
Ağılı sərf etmə eşqin İşinə,
Kİ, ağıl qarışsa verəcək ziyan*
Ey zahid, sən indi özün tövbə et.
Sağlama пө lazım bu cütə dərman?!
İlahi, nə gözəl yarın kuyu var,
Нөг günü bayramdır, hər yanda qurban.
Ey Qüdsi, sən çox da kamal axtarma.
Bu yerdə dərrakə görünər nöqsan*
©XS'N 290
47
Мөп paxıllıq edirəm quş və qarmcayə müdam.
Ki, xoş, asudə yatırlar yuvada hər axşam*
Belə sonsuz görünən göydə də bir vüsət yox.
Bəlkə orda ola bir azca bu könlüm aram.
Saqiya, bu gecə ver badələri peydərpey.
Ta ki, qəlbimdəki bu dərdlərimi yarə açam*
Belə məclisdə necə dinü bilik əldə edim,
Ki 5 ədəb qalmamış əsla bu gözəllərdə tamam*
Yarımın surəti cərnıət kimidir, zülfıi ləbə.
Kölgə salmış, biri baldır, o biri vermədə kam*
Zülfünün hər bükümündən görünür bir göz bax,
Zülfii olmuş necə gör bixəbər aşiqlərə dam.
Qüdsi, təbin pozular, nəfsinə uysan, ayıq ol.
Su tapıb çirki təmizlə, elə bu nəfsini ram*
<§ЛВ\ 291
48
49
Pisləyirsən gözəli sən necə hər an, ey şeyx?
Bu necə əql, nə insaf, nə iman, ey şeyx?
Bəh necə hüsndür ki, can bəslər.
Ürəyi daima cavan bəslər.
Sevgini xəlqə həram etdin əzəldən, lakin,
Qəlbini çaldı sənin huriyi-qılman, ey şeyx!
Solmayan gənclik ona yaraşır,
Cənnət içrə bir ərməğan bəslər.
Hər nədən, məst olursan, nə təfavüt, məstsən,
Məsti iyinlə bizi sən eylədin heyran, ey şeyx!
Qəddini fikrinə salıb bağban,
Gör necə sərvi-bustan bəslər.
Nə üçün inciyəsən üzr varındır, bişək,
Olmusan cümlə təriqətlərə nadan, ey şeyx!
Dilbərin surətilə saçından.
Gülü sünbüldə bir nişan bəslər.
Bir baxaq, biz içirik, məst oluruq bir meydən,
Söylə verdik bu İşilə kimə nöqsan, ey şeyx!
Haq yerə feyz vermək üçün.
Göydə bir nurlu kəhkəşan bəslər.
De görək ki, nə olub hasilin ol məsciddən,
Nə verib ömrünə bu naləvü-əfğan, ey şeyx!
Qüdsiyə vermə nəsihət bu pərişan hal ilə sən,
Onu almış ələ bir zülfi-pərişan, ey şeyx!
Qara toıpağə bir işıq saçaraq.
Günəşi yerdə hər zaman bəslər.
Qüdsi, tərif üçün nigarını, bax,
Ağzı içrə şirin zəban bəslər.
<®ЛгГ\ 292 /^екЗ
©ЛзЛ 293 /'exŞ)
50
51
Dordim elə bir dord deyil izhar ola bilsin,
Ya hər sənəmə taqəti-dıdar ola bilsin.
Qorxum budur axır mən edim çaki-giriban,
Axır canıma qəsd edəcək yar, ola bilsin.
Kuyində fəqət hüsni təcəlla edər hər an,
Bir yer daha yox kim, belə aşkar ola bilsin.
Hər guşə tikansız gül ilə dolsa baharda,
Kim gördü xəzan içrə də gülzar ola bilsin?!
Qurban gedib aşiqlər ogər bunda cəfa yox,
Mümkünmü o canbəxş cəfakar ola bilsin?!
Xudbin əgər olmazsa o bihuş düşən şeyx,
Biz mey vurarıq ruyinə huşyar ola bilsin.
Çox olarlar mahrulər əwol-əwəl aşina,
Lütflər izhar edib də görsənarlər dilrüba.
öylə ki, gördü səni bəndə salıbdır eşqdə,
Ülfəti atıb səbəbsiz ayrılarlar daima.
Hor gözol simaya baxmaq səhvdir sevda ilə.
Üzdə hər hal göstərir kim əhdə etməzlər vəfa.
Gülşən içrə bülbülün şuri deyil bihudə heç,
O mənim dildarımı tərifə qaldırmış səda.
Mən necə üz döndərim bir astandan, kim budur
Orda dünya şahlan üz sürtərək olmuş gəda.
Güllə bülbül şur ilə, mütrüblə saqi saz İlə,
Yar bozmin süsləyib daim deyərlər mərhəba!
Xoş olar meyxarəlik zahirdə də, batində də,
Qüdsiya, zahidlər eylor hər əməldə bir riya.
294 r&G)
295 z'gkG)
52
53
Ahim göyə aşikar qalxar.
Ondan fələyə şərar qalxar.
Xumar gözlə məno bir dəm baxarsa nazənin canan,
Tənim titror hərarətdən, düşər min dəhşət içrə can.
Qoy bir gözələ verim bu cam.
Bundan ki, bir ahu-zar qalxar.
Onun nazı salıb şurə bütün xalqı bu aləmdə,
Amandır bir də mey şuru əlavə salmasın həycan.
Yarın üzü, eşqi cilvələnsə.
Yüz fitneyi-ruzigar qalxar.
Xəyalı hor yana baxsam edər cövlan xəyalımda,
Necə kim dalğalı suda edər ay şöləsi cövlan.
Rahatlıq üçün xəzan gözəldir,
Yazda bütün ixtiyar qalxar.
Rəqiblə söhbət eylərkən yann didarına getmək,
Ona bənzər ki, bir təşnə su axtarıb tapa tufan.
Bağbanı görüncə gül dərəndə.
Bülbüldən hər iqtidar qalxar.
Aşiq qanıdır çəməndə bir bax.
Hər lalə ki, dağdar qalxar.
Bir qönçə kimi qısılma, Qüdsi,
Bir gün aradan bu xar qalxar.
Bu dünya çox sitəmkərdir, onun heç rəhmi yoxdur kim.
Həmişə od salıb eylər bir aşiq qəlbini büryan.
Nə qədri mən sağam səndən kəramət gözlərəm dilbər,
Öləndən sonra mahini nə xeyri var, suya atsan.
Əgər bəxt ulduzum gülsə sənin qarşında, cy Qüdsi.
Düşər xako günəş göydən, olar torpağilə yeksan
296
©ЛзЛ 297 ^б)
54
55
Gözlərim üzünə nəzaro istər.
İstəməz nə günəş, nə nurlu qəmər.
Kimdir ki, qəminin şərarəsindən.
Yanmasın tənində onun can, cigər?!
Aşiqlik iddia edən gərəkdir,
Axtarsın dünyada vəfalı dilbər.
Gözəllər Əgər çox sevərlər nazı.
Nazın da bir həddi olmazmı məgər?
Hünərə heç kəsdə bir rəğbət yoxdur,
Cəmaət axtarır ancaq simü zər.
Qapında bəndəlik eyləyir Qüdsi,
Bu dövlət etmişdir onu bəxtəvər.
Biganə əgər xoş gələn iş görsə də zinhar,
Fikr eylə, ürək vermə ona, olma tərəfdar.
Ömrüm də keçər, gül də keçər, saqi də, mey də,
Mümkünmü cahanda əbədi iş ola təkrar?!
Lütf ilə məlahət deyə fəxr eyləsə hər kəs.
Ancaq gülü bülbül deyərək düzmədə oşar.
Kim gördü bu gülşəndə deyən incə kəlamı.
Bülbül kimi cəh-cəh vuraraq qalmaya bikar.
Silabe verib didələri can ala canan,
Könlüm necə dözsün belə bir zülmə, a dostlar?
Ta bilməyə əğyar onun cövrini, susdum.
Xoşdur mənə, bu cövr-cəfa, olmasın izhar.
Nəfsin İsgəndər olub zülməti-tob içrə, a Qüdsi,
Eşq oldu həyat çeşməsi, Xızr oldu həvadar.*
<§Х§Л 298 /"ех5)
©АзЛ 299 Л?Х.9
56
Gözəllər qəmzəsi xunxar olubdur,
Sevənlər vasili-didar olubdur.
Nə məqsəd oldu bilməm ortalıqda,
Ki, gözlər sübhədək bidar olubdur,
Vurublar surətə yüz rənglə zinət,
Xəyaldan güzgüsə aşkar olubdur.
Verildi qəlbə əhdə sadiq olmaq,
Nigarın çöhrəsi gülnar olubdur.
Olub tərvərdinə dey bir bozək kim,
Çiçoklor zinəti-gülzar olubdur.*
Olub can xərməni oddan kənarə,
Ki, canan atəşin rüxsar olubdur.
Tutub Qüdsi sorağ dünya və dindən,
Nişanı xaneyi-xümmar olubdur.
QJs>\ 300 /-QKg)
57
Xəbərsizə xəbəri mahiranə verməliyəm,
Rəqibimə ki, deyil aşina, nə verməliyəm?
Zəmanədən görərək min cəfa, vəfa tapdım.
Bu sirrdən yarıma bir nişanə verməliyəm.
Sənin məlahətinin misli yoxdur aləmdə.
Kimin ki, şübhəsi var imtabanə verməliyəm.
Gedək bağa bizi görsün o şeyda bülbüllər.
Ki, canımı gülə mən aşiqanə verməliyəm.
Sənin bu hüsnü lətafətlərinlə bir dəstur,
O qönçə ilə bu sərvi-rəvanə verməliyəm.
Səninlə söhbət edib, ləzət aldığım аш.
Bütün bu ömrə və ya bir cohanə verməliyəm.
Bu çirkli xirqəni Qüdsi, təmizləmək lazım.
Onu sirişk ilə abi-rəvanə verməliyəm.
301 /ek_9
58
59
Afilab iqbal Şərqindən çıxıb güldü həyat:
Gülşənin eşqilə mürği-dil yenə açdı qanad.
Bu nə haldır Allah, Allah, asiman dönmüş nədir?
Hər zaman bir başqa şənliklə qurur yerdə busat.
Bir zamanlar mars qalıb heyrətdə keçdi ömrümüz,
Çüt şeş atıb tapmışam indi ələmdən mən nicat*
Bir yerim vardır ki, burda dincəlib Nuh bir zaman,
Qorxmuram indi əgər dəryayə dönsə kainat,*
Bu gədalıqda əcəb yüksək məqamü rütbə var,
Tac qoyar qeyslərin başına zərdən qəlbi şad.
Rindloro tənə vuran ol zahidi gəl indi gör,
Musiqi dinlər, şərabə meyl edər, istər murad.
Bəndəlik azadəlikdir, anlayar bu rəmzi bil,
Qüdsitək hər kim başından keçsə, göstərsə səbat.
Bu dövrandan bizə məqsəd olar hasil? Bu şəksizdir.
Onunla qəlbimiz yarə olar vasil? Bu şəksizdir.
Deyirlər ki, ömür durmaz keçər surətlə, ah-əfsus.
Bu sürətlə görən axır çatar mənzil? Bu şəksizdir.
Ölümdür aşiqin halı ona dirlık nə lazımdır?
Edormi bəs qana qəltan onu qatil? Bu şəksizdir.
Onunçundur səvar olmaq ki, tez asan bitə yollar.
Olan varmı gözəl atla buna nail? Bu şəksizdir.
Yüz işkəncə çəkib dövlət qazansan da sonu yoxdur.
Açılmış bir kəsə aya, ağır müşkül? Bu şəksizdir?
Bir an içrə gedir badə ömür yarm həvasilə.
Olarını bəs bu xoşbəxtlik bizə şamil? Bu şəksizdir?
Sözə qiymət qoyan yoxsa cahan içrə, görən Qüdsi,
Bu şairlik məqamında olar kamal? Bu şəksizdir.
©Л5Л 302
303 /'ekS>
60
61
Mey rəngi yarın lalə üzündən alat hər an.
Ney də od alar sızlayaraq odlu baxışdan.
Aləmlərə yüksəldi məlahətləri yarın,
Ulduzlar arasında salıbdır cədəl hər yan.
Bir boş dəvə səhradə gedərkən, nə əcəbdir.
Ardınca düşüb qafilətak getdi, könül, can.
İsmət ətəyin yırtdı Züleyxa, bu səbəbdən,
Oldu onun öz pərdəyi-namusu pərişan.
Bülbül yuva tikmək diləyirkən bu çəməndə.
Yaz keçdi, çəmən soldu, gəlib çatdı zimistan.
Sordun ki, nədir vəslinə naz, hiçrinə nalə,
Heyfa yarilə olmadı bu işlərə imkan.
Qüdsi, bu cahan dövlətinin payəsi yoxdur,
Kavusi-Keyin halına bax, ibrət al ondan.*
Həvayi-zülfü qoy olsun başımda hər ovqat,
Başım gedərsə bu yolda mon etmərəm fəryad.
Bu ömrüm İçrə əsirəm, cəzası qatilimin,
Odur ki, axırı bir bəndə eyləmiş azad.
Könül ki, duydu bu dünyada ləzzəti-təcrid,
Nə qəmlidir əziyyətdən, nə kamdən dilşad.
Rəqibə vermə könül, başqa könlü incitmə,
Budur bizim şəriətə ancaq iki əsil bünyad.
“Könül ki, vermədi bir kəs, o qeyri incitməz”,
Xoşam, bu sözləri öyrətdi bizlərə ustad.
Bahar zamanı açar lalələr qara torpaq,
Sənin ki, bar yoxundur nccə qoyaq sənə ad?
Nə zıövqi var qəfəsin, ya torun, düşün, Qüdsi,
Ki, quşları özünə gör nə cəlb edib səyyad.
@><ə\ 304
<£LX9\ 305
62
63
Niqab düşdü, yarın xoş hilalı oldu өуап.
Ayı görüb dedilər, bayram oldu, güldü cahan.
Busati-hüsnə məhəbbət sübutu söylədilər.
Unutdu varlığı gördükdə aşiqi-nalan.
Fələk də bilsə baxar tənə ilə öz-özünə.
Ki, nə məram ilo gəlmiş bu alomo insan.
Gözəllərin şahı, zənciri-ədl edib zülfü,*
Məhəbbət ölkəsinə verdi ədi ilə fərman.
Müəllim etmədi təlim eşqdən qeyri,
İlahi, sən onu saxla cəmii afatdan.
Nə qorxusu ola sərvin payız hücum etsə.
Ki, barı yoxdur əlindən gedə qala üryan.
Cahanda heç bir adam doğmamış pəri. Qüdsi,
Bu hüsni-dilbəri gördükdə qalmışam heyran.
Ruxi-alm necə nur saçdı bu şirinsüxənə,
Şöleyi-pürşərərin qalxdı ürəkdən dəhənə.
Nəzər əhlində salıb şur senin cilvələrin.
Gör nə hal üz verəcokdir səni qəlbdən sevənə.
Bu cahan içrə mənim başqa məramım yoxdur,
İstərəm ömr keçə şövqilə baxdıqca sənə.
Keyfə bax, fəsli-bahar oldu qənimət çağıdır.
Az zaman keçsə xəzan rəxnə salar bu çəmənə.
Canan olmazsa nə lazım mənə bu canü cigər.
Kim nə qiymət qoyacaq onda bu cansız bədənə?!
Göz, ürək olmasa bil ləzəti-didar olmaz.
Necə ad qoymaq olar indi o peymanşikənə?!
Qüdsiya, səbr eləmək pirəhənə bənzər kim,
İtmişindən gələrək çatdı o beytül-həzənə*.
(sLXSN 306 /"екЗ
307
64
65
Nigarımın rəftarı da һөг ləhzədə bir rəng alar,
tndi budur menə onun həddən artıq səxası var.
Əgər bir başda eşqə şur yoxdur,
Demək ki, ömrdə mənzur yoxdur.
Nə lütfünə bel bağlaram, nə qəhrindən narazıyam,
Çünki отш nə lütfünə, nə qəhrinə yox etibar.
Nə hasil sevgisiz qalmış ürəkdən,
Nə fayda gərçi göz var, nur yoxdur.
Məcnun halın soranlara bu məlumat kifayətdir.
Səhra, Leyli karivanı, vəhşilər və cismi-nəzar.
Məhəbbət cilvə cylor daima bil,
Gözəl sima üçün məstur yoxdur.
Yar qaməti bir sərvdir, sərvi çəmən ona məftun.
Bu qamətlə zühur etsə aləm ona heyran qalar.
Məni zəncirə çəkməkçin darıxma.
Torundan qaçmaq üçün zur yoxdur.
Naseh, səni dinləyərək ağlım ilə iş görərdim,
Əgər bu eşq bir anlığa versə məna bır ixtiyar.
Nə üzri zahidin var eşqi mənə.
Budur təqsiri kim məzur yoxdur.
Ншш quşu kölgəsi tək tale üzə gülsə əgər,
Səadətə çatar zülfü kölgəsində yaşayanlar.
Yolunda gözlərimdən su axıtdım,
Bu işdən qeyriyə məqdur yoxdur.
Hər eyş ilə aram olmaz bu Qüdsinin ürəyi bil,
Ancaq sənin eşqin ilə tutar onun qəlbi qərar.
Səri-kuyində, Qüdsi, qaldı daim,
Qnunçün cənnət içrə hur yoxdur.
@Лз\ 308
&Ж\ 309 /'okŞ)
66
67
Çox zamandan bəridir etdi fələk yarı cüda,
Saldı axır canıma gör песө möhnətlə bəla.
Yüz ümidlə səhəri gözlərəm hicran gecəsi,
Bəlkə peyğam gətirə səndən o xoş badsəba.
Heç də şad olma əgər gülsə sənə gövri-fələk,
Verəcək sonra yəqin min ələmii dordi sana.
Nə olardı o gözəl bir dəfə də lütf etsə,
Bu qədər ki, bacarır zülmü sitom, cövrü cəfa.
Hər zaman bir tərəfə sövq eləyir boxt məni,
Bilmirəm qosdi nədir, bu nə əməldir, nə cəza?
Ey deyə ki, kəsilib kuyi-dilaramə yolum,
Allaha yol tapar hər kəs ki, tuta rahi-fəna.
Qüdsitək qaldı xəcalət axın hər kəsdən,
O adam ki, sitəm əhlindən umar əhdə vəfa.
Qədi-dildarə aşiqlər hər an şümşad söylərlər,
Bu boş təşbih edən şəxsə neçün ustad söylərlər?
Hər işdə bir nişan lazım, qum sözdə no məna var,
Ayağı bənd olan sərvə neyə azad söylərlər?
Gözol yarın cəfasında şikayətlər edər aşiq,
Əcəb haldır belə lütfə neçin bidad söylərlər?!
Ürəkdən yar eşqindən gələn hər qəm səadətdir,
Nədəndir bəs belə qəlbə hər an naşad söylərlər?
Məni mən eyləyir vaiz gedim meyxanəyə bir dəm.
Neçin qəlb dincələn mülkə xərababad söylərlər?
Yerə bica deyil, dünya üçün mərkəz deyirlər çün,
Hərə bir söz tapan dəmdə ona icad söylərlər.
Uyub sən zahidə, Qudsi, bu dünyada, dini tərk etmə,
Yolundan azmışa bəzən budur irşad söylərlər.
310
311
68
69
O zülfün üzdə, a dildar, titrəşib tökülər,
Baxıb ona güli-bixar titrəşib tökülər.
Külək əsir, nə edim? Qorxuram ki, zülfündə.
Rahatlanan bu dili -biqərar titrəşib tökülər.
Ləbin hədisi yazılsa mənim sözüm dərhal,
Qələmdə olmaz o asar, titrəşib tökülər.
Xumar gözünə baxınca itirmişəm özümü.
Əlimdə cami-mey aşkar titrəşib tökülər.
Yanar şamın ürəyi can verəndə pərvanə.
Onun da göz yaşı biixtiyar titrəşib tökülər.
Bahar hicrini bilcək çəmən gözəllərinin.
Üzlərində bəzək hər no var, titrəşib tökülər.
Cigər odu əridər qəlbimi necə. Qüdsi,
Yarın üzündə tər oynar, titrəşib tökülər.
Bihünər əlləşəcək başqası bifər olsun.
İstəməz bəs nə üçün özu hünərvər olsun?!
Çox əziz var quyuya cahü cəlal ilə düşər,
Qeyra aldanma əgər doğma bəradər olsun.
Kami-dil söylə nədir? Yoxsa, şikayət kimdən.
Kimsəni istəmərəm qəmli, mükəddər olsun.
Yaxşılıq hasil olar zahiri çirkindən çox.
Qoy büti məhv eləyən dəhrdə Azər olsun*.
Hilmü ehsan yaranar gözləri toxluqdan bil,
Rüşvətə meyl edər ol şəxs ki, müztər olsun.
Tərinin dövrü ilə fitnə düşər yar üzünə,
Bavərim yox səbəbi kövkəbü əxtər olsun.
Qüdsi, tərif edər idi səni gər bilsə idi,
Necə bu hüsilə bu ruh müsəwər olsun.
312
313
70
71
Dütıyada hər kim aşiqi -rüxsareyi-gül gün olar,
San rəngli üzü daim göz yaşından pürxun olar.
Bax məcnunun didəsində cilvələnən bu qan rəngi,
Leylinin al yanağının əksidir ki, ofzun olar.
Saçlarının zülmatmda nurdan qaçan o şey nədir?
Bu zülmata öyrənənlər axı ona məftun olar.
Sevdalılar danlaq altda çatmaq istər bir rütbəyə,
Qəlbi sınmış aşiqlərin əhvalı çox məhzun olar.
Ünqa kimi bu dünyadan axtaracaq izlət küncü,
O adam ki, bəxti ona həmişə rəhnümün olar.
Sonsuz qəmdir dilşadlığın vasitəsi, çarə budur,
Xoş ona ki, həmişə bu dairədən birun olar.
Qəddin şerin ölçüsüdür, nazü qəmzən qafiyəsi.
De bunlarsız Qüdsi təbi, nccə lotif, mövzun olar?!
Az-az ruhun meyli artar, sonra dönüb sevda olar,
Dama-dama cəmləşərək axırda bir dərya olar.
Hər sübutu heçə vuran yarm qara zülfimə bax.
Ürəklərə hər bir teli şirazəli qəba olar.
Zahidlik və təqva mənim töhmətimə səbəb oldu,
Hər kos yaxşı ad axtara axır belə rüsva olar.
Çox-çox şeylər gizli qalar aşkar olan əlamətdə.
Gizli olan aləmdəsə çox əlamət peyda olar.
Həqiqətdə heç bir nazın fərqi yoxdur, niyazlardan,
Məhəbbətdə xas sifətdir ki, daim bipərva olar.
Qəlb aynası arzunun gözəlinin cilvəsidir,
Çox göz var ki, bircə dəfə baxmaqdan nabina olar.
Qüdsi, şerin bir qədər də yüksələrsə qorxum budur
Fəvvarə tək qalxıb düşər һөг zərrəsi yəğma olar.
QJs>~\ 314
315 /'ekS>
72
73
Söz düşəndə qıvnm saçdan bilmirəm —
Neçin mənə hücum edir dərdü qəm?!
Qəmlə xoşam həsrət odu yananda,
İlk şölədən yanıb külə dönmüşəm.
Səbr etməli aşiq gərək, əsir quş
Çalışdıqca olar daha tor möhkəm.
Mələk bica tənə vurmur, bilir ki.
Hər bəlam törətmədə bu adəm.
Belə fürsət əsim çox az düşər.
Qəfəs zəif, bülbül şurda, gül bərhəm.
Öz ovundan yara almaq nə xoşdur,
Əvəz etməz bu ləzzəti heç mərhəm.
Yar qaməti qiyamətdir sus, Qüdsi,
Qiyamətə düşdü deyən bu aləm.
Aləmə ol işi kim, ləşkəpi-xunxar eylər.
Bircə göz vurmağilə qəmzeyi-dildar eylər.
Müddəilər ki, bu rüsvalığı şərh eylərdi,
İndi gör bu hünəri düşmənim iqrar eylər.
Qəmimin şərhi nigan daha sərt etdisə bəs,
Nə ümidlə bu könül hali-dil izhar eylər?!
Yarı əğyar ilə görmək ki, fəraqdan pisdir.
Kim qəfəsdə oturub fikri çəmənzar eylər?!
Can qəfəsdə, diləyən rahəti, ol quş kimidir.
Kim qəfəsdə oturub fikri çəmənzar eylər?!
Dilbərim vədə verər sevgiyə, eylər məhrum,
O vəfa eyləməyən bəs niyə azar eylər?!
Qüdsi istər ki, torunda düşə daim bəndə.
Bu duanı gecə-gündüz dili təkrar eylər.
316 /'e>vS
е/з\ 317
74
75
Cahan əhli bu iczile özünü zənn edər sultan.
Sözü “düzlük” olar lakin oğurluqdur işi hər an,
Sonə möhtac olan dəmdə əgər baş, qul olar, lakin,
Ona düşsə işi dərhal vurar dom kətxudalıqdan.
Başında bir papaq yoxdur, həmişə toxtü tac istər,
Saray, dövlət dilər amma gəzərkən ac, susuz, üıyan.
Səhər durcaq deyər şahəm, mənimdir söyləyər aləm,
Günəş batcaq qapı-qapı gəzib istər çörək nalan.
Edər zülmü sitəm, lakin hünər söylər buna hərdəm.
Gəzər işsiz və avarə, deyər nə xoş keçir dövran.
Vüqar ilə dolansan sən təvazö göstərərlər bil,
Təvazö eyləsən dərhal edərlər üstünə tüğyan.
Son ey Qüdsi, uzaş cəncəl bu dostlardan uzaq ol.
Nəhayət, ömrünü badə verər bu hiylogor düşman.
Ey könül, müjdə sənə, arzu müyəssər oldu.
Fələk əl çəkdi cəzaden sənə yavər oldu.
Doğdu hicran gecəsindən necə gör sübhi-vüsal,
Şükr olsun belə gün indi müqəddər oldu.
Sən tutursan əməli, biz əməli ey zahid*.
Deməli, taətimiz döndü bərabər oldu.
Belə bir rəmzi də var: Kəbədə büt qırmaq üçün
Mustəfa çiyni Əli payinə mənbər oldu.
O adam ki, bu vilayətdə verib dinə rəvac,
Ürəyi sidq ilə tək Allaha müncər oldu.
Qüdsinin isminə bax, çıxmamış əqlü dindən.
Hər yerə qoydu qədəm şöhrəti digər oldu.
Qüdsi, Məcnunə düşüb Leyli cəmalindən işıq,
Cilvəsindən necə gör dəhr münəwər oldu.
318 Г&З
<2.XsA 319 /еХЗ
76
77
Ah o gündən ki, fərəh yurdu bizim mənzil idi.
Necə tez keçdi o günlər ki, murad hasil idi.
Bilmədi qürrələnən qəlb cavanlıq qədrin.
Bilmədi eşq nədir, fitnələrə ğafıl İdi.
Hanı ol şur ki, başımda yaranırdı hədsiz.
Hara getdi o şətarət ki, mənə şamil idi?!
Yüz ümidlə aparır yar tərəfə şövq İlə,
O həvəs ki, aramızda görüşə hayİl idi.
Yoxdur əfsus bu xoş güzgüdə yarm əksi,
Noldu ol surəti-ziba ki, könül mayü idi?!
Sürdü dəryadə gəmi söylədi tez-tez gəmiçi.
Hanı ol dalğa ki, hər zərbəsi xoş sahil idi?!
Qüdsiya, keçdi ömür, söndü deyən ilahamın.
Hanı ol nüktə ki, təbin ona çox qabil idi?!
Sənin zülfündə bənd oldu könül tərk etdi dünyanı.
Nədir azədlik bilməz əsiri-bənd olub canı.
Deyil bihudə giryanlıq, yəqin bir sirr var bunda.
Bu sudur söndürən qaibimdə çünki nari-suzanı.
Mənə qasid dodağından hədis nəql etmək istərkən,
Həmən dəm qonçətək bəndə düşüb bağlandı dastanı
Könül istədi sevdadon bir az asudə olsun, ah.
Zavallı səy qıldıqca bir az da artdı һөусаш.
Nigarım üzdən atdıqda niqabı bəzmdə birdən,
Ucaldı asimanə hamının heyrətlə əfğanı.
O əyri qaşların saldı cahanə şurişü ğovğa.
Əcəb һөусапә salmışdır o bal ləblər bu dövranı.
Həmişə xalqa sevdadən nəsihətlər verən Qüdsi,
Özü möhtaci-pənd oldu, yetiş ey eşq sultanı!
320 /-gkg)
321 ZekS)
79
78
Hansı yerdən görəsən afəti can gəlmədədir?
Unudubdur Özünü, Allahı, yan gəlmədədir.
Beldə qaş xəncəri, kirpik oxunu əldə tutub
Gəzlərilə tökəcək, indicə qan, gəlmədədir.
Zülfü Məcnun eləmiş könlümüzü sevdadə,
Kakili ətr saçıb, sərvi-rəvan gəlmədədir.
Bu gözəllik ola bilməz yarana torpaqdan.
Bu pəridir ki, səmadən nigarən gəlmədədir.
Ya nəhaldır ki, bitib qəmzə gülüstanında,
Ya maraldır dolanıb külli-cahan gəlmədədir.
Fikri yoxdursa əgər yandıra aşiqlərini.
Bəs neçin al yanağı lalenişan gəlmədədir.
Qüdsi, ol afəti-can cilvə edir, qorxum var.
Eşq sərgəştəsinə verməz aman, gəlmədədir.
Mənim o məhliqa yarım hüsnü edib fəna gəlir.
Başdan-başa qarə geyib sanki tutub əza gəlir.
Sünbülündə dağıntı var, təravətdən düşüb gülü.
Baharının arxasından sanki payız, bəla gəlir.
Qarşımızdan keçən zaman gördük daha rövnəqi yox.
Hər tərəfdən eşitdik ki, belə qərib səda gəlir:
“Şahlar şahı, gördük necə əldən verib təxtü tacı.
Qəribə hal deyilmi ki, indi misli-gəda gəlir?!”
Sultan ikən bəndə olub, zəlil olub əziz ikən.
Bəs nə üçün bu bazarə belə üzü qara gəlir?!
Bu aləmdə çoxları var — zülmü cəfa sənətidir.
Şübhəsizdir nəhayətdə ona qəhri xuda gəlir.
Qüdsi, tanı bu hamandır, saldı bəlayə aləmi,
İndi, özü bəladədir aldı əcəb cəza, gəlir.
322 /ckS)
©Лө\ 323
80
81
Gözlərimdə arizin hər demdə cövlan eylədi,
Нөг yerə baxdımsa ruyin qəlbi büryan eylədi.
Saçların heç də pərişan olmayırsa bəs neçin.
Saldı bəndə ruhumu hərdəm pərişan eylədi?!
Vəsli-hicranm əgər zahirdə zövqi-dərdi var.
Eşq, sevda onları gördüm ki, yeksan eylədi,
Təkyə qılmaq taətə bir bəndəlikdir, şübhəsiz,
Küfrdir zahid sənə hər kəs ki, iman eylədi.
Ülfətin cəzbinə bax ki, bağda bülbül naləsin,
Atəşi onlar bizə misli-gülüstan eylədi!*
Sən qiyas et yar üzün Nəmmd oduyla gör necə.
Atəşi onlar bizə misli-gülüstan eylədi!
Yox təəccüb Qüdsiyə bir cami-mey verdikdə o,
Meykədə astanəsində canı qurban eylədi.
Yenə bülbüllər əcəb başladılar şurü nəva.
Eşqdən qissə açıb söylədilər min məna.
Zahiri surətdə eşq əhli nəzər salmaz heç.
Üzünə baxmaq ilə qəlbdə görər başqa səfa.
Belə bir aləmə dil verməyin heç faydası yox.
Kimə dil verdi könül sevgilidən çəkdi cəfa.
Rəsmidir aşiqə rüsvaçılığı alemdə,
Necə zahidlər üçün adət olubdur təqva.
Hicrə dözdüm gözəli voslinə ümmid edərək.
Ortalıqda əzilib tapmadım heç derdə deva.
Onların ki, var idi dilbəri, çox gördüm mən.
Daha çox canlarım sardı qəmü dərdü bəla.
Qol-qanadsız bu ürəklər ki, görürsən Qüdsi,
Uçdular eşq fəzasında əcəb misli-hüma,
Çl/sN 324 /^kS>
325
82
Ləzzətin şövqilə hər kəs vəsli-canan istəyər,
Nəfəsini təmin üçün eşq əhli imkan istəyər.
Dostu yad etdikdə, düşmən qorxusu yaddan çıxar,
Çünki sərvərlik həmişə şövkətü şan istəyər.
Ruzigar cövrilə əğyar tənəsi, hicran odu.
Aşiqi Məcnun edib qəlbini al qan istəyər.
Ey, mənə “hər müşkül İş səbr ilə asandır” - deyən.
Eşq müşkül dərddir, dərmanə Loğman istəyər*.
Rəhnüma oldu, dəlilsiz çıxdı azərdən Xəlil*,
Çünki eşqin varlığı hər sirri pünhan istəyər.
Qəlb yarandı, arzular doldu qəlbə, çünki eşq,
Atəşi-Namnıd içində xoş gülüstan istəyər.*
Vermə işrət fürsətin əldən bacarsan Qüdsiya,
Eşq aşiqdən həmişə əhdü peyman istəyər.
526 /"ekÇİJ
83
Boylə qaşla qamətə etsən nəzər,
San qiyamətdir olub şəqqül-qəmər.
Var gecəylə gündüzün bir adəti.
Olmaz onlar bir-birində cilvəgər:
Ağ üzilə qapqara zülfü onun,
Gecəni gündüzlə etmiş həmsəfər.
Başqa aləmdə gəzər aşiqlərin.
Gözləyər, bitməz gecə, gəlməz səhər.
Bağ, meşə, bostan, çəmən, gülşən ki, var.
Cümləsi eşqin suyundan dirçələr.
Mey içəndən öyrənin hüşyarlığı,
Sərxoş olmaqdan ayıl, bəsdir yetər!
Varsa, Qüdsi, cazibəyi-qəlbin sənin,
Yetgilən canana candan bixəbər.
327 Г&З
84
Mən özüm də bilmirəm işlər nə cür əncam tapar?
Xalq içində hörmətim yox, həm də haqdan şərmsar.
Hər kəs haqdan əl üzə, hərgiz qovuşmaz xalqa o.
Xalq ilə birləşsə olmaz heç zaman haqdan kənar.
Darda qaldıqda çalışdım, vermədi səyim səmər.
İstədim bir iş görüm, əngəl törətdi ruzigar.
Məşğul oldum eyş ilə bu dünyada qafil olub,
İztirabü möhnət etmişdir məni zarü nizar.
Can uyubdur qəflətə, tən hissə olmuşdur əsir.
Gör şahın zəfın ki, bəndə əldə etmiş ixtiyar,
Gərçe eybim çox, hünər yoxdur, budur eyni hünər.
Olmuram mən lütfı-həqdən qeyriyə ümmidvar.
Fəxrü istiğna zəlalətdir, inan, həm ehtiyac,
Qüdsiya, sən fəqrilə et qarşısında iftixar.
€L/eT\ 328
85
Bu nə zülfdür bitməyir söhbəti,
Ki, idrakın artır ona heyrəti.
Bu üzdürmü, aydırmı mən bilmirəm,
Yayılmış bütün aləmə şöhrəti.
Qəza Yusif hüsnündə öz fırçasın,
Edib imtahan çəkdi bu surəti*.
Dodaqlardakı rənglə həmrəng olub.
Çoxaldı onun hüsnünün zinəti.
Əqİl, ixtiyar, iş görən bir deyil.
Ki, tədbirə yox, heç kəsin cürəti.
Nə xoşdur əgər bir yerdə olsa cəm.
Qoca hümmətilə, cavan qüdrəti.
İşi, Qüdsi, təmkinlə çatdır başa.
Tələsməklə toxir pozar niyyəti.
<§Js\ 329 z'ekS)
86
Qarşıda gül, mütrübü mey, təmtəraq,
Sahibi-məclis oxuyur xoş damaq.
Bəh nə büsatdır bu sevinclə dolu.
Qoy ola bədgöz bu büsatdan İraq.
Cilvələnir gül elə bir hüsnilə,
Turdə Musa odudur sanki, bax!
Zülfü өга gül üzü, dilbərlərin.
Sanki yanır zülmət içində çirağ.
Bu nə nizamdır ki, nə sülh var, nə cəng.
Aləmi təşvişə salıb bir uşaq.
Ərz eləyək bəs kimə bu dərdi biz,
Hər gecəmiz keçmədə məhşər sayaq.
Qüdsi, sən israr eləmə yarə çox,
Zorla o dilbərdə yaranmaz maraq.
(ӘЛзУ 330 /eXS>
87
Cövrün ilə ürəyim dopdolu qandır hələ də,
Eybi yoxdur belə cövrün mənə şandır hələ də.
İstəmirsənsə də yar olmağa hərçənd mənə,
Çeşmi-biçarə yolunda nigarandır hələ də.
Tənədən qeyri sözü dinləmədim kuyindən.
Adı bu mərhələnin virdİ-zəbandır hələ də.
Yaz ümidlə olub nəğməsəm bülbüllər,
Duymayırlarmı məgər fəsli-xəzandır hələ də.
Mən ki, gənclikdə qocaldım, zəif oldum qəmdən,
Yüzü gər keçsə də yaş, qəlb cavandır hələ də.
Nə sevincdir ki, bu cür şur dolu məclisdəki şam,
Yanaraq ağlasa da xəndəzənandır hələ də.
Qəlb dildar ilə birləşməsə, kam axtarma.
Qüdsinin qəlbi budur, yar hamandır hələ də.
331 r&G)
88
89
Saqiya, dur yeno sübhün yaxası çak olsun.
Yandırıb suyla havanı yerə səp pak olsun.
Məşəl axşam çağı yandır günəşin çəmindən.
Sübh saç nurini əflakə şərəmak olsun.
Oxumaq zövqün əgər varsa oxu türfe moqam,
Dinləyib dərdli könül bəlkə fərəhnak olsun.
istəsən öldürəsən abi-həyatdan ver içim.
Ya et azad yerim qul kimi fıtrak olsun*
Bütlərin zülfünə tax holqeyi-zünnari bu gun,
Rəxnəsindən dağılan səbhəvü misvak olsun.
Nə qədər bağlanacaqsan bu cahan qeydinə sən.
Qəlbini bənd eləyən dilbəri-çalak olsun*
Qüdsi, kami-diiü din istəmə dünyadan sən.
Qismətin bütkədə, ya məzrəəyi-tak olsun.
Bilmirəm bu dili-zarinıdə nələr var yenə də,
Hansı bir zülfi-pərişandan əsər var yenə də.
Səpilir hər tərəfə gülşənı-kuyindən ətir.
Bülbülün gülşənə fikrində səfər var yenə də.
Qulağım səsdədir əlan bele zənn eyləyirəm,
Yardən elçi gəlib tazə xəbər var yenə də*
Çəkirəm ah salıb yadə o sərvin boyunu.
Vadiyi-eymən əra narü şəcər var yenə do.
Arxalanma belə bir yolda gözə, qəlbə Kəlim,
Bu cürə əl və əsa ilə xətər var yenə də*.
Qalx, mərdanə təpik vur kı, uçulsun bu hasar.
Qeybdən ta açıla sirrli dər var yenə də.
Qüdsi, idrak şamı az şölə verir, olmaya ki.
Bu qaranlıq gecədən sonra səhər var yenə də?
332 ГЖЗ
333 /e>^
90
91
Bu ив üzdür ki, şur salmış саһалә.
Salıbdır fitnələr cümlə məkanə.
Veribdir badə bu xaki-tonimi.
Bu odlu qəlbdən əşki-revanə.
Dünən yar kakilinden söhbət oldu,
Həvasindən təravət gəldi canə.
Bu nə zülmü sitəmdir qəlbi yaxdı.
Vurub xəncər salar od aşiyanə.
Bu sevdadən çoxu olmuş xəcalət.
Gedib Sürxabi-Təbrizdə nihanə*.
Nizaminin yeri eyvanda dardır.
Məgər Dehlidən heç qalmış nişanə?! 4 '
Bax hüsnün cəzbinə, təsiri-eşqə.
Necə Qüdsini də salmış fəğana.
Hümmət heç durmaz həvəslə yanbayan.
Kim görüb şəhbazi milçəkdən qaçan?!
Ey əsir quş, çırpınıb, qır, azad ol,
Bil ki, yox salxax qəfəsdə tab-təvan.
Eşq əqlin pəndinə möhtac deyil,
Bağlamaz coşğun seli çör-çöp, tikan.
Hər kəsə gizlin qəribə hal idən.
Gah olur bir çox əcayib iş əyan.
Kamrandır çox ləyaqətsiz rəqib.
Çox da layiq kəslər olmaz kamran.
Yandırar əwəl ağacda atəşi.
Sonra ümmidlə verər min ərməğan.
Qüdsi, axşam vaxtı yoldan azmışa,
Dord olar zənglə uzaşsa karivan.
334 /^в)
335
Od
Mən bilmirəm İşimdə nədir xeyr ilə ziyan.
Öz arzımın əleyhinədir hər işim inan.
Bais olar təlaşə bu bihudə iztirab.
Hər bır əməl özü yetişər bildiyi zaman.
Cananım “öl” desə, ya da göstərsə mərhəmət
Şükr eylərəm bu nemətə xoşluqla mən haman.
Bir bivəfa sənəm yolunda ömür getdi badə, ah,
Etdi xəcalət əhdimə sadiqliyim aman!
Bel bağladım vüsalə, məni əzdi intizar.
Qəflətdə qoydu canımı bu hicrilə güman.
Çoxdur çəməndə künci-fərağət, nə yaxşıdır.
Biz bir qəfəs tapıb onu etsəydik as i van!
Qüdsi, tükəndi səbr daha yox ürəkdə tab,
Əksiltməyir cəfam hələ yari-cansitan.
95
Dün gecə meykədədə bir belə səs etdi xruş.
Biliyi, huşu burax, al ələ et badəni nuş!
Məclisin əvvəli məst olsan əgər heç qorxma,
iki cam içsən əlavə gələcək başına huş.
Hər tərəf cilvə edər bax əbədiyyət gözəli,
Нөг tərəfdən çatacaqdır sənə peyğami-süruş.
Mey içən yarın üzü gül kimi verdikdə şəfəq.
Verdi qəlbimdə, gözümdə su ilə atəşə cuş.
Gündə min zülm edilir mərkü riyadən xalqa,
Degil insaf, ədəb şərti otursan xamuş.
Xalqa səndən o şikayət eləyən vaizə bax.
Ki, çıxırdı özü meyxanədən axşam bihuş.
Qüdsinin sözləri ətrafə ətir saçmadadır.
Hər gecə çünki xəyalinlə olur həmağuş.
338
<ЗХзЛ 339 ГеһЗ
96
97
Nə cünundur ki, ağıl ondan alır dərs müdam.
Bu məhəbbət necə tordur ki, düşən tapdı nizam.
Əridib buteyi-həsrətdə sənin mehrin odu,
Aşiqin qəlbini bir ləhzədə etmiş aram.
Vəslinin incisini ağlamayanlar tapmaz,
tnci tapmaz dənizə cummayan aləmdə tamam.
Eşqdir əsl qərəz, bəzən olur bu yolda.
Xas olan dalda qalır, öndə gedir məstü avam.
Göz, qulaq, ağzım hamı bir-birinə oldu rəqib.
Bu vəziyyətdə necə şərh eləyim dərdimi tam?!
Göz ürək qanma batdı ürək ondan qan olub.
Qana-qan yazdı deyən müs h əfi - ruy mdə kəlam.
Qüdsiya, şam kimi aşiq gülərək Ölməlidir,
Ki, bu yerlərdə qəbul olmaz İnan aşiqi-xam.
Eşqdir can cövhəri, əvvəl odur, sonra həyat.
Eşqdir əsli-təbiət, yoxsa puçdur kainat.
Müşkül isə qeyrdən etmək kənar yar qəlbini.
Bəs neçünmiş onda bunca əhdü peyman, etimad?!
Yaxşım pisdən ayırd et, ey əzizim, һөг zaman,
Yaxşı yolla get həmişə, pisdən eylə ehtiyat.
Sən пө məğrursan cəlalə, bir gəda mislindəsən,
Dövlətin uğrar süqutə, beşcə gün tutmaz səbat
Vermək olmaz dil cahanda məhvə məhkum şeylərə.
Artıq olsa iş, çıxar yaddan ədayi-vacibat.
Qüdsiya, xofii xətərdən dəfələrlə söylədim.
Eşqdir can cövhəri, əvvəl odur, sonra həyat.
<§ЈВЛ 340 r&G)
341
98
99
Xilqətindən insanın olmazdı hərgiz can qərəz
Olmasaydı dünyada bir surəti-xuban qərəz.
Şam alışdı od tutub pərvanələr yansın deyə,
Oldu güllər şöhrət iy çin bülbüli-xoşxan qərəz.
Hər kəsin cismində can var, nisbəti cananədir
Can sözündən olmuş ancaq aşiqə canan qərəz.
Gül üzündən qəlbimin ayinəsi tapmış cila,
Etmək olmaz bundan ауп şey o məhrudan qərəz.
Bir bütüm var, bütpərəstin heyranam mən felinə.
Kim neçin olmuş ona bu surətı-bican qərəz?!
Hər kəsin dildarı görməkdə xüsusi fikri var,
Etməmişdir badəni bu məclisi məstan qərəz.
Ta həvasü əql vardır, Qüdsiya, bil yoxdur eşq.
Intizami -məmləkətdir, varsa sultandan qərəz.
Küfrılə imanı yəqin,
Birgə yaratmışdır, xuda,
Kim xətti oldu dilbərin,
Parlaq üzündə cabəca.
Төп fitnəvə olmuş hədəf,
Can zülmilə olmuş tələf,
Bu söz yayılmış hər tərəf,
Xeyrəl ümur ovsətəhal.
Hər təbdə bir zövq olar,
Hər oəstdə bir fova olar.
Ləbtəşnədə bir şövq olar,
Çayda su görsə bərməla.
Qəlb eşqə olmuşsa vətən,
Qorxarmı heç bir fitnədən?
Min fəxr ilə uçub həmən,
O baş vurar tufanlara.
Хаһ o cananın əsər.
Olmazsa gözdə cilvəgor,
Bir nöqtəyə bənzər nəzər.
Kim səfhədə düşmüş xəta.
İsraqilər. məssailər,
Boş-boş durub bəhs etdilər.
Y anlış yol ilə getdilər,
Esaə olarkən asina.
Qüdsi, canın büryan olar,
Əqlü cünun yeksan olar,
Təbində sərgərdan olar,
Şeri bu cür etsən əda.
1 Ərəb atalar sözüdür: Yəni hər işdə orta vəziyyət xeyirlidir (M. S.)
<ӘЛзХ 343 ГекЗ
342 /'gkGJ
100
101
Çıxdı üzünə sənin cavan, xət.
Fitnə deyə yazdı asiman xət.
Mən ki, riisva olmuşam, hər sirrimiz olmuş ayan,
Aşiqin qalmış ümidi Allaha naseh, inan!
Ağzın kimi bir qəşengcə nöqtə
Heç kimsəyə etməmiş əyan xət.
Arzu etsən əgər cənnətdə qəsri, yan oda,
Yar kuyində olan aşiq gərək yansın hər an.
Gün kölgədə salar həmişə alta.
Zülfünlə olubdu sayəban xət.
Fərq edən cananı candan çox gözəl söz söyləmiş.
Qaç yalançı nəfe əlindən, qoy oda düşsün bü can.
Gör bağda çəkib qılıncı səbzə,
İstər ki, tökə yerə o qan xət.
Vəsli-yarə meyl edən aşiq şikayət eyləməz.
Çünki bir qəlbə sığışmaz mehr ilə qəhr heç zaman.
Hordom baş əyib qulağa söylər,
Keyfıyyəti-halmı nihan xət.
Saqiya, torpağıma su tök ki, od qalxsın göyə,
Su dirildər hor şeyi, var onda atəşdən nişan.
Bənzər xəzanın başı bəharo,
Verməz o gözəlliyə ziyan xət.
Vəslə manedir cahanda gördüyün hər vasitə.
Yarımız da əhdinə qılmaz vəfa, verməz aman.
Dilbərlərin hər nə xətti varsa.
Qüdsi, hamısı ürəkçalan xət.
Qüdsiya, bir camdən canda bu od-atəş nədir.
Kim görüb səyyarəni olsun günəş, ya kəhkəşan?!
(S><3\ 344 /eK5)
345 ГекЗ
102
103
Bu nə məclisdir ürəklər açılır onda tamam,
Yox ikən cəngü müğənni olunur rəqs müdam.
Qara saçdan gözəl üz başqa şüa almadadır,
Bu nə zülmətdir işıq tutmadadır onda məqam?!
Hər şeyin xilqətinin illəti eşq oldu, fəqİh,
Niyə bəs mən eləyirsən bizi ondan ey əvam?!
İndi kef çək ki, haram oldu bu bayramda oruc.
Görünəndə təzə ay xalq eləyər toy-bayram.
Yetişər oylə çətin fəsi nəhayət bir gün,
Bulutun dayəsi tifli-çəmənə verməz cam.
Mən demişdim bu bəladan çəkilim bir kənara,
Mümkün olmur eləyim könlümü öz hökmümə ram.
Qorxmuram tənə edə bir dəli, aqil olana,
Ya da, Qüdsi, qoca bir püxtəyə irad edə xam.
Bir niyaz ki, sonu puçdur, o niyazdan nə çıxar
Sənə sirri nə verim ki, edəsən sirrimi xar.
Qəlbi eşq ilə dolu şəxsə məlamət yaramaz.
Eşqi insana verib çünki böyük sənətkar.
Xətti-hikmətdə başım mərkəzə pərkar kimidir,
Mən qulam, sən isə bir hakimi-alimiqdar.
Sənə qurban olum ey saqi, ömür keçdi hədər,
Canımm xərmənini odla o mayeylə nolar!
Zülm edir gərçi zəmanə bizə yox eybi bunun.
Gəl sənə ta ki, edim bir neçə sirri izhar.
Dini atdıq necə gör tərk elədik dünyam da.
Qoyduq hər pis şeyə şərin adını, etmədik ar.
Yar qəm versə yarar, neylərəm əğyar qəmini.
Qüdsinin qəlbini oxşar bu bədii əşar.
(ELXeTN 346
347 /ek§)
104
105
Düşüb çölə, daha lalə ürəkdə min bir dağ,
Məgər itirmişi vardır ki, tutmuş əldə çirağ.
Gedib güi əldən, əcəb haldadır yazıq bülbül,
Nə hicrə səbr eləyir, nə edir gülünü sorağ.
Məlamət etmə mənə, yoxmudur sənin xəbərin,
Nəsihətin sənə yükdür, mən isə ondan irağ.
Həmişə gözlərə ver yarın, hüsnü ilə cila,
Bu cür bənəfşəvü badamdır əlaci-dimağ*
O hansı güldür Özündən hazırlayır gülşən*
O hansı sərvdir ondan bəzək tapıbdır bağ?!
Bu dövlətin hamısı bağlıdır qəra zülfə,
Hüma qanadlarını gör necə qınb qara zağ?!
Şikayət etmə, şükür qılıb bu cövrə, ey Qüdsi,
Bu canmı elə sən yar pəyaminə iblağ.
Heyfdir əhli-vəfa qəlbi bu gün çak olsa,
Heyfdir yar əgər zalimü bibak olsa.
Şəfəqindən bir üzün olmasa aləm rövşən.
Heyfdir ay və günəş zinəti-oflak olsa*
Elə bir gözdə ki, min hiylə riya cilvələnir.
Heyfdir boylə gözə baxmağımız pak olsa.
Qoy ayaq qəlbimizə, didomizo, ey dilbər.
Heyfdir cilveyi-nazik hədəfi, xak olsa.
Oylə yer yox ki, qaçam, tapsam əlindən imkan.
Heyfdir ov asılıb siqləti-fitrak olsa*
Qarşıda bülbülü gül, mütrübü saqi, meyü cam.
Çox gülüncdür bu zaman qəlb ələmnak olsa.
Yaxşı məclis qurulubdur hamı şadlıqla gülür.
Heyfdir, Qüdsi bu cür bəzmdə qəmnak olsa.
34S /qxG)
(^Јв\ 349
106
107
Heyrətlə baxır arif olanlar bu cəmalə,
Həsrətlə düzülmüş yoluna nərgisü lalə.
Aşiqlərinə bax necə təşvişə düşüblər,
Göz tikmədədirlər hamı ümmidlə vüsalə.
Bİr cilvə qıl, ey nazlı mələk, gərçe bu cilvən,
Bais olacaq dünyada min cəngü cidalə.
Göylərdə tamaşana mələklər düzülüblər,
Heyran qalıram səndəki bu cahü cəlalə.
Hicrində həriflər qan içir mey əvəzində,
Məclisdə gəzir əldən-ələ qanlı piyalə.
Kirpikləri qan-qan deyir heç arxayın olmam,
Qəlbim deyən ondan gələcək gəlsə zəvalə,
Bir qiblədən ötrü belə səıgəştəlik etmə
Yet, Qüdsi, bu mehrabi-ibadətlə kəmalə.
Vəsli-zövqün artırar aşiqlərə rəngi-fəraq,
Dönməmiş əvvəl hİlalə bədr olubdur ay haçaq?!
Qaş misalında пө varsa dünyada көс görsənər,
Çünki bu ali bina əsimdə olmuş əyri tağ,
Çeşmi - səyyad, xallan - dən, zülfü - tordur, dilbərin,
Ovlamaqçın aləmi, qurmuş məharətlə duzaq.
Atdığın oxlar, nigara, qəlbimin dərmanıdır,
Verdiyin zəhr eyləyir aşiqləri şirin məzaq.
Yar - saqi, mövsimi-gül, içməyim mey neyləyim?
Zahid, insaf et, bu mövsimdə necə biz boş duraq?!
Dost yatıbdır mey içib asudə, düşmən - bixəbər,
Fürsəti fövt eyləmə, çox az düşər bu ittifaq.
Yellədikcə atəşi yanğın daha şiddətlənər,
Çarə xamuşluq olur, Qüdsi, yananda iştiyaq.
350
351 /ekS)
108
109
Gün, üzünü gördü büründü səhab.
Ay üzünə çəkdi buluddan niqab.
Yarəb, nə edibdir mənə dövran Qarabağda,
Etmiş məni pamal bu hicran Qarabağda.
Hüsnünə nəzzarə müyəssər deyil,
Baxmağa çün mane olar afitab.
Tiflisdə də mən günlərimi qəmlə keçirdim,
Olmuşdur halım indi pərişan Qarabağda.
Qaldım uzaq vüsləti-didanna,
Firqətinə qalmadı qəlbimdə tab.
Fərhad ilə dağdır gözümə görsənən hər şey,
Düşmür ələ Şirinlə gülüstan Qarabağda*.
Səbr elə, ey dil, bu acı hicrana,
Səbrilə güllərdən alarlar gülab.
Çox qorxuram əl çatmaya ol daməni-yarə,
Olsun həm əcəl dəsti-giriban Qarabağda.
Qəlb vuranda gəl elə imtahan.
Göz və ürəkdən çəkilir abü tab.
Qəlbimdə coşar qan, vətəni yada salanda,
Gündüzlə gecəm olmada yeksan Qarabağda.
Söylə ki, təqdirə nə tədbir var?
Eşqə ağıldan ki, verilməz hesab.
Yarəb, sən özün eylə xilas - qürbətə düşdüm,
Olsunmu günüm şami-qəriban Qarabağda?!
Qüdsi, bu əyyamda umma məram.
Hər iş üçün birliyi et intixab.
Bizarəm özümdən dəxi, Qüdsi, darıxıb mən,
Çəkdim bu qədər ah ilə əfğan Qarabağda.
352 SeK9
353
110
111
Yıldız deyil əlbəttə, bu ahi-dili-ğəmnak.
Dağdır basılıb sinəsinə, parlayır əflak.
Bil meydən alır ziynəti gülzari-təbiət,
Gül, lalə bəzərmi çəməni olsa susuz xak.
Ey göz, de görnm gülşənə tez-tez niyə baxdın?
Sellər yolunu heç tuta bilməz xəsü xaşak.
Hər şux gözəlin felinə uyma bu cahanda,
Rəngdən pas alar şübhəsiz ayi neyi-idrak.
Hər bir gözəlin köynəyi çak olsa yox eybi,
Bilməm niyə bəs köynəyim ondan olunub çak.
Zünnar daşıram, çünki o keysuyo çox oxşar.
Qalsın başına təsbih ilə şanəvü misvak.
Qudsi, çox heyifdir sənə ömrün keçə yarsız,
Ondan da betərdir naz edə dilbəri-bibak.
Bu nə xalü bu nə xətdir ləbi-cananə yaxın.
Belə kafir nə səbəbdən olub imanə yaxın?!
Buraxıb əqlü tənü саш yapış Allahdan,
Ki, olarsan belə bir karilə yəzdanə yaxın.
Ey ürak, hər yana getsən ayıq ol, eylə həzər.
Ki, yolun düşməyə ol zülfi-pərişanə yaxın.
Elə bir hal alıram mən səni yad etdikdə.
San qəfəs bülbülüyəm səhni-gülüstanə yaxın.
Çeşmü xalü rüxü kakil törədər xofu xətər.
Ay düşər əqrəbə, Mərrix də ki, Keyvanə yaxın 1
Misrdən Yusifinin ətrini tez hiss elədi,
O adam ki, quyunu görmədi Kənanə yaxın*.
Qüdsi, canana hicab oldu sənin intizarın,
Vəslin ümmidi həmişə olur hicranə yaxın.
354 /gxJ)
©ЛзЛ 355
112
113
Ey qürrələnən tacə, tacdan nə olur hasil?
Məzlumların ahından olma bu qədər ğafıl!
Şəksiz ayağın altda can vermək olur asan,
Lakin yaxa qurtarmaq səndən görünür müşkül.
Etdim nə günah sevdim bir sən kimi cananı,
Yüz parça da etsən gər qəlbim sənədir mayil.
Geysulərin ey dilbər, zənciri-ədalətdir,
Xosrovlar içərisində sən tək hanı bir adil?
Addımbaşı zənglər tək fəryadə gəlir qəlblər,
Cəmmal, bu vadidə ahiste yürüt məhmil.
Həngaməli qovğadır, hər yanda tamaşadır,
Üşşaq kəfən geymiş, xəncər siyirib qatil.
Qüdsi, nə utanmazsan indi dediyin sözdən,
Qabil sözün ustadı lazımdır ola kamil.
Deyil bu dərdimə dərman, əbəs fəğan nə edim?
Rəqib əzir məni, dost olmayır, həyan, nə edim?
Nə cür bəhanə ilə mən vüsali-yare çatım.
Yetirdi canə məni dövrü-asiman, nə edim?
Müradə çatmır əlim, həm unutmuram onu mən,
Yetirdi canə məni dövr-asiman, nə edim?
“Vətən”, - deyib, gəzirəm qürbət eldə avarə.
Bu qürbət ölkə mənə oldu xaniman nə edim?
Düşür bu dəhrdə hər şəxsə dərd, qədrincə,
Bu sirri dostlara bəs etməyim əyan, nə edim?
Rahatlığın səbəbi dövlət isə, məndə hanı?
özün de, varmı belə dövlətə güman, nə edim?
Var oylə mətləb onu fəhm edir ürək. Qüdsi!
Dil eyləməz belə bir qüssəni bəyan, nə edim?
<§Лз\ 356 /ekS>
357 /'ekS'
114
115
Eşq üzrə bu serdarlıq,
Bir söylə nədən, ey dil?
Olsunmu bu sər darlıq,
Bir səylə nədən, ey dil?
Darə çəkilən hər sər,
Öz-özünü faş eylər,
Oldun belə sən bifər,
Bir söylə nədən, ey dil?
Hər yerdə sən oldun faş,
Olduıımu belə ovbaş,
Dar üstünə qoydun baş,
Bir söylə nədən, ey dil?
Gəldin yerə bipərdə,
Düşdün bu qədər dərdə,
Qırdınmı dan şərdə,
Bir söylə nədən, ey dil?
Oldun belə sən bəndə,
Düşdün belə sən bəndə,
Düşdün dara bəs sən də,
Bir soyfo nədən, ey aW ?
Qoş başını bir işlə,
Bir xeyirli iş işlə,
Yoxsan işə gəlmişlə,
Bir söylə nədən, ey dil?
Qüdsi, belə olmazdın,
“Sərdar" - deyə hey azdın,
Tək sözlə əsər yazdın,
Bir söylə nədən, ey dil?*
Çək keyfrni zəmanədən axtarma, umma kam,
Etmə uzun diləklər ilə ömrünü həram.
Xalq adətin əsiridir, hətta sübut üçün.
Əfsanəni hesab eləyir doğru bir kəlam.
Kəşf etməyə bu sirri çox alim çalışdısa,
Baş açmayıb bu məsələdən qaldılar avam.
Zahid başmda, mədrəsənin qeylü qalı var.
Heyran qalıb o cəhli-mürəkkəb içində tam.
Yox doğru yol bu mərifətə eşqdən səva,
Hər kəs tapar onunla fəqət şöhrətü məqam.
Varsa başmda səltənətin zövqü, yoxsul ol,
Yüzlərcə ehtiyac doğurur һөг bir ehtişam.
Qüdsi, pozarsa halım yar eşqi qorxma heç,
Hər iş pozulsa şübhəsiz axır tapar nizam.
<Sy(sX 358 S&3
©Хз\ 359
116
117
Mən təmənna yolunu getdim əbəs yordum ayaq,
Yetmədim məqsədə mən hər necə etdimsə soraq.
Qəlbimin həsmtİni sözlə bəyan etdi dilim.
Nə xəbər etdisə yanm, onu dərk etdi qulaq.
Hicrə düşmüş könülə bir də mqib qorxusu yox.
Bu səbəbdən daha xoşdur mənə bu zövqi-foraq.
Can alır qəmzə ilə, sonra verir can dodağı.
Bu yəqin möcüzədir, sehr ola bilməz bu sayaq.
Xülqi, xasiyyəti heyran eləyir insanı.
Buna insan demək olmaz, bu mələkdir ancaq.
Badədir baisi, ya göz səbəb olmuş bu işə.
Üzünü görmədəyəm, mən ələ aldıqda ayaq 1 .
Sən şikayət eləmə Qüdsi, rəqibdən, yardan.
Yaxşıdır bir dəfə də diqqət et öz eybinə bax!
Başda çoxdan bəridir türfə xəyalım vardır.
Alıram zövqü mən ondan gözəl halım vardır.
Vəhşi gözlər nə ki, var ram olar əfsunum ilə,
Görürəm ovlamağa türfə qəzalım vardır.
Tən edib müddəi, gəl sanma məni bikarə,
Belə bir işdə bir anlıq de məcalım vardır?
Mənim halımdan əgər yox xəbərin məzursan.
Qəlbi əldən verən anlar ki, nə halım vardır.
Nə yuvam var, nə də yer yox qəfosin küncündə.
Nə də gülşən san uçsam pəru balım vardır.
İstərəm yanma yetməkdə rəqibdən imdad.
Mənə bax, gör nə təmənnay i-mahal ım vardır?!
Qüdsiya, bəndəliyimdən mən əcəb dəm vururam,
Bir kədakən həvəsi-cahü cəlalım vardır.
1 Ayaq - burada: bada
<sLXsT\ 360
©Лз\ 361 Г&З
118
119
Neçə vaxtdır ki, fəraqında məlalım vardır,
Vəsldən qeyri güman etmə xəyalım vardır.
İltifatım mənə küstaxlığa cürət verdi,
Səndən, ey dost, mənim bircə sualım vardır?
Niyə bir yad eləyib halımı sormazsan heç?!
Yorğunam, bənzim uçub, ğəmzodə halım vardır.
Allah-Allah, necə bihudə xəyal eyləyirəm,
Bu nə İşdir, nə təmənnayi-məhalım vardır?!
Мөп əbəs lütf umuram indi o zalım yardan,
Mən kiməm, ya nəçiyəm, ya nə kəmahm vardır.
Nə malım var edim uğrunda onun nəzrü nisar,
Getməyə bəzminə layiq nə cəlalım vardır?!
Yaxşıdır xamuş olub dinləyim hər an Qüdsi,
Gərçi bu barədə yüz dürlü misalım vardır.
Başımda xeyli zamandır həvayi-yanm var.
Nigar zülfü tək aşüftə ruzigarım var.
O atəşin yanağından alışdı, yandı cigər,
Bu qəlbə dağ çəkən nazlı gülüzarım var.
Xilas qıl məni saqi, ağıl bəlasından.
Mey içməsəm, bunu bil zəhməti-xumarım var.
Günah zahidi, taətsə rindı etdi xəcil,
Mənimsə hər ikisindən ziyadə arim var.
Yarın baxışlarına, zülfünə mən and içirəm,
Nə hicrə tab, nə də səbrə iqtidarım var.
Həyat üçün on əziz şey olan bu canımı mən.
Ayaqlarında fəda etməyə qəranm var.
Salanda Qüdsi yada gül cəmalını sanki,
Ürəkdə, gözdə ətirlər saçan baharım var.
362 /Ü3kİ3)
363
120
121
Neyləyim mat qalmışam mən öz işimdə sərbəsər.
Gözlərim öz yarımm hicrində qanlı yaş tökər.
İstərəm gülşən salım, gözdən ona arx çəkdirim,
Bəlkə mən bir sərv əkəm yanımda axır bir təhər.
Gülşən içrə bülbül istərdi ki, qursun aşiyan.
Gül ona etdi təbəssüm öz budağından səhər.
Zülfü rüxdən yüz ətir, yüz rəng saç ətrafə sən.
Ta xəcil olsun cülüstan öz yazından bir qədər.
Etməz idim mən səlamətdən məlamət ixtiyar,
Əqlü din olsaydılar Öz ixtiyarımda əgər.
Tünd baxmaqla gözəl bənzər acıqlı qartala,
Sanki, hiddətlə baxıb, itmiş olan bir ov gəzər.
Şeyx təsbih. Qüdsi əşar, bülbül isə şur ilə,
Hər kəs halın yarına öz səbki İlə şərh edər.
Zahidin qəlbini salmışsa tora zülfi-nigar.
Bəs nə halə düşəcək görsə onu aşiqi-zar?!
Alemə fitnə salan qüdrətə sal bircə nəzər.
Kim görübdür ola insanda pəridən asar?!
Xalqa təlim eyləyir sehr yarın dideləri.
Cüt mələkdir quyuya nazil olub sanki xumar*.
Kaf onun kakilidir, nun isə əyri qaşıdır.
Nə məhəbbətlə yaratmış onu gör sənətkar?!*
Eyşü işrət dəmidir, fiirsəti fövt eyləmə gəl.
Köhnə dünyaya bəzək vurdu bu gün tazə bahar.
Gülü lalə, meyü rüxsareyi-gülrəngə baxın.
Sanki, oddur alışıb, yanmada səhm-gülzar.
Qüdsinin qüssəsini qissədə söylər bülbül,
Onun hər nəğməsinə qoşdu könül xoş əşar.
(sLytsN 364 /'jŞxĞD
365
122
123
Sitəmkanm, neçin sən etmədin vədə vəfa bir an.
Məni aldatdın həm də öz işimdə eylədin heyran.
Xilafi-vəddən bədtər eyib dünyada gördünmü?
Neçin bəs əhdini qndm, nə oldu verdiyin peyman?
Dilə gəlməz sənə mən bivəfasan söyləyim hərgiz,
Özün bax vədinə və felinə, ey bivəfa canan!
Nə qorxun var o bülbüldən, nə cür naz eyləsən xoşdur.
Həmən sətinində ey gül, sən bacar min rəng ilə nazlan!
Niyazi-eşqə, nazi-hüsnə şahiddir sənin sinən.
Əzizim, bundan artıq vaımıdır aləmdə bir bürhan?!
O şirindillilərdən qəlbə bir dağ çökdü çox möhkəm.
Gərəkdir sinəmi mən dağ çapan tək eyləyim viran.
Bu adotdir vurarlar tənə Məcnuna, bari Qüdsi,
özün öz namini rüsvaçdıqda eləmə elan.
Gül xoş olmaz Həsənin hüsnü nümayan olsa,
Нөт bənövşə utanar zülfü onun yan olsa.
Günəşin surətim tirə edər bir anda.
Xali üstə Həsənin zülfü pərişan olsa.
Qönçənin qəlbi dönə qanə gülüstan içrə.
Həsənin al yanağı bircə dirəxşan olsa.
Surəti cilvələnən dəmdə batar müşkün iyi.
Ay sönər gərçi Həsəndən ona fərman olsa.
İstəməz başqa rəfiq vəhşi könül dünyadə.
Gər Həsən bircə kərə ruyinə xəndan olsa.
Hər tərəfdən əyilir qiblənüma əqrəbitək.
Həsənin səmtinə hor mötəbər insan olsa.
Hər kəs aləmdə tutar sevdiyi bir dost adını,
Mən “Həsən” söyləyərəm һөг nə qədər can olsa.
366
<ə>s\ 367 /'ек§>
124
125
Nurunu almış üzündən ruzu şəb mehr ilə mah.
Söylə, heç vardımı bu mətləbdən artıq bir günah?!
Xeyli müddətdir bizə cövr olsa da biz xoşdilik,
Eylər axırda ədalət ilə divan dadxah.
Bu nə gözdür, nə dodaq ki, azca zəhmət çəkmədən,
Qətl edər xalqı silahsız, mülk alar həm bisipah.
Hökmdən dönmək sanardım keçsən ismətdən əgər.
Əhdə bərəks fərz edərdim məndən olmazsa günah.
Damənin bir əl, əlin damən tutardımı məgər.
Udmasaydı Yusifı-Misri o Kənan içrə cah?!*
Mən öləndən sonra qəlbim od tutub qəbrimdə də,
Bir qızıldan lövh olar bu çəkdiyim atəşli ah.
Bunca təkid ilə Qüdsi eyləmə ərzi-niyaz.
Yox yeri, küstaxlığı sevməz hüzuri-padişah.
Eşq dərdi, atəşi-möhnətlə yanmışdır bu can,
Böylə qəmlə varlığımçın bilmirəm varmı güman?
Arizusu yanmın gah güldürür, gah ağladır.
Sanki şiddətli küləkdə od tutub şamdır yanan.
Müxtəlif meylərdə keyfiyyətcə bir təsir olur,
Şurə gəlmişdir içən ərkək, qadın, pirü cavan.
Rəngi güldən rəng alıb, bülbüldən ahəng öyrənib,
Ondan ətr almış səba, dolmuş çəmənlə busitan.
Bir pərivəş mahru olmuş gözümdə cilvəgər.
Ol nigarın böylə hüsnündən işıqlanmış cahan.
Haşalillah ol pəripeyker yəqin adəm deyil,
Bir mələkdir Allahın əmrilə salmış asiman.
Heç taparmı intizam bir gün cahanda intizam,
Qaşlarından bənd vurubdur işlərə. Qüdsi, zaman.
368 /'çkjS)
369 /ekS>
126
127
Vəqti-səbuh oldu bəs, badeyi-gülfam hanı?
Gündüzüm oldu qara, mahi-dilaram hanı?
Gül üzünə, sərv isə qibtə edir qəddinə.
Güldə bu cür xoş ətir, sərvdə əndam hanı?
Göz və qulaqdan sənə çoxlu şikayətliyəm.
Getmədə badi-səba, fürsəti-peyğam hanı?
Feyzi qənimot bilin xassə bahar çağı yar,
Əhdə vəfa etsə də, arxayın əyyam һаш?
Boşlayaraq gülşəni, girmə qəfəs küncüno.
Ovçudan etmo giley, danə hanı, dam hanı?
Qorxusu var virdinin, çünki həyat dərdidir.
Dərdin əgər eşq isə, illəti-sərsam ham?
Qüdsi, ümid bağlama, bu qoca dünyayə sən.
Nil çayını tərh edon, banii-ehram hanı?
Aləmi etdin əsir nərgisi məstanına
Sinələr oldu hədəf nəvaki-müjganına
Nisfıni görsə əgər bayram edər oxşadar,
Xalq orucluq ayın çaki-giribanma.
Alnıma basdı xalın dağ, qul etdi məni,
Oxşadıram halımı zülfi-pərişanına.
Yox məcalım söyləyim, çünki əzəldən məni,
Bülbül edibdir xuda səh ni -gülüstanına.
Gər bu gözəlliklə sən gülşəni seyr eyləsən,
Səbzə ilə gül vurar çəngini damamna.
Bülbülü güldə bu cür nitqü təbəssüm hanı?
Qibtə edirlər sanin qönçeyi xəndanına.
Ahdan etmə həzər. Qüdsi, nəhayət bu ah,
Hicr günündə olar şəm şəbistanına.
@Л9\ 370
371
128
129
Yəqin göz yaşlarından islanardı gülşən, ey Qümri,
Sanin sərvin mənim sərvim tək olsaydı şan, ey Qümri!
Söylə nə lazım mənə sənsiz cahan,
Çünki xəcalət çəkirəm һөг zaman.
Sanin sərvin gilə bənddir, mənimsə sərvim azaddır,
Və lakin zövq alır yan o bənd etməkdən, ey Qümri!
Xeyri nədir dünyada boş şeylərin,
Nurla günəş tapdı bu aləmdə şan.
Nişanı çoxdur eşqin, lafə, yoxdur ehtiyac hərgiz,
Budur boynundakı tovqun deyir: aşiqsən, ey Qümri!
Bağdakı quşlar hamısı lal olar,
Nəğmə desə bülbüli-şirinzəban.
Başım sərvin ayağında, ayağın sərv başında,
Deməz aşiq olan bu şivənə heç əhsən, ey Qümri!
Qorxuram axırda sənin işlərin,
Faydasız olsun da, çıxarsın ziyan.
Əgər həmsirrü həmdərdsən, bizimlə birgə gəl şurə.
Əsirlər birgə xoşdur eyleyorsə şivən, ey Qümri!
Canlı və cansız nəki var dünyada.
Məhv olacaqdır hamısı bigüman.
Qıyas etmək deyil mümkün səninlə bir quşu hərgiz.
Nə gülşən var ona, nə aşiyan, nə məskən, ey Qümri!
Heç yaraşannı, özün insaf elə.
Azad İkən qul olasan natəvan.
Girehləndi boğazda naleyi-Qüdsı susub qaldı.
Çəmən bülbüllərindən sən danış, sən dillən, ey Qümri!
Tərif olunduqca sözün. Qüdsi bil.
Cilvə tapar şeirlərin anbaan.
372
373 /е)^§)
130
131
Xalq axtarır iş, gəlməyir heç yerdə qərara.
Tapdıqda bir iş həm, eləmir rəğbət o karə.
İmkansız olan yerdən ümid gözləyir hər an.
Məqsəd boşa çıxdıqda sanır taleyi qara.
Dəhıin qəminin, eyşinin əncamı məlaldır,
Ey eşq, yetiş öylə ürək dağinə çarə.
Yoxdur işim heç koslə, xəlayiqdən əl üzdüm.
Bağlandı bu divanə könül zülfi-nigarə.
Var olsun o sevda ki, o meydən içən ölməz.
Başqa meyin asan edər qəlbimi paro.
Hər küncü qəfəs rahət olar bülbülə çünki.
Gülşəndə gələr rast o xozanə və bəharə.
Bais olacaq, Qüdsi, sənin naləvü zarin.
Əğyar sevincinə və dərdİ-səri-yarə.
Şəfəqqətli görmədim ol şux dilrübani.
Bu günkü eşqbazhq bir qaydadır zəbani.
Bülbülsifət uçur qəlb gülşən tərəf vüsalə,
Fikr etməyir bahardan soma gələn xəzani.
Kimdəndir hüsnə cəzbə, qəlbə edir nə təsir,
Yoxdursa ortalıqda təqdiri-asimani?!
Bir növcavanı sevdim, getdi cavanlıq ətdən.
Umdum cavan edər o, bu piri-natəvani.
Ol şux Ыг tük ilə yüz qəlbə vurdu zəncir
Möcüzmidir bu, yoxsa bir sehri-riysmani.
Firqətdə yar dərdi, vəslətdə xofi-əğyar,
Doydurdu canə məni bu səbk zindəkani.
Qüdsi, ağıl gücılə gəlməzsən eşqə ğalib,
Çəkmə əbəs əziyyət verməzsən imtahanı.
374 /е)Оз)
(5>Х0\ 375 /eX?>
132
133
Gəncliyimdə mən qocaldım ah, aman.
Mətləbim qaldı ürəkdə hər zaman.
Zahirən olsan da xoş, bir fitnəsən,
Zülm edənsən, görsənirsən mehriban.
Ya mələksən, bənzəyirsən insana,
Ya ki, insansan, bəlayi-asiman.
Ya olub Nəmrudla Musa atəşi.
Ki, ağacdan od tutubdur bustan.
Məstə təsir eyləməz zahid sözü.
Dərdə dərman eyləyər dərdanlayan.
Sən kimi, dünyaya nifrət etmirəm.
Bizlərə bəsdir bu cami-ərğəvan.
Qudsi, kimdir bunca tərif etdiyin?
Vəsfinin hər hərfidir bir dastan.
Nə qəlbdə var taqət.
Nə vəslinə var fiirsət,
Nə vəslinə var fiirsət,
Nə qəlbdə var taqət.
Yarəb bu günü heç vaxt.
Heç şəxsə rəva görmə.
Heç şəxsə rəva görmə.
Yarəb bu günü heç vaxt.
Varsa fəğanına niyyət.
Əyləş mən ilə bülbül.
Əyləş mən ilə bülbül,
Varsa fəğana niyyət.
Gül xara ola qismət.
Görmək onu müşküldür.
Görmək onu müşküldür,
Gül xara ola qismət.
öldürdü məni həsrət,
Yol yox bu gülüstanə.
Yol yox bu gülüstanə.
Öldürdü məni həsrət.
Divarda görüb illət,
Lazımmı çəkim qorxu,
Lazımmı çəkim qorxu.
Divarda görüb illət.
Möhkəm dayanıb səbr et.
Qüdsi, çətin işlərdə.
Qüdsi, çətin işlərdə.
Möhkəm dayanıb səbr et!
376 /'ek©
377
134
Ey gözəllik çəmətıi içrə güli -tazəbahar,
Ey məhəbbət bağının sərvi - gözəl, nazlı nigar!
Misli yox səndə olan gül yanağın, qamətinin,
Heyf, axir solacaqdır bu lətif gülrüxsar.
Bağladım bel o vəfanə inanıb bilmədim heç, -
Kİ, cəfapişəvü bədşivəsən həm bədkirdar.
Qeyrə yar oldun əgər eyb eləməz, çünki mənim,
Nazənin dilbərimin dünyada çox şöhrəti var.
İncəsən, şııxü zərif sevgili bir afətsən.
Belə dildar heyifdir eləyə zülmü şüar.
Nüktəpərdaz, füsunkar, sərapa nazsan,
Gözlərin nərgisi də oldu əcəb badogüsar.
Qüdsi qəlbində yəqin ki, sənə yer verməyəcək,
Sonradan gərçe peşiman oluban gəlsən a yar!
(sLXsTN 378
135
Cəfadan başqa bir karın yoxundur.
Fələk bundan məgər arın yoxundur?
Nəzarən başqadır, cilvən də başqa,
Məgər heç şövqi-didann yoxundur?
Mənə eyb etmə getdimsə yanından,
Vəfavü əhdə girdarın yoxundur.
Yığışdtr sən bu xudbinlik mətaın,
Bu meydan içrə bazarın yoxundur.
Qəfəs küncündə ey bülbül, nə kam var,
Ki, gülşəndən həvadann yoxundur.
Rəqibin cövrünə dözmək olarmı?
Köməkçin, bir yaxın yarın yoxundur.
Necə Qüdsi, ferağət gözləyirsən,
Ki, dil vann və dildann yoxundur.
(ӘЛзЛ 379 Гек§)
136
Pis işdən olursan əgər peşiman,
Neçin bos ona sən verirsən İmkan?!
Elə söz səylərsən ki, sığmaz əqlə,
Gəzdiyin şeylərin hamısı pünhan.
Yazıq pərvanəni yandırdı şölə,
Nə şamdır ki, olur fanusda suzan?
Torundan canquşu gəzməz uzaqda.
Nə üçün yazığı həbs etdin, canan!
Vüsalın hər kəsə bir pay verirsə,
Neçin bəs tək məni qovdun qapından.?
Fələk bir güzgüyə bənzər, hər işi,
Orada tərsinə edər nümayan.
Hünərmi, ey Qüdsü, xalqa əziyyət?
Mərdsənsə, et xalqın dərdinə dərman.
Qpsiddhr
BAHAR VƏ XƏZAN
Gəldi qış ləşkəri, ah, bağlan viran etdi,
Tökdü gül paltarını, һөг xolu üryan etdi.
Yığdı bağdan necə gör nəşo, ibnolı məclisini.
Dostların yığnağını məhv, pərişan etdi.
Bülbülü saldı necə sevdiyi güldan ayrı.
Gülşəni Yusifin hicrində cigərqan etdi*.
Yıldınm ağladı göydən, gülə matəm tutaraq.
Buludu sərv qəmində gözü giryan etdi.
Bu fələk rəhm nədir bilmədi, yağdırdı dolu.
Gülşəni pozdu, əcəb qorxulu tufan etdi.
Nərgİsİn gözlərini yumdu əbəd xabi ilə.
Həm qərənfil tacını xakilə yeksan etdi.
Yasa batmış kimi gör geydi bənəfşə qara don.
Yığdı asannı bir guşədə pünhan etdi.
Sünbülə, süsənə bax tökdü üzə saçlarını.
Zülmdən nalə çəkib çakigiribaıı etdi.
Çəmənin səhnəsinə etdi hücum Bəhmənü D ey*.
Bircə rəhm etmədi min zuhn nümayan etdi.
Xoş onun halına kim guşeyi-xəlvətdə bu dəm.
Nazlı bir yar qucub könlünü xəndan etdi.
380
381 ЛеХ5)
Məni xoş saxladı bir yaz gününün ümmidi,
Yarımın hicri isə qüssədən heyran etdi.
Bağda bülbül dil açıb, nəğmə dedi şur ilə,
Onu bu ətri-çəmən gör nə xoşəlhan etdi.
* *
*
Hanı güllər, çoxalıb dəhrdə gülzar olsun,
Gözəlin al üzü tək rəngi-çəmənzar olsun!
Lalətək cam tutub, səf çəkə dostlar gülərək,
Çəmənin bülbülü tək çoxlu sənətkar olsun.
Quşların nəğmələri şur sala hər yandan,
Açılıb gül şeh ilə badəsi pərgar olsun.
Rəqs edənlər çəmənin otlarını tapdalasın,
Qoy çiçəklər dağılıb yerə şərarbar olsun.
Biri gülzarə baxıb, başa çəkə qırmızı mey,
Ağac altında biri talibi-dildar olsun.
Səpə hər bir tərəfə badi-səba Çin ətri,
Lalə yarpaqlarının hər biri bir narl olsun.
Tökə aşiq kimi dil yalvararaq hər susən.
Nəğmələr içrə Ыг az dərdi-dil izhar olsun.
Nərgisin gözləri bir rind kimi badə içə,
Nəşədən can alıcı sərxoşu xummar olsun.
Çəmənin süfrəsinə lalə tökə peymanə,
Aşiqin daməni tək butəsi xunbar olsun.
'Od
Görünüb səbzəyi-tər, sünbülü nəsrin bir dəm,
Yar xəti, /iiltıi, üzari belə aşkar olsun.
Yeni mətlə açaram mən təzə bir qafiyədən.
Ki, bahar ətri bu təbimdə xoş əşar olsun.
* *
*
Hanı yol ta üzümü mən də gülüstane tutum?
Baxaraq tazə gülə, dərdimi dərmanə tutum.
Səbrimi aldı əlimdən gözəlin vəsl həvəsi,
Ah aman, bəs nə qədər könlümü hicranə tutum?!
Hər kimə mən baxıram kami-dil olmaz hasil.
Dəli qəlbim dilər üz dəştü biyabanə tutum.
Göz yaşım, ah i -dilim verdi oda, söylə məni.
Bir dua etməyə əl mən ulu yozdanə tutum.
Deyim axır no qədər mən çəkim işgəncə, ələm,
Ömrümün yaz gülünü badi-zimistano tutum.
Nola bir yaz açıla, can gülə min şadlıqla.
Lalə tok ta üzümü mən də o bustanə tutum?!
Oturum güllər arasında gözəl yanm ilə,
Hüsnünə valeh olub, əldə də peymanə tutum.
Aparıb qəlbimi dilbər dilərəm həsrətilə,
Nola zülfündə onun bir balaca xanə tutum?!
Gah öpüb ləblərini, gah da baxım gül üzünə.
Gah onu can kimi mən sinədə məstanə tutum.
<3><s\ 382 /g\5>
383 ЛгК<?)
Basaraq bağrıma bihuş qalım bir müddət.
Kam alım, yoxsa o cananımı bu сапө tutum?!
Yaz odur ki, ona əl gəzdirəməz bir də xəzan.
Bu çəmən içrə olan yazda mətinlik ham?
Yoxsa yaddan çıxan b, tərk eləyim arzulan,
Ya da bu xam təməi vahi bir əfsanə tutum?!
Qudsi canda arayır solmayacaq tazə bahar,
Çünki saf olmalıdır söz deyənin vicdanı.
Qoy keçim başqa sözə, bir yeni mətləb qoy açım,
Şerimin didəsini surəti-canano tutum.
GÜNƏŞDƏN BİR ŞÜA
* *
*
Xoş onun halına kim rədd edə bu dünyanı,
Bir sözün mətləi tək tez unuda sevdanı.
Bax gülün ömrünə kim təntənəsi beş gündür,
Payız olca boşalar xoş çəmənin meydanı.
Lalə üzlər solaraq hüsn gedər bilmərrə,
Unuda sevgililər verdiyi hər peymanı.
Sən könül vermə, gözüm vəslətə ya hicranə,
Şad clo qəmlə keçən ömrü bir az pünhani.
Şirin olmaz sənə bu zəhr dolu cami-həyat,
Yada sal Fərhadı, ol aşiqi -bihəmtanı.
Gül üzündən əxz edib gövhər günəş,
Saçlarınia örtülübdür hər günəş.
Ey xuda, nə ali şövkətdir bu ki,
Bir huma tək bəxtə açmış pər günəş.
Zülfdə görcək üzün oldu xəcil.
Başına şəbdən salıb məcər günəş.
Aşiq olmuş ruyinə bica deyil,
Hər deşikdən daxil eylər sər günəş.
Tez verin zülmetdeki Xızra xəbər,
Çeşmeyi-heyvam bəxş eylər günəş*.
Bax cahan keçmədədir, aqil olan bişübhə,
Keçici dövrə inanmaz, yaşayar xudmani.
Nurlu simanı nümayiş etməyə,
Gəzmədə səyah tək kişvər günəş.
Bağlamaz bel bu ötər şöhrətə, atmaz vətəni,
Ani bir ləzzət üçün tərk eləməz məvanı.
Eşqdən dəm vurmuşam bir sübh tək.
Qəlbim içrə doğru bir azər günəş.
Bədbəxt oldur ki, yeyə xuni-ciyər, dərdə düşə,
Lalə tək qan qusa və olmaya bir dərmanı.
Hər günəşdən bir şüa peyda olar.
Hər şüadan rəng alar digər günəş.
Yetişəndə əcəli can quşu bir gün susaraq,
Tərk edər can evini, odlu dili-şeydanı.
Ey hilalı qarşısında daima.
Olmuş aləmdə zəif çakər günəş!
Tapmadım mən də yol ey vah ümid gülşəninə.
Min təəssüflə keçirdim bu gözəl dövranı.
Ay çıxartdı qarşına çərxi-fələk.
Gördü parlar üzdə bir əhmər günəş.
384 /"§к§>
©Xs\ 385 /'eK©
Al şəfəqdən çıxdı qanla örtülü,
Qeyzdən əldə tutub xəncər günəş.
Fəxr edir varlığıyla bu dünya.
Möhkəm oldu onunla din, iman.
Bax Həməl bürcündəki qurbanə sən,
Ta şikar olsun sənə yeksər günəş*.
Fəzlü edi i ümid bəxş eylər.
Səltənət işlərində bipayan.
Dördnala cövlan edəndə köhlənin,
Göstərər altı ədəd əxtər günəş,
Başqalar şahlıq ilə fəxr eylər.
Onun öz surətindədir bu nişan.
Ey şahım, sal başıma öz kölgəni,
Nur salar hər xarədə ənvər günəş.
Sözlərim hər nə niiktə kəşf etsə,
Hamısı vəsfini edər ünvan.
Zatının yox ehtiyacı tərifə,
Çünki hər şeydən daha dilbər günəş.
Mən soruşdum dünən ay ulduz na.
Necədir söylə hali-kahkəşan?!
Mədhsiz də bir lətafət bəxş edər,
Hər şeyin rəsmində surətgər günəş,
Verdilər tez cavabımı: “Dərk et!
Soltanın ləşkəri olubdur əyan”.
Qüdsiya, pis göz sənə dəyməz yəqin,
Bir üzərlik yandırıbdır ər günəş.
Bu necə oxşayış ki, nisbəti yox.
Göydəki ulduz ilə yerdəki san?!
MƏDHİYYƏ
Başqalarla qiyası tərk eylə,
Varmı heç burda təşbihə imkan?
Yer üzündə odur verən fərman,
Bir günəşdir işıq salır hər yan.
Şübhəsiz rəmzidir bu təşbihlər.
Açdı ərz üstə şah özü meydan.
Hökmünə baş əyir bütün aləm,
Kölgəsində nəfəs alır dövran.
Möcüz eylər əli əsası, necə -
Möcüzə etdi Musiyi-İmran*.
Vəsfini mən soruşdum əqlimdən.
Dedi ki, bil odur böyük sultan.
Təkyəgahi də qüdsdür, bir bax,
Məsnədi-Əhmədə odur bürhan.
Hünərə nisbətini sordum mən,
Dedi: “Feyzun ləhüm...” ona şayan.
Qüdsinin nisbəti bu dərgəhədir.
Bir qul olmuş bu yerdə çun Rizvan*.
Asiman ondan istəyər mətləb,
Belədir şahimizdə şövkətü şan.
“Sali-fərxəndəfeli-ali ovc”
Tarix olsun bu şöhrətə əlan*.
(EXsTn 386 /'ех®)
(ƏyCçTX 387 /IğkS)
SAQİNAMƏ Səyahət zamanı gülüb taleim.
Mənə bir yol açdı böyük dərgaha.
Gəl ey saqi, ver cami-geytünüma,
K-i, gün tək salar torpaq üstə ziya. Edib lütf göstərdi min iltifat,
Belə nemət etdi сөһапә əta.
İçim ta özümdən olum bixəbər.
Mənə ta görünsün bütün macəra. Xoş olmuş onun hor işi. Qüdsiyə,
Olub tarixi: “Ganə tarixüna”*.
Bu gülşəndə açmış əcəb gül, çiçək,
Sitarəyiə dolmuş sanasan soma.
Vücudə edib bəxş öz feyzini,
Özün göstərir sanki köhnə fəza.
Dünən könlümü cuşə saldı sürüş.
Gəlib huşimin güşinə bu nida.
Dedi: “Çatmısan şöhrətü şənə sen.
Bir atəş kimi yüksəlib daima.
Bu din bəsləyən mötəbər divanm,
İçində yer almış xudavənd, xuda.
Sədaqət sənə çox da olmaz nəsib.
Sən öz xeyrini güdmüsən bərməla.
Günə bir nəzər sal o salmaz işıq.
Ki, yer söyləsin afərin, məriıəba!
Bu qüdrətli təbin ziyasinə bax.
Ki, dövlət işi ondan almış cila.
Onu tərifə yoxdur heç ehtiyac,
Gərəkmaz onunçun daha müddəa.
Uzun ömr versin ona girdigar.
Şahın dövləti tək o tapsın bəqa.
(ӘЛзЛ 388
389 /'ekS)
MüTtfmımshr
TİFLİS
* Qəm çəkmə, könül, gər ciyərin qanə dönübdür
Əyyami -vüsalın şəbi-hicranə dönübdür.
Bülbül-tək işin naləvü əfqanə dönübdür.
Tiflisə nəzər qıt ki, gülüstana dönübdür.
Hər bir gözəli afətü cananə dönübdür.
İrs ilə yetib bunlara asari-vəcahət,
Geysuləri sünbül tək alıb tabü təravət,
Qamətləri dünyaya salıb türfə qiyamət,
Hər dilbərə bir növ verib rəngi-nəzakət.
Kür suyu məgər çeşmeyi-heyvanə dönübdür!?
Hər şuxi-pəripeykər açıb türreyi-tərrar,
Dildadələri etmək üçün damə giriftar.
Səyyadi sitəmger bu guzərgahdə çox var,
Ahubeçələr tək doludur kuçəvü bazar,
Çia mülkünə bu meaziU -viranə dönübdür.
Hər kim gələ Tiflisə tamaşa tələbindən,
Zülfi-ruxi məhvəşləri görmək səbəbindən,
Görməz əsəri rahəti-can ruzi şəbindən,
Xoşləhcə pərizadələrin ləli-ləbindən.
Bu kişvəri-pürşur bədəxşanə dönübdür.
Bunlarda bu yarəb, пө səfadir fərəhəngiz.
Hər sərvqədin şivəyi-rüxsan bəlaxiz,
Rüxsari-niku, türreyi-mişkini dilaviz.
Hər əbruyi-xəm şəkldə bir xəncəri -xunriz.
Qan tökmək üçün hər müjə реукапө dönübdür.
Hərçənd bu güizardə çox dilbəri gördüm.
Can qəsdim edən şuxi-sitəmküstəri gördüm,
Arizləri mehtaba bərabərləri gördüm,
390 Г§к§>
Əvvəl yetişən gündə ki, İskəndəri gördüm.
Aya bu mələkdir, dedim, insaııə dönübdür.
Qüdsi ki, dəmi-qüds vurub lafi-təvəlla.
Tən eylər idi görsə birin valehü şeyda.
Tərk eyləmiş islamı görüb bunları hala,
İstər ola carubkeşi-səhni- kəlisa,
Zünnar salıb boynuna sənana dönübdür*.
BİSMİLLAH
* Dila! Əzm eylə sən bülbül sifət gülzara, bismillah.
Muradın olsa meyl etmək fəğanü zara, bismillah.
Gər istərsən müdam olmaq cigər sədparə, bismillah,
Qərəz fikrin tamaşadır əgər dildarə, bismillah.
Nəzər qıl ləli-canbəxşi-gülnarə, bismillah.
Təmənnasında gün-gündən məni-dilxuni şeyda qıl.
Gərəkməz namü namusum, qəmi-eşqilə rüsva qıl.
Verib dünyavü din nəqdin, mətai vəslə sevda qıl,
Əgər yox dəstres, sevdayə bari get tamaşa qıl,
Gəlibdir Yusifi-gülpirəhən bazarə bismillah!*
Çəkərdin arzu daim deyirdin şövqi yar ilə,
Ki, düşsiin ittifaqi-vüslət ol siminıızar ilə,
Etdim canım ona təslim zövqü etibar ilə.
Durubdur ol buti-sərməst tiği-abidar Пө.
Sözün gər doğrudur ey aşiqi-biçarə, bismillah.
Demişdin ey büti-tərsanigəh, bərhəmzəni-aləm.
Ki, etməm aşiqimdən mən yaman gün iltifatim kəm.
Alıbdır səbrimi dərdü bəla can qəsdin eylər həm,
Əgər iqrarı sabitsən vəfa həngamidir bu dəm,
Tərəhhüm qıl, qədəm bas dideyi-xımbarə, bismillah.
Olubdur qərqi-xunabi-cigər çəşmi-tərin, Qüdsi,
Yanıbdır daği-möhnətdən dili-qəmpərvəriıı. Qüdsi,
Gətir toqrirə bir-bir yarə ərz et qəmlərin. Qüdsi,
Əgər bu şivədən dilgir olarsa dilbərin. Qüdsi,
Şüru eylə bir özgə vəchlə izharə, bismillah.
391
ÖZGƏLƏRƏ
* Ah gör kim genə yar oldu nigar özgələrə.
Qoşulubdur yüzü gülbərgi-bahar özgələrə,
Göstərir şəmi ruxi leylü nahar özgələrə.
Yəni bizdən usanıb ülfəti var özgələrə.
Tərk edib aşiqini oldu düçar Özgələrə.
Həmdəmim qeyr olub, ləli-ləbim, mahvəşim,
Xətti-xali-xütənim, çeşmi-siyahi-həbəşim.
Dilbərim, simibərim, işvəgərim, laləvəşim.
Dövrü dönmüş fələkə bax ki, mənim badəkəşim.
Saqiyi-məclis olub, cam tutar özgələrə.
Mənə həm yar idi, həm munisü həm dilbər idi,
Mən ona çakər idim, həm o mənə sərvər idi.
Nə mənə bəlkə tamam aləmə taci-sər idi,
Nəqdi-canimi alıb çox mənə naz eylər idi,
indi gör müftə verir busü kənar özgələrə.
Səngdil rəhm elə ki, könlüm olub şişə mənim.
Salmısan şamü səhər başımı təşvişə mənim,
Dövrü dönmüş fələk, et halımı əndişə mənim.
Bilmədin qədrimi ey şuxi-cəfapişə mənim.
Axın üzü dönük oldu düçar Özgələrə.
Həzər et, sərzənişi-xəlqdən ey bisərü pa,
Gəzmə əğyar ilə sən bəsdir usan, eylə həya,
Qüdsiya, sən biləsən yoxdu gözəllərdə vəfa,
Lənət olsun bulann zatına hər şamü səba,
Ki, mənim sirr sözümü eylədi car özgələrə.
YƏQİN
Gül belə rəxşan ola bilməz yəqin,
Ay belə xəndan ola bilməz yəqin.
Sən kimi ceyran ola bilməz yəqin,
İşvəli canan ola bilməz yəqin,
Can alan insan ola bilməz yəqin.
©ЛзЛ 392 f&G)
Qaşlannı eylədi xaliq kaman,
Ox elədi kirpiyini canalan,
Qəmzələri səndə yaratdı nihan.
Eşqə düşər xilqətinə hər baxan
Vəsləsə imkan ola bilməz yəqin.
Səndən uzaq ey məhi-ərşi-cəlal,
Gündüzüm olmuş gecə, mahimsə sal,
Qoymadı rahət məni bir an məlal,
Dərdimə dərman yaranıbdır vüsal,
Ayrıca dərman ola bilməz yəqin.
Dilsizə bax gör nə edir müddəa.
Hər sözü guya yetirirmiş səba.
Uydurur hər kəs belə bir macəra,
Sənsiz olarmı yaşamaq bir daha,
Cism ki, bican ola bilməz yəqin.
Eşqə sənin meylin olarsa əgər,
Yanmalıdır səndə əzəl balu pər.
Sonra oda düşməlidir can, ciyər,
Bir belə odla yananın müxtəsər.
Tüstüsü pünhan ola bilməz yəqin.
Məclisi aç, ilk sözü ver dilbərə.
Odla dolu bir suyu tök sağərə,
Vəlvələ sal məmləkəti-xavərə,
Örtü əgər salsan o xoş peykərə,
Mehri-dirəxşan ola bilməz yəqin.
Qüdsi, daha bəndə düşüb müşkülüm,
Qüdsi, töküldü yerə tel sünbülüm.
Qüdsi, xəzan gördü deyən bülbülüm.
Qüdsi, daha yoxsa açan bir gülüm,
Eşqi-gülüstan ola bilməz yəqin.
393 /ekS)
MürəBSe-tər/gB
* *
*
Qardaşlarım, mənim sonsuz möhnətimə baxınız,
Nəhayətsiz dördlərimə, həsrətimə baxınız.
Yad ellərdə çəkdiyim bu qürbətimə baxınız.
Nacinslərin etdikləri töhmətimə baxınız.
Aman, dostlar arzusundan mən копагө çıxmışam,
Düşmon deyən sözə baxıb öz evimi yıxmışam.
* *
*
Varlığımı yaman əzdi sitəm ilə ruzigar,
Төксо bir boş vesl ümidi etdi meni xoşgüvar.
Ürəyimi oxşamışdır şirin, dadlı arzular,
And içirəm ki, ruhimi qırdı sonsuz intizar.
Min cür qomü dərd içində qəlbim gül tək hey solur.
Heyatım da gün keçdikcə yavaş-yavaş puç olur.
* $
*
Şuride bir bülbül kimi düşdüm birdən xəzana.
Sınıq qəlblə mən düşmüşəm qəfəs adlı zindana*
Bu bağdan bir gül dorersəm o tez dönər tikana.
Əziz dostlar, mən elə bir talesizəm eyhana -
Bir gülzarə qədəm qoysam solar bütün yarpaqlar,
Qönçəylə gül əvəzinə ağaclardan od yağar.
394 Г&З
* ★
*
Zəmanədən пө əzablar görməmişdir yazıq can?t
Qəlbim gözdən yağdırmışdır ətəyimə qızıl qan.
Öz-özümə etdiyimə bərk olmuşam peşiman.
Bilmirəm ki, bu sevdada hələ nə cür var ziyan.
Bu пө oddur ki, adma söylədilər məhəbbət.
Nə işdir ki, çəkdim ondan mən bu qədər məlamət?!
* *
*
Məhəbbətin dağlarıyla yaralıdır can, ciyər,
Heyrətəm ki, əhvalımda o başqa hal törədər.
Gözümdən su, ürəyimdən od və alov püskürər,
Qüdsi, nədir nagəhani bu fəlakət, bu xətər.
Yoxsa, matəm salmış sənin dostlarını həyəcana.
Fitnə qalxıb qəm tökülmüş, yoxsa bütün cahana.
<§Јз \ 395 /ekS)
EŞQ
Ey xuda, mon istərom roncü bəla,
O belayə qoy canım olsun fəda.
Can atır çıxsın dəli könlüm yeno,
İstəyir çəksin məni meyxanəyə.
Şövq özü oddur ona pərvanə biz,
Qorxumuz yoxdur bu oddan, şübhəsiz*
Bu yarımçıq yanmışı yandır tamam.
Bir dava ver dərdinə, tapsın məram*
Mən nə Forhadəm, nə də bir Vamıqəm,
Mən nə Şirin, Əzraya bir aşiqəm**
Şirin eşqi artıranda rişəni,
Dağçapan da başə vurdu tişəni*.
Aşiqəm bir Leyliyə kim karivan,
Eşqi ilə qaldırır şurü fəğan*
Naqəsi dünya, yükü dünya qədər,
Bu yükü kim çəksə taqətdən düşər.
Cümleyi-aləm sənə heyran olub,
Bu tənü canim də sərgərdan olub.
Aşiqü məşuq da sən, dildar da sən.
Qazi də, Mənsur da sənsən, dar da sən**
396 /eLS)
Bənd qıldın eşqinə canü təni,
Leylinin eşqilə yandırdın məni.
Qəlbimi etdikdə eşqin-aşiyan,
Əqlimi Мөспипө döndərdi haman.
* *
*
Parə etdim rişteyi-tədbıri mon.
İstəməm bundan belə zənciri mən*
Aç belə zənciri boynumdan daha.
Qoy gedim hər bir yer olsa müddəa*
Səni harda axtarım, ey binişan.
Bilmirəm ki ? harda salmışsan məkan?
Bilmirəm məsciddəsən, ya dcyrido.
Gah vücudun məndədir, gah qeyridə*
Gahı ünqasan, ovham kimi.
Gah yanırsan can evində şam kimi**
Bilmirəm sən hankı bir mənzildəsən.
Anladım axır ki, qəlbü dildəsən.
Afərin eşqə, onun qovğasına.
Mən yenə düşdüm onun sevdasına.
Eşq salmış aləmə həyəcanlan,
Eşq zəncirə salıb aslanları.
Eşqdir su, torpağı odlandtran,
Eşqdir göy xərmənini yandıran*
Eşqdən şahlar umar razü niyaz.
Mahmudu eylər haman bərıdi-Ayaz*.
©Л5\ 397 r&G)
AĞ VƏ QARA
Ayüzlü bir gözəl fərrü şövkətlə.
Bir qara həbəşə baxıb nifrətlə,
Çəkildi kənara, elə bil səhər.
Qaranlıq gecədən qaçdı. Müxtəsər -
Yenə xoş sifətlə o qara qulam,
Daş qəlbli gözələ edib ehtiram.
Dedi: Ey cəmalı parlaq günəşdən,
Neçin həqarətlə mənə baxdın sən?
Olsaq da biz qara, ya ağ, hələlik -
Hamımız bir çəmən bülbülləriyik.
Yaradan ağlığı sənə verəndə,
Gözəllik etmişdir qaranı məndə,
Günəştək olanda □ hüsnü camal,
Mənim də rəngimdən qoydu ona xal,
Bu xalla o camal bəzənən z am an,
Başqa bir gözəllik olur nümayan.
O xaldan gözəllik birə yüz olar,
Dalınca sürünər min pərəstişkar.
Əgər ağlığından mənə düşsə xal,
Mənim gözəlliyim məhv olar dərhal.
Xalq məni şüumsuz bilib hər zaman,
Böyük bir nifrətlə qaçar yanımdan.
Müstdzad
* Ey bəhri-məlahətdə ləbin gövhəri-yekta
bir dürri-tnüsəfa.
Ustadi-əzəl qıldı bəhic lohidə peyda
Bir sən kimi ziyba.
Eşq əhlinə xunriz qaşıntək hanı dulab?
Zülfün kimi qüllab?
ZÖhd əhlinə kuyin kimi yox kəbeyı-tnina,
Ey qaməti tuba!
Aşıq diləyəm, keçmişəm һөг iki cahandan.
Bəlkə dilü-candan.
Məstanə çıxıb göstərəsən nuri-təcəlla.
Çün atəşi-Musa.
Görgəc üzünü şəmi-sifət yandum, alışdum
O dlara tut u şdum ,
Çeşm-sıyəhin qıldı məni valehü şeyda.
Məcnun kimi rüsva.
Şənində məgər nazil olub ayəti-Iövlak,
Ey niyyəti-əflak!
Mebhut hüzurunda durur aqilü dana,
Ey zülfü mütərra!
Bir navəki-dilduz İlə qıldın məni məqtul.
Ey gözləri məkhul!
Bari tut əlim lütf ilə qıl mürdəni əhya,
Manondİ-Məsiha.
Ağarmaz bilirəm qara bədənim. Təfsir qılır zülfün əgər leylətü merac,
Ban ağaraydı taleyim mənim! Gəl eyləmə tarac.
QJsT\ 398 /eXjŞ)
@Л§\ 399
Bir tünd nigah ilə bədən mültcünü yağma,
Ey kafəri-tərsa!
Toxsır elədi aləmi bir tünd nigahın,
Bu zülfi siyahın.
Sehr eyləməyə qəmzələrin, bu-Əli Sına -
Olmaz sənə həmta!
Gor silsileyi-eşq də pabənd idi Məcnun,
Nə mən kimi məftun.
Şul türrələrin hər biri bir surəti-Leyla
Etmiş məni şeyda.
Ustadi-əzəl qıldı məni eşqə müqəyyəd,
Pabəndi-müceəd.
Serrişteyi-zülfün alimə saldı İlala,
həm başıma sövda*
Çək zülfimə bir şanə edə aləmi bərbad.
Ey gözləri cəllad!
Hər tarinə pabənd ola yüz Vamiqü Əzra,
Sal aləmə qovğa!
Divaneyi-eşqəm güzərim küçovü bazar,
Мөп eyləmə zinhar!
Kuyinda nə hacət qılam izhari-təməıma,
Bir ğeyri təvəlla.
Düşdüm həvəsi-danə İlə dami-molalo,
Uydum xətü xalo.
Yay kimi qaşmdan tökülür, qəmzə sərapa
Ey gözləri şəhla!
Qüdsi sənə məftun olalı bulmadı bir kam.
Ey sərvi -güləndam!
Keçdi qəmi-hicrində günüm, çün şəbi-yelda.
Ey zülfü cəlipa!
400 r§KS>
1
Xəbərdar ol ki, aləmdə olan cümlə hekayətlər.
Məcazi olsa da, orda həqiqətdən nişan vardır.
Deyirlər Xızra çatdı su, qayıtdı məyus İskəndər
Rəvayətdir, içində başqa cİzlİ dastan vardır.
Mənə aydın olub artıq ki, Xızra çatmamışdır su,
LəbMskəndərə bir bax, bu su orda hər an vardır*.
2
Heç bir zəhmət çəkmədən hər kəs olsa kamiran,
Deyirlər ki, bəxti var, onda yoxdur ləyaqət*
Ног işini ağılla görüb, yetirsən başa.
Bundan yəqin bir zərər görməzsən heç nəhayət.
İş düzəlsə, deyərlər, yaxşı çatdın arzuna,
Düzəlməsə, çəkməzsən başqasından məlamət.
3
Dün gecə röyada gördüm bir kəman əbrunu men,
Ox vurub kipriklə canə sel kimi axıtdı qan*
Sındırıb əhdü vəfam güzgüdə göstərdi üz.
Surətindən pərdə düşdü, ayna oldu binişan.
Saçları çin-çin edərkən, asiman gəldi yerə,
Saldı zəncirə cünuni, əqli etdi natəvan.
Mən özümdən bixəbər qaldım, mənə sən ver xəbər.
Bu nə röyadır? Вшш təbir qıl, ey kardan!
<äJS\ 401
4
Atım qalıb ota həsrət.
Saralmışdır saman kimi,
Üzü bəzən ağa çalır,
Eşqə düşətı cavan kimi.
Çöpə dönür zəiflikdən,
Töyləda ac qalan kimi.
Dili yoxdur şikayətə,
Şeyhə çəkir baxan kimi.
Onu görsən qəlbin yanar.
Mənim qəlbim yanan kimi.
Qüdsi, ol çək, yoxsa sən də
Solarsan bu heyvan kimi.
5
Bir gecə gördüm qoca öyüt verir oğluna.
Deyir malü dövlətə bel bağlama amandır.
Get, bala, elmi Öyrən qulaq ver hər hikmətə,
Elmlə bu dünyada hər iş əqlə batandır.
Fəqrdədir aləmin ləzzəti, asayişi,
Нөг dövlətli nadanın əhvalı çox yamandır.
6
Məclisdə xudnümalıq adət olmuş hər kəsə,
Təkəbbürlə öyünmək qəribə bir halətdir.
Biri fitnə törədib, qurur hiylə, kələklər.
Yalan deyib danışmaq hər əldə bir alətdir.
(тЫзЛ 402 /'еХЗ
Özgənin zərərində axtarar öz xeyrini,
Alçaqlıq və ıəzalət onlara bir adətdir.
Hanı özündən keçib millətə xidmət edən,
Kimin işi göstərin vətəninə xidmətdir?!
7
Nə gözəl rəng alıb aləmdə təbiət, baxınız,
Ona Çin ölkəsi də qibtə edir həsrətlə,
Gəldi novruz çağı, bu gülşənə tay yox, şəksiz,
Dağ basıb laləyə gülçin əli çox möhnətlə.
Bu gülüstan ki, onun fəsli dəyişməz əsla,
Tək bahardır ki, gülər daimi bir şəfqətlə,
Sehr, ya möcüzədir onda rəqəmlər guya,
Qasımın tərifi çoxdur iki yüz zinətlə.
Tarixi doqquz, otuz, min iki yüz oldu tamam,
Rəcəbin son günü bitdi bu rəqəm hikmətlə 1 ".
8
Çox zamandı məhrum idim ürək açan xoş söhbətdən,
Qafil idim bu dünyada canlar yaxan məhəbbətdən.
Xəbərsizlər məni daim bir bəxtəvər adlandırdı,
Məncə zülmə hədəf oldum qurtarmadım məlamətdən.
Nə həqiqət güldü mənə, nə istəyim hasil oldu,
Ömür hədər getdi, hələ əl çəkmədim bu adətdən.
Nə gözəldi, dostlar İlə bir hücrədə şadlanardıq,
Dərdi, qəmi bilməz idik, zövq alardıq səadətdən.
Qüdsi, mənim xatirimdən çıxmır hələ görüş zövqü,
Çox avara dolandımsa, qurtarmadım bu qürbətdən.
403 /qKQ
9
Мөп şikayət eyləyəndə incimə heç ey hiylogor.
Sən ki, qırğı əvəzində verdin düdük saldın yola.
Bir gün qırğı verən kimi tez geriyə aldın onu.
Bəs mən neçin söyləyim ki, qırğı alıb saldım qola.
Yenə qırğı diləsəm, mən sənə ağız açmaram bil,
Ta etdiyin oyunbazlıq, axır sənə sabit ola.
10
Mənəm ki, rəzm günündə pələngə, şirə dönüb,
Hünərlə düşməni məhv eylərəm şücaətlə.
Mənəm ki, zəhr yağar düşmən üstə sövtimdən.
Ölüm tutar yaxasından hər anda qüvvətlə.
Mənəm sənin üzünə güzgü, ey rəzil düşmən.
Gəlib müayinə et bu üzü ədalətlə.
11
Ey özünə insan deyib öyünən.
Nə öyrəndin bu dünyada: iki şey.
Biri bada verib varı, dövləti,
Əyyaş kimi səhər, axşam içdim mey,
O biri də hərzə, yüngül qadınla.
Oynayaraq öz dalını atdın hey!
12
Gözəllərin məclisinə düşən zaman ayıq ol.
Öz nəfsinə qələm çəkib sözlərində sayıq ol.
İnsan təbi öyrəşdiyi şeyləri çox arzular.
Çünki, hər şey nəhayətdə öz əslinə qayıdar.
Sən Allahı şahid çəkmə nahaq yerə durmadan.
Yaxşı bilir gizli aşkar hər bir işi yaradan.
404
Bu məbədə fazillər də ehtiramla baş əyər,
Çatar yüksək mərtəbəyə bura təzim edənlər.
13
Dedilər ki, xandan sual eyləmə.
Ki, onunçun əziz kimdir, ya nədir?
Kufə əhli belə misal deyərlər.
Bilmirəm bu doğru, ya ofsanodir?
Deyirlər ki, xanda olmaz ədalət,
O, nə bilir yaxşı пө, fəna nədir.
14
Az bilən, çox danışan axmaqdır, arif deyil.
Bənzəyər qamışlıqda küləyə sözləri bil!
15
Gəl rumi ayları sayım, nə olar,
Qoy qalsın o məndən sənə yadigar.
Otuzdur һөг iki kanun və təşrin,
Azər otuzbirdir, qaydadan kənar.
Həziran, ab, neysan, iylul və təmuz
Təşrin tək otuzdur, saydıqda miqdar.
İyirmi səkkizdir şübat üç üdə.
İyirmi doqquzdur qalan il təkrar.
Hicrət ğərs, miladsa ğəzməddir indi,
Bu il də şübatda kət qədər gün var*.
Miladla sən qiyas etməli olsan,
Hicri il yüz il də üç il çoxalar.
16
Bu dünyaya niyə gəldik, yol-hara?
Nə üçün biz gəzirik hey avara?
405
Hər gün belə gördüyümüz şeylərdə.
Sirrləri örtür qara bir pərdə.
Səbəblərin səbəbini bilən yox.
Ağlımızdan acizliyi silən yox.
Hər şey bizi salır sonsuz heyrətə.
Sövq eləyir nəhayətsiz zülmətə.
%ü6ai(ər
Oğul ölər bilməz əvvəl və sonu,
Bilmoz neçin ata yaratdı onu?!
Hər kəs bunu kəşfə çalışsa, ancaq,
Bir uçurum qarşısında qalacaq.
Yaşa, nolar bu əsrarı bilmədən.
Öz əqlini boş şeylərdə yorma sən.
Ömrü bada vermək nəyə gərəkdir?!
Onsuz da bu ömürlər çox gödəkdir.
Öz ömrünə məna ver sən hünərlə.
Bu aləmə baxsan açıq nəzərlə,
O zaman bil ömr ağacı boy atar.
Çiçək açar, verər çoxlu şirin bar.
Müvəqqəti yaşasaq da indi biz,
Barlı olsun ban bu az ömrümüz.
20
Aldanma, ey oğul, mala, şöhrətə.
Qalib gəl əqlinlə hər xəsarətə.
Ədalət uğrunda sən möhkəm dayan,
Dövlət qoy pozmasın səni heç zaman.
Bil namus girməz heç qızıl paltara.
Zəka da yaraşmaz tac qoyanlara.
Biliklər, önündə bir müşgülatdır,
Soni dərk etməkdə ağıllar matdır.
İqrar etməsək də cəhlimizi biz
O fəxri-kainat olan bir zatdır,
2
Qəlbimin istəyi hər arzu, məram,
Əqlin İstəyində əks olmuş təmam.
Müxalif olursa iki yoldaş bil.
Onların cəhdi də boş çıxar müdam.
3
Kafirlik ömrümü etmişdir hodor,
Moqsodçin mən hara eyləyim səfər?
Hardadır dünyada o müsəlmanlıq.
Ki, olsun bu yolda qəlbimə rəhbər?!
4
Dərgahda olmaq bir böyük dövlətdir.
Ona qulluq etmək bir səadətdir.
Qüdsi bir aləmdən yaranmış Qüdsi,
Onun öz admdan bir əlamətdir.
5
O gözlər qəlbimi edir tarmar.
Şərabsız məst edir, yuxusuz bidar.
Ey Qüdsi, bu odlu baxışdan qorxma,
Bu odla sulanır bizdəki gülzar.
©Лә\ 406
407 /eX®
6
12
Sözlərin şəkərdir şirin bir nabat,
Xoşdur şəkərdən də o bir neçə qat.
Bizim məktubları cavabsız qoydun.
Görünür beləymiş səndə iltifat.
7
Ruhumu çox tərif etsən də kamil.
Nə xaric söylərsən, nə də ki, daxil.
Dəniz başdan-başa bir ünsürdəndir,
İstər o dib olsun, ya səth, ya sahil.
8
Əgər can nur isə, bu zülmət nədir?
Zülmətsə, bu nurlu məhəbbət nədir?
Demək var vücudda zülmət də, nur da,
İfrata varmaqda bu adət nədir?
9
İradə çox olsa, təəssüb artar.
Qorxaqlıq çox olsa, gedər ixtiyar.
Ağıllı odur ki, ifrat etməsin.
Hər şeydə bilməli bir tənasüb var.
JO
Tərsinə dolanır amansız dövran,
O xalqı həmişə edir imtahan.
Sən laqeyd olduqca kam verir sənə,
Ramini istərkən o verir ziyan.
11
Sənətin fırçası köhnə, şahkar -
Bir işi etməzsə bizə aşikar,
O hansı babadır, yeni nəsilçin.
Qoymasın qiymətli töhfə, yadigar?
(Ə^sTN 408 /'exG)
Əlində tutduğun dolu peymanə,
Şərabə bənzəyir belə məstanə.
O suyun rənginə baxarkən sanki,
Günəşdir eyləmiş bir bürcü xanə.
13
Talein yar olsa sənə hər zaman.
Hər hünər qarşında diz çökər inan!
Əflatun olsa da, tale dönərsə
Hər işi tərsinə çevrilir haman*.
14
Təkcə nöqsan görər eyib axtaran.
Düzü də o əyri görür hər zaman.
Əgər belə İsə bos nə üçün o,
Özündə görməyir tək bircə nöqsan?!
15
Yaxşdcq sevməyir dünyada riya.
Hünərlə eyb ki, birləşməz əsla.
Quranda müvafiq bir ayə vardır,
Yaxşılıq eyləyən çatar yaxşıya.
16
Fəryad ki, əksimə dövr edir fələk,
Hicran çox, vüsalı o məhv edərək -
Bu hürkmüş qəlbimə verir təsəlli,
Yaşar boş təvəkkül, ümidlə ürək.
İsL&\ 409 /^q!kS>
17
23
Davada tüfəng də verir bizə səs,
Düşməni məhv edir ondakı nəfəs,
Düşməni məhv etmək lazım gələndə.
Ona göz ucuyla bir işarə bəs.
18
Halım etmiş məni həyatdan bizar,
Sağlamkan, etmişdir sağalmaz bimar.
Hicran bir dərddir ki, sonu bilinməz,
Bir sözlə kim edər bu halı izhar?
19
Allahım istəsə qurtarram qəmdən.
Qəzanın əksinə şad olaram mən.
Düşmənlər könlüce keçdisə ömrüm,
Bir az da dostlarçın yaşayaram şən.
20
Bürümüş tənimi, canımı fəraq.
Ağrıdır, günlərim keçsə bu sayaq.
Yar hicri, rəqibin dərdi, fələklə,
Məhvi mçin qurmuşlar necə ittifaq?!
21
Odunla alışdı bu can ximıənim,
Min ələm bürüdü qəlbimi mənim.
Odlu göz yaşımdan anladım axır.
Cigər şişməsindən yanmış bədənim.
22
Saqi, gəl badə ver, dağılsın bu qəm.
Dağılsın bəlkə bu qəlbimdən eləm.
Açıb dil deyim bu viranə yerdən.
Nə vaxt çıxıb getmiş Xosrov ilə Com.*
410 /екЈз)
Sinəmə dağ çəkir mənim bu dövran.
Halımı dərk edər kim çəksə hicran.
Qəlb odu bir yazıq xəstə qəribin.
Gözündən axıdır gör necə sel, qan.
24
Ümidim çoxdur ki, hicran tükənər.
Xoş keçər bəlkə bu ömür bir qədər.
Günəş tək camalın çıxanda bəlkə,
Gecəmiz məhv olub açılar səhər.
25
Sənsiz rahatlığım yoxdur, a canım,
Nə şadlıq varımdır, nə xoş zamanım.
Belə bir dolaşıq aləmdə hələ,
Azacıq ömrə də gəlmir gümanım.
26
Gözəlim bilmədi necəyəm bir az.
Kim ona aşiqsə bəxtiyar olmaz.
Zəmanə dərdindən qurtarsam əgər.
Kefimi edərəm yar yatımda saz.
27
Tamahla səadət birləşməz inan.
Tamahkar həsrətdir şadlığa hər ал.
Heç kəsdən götürmə azacıq minnət.
Bar çoxsa, tez sınar budaq hər zaman.
411 /еХ^)
28
34
Aynldıq, ürəyim qana döndü yar,
Nə deyim bilmirəm yoxam, ya da var.
Örtüksüz görünüb keçdi məclisdən.
Lakin bir kimsəyə baxmadı nigar.
29
Bu fələk işləri etdi pərişan.
Şadlığı fitnəylə o qoydu viran.
Zəmanə kələkdir ürək vermə, bil.
Kim könül verdisə buraxdı nöqsan.
30
Söz yandı qələmin ucuyla həmən.
Fitnənin oliylə soldu bağ, çəmən,
Bu ürək mülkündə canım qoru,
Hər yandan hücuma keçmişdir düşmən.
31
Ah necə mən tapım bu dərdə dərman.
Ki, zülfii, dodağı, rüxsarı haman.
Sünbültək, qönçotok, lalətək məni,
Dağıdır, qan edir, yandırır hər an.
32
Saraldı günəşin üzü bu səhər,
Məhtabım boyuyla sərvi xar edər.
Üzünün kitabı yazılan zaman,
Qələm yox, reyhanla yazılmış əsər.
33
Ey könül, yanmaqdan qorxmursan sən də?
Pərvanə xisləti varmıdır səndə?
Hansı daş sındırdı qol-qanadını?
Yuvana dönmürsən qəlbin əsəndə'*.
Dost yoxsa bir an da olmaram aram,
Ancaq didariylə alıram mən kam.
Ömür sona çatdı, yüksəldi ahım,
Ürəyim vermədi işə sərəncam.
35
Ey könül zülfünə sən düşmə dəxil,
Yüksəlmək bu yolda heç mümkün deyil.
Bu yol qorxuludur, sürəti azalt,
Artırsan, fəlakət törəyəcək bil !
36
Olsaydı əlimdə mənim ixtiyar,
Qəlbimi qoymazdım çəksin intizar,
Xəncəri çəkməkdə qətlimsə məqsəd,
Bir göz et canımı ovla, et şikar,
37
Yollan ey gizli, ahəstə gedən,
Həyatın məhv olar aynlsan məndən.
Belə gedirsən ki, görməyim səni,
Sən çıxa bilməzsən əsla ürəkdən,
38
Nəsimin baxışı ruhpərvərdir,
Gül fəsli, gecəylə gün bərabərdir.
Şadlıqdan muştuluq gətirmiş bülbül,
İlin də tarixi indi sağərdir*.
39
Dünyada bir yerdə olur şadlıq, qəm,
Şadlıq kədər ilə bağlanmış möhkəm.
Şadlıq keçən kimi qəm edər zühur,
Şadlıq zühur edər, qəmlər keçən dəm.
412
413 /ekS)
40
Cünunluq etməyə maildir bəşər.
Birində az olur, birində bətər*
Hər kos qafildir öz cünunluğundan,
Başqası edərsə tez tutar xəbər.
41
Dörd heydən bir yerdə olmasa asar,
O yerin əhlini bil əhli-məzar*.
Həkimü həmamü həsariı hakim,
Qüdsi, gəl bununla sözünü qurtar!
42
46 Güldür bu? deyil, gül belə xəndan olmaz,
Gündürmü? deyil; gün gecə roxşan olmaz.
Derdim mələkü mələk məhəbbət bilməz.
Kimdir bu ki, toşbihinə imkan olmaz?!
43
* Bu şəhin zatini haq məzhəri-tofıq etdi,
Namini çünki Qədir isminə tətbiq etdi.
Aləmi-qiidsdə təqdiri-əzəldən oJaraçç
Qədri gör kim, qədəri həm onu təsdiq etdi*
414 Г§к§>
TÜLKÜ VƏ QOYUN
Yazılıb bir maraqlı dastanda.
Vardı bir tülkü bir biyabanda.
O da zahid kimiydi guşənişin.
Gözü ac, hiyləgər, dəcəl, xudbin
Bir gün oldu acından avarə.
Aclığa tapmadı o bır çarə.
Baş alıb gəzdi çöl-biyabanı.
Yem üçün axtarırdı dünyanı.
Gördü çöldə həvəslə bıpərva.
Bir qoyun otlayır təkü tənha. ^
Bir ona baxdı, bir də qüvvətinə.
Gördü işlər yaman düşüb çətinə.
Gücü çatmaz ki, bitirə işini.
Qıcıdıb hirs ilə ona dişini.
Dcdİ: “Ey canı bərk, quyruğu boş.
Belə bir zülm getməz Allaha xoş.
Bu erazi mənim babamdandır.
Səndə bu nə ürək, nə vicdandır,
Ki, edirsən bu yerləri viran?
Kirəsin verməsən, düşər bil qan”.
Bu acı sözləri eşitdi qoyun,
Çarəsi qalmayıb əlində onun,
417
Dedi: “Yoxdur sənə inamım bil ?
Ola bilməz, bu yer səninki deyil.
And üçün yanıma gətir onu sən,
Sonra gör neylərəm o şahidə mən?!
Sahib olmaz bizim bu səhrada,
Mən kimi min qoyun gozir burada”.
İt ki, gizləndi qazdığı yerdə,
Sizə qoy tülküdən deyim bir də.
Söylədi tülkü: “Şahidim vardır,
Həqqi onlar bilir, bu aşkardır*
Özünü tülkü çöllərə vurdu,
Qoca bir qurda rastlaşıb durdu.
Bu sözü hamı eyləyir təsdiq.
İstəsən ki, bu söz ola təhqiq
Getdi, hörmətlə o salam etdi,
Ona çox İzzət, ehtiram etdi.
Neyləyim, sabit olsa bu əhval?”
Dedi: “Olsun sənə bu canım həlal”
Dedi: “Ey vəhşilər əmiri, sənə,
Verirəm muştuluq, məni dinlə!
Tülkü getdi, qoyun yazıq, miskin.
Gəlib evdə oturdu çox qəmgin.
Görmüşəm bır qoyun səfeh, nadan,
Bayramın lap içindədir qurban”*.
Ağanın bir böyük iti var idi,
Bir hücumda pələngi yırtar idi.
Söylədi macəranı tülkü tamam,
Qurda gəldi fərəhli bir ilham.
Gah olardı çoban ilə həmdəm.
Evi də gözləyərdi o hər dəm.
Dedi: “Haqqı danammanq heç biz,
Dediyin yer sizinkidir şəksiz”.
Qorxusundan onun səmada belə,
Yaxlaşammazdı goy şiri Homolə*
Belə şahid tapıldı çox “adil”,
Müddəi hər nə söyləsə qail,
Ona noql etdi macəranı qoyun.
Hirsi coşdu bu macərayə onun.
Müxtəsər qaniçən iki qəddar,
Gülüşüb verdilər hücuma qərar.
Dedi: ‘Tülkü kələk qurub bir bax.
Dostumun qanına susur axmaq”.
Elə kİ, oldular ora varid,
Dedi tülkü: “Budur bu da şahid.
0 qoyunla gedib ora çatdı.
Bir çuxur qazdı, gizlənib yatdı.
Hər sözü doğrudur, həqiqətdir,
Məqsədi dünyada ədalətdir,
Dedi: “Get, otla, qorxma, arxayın ol.
Tülkü şahid gətirsə etmə qəbul
Necə olmaq bu hökmə narazı,
Özü həm şahid, həm də ki, qazı”.
418 Г&е) <&Xs\ 419 Г&З
Dedi: - “Yox, yox, bu söz qəbul olmaz,
Müddəa sabit olmalı bir az.
Tanıram qurdu, istəyir ala can,
Şeri, haqqı o tapdalar o hər an.
Sahibim yoxsa da yanımda menim.
Bir ocaq var yaxında xeyli qədim.
Gederek and için ona dərhal,
Qanım olsun size o dəmdə halal”.
Qurd dedi: - “Sənətimdir and içmək,
Qorxu olmaz təmizsə hər bir ürək”.
Dedi tülkü: “Menim də qorxum yox,
İçmişəm böylə andları men çox”.
Sözləşib getdilər ocağa sarı,
Yol hələ olmamışdı orda yan.
Tülkü baxdı ocağa heyrətlə.
Ürəyi vurdu bir əlamətlə.
Gördü bir göz parıldayır altda.
Sanki bir şam yanır o zülmatda.
Dedi qurda: “Ocağa and içmək.
Bizim əcdada olmamış məslək.
Atam and içdi düşdü bəndə haman,
Ovçu soydu derisini nalan.
Anam and içdi, yeddi il yatdı.
Yeddi il dərdə, qüssəyə batdı.
İndi mən qorxuram bu anddan çox,
özün and iç, sənin ki, qorxun yox”.
Qurd dedi: “Hiyləni burax, tülki,
Güc olan yerde hiylələr bil ki,
Boş olar, qorxmuram ocaqlardan,
Tülkülər qorxuya düşər hər an”,
Qıırd əl atcaq ocağa it çıxdı,
Hulqumundan yapışdı, bərk sıxdı.
Tülkü görcək əkildi tez aradan,
Qışqınb qurda söylədi: “Nadan, -
Demədim burda gizli hikmət var.
Bu ocaqda yəqin ki, bir illət var?!”
Qüdsi, sən işlədib hiyləvü zur,
Olma heç öz nəvan ilə məğrur.
Gücsüzə rəhmsizcə zülm etsən,
İntiqamı alar bir it səndən.
QURD VƏ İLBlZ
Bir almanın içində bir qurd vardı, nagehan.
Külək qopdu, ağacı silkələdi durmadan,
Alma qopub budaqdan düşərək yerə dəydi,
Qurd da düşüb qorxuya əvvəlcə nalə çəkdi.
Sonra gördü sağ qalmış, sakitləşdi bir qədər.
Ahəstə çölə çıxıb saldı ətrafa nəzər.
Q am ə tini qaldırıb dedi : “Mənəm qəhrəman,
Zərər yetirməz mənə nə bir külək, nə tufan”.
Bizim bala qurdcığaz hey döşünə döyürdü.
Qabil şəxsiyyət kimi hey özünü öyıirdü.
(iL/sA 421
420 ZekG)
Deyirdi : “Çox gərəkli varlığam ki, belə mən,
Allah məni qurtardı qəbr içində ölümdən”.
Qurda уахш bir ilbiz sıxılıb daxmasına,
Ətrafı seyr edirdi, qurd onun baxmasına —
Nəzər salıb fəxr ilə bağırdı: “Ey, bura bax,
Gör mən necə qoçağam”. O, bir az da qalxaraq.
Alma üstə dikəldi, dedi: “Minarəyəm mən.
Yaxın gəl, ta sayəmdə qonmasan küləkdən”.
Lakin ilbiz sıxıldı etibarlı qınına.
Dinməyib altdan - altdan baxdı heyrətlə ona.
Birdən külək başqa bir güclə əsdi, çoxaldı,
Ağacdan yer üstünə böyük bir alma saldı.
Alma düşdü dos-doğru məğrur qurdun başına.
Bu qoçağı döndərdi dərhal xəmir aşına.
Hava sakitləşəndə ilbiz çıxdı yuvadan,
Gördü əzilmiş səfeh, təkəbbürlü pəhlivan.
İlbiz ahəstə dedi: “Budur şöhrətin sonu.
Yersiz öyünmək, qurur məhv etdi axır onu”.
İnanın bu ilbizə, bir hikmət söyləyim mən.
Öz yurduna sığınmaq yeydir sarsaq ölümdən.
YERSİZ İFTİXAR
Sizə deyim qəribə bir hekayət,
Ağıllılar ondan alsın bir ibrət.
Küdü dəni düşdü çinar altına,
Qorxutmadı onu yağış, qasırğa.
Qucaqlayıb çinarı tez boy atdı.
Çinardan da yuxan baş ucaltdı.
<§Ж\ 422
Bilmədi ki, çinarın sayəsində.
Yer tutmuşdur səmanın sayəsində.
Tənə edib dedi: bəh, bəh, ey çinar!
Bu bağda sən görmüşsən bir çox bahar.
Bİr mənə bax azca zaman içində,
Qoydum geri səni dövran içində.
Bir neçə il qucaqlaşsaq belə biz.
Heç kim mənə çata bilməz şübhəsiz.
Oynaq olar mənə yüksək fələklər.
Meyvə dərər budağımdan mələklər.
Çinar gülüb dedi, öyünmə sən də.
Hünər məlum olar xəzan əsəndə.
* * *
Qüdsi xatırladım bu macəranı.
Öz həddini aşan səfil gədanı.
Bu dünyada yaşayaraq tüfeyli.
Pul topladı titrəyərək 0 xeyli.
Güman etdi o bir fərmanrəvadır,
Bilmədi ki, yazıq fəqət gədadır.
EŞŞƏK VƏ BÜLBÜL
Knlovdan tərcümə
* Nəqlidir bülbülü görüb eşşək.
Dedi: “Qəlbimdə vardır üqdcyi-şəkk.
Xalq edər sövtü, ləhcəni tərif,
İstərəm mən həm eyləyim tövsif.
(ƏxsA 423 AgkÇ)
Ey olan hüsnü-sövtdə məruf!
Eylə bu şəkk üqdəsin məkşuf.
Xalq əqvalı ta ola molum,
Sidqü kizbini mən e dim məfhum.
Et bu dəm bir nəvayi-xoş avaz,
Qıl qəbul iltimasım, eyləmə naz.
Eşşəyin iltimasın ol bülbül,
Çün qobul etdi, eylədi qülğül.
Guşini tutdu xər ki, çün nasus,
Özü həm durdu sakitü salus.
Eşidib sövt nəğməsini tamam,
Dedi: “Səd heyf, heyf, heyf müdam!
Gərçi aləm içindəsən məşhur,
Şöhıəti-kizbə olma sən məğrur!
Noğmodo nəqs çox və leyk, əfsus!
Sənə təlim etməyibdi xorus.
Nə xoşavazdır, xorusi-səba,
Qəlbi şad eyləyir qılanda səda!.."
Bülbülə sözləri edib təsir,
Dedi: “Xoşdur sənə həmişə nəfir!
Ləhni-sövtim edər cahana əsər,
Sənə təsir etmədi, ey xər?!”
Bülbül azürdo eylədi pərvaz,
Bu misal ilə çox olur pərdaz!
Ol kəsin halı matdır heyran,
Özü aqil, mürəccəhi nadan!
Bizə xaliq ola müinü pənah,
Cahil hakim edəndə əmri-tebah!
424 /"eKS>
1
Sən orda səfa eylə
Dileulər arasında.
Mən qalmışam avara
Gürcülər arasında,
Dərdü qomi-h icrandan
Qürbətdə pərişanam.
Döndü ciyərim qana,
Qayğular arasında.
Bir yana əgər baxsam.
Qəm çəkmək olur bica.
Bunlar kimi mohtələt.,
Xoşxulər arasında.
Hər canibə əzm etsəm,
Əzbəski gözəl yoxdur,
Tuti sifətəm, heyran -
Güzgülər arasında,
Əbr içrə günəş manond,
Portov salır afaqə,
Rüxsarəsı hər şuxun,
Geysular arasında.
Yüz işveyi-mehr ilə.
Aşiqlərə meyl etmək.
Bu şəhrido adotdır,
Məhrulər arasında*
Bunları görüb Qüdsi,
Нөг kimso kı, aqildir.
Qılmaz özünü rüsva,
Bodgulər arasında.
427
2
Ey yari -əzizi mehri banim,
Vey munisi -can i -natəvanim,
Nolmuş sənə boylə mübtəlasan.
Guya qəmi-eşqə aşınasan?!
Gündən-günə çoxlanır məlalın,
Aşüflə olur səyaqi-halın.
Salmış səni damə hansı ahu,
Əfsuno çəkib nə çeşmi-cadu?!
Aldanma cəmalına bu cəmin.
Pərvanəyə netdi hüsnü şomin.
Bu şuxlərin cəmalı xoşdur,
Агау işi-zülfü xalı xoşdur,
Fikr eyləsən axın yamandır,
Сапапө demək bəlayi -candır.
Ol çeşmi-xumar qəmzəpərvər.
Bir məstdir əlində xəncər.
Ol türrə ki, piçi pür təbəhdir.
Can qəsdinə ofiyi-siyəhdir.
Məkr ilə alırlar ixtiyarın,
Gündüz səbrin, gecə qərarın.
Axirdə qutub səyaqi-bidad.
Nə qətl edələr səni, nə azad.
Mən eşq yolunda çox yügürdüm.
Çox təcrübələr bu işdə gördüm.
Eyş ilo gəzib keçirdim əyyam.
Hər noilə hasil eylədim kam.
Çox mahliqalərə olub yar.
Çəkdim qəmi-hicrü rənci-əğyar.
Çox məst gözün xumarı oldum.
Çox zövqin ümidvan oldum.
Çox zülfi-siyahə bağladım bel.
Can boynuna eylədim həmayil.
Нөг halidə eşqdir şüanm.
Bu işdə nedim, yox ixtiyarım.
Ta oldu mənə bu şüğl pişə,
Təğyirilədir işim həmişə.
Bir dilbərə mehr olanda möhkəm.
Bulmaq dilərəm bir özgə həmdəm.
Ol həm məni eyləyəndə mayil.
Bir başqa nigarə bağlaram dil.
Ton etmə mənə ki, bivəfayəm,
Hər gündə birilə aşinayəm.
Bu tayifənin vəfası yoxdur.
Daim sevən aşması yoxdur.
Hər şux qılır yüz işvə izhar.
Ta gördiyin eyləsin giriftar.
Yüz rəngilə göstərir cəmalın,
Zülfii-siyəhin, üzari-alın.
Sevdayə verir rəvaci-bazar,
Ta hüsnünə çox ola xiridar.
Çün böylə imiş bularda adət,
Bica nə üçün çəkim nədamət?!
Tərgimi olar qılandan əwəl,
Yaxşımı degil ki, mən çəkim əl?!
(ӘЛөЛ 429
(^(зЛ 428 /'exS)
3
Ömrüm əcəb dünyada, zarü, pərişan keçib,
Gündüzüm də daima gecəmlə yeksan keçib.
Hali-diləııı, ey gözəl, sorma nədir hicridə,
Aşiqinin günləri didəsi giryan keçib.
Hər nəfəsi od olub çıxmış ağızdan hər an,
Sinədə etmiş tamam qəlbini büryan, keçib.
Can gedib əldon, budur məhv olur indi bədən,
Vəsl deyə cismdən həsrətilə can keçib.
Bu dili-zari sorub istəmə əhvalını,
Mən nə deyim kim ona nə kimi böhran keçib.
İstomişəm daima həmdəmim olsun nigar,
Müntəzir olmaqlığım bilmə ki, asan keçib.
Gəldi nəhayət bu gün qasidi cananımın,
Verdi xəbər: “Sakit ol, qorxulu tufan keçib”.
Əldə tutub şövqilə nurla dolu naməni,
Şöləsi sanki onun cümlə cahandan keçib.
Qolbim alıb ətrini göylərə açdı qanad.
Kənana köynək çatıb, zəhməti-zindən keçib.
Qüdsi gülüb taleın başm ucaldı yenə,
Dəstinə sanki sənin səhni-gülüstan keçib.
4
Ey gözlərimin ziyası dildar,
Sənsiz bu cahan mənə olub tar.
Son canıma, cismimə dayaqsan,
Şadlıq vo qəmim səninlədir yar.
(&o\ 430 Г&О)
Qəlbin kamısan gözün süruri.
Səndən güc alır bu cismi-bimar.
Səndən uzaq olsam bircə an mən.
Möhnət canımı edər xələldar.
Hicrində həmişə ağlaram mən.
BiilbÜl necə gül deyib sızıldar.
Səndən uzaq od içində yandım.
Bir şam kimiyəm dilim şərərbar.
Hicranın edib məni şikəstə,
Ey tazə gülüm, nədir bu rəftar?
Mən ki, özümü unutmuşam tək.
Bəxtin kimiyəm həmişə bidar.
Bil ki, sənə həmdəm olsam, olmaz -
Nə cövri-rəqib, nə zülmi-əğyar.
Gah-gah qoy öpüm şirin dodaqdan,
Bəlkə qala bu könüldə asar.
Xoş-xoş baxım o camala heyran,
Gül tək qızara o lalənixsar.
Hicranə salıb məni zəmanə,
Qaldım necə gör hər işdə naçar.
San ömrümə bir bəzəksən axır,
Sənsiz nə behşit, nə dəhşəti-nar?!
Hər dom yadıma düşür o dəmlər.
Yüz incə fikir edirdin izhar.
Sən vədə verib dedin unutmam,
Hər ohdimə bil mənəm vəfadar.
(§Лз\ 431
Hər gün bu sözü şirin zəbanın.
Yüz qəmzə Пө edərdi təkrar*
Noldu ki, belə məni unutdun,
Oldun nə üçün bu eşqo bizar?!
Biz bir can idik iki bədəndə.
Bəs kim ayırıb bizi edib xar?
Etson no qədər mənə sitəm sən,
Etsən nə qədər bu qəlbə azar,
Qüdsi səni heç bir an unutmaz.
Ancaq özünü unutmuş, ey yar!
5
Vəfaparvər, əzizim, mehribanım,
Səxavət sahibi ali məkanım.
Axı İllər boyu һөткаг idik biz.
Xeyirdə, şərdə möhkəm yar İdik biz.
Нөгө bir yol tutub olduq müsafir,
Fəqət məqsudımiz gəldi müğayir.
Sənə qismət olub hər nemət, һөг zad,
Nfənisə qane etdi bir təmiz ad*
Sənə tale gülüb tapdın səadət
Məni һөг yerdə tutdu bir fəlakət*
Adımdan almısan şöhrətlə pay sən,
Neçin pay vermədin xoşbəxtliyindən?!
Yeyib son duz çörək bir nankor oldun,
Ki, duzsuzluq adıyla məşhur oldun,
©ЛЗЛ 432 /^X.G>
Sənin beynin yaranmış neftə məxsus,
Sənə neftdən səva bır şey yox, əfsus!
Od oynar gözlərində əjdaha tək.
Bu oddan vacib oldu tez çəkinmək.
Əgor fikrində olsa şövqi-cənnət,
Qızıl ver atana etsin ziyarət.
Əgər dünyada bır hörmət dilərsən.
Mənə bir yolpulu ver rədd olum mən*
Nəyə lazım qızıl saysız-hesabsız.
Qızıl şahı olarmı iztirabsız*
Xəzinə gizlodib üstündə dursan,
Ona pərvanətək hey dövrə vursan.
Kimə xeyri, kimə var etibarı.
Mənə ver, sərf edim bir xeyrə barı.
Bizə bundan yəqin bil mənfəət var.
Bu gizli rəmzi anla, ol xəbərdar*
Bu pulla həll olar karimdə müşkül
Olarsan ehtirasdan son de yüngül.
Yatarsan qorxmadan axşam səbükbar.
Səni narahat etməz xam xəyallar*
Yenə də saflaşar zatində əxlaq,
Daha çıxmaz dəhanmdan leqü laq.
Əgor təklifimi rədd eyləsən, mən
Elə söz başlaram, rodd eyləməzsən.
Əlimdə and üçün bir çox səbəb var,
Qobulə tez keçər mütləq bu andlar:
©ЛҒ\ 433
QƏSƏMNAMƏ
And verirəm o səndəki ehtiraslı xislətə,
Sənin ögey atandakı xam xəyala, niyyətə.
And verirəm xəyalında bənd olduğun gəlinə,
O şüursuz qardaşının düz olmayan əlinə.
O boşboğaz yeznəndəki “ehtirama, kə m ala”,
Ki, ticarət aləmində düşüb böyük xoyala.
Heç bir həya anlamayan Zaman bəyin canına.
Ki, hərdətnbir dal qapıdan gəlir sənin yanına.
O sariban əminə ki, саш sənə əzizdir,
Sənin böyük nemətindən kisələri təmizdir.
O sevdiyin nazəninin issiz qalan qəbrinə,
Ki, dərmansız ölüb getdi, son qoydu öz ömrünə.
Səndən arpa, ot görməyən ölüb gedən ulağa,
Rəhm etmədən o yazığı alıb saldın duzağa.
O yalam doğru kimi xurda verən dilinə,
And verirəm boş süfrənə, qapalı mənzilinə.
Ömründə bir kərəm göstər, bizi qurtar bu dərddən,
Bəlkə sən də həyatında Ыг yaxşı iş görəsən.
434
FATMA TAR ÇALIR
Əlində tİtrərkən o nazik tellər.
Sonsuz həyəcanla titrədi qəlbim,
O incə, o şirin, dadlı nəğmələr.
Fələyə qaldırdı ruhumu mənim.
Eşqin yüksəldi
fərəhlə bir an.
Şövqə gəldi
can.
Qoy açsın qanad,
sənin xəyafm.
Bir an da olsa qoy gülsün bu həyat.
Məst etsin qəlbimi gözəl camalın.
Hamıdan xoşbəxtəm bu dünyada mən.
Səninlə bağlıdır bəxtiyarlığım.
Əqlim də sən oldun, düşüncəm də sən
Sənsiz nəyə lazım mənim varlığım?
Hüsnünün nurunu gördükdə bir dem.
Könül qaldı mat.
Sanasan dövrəmdə rəqs etdi alət.
Bütün kainat
bir nəğmə oldu,
Füsunlu ahənglə qəlbimə doldu.
Mon səni araram ey əziz nigar.
Qoyma ki, arizum qolbimĞo qa)sm.
Təbiət most olub bizə oldu yar.
Çalışır tez bizi ağuşə alsın.
O şaqraq səsində
Məlahət vardır;
Ürəyim səninlə
Nə bəxtiyardır!
SLXsT \ 437 Лгкф
TATAR NƏĞMƏSİ'
Qız :
Qalanın dibində durmuşdur yarım,
Əynində bahalı arxalığı var.
Qırmızı mahutun altından onun
Mavi rəng köynəyi gün kimi parlar
Məni danlamayın, töhmət vurmayın.
Deyiləm eşqimdə zərrə günahkar.
Əbədi sevirəm onu ürəkdən,
Deyildir əlimdə mənim ixtiyar.
Atma daş, yanmdan mən aralıyam,
Onsuz da ürəkdən mən yaralıyam.
Bütün el geymişdir bayram paltarı.
Tək qana batmışdır mənim ciyərim.
Divarlar dibində narlar sulanmış,
Əl çatmaz narlardan birini dərim.
Nəyimə lazımdır başqa bir oğlan.
Ondadır tək mənim fikrim, nəzərim.
Qaranlıq gecədə basıb bağrıma,
Nazlardım, gülüncə nazla səhərim.
Atma daş, yanmdan mən aralıyam,
Onsuz da ürəkdən mən yaralıyam.
İravan dağlan ayırmış bizi,
O qarlı dağları bürümüş duman.
O gözəl işvəli gürcü qızlan.
Ürəyi ovlayar bircə baxışdan.
Лһ, məni səfalı o şən diyarda,
Bir söylə unudub, atmayacaqsan!
Mən sənin eşqində sədaqətliyəm,
Səndəmi eşqinə sadiqsən, oğlan?
Atma daş, yanmdan mən aralıyam,
Onsuz da ürəkdən mən yaralıyam.
Azərbaycan nəğməsi
Buraya belə bir xəbər gəldi ki.
Orada qanlı bir müharibə var.
Deyirlər pusquya girmiş səngərdə.
Çox böyük hünərlə bizim oğullar.
Gözlərim yollarda qalmış amandır,
Öldürər məni bu ağır intizar.
Yavaşdan Allaha dua edirəm,
Yanmı sən saxla, ey pərvərdigar!
Atma daş, yarımdan mən aralıyam.
Onsuz da ürəkdən mən yaralıyam.
Oğlan:
Duyğusuz daş kimi qala dibində.
Uzanıb arzuyla mon də yataydım.
Ya bir kəs gələndə sizin tərəfə.
Arxadan mən ona qaçıb çataydım,
Belə bir gözəlin qardaşıyla mən,
Oturub samimi ülfət qataydım.
Qalanın dibində üç ağac vardır,
Nə olar onlara bir daş ataydım.
Mənim də Züleyxam məlahətlidir,
Yanağı qırmızı almaya bənzər.
O mənə qol açıb, gəl deyir aman,
Açılmış döşünə dəyməsin nəzər.
Sinəsi üstündə göyə əl açıb,
Hdəydim Allaha dua hər səhər?!
İlahi, sən saxla onu bəladan.
Amandır, qoyma yar olsun mükəddər.
GÖZƏL YAY
Dodaqlarında yarın incə bir təbəssüm var,
Təmiz səmada gütıəş sanki, şövqilə oynar.
İşıq saçar necə o dağlara məhəbbətlə,
Təbiət hüsnünə tacdır, tamam zinətlə.
(sUğTn 438
439 r&G)
Bizə yaxın yaşayır bir gözəl nigar həm də,
Tapılmaz heç ona bir tay cəmi-aləmdə.
Gecə aşıb hasan, asta dövrəmə baxıram,
Qızıl gülü qopanb, şümşad üstünə taxıram.
O nazənin səhər erkən duran zaman yuxudan,
Bu gülləri görüb olsun, bu möcüzə heyran.
Əzəl görəndə bu halı təəccüb eylədi yar,
Düşündü bəh, nə əcayib-ğərayib işlər var?!
Qızıl gülü yetirormi, cahanda heç şümşad?!
Və sonra duydu bağa girmiş olmalı bir yad.
Kim isə əylənərək şuxluq eyləyir bu təhor,
O bir də heyrətilə salmadı bu halə nəzər.
Axı o nazlı cavan bilmədi ki, bu mən idim,
Qoca yaşımda demə mən özümlə əyləndim.
XİTAB*
* Əya güruhi-sitəmkar, əhaliyi-Təbriz,
Vəfa yerində cəfa sizdə bu nə adətdir? !
Hovayi-nəfsə mütiü tamam eyşpərəst,
Görüm, ilahi, dağılsın necə vilayətdir.
Nə elmə talib olan var, nə rəsmdən agah,
Vəli bu firqəyə motlub zibi-surətdir.
Kimin ki, xülqi müzəyyəndir, istəməz zinət,
Kişi özün bəzəmək cəhldən əlamətdir.
Yetişdi Ыг yerə İş hər kimin ki, saqqalı,
Hənalı olsa uzun, hörməti ziyadətdir.
(gvtŞ'N 440
Bu tərz olursa parak tazi tuladan yeydir,
Sürü içində siyiz sahibi-kəramətdir.
Nə qədər seyr edirəm kuçə ilə bazari.
Adam çox az görünür, İzdihami-kəsrətdir.
Vüfuri vardır üç firqonin bu kişvərdə,
Axund ilə xərü xan bihədü nihayotdir.
Bunun əmaməsi rəngin, onun yükü səngin,
Xüsusən ol birinin cübbəsi qiyamətdir.
Xəri çıxaq aradan bunlara şəbahəti yox,
O binəvanın işi rəncilə rəyazətdir.
Axund ilə xana hər tənə eyləsən yaraşır.
Bu müftəxorlann əndışəsi şərarətdir.
Nə rahi-rəsmı-nəsara, nə şiveyi-islam.
Nə bütpərəst sülüki, bular nə millətdir?!
Bular vuran od idi əhli fəqr xərməninə,
Ki, indi şöləvər oldu cahanda, vəhşətdir.
Süluki-dəhrdə təhzibi-nəfs üçün fazil,
Müdəlləl eylədigin söz sana nəsihətdir.
DÖRD BAHAR
Könül, şad ol ki, şadlıq vaxtı çatmış.
Ki, hər şeydə xuda dövlət yaratmış.
Vəliəhdi-cavanbəxtə bax, ol şad.
Gözəl bir novərusə oldu damad.
Bu mövsimdə bahar içrə bahardır.
Atanın gün kimi təsiri vardır.
©Лз\ 441 /ekS)
Uzaq olsun bu hallardan yaman göz,
Xeyirlə yad edilsin qoy şirin söz.
Xoş ol şahə ki, böylə təxti vardır.
Bu toxt üstündə ali bəxti vardır!
Bir İskəndor edibso şərqi bəhrəm,
Biri də sülhü qərbdə etdi möhkəm.
Bu İskəndər də almışdır gözəl ad,
Olardan pay alıb olmuşdur ustad*.
(“GÜLÜSTANİ-İRƏMİN”
YAZILMASI SƏBƏBİ BARƏDƏ)
Bİr möhtərəm cənab üçün, olo alıb qələmi,
Çox həvəslə yazmışam bu “Gülüstani-irəm”i.
Qalsın bəlkə bu dünyada məndən ona yadigar,
Hər baxanda fərəh versin qəlbinə bu xoş bahar.
Burada var çox əcayib, çox məzəli xəbərlər,
Çox qəribə söhbətlərdən ibarətdir bu əsər.
Hər tamaşa edən zaman ləzzət verər insana.
Necə bəslər uşağını qayğı çəkən bir ana.
Uşaq tutub əllərilə soran zaman məməni.
Şıltaq edib əmə-əmə yoran zaman məməni.
Bu ananın hiss etdiyi ləzzət gəlməz hesaba,
Bonzər ancaq o ləzzət bu təravətli kitaba.
Bunda keçmiş məliklərdən, ruzigardan xəbər var.
Bu kitabda çox hikmətli və qiymətli göhər var.
Yarandısa xahişilo Moiscy Zaxariçin*,
Yazılmalı oldu lakin, bu əsərim xalq üçün.
DÖRD MÜXTƏLİF KƏLMƏNİN
ŞERƏ SALINMASI
1
{xal, qaş, ürək, sarv)
O ağ üzə baxaraq gör, necə durub qara xal
Qaşı o dilbərimin sanki, oldu nurlu hilal,
Gözüm yolunda qalıb müntəzir, ürək titrər,
Papaq başında gələımi dübarə sərv misal?!
2
(yar, insan, Davud, at)
O ay camallı yan axtarır könül hər an,
DÖzərmi bunca fəraqo tükə dönən insan.
Eşitdiyim görəsən Davudun gözəl səsidir,
Və ya ki, şeyhə çəkən atda yaxlaşır canan?!
3
(fələk, iradə, bürc, təbiət)
Heyıf ki, insanı daim dəyişdirir bu fələk,
Onun iradəsi üstündə hökm edib gülərək.
Şüurla bürclərin sirrini bilən ancaq,
Təbiəti duyar hər cüzidən mürəkkəbədək.
4
(kəmənd, buq, cirə , lalə)
Kasıb kəməndi olar ay üzündə halə kimi,
O buq sədası onun səs salar hilalə kimi,
Çox oldu kim cirədən qüvvət aldı cismü bədən,
Qızardı günlə ayın təsirindən lalə kimi.
5
(aləm, can, qüvvə, məhəbbət )
Yarandı üçlük arasında u/əmı-ərkan,
Mürəbbə üzrə verildi bu maddi aləmə can*
Zəif düşəndə onun qüvvəsi , haman dəmdə,
Məhəbbətə sığınıb aldı qüvvəni ondan.
<дЈз\ 443 Гок§>
442
6
[qayçı, paxıl, tüfeyli, qan)
Həsəd qərarı kəsər qayçı tək aman verməz,
Paxılların çörəyi zəhr olar, təvan verməz.
O kəs lori ki, zəmanə tüfeyli xalq eləmiş,
O qansoran bitə bənzər, həyata qan verməz.
7
(fəraq, üzgüçü, düşüncə, qanad)
Fəraq bəhrinə düşdün, kənan etmə güman,
Əgər bir üzgüçü olsan gülər sənə dövran.
Tutub düşüncə telindən gəmi qayır möhkəm,
Ki, dalğalar qanad olsun düşüncənə hər an.
8
(eynək, günəş, eşq, ağac)
Bilik düşüncə gözündə bir eynə gə bənzər,
Günəş batarsa, onun nuru şamda əks eylər.
Gözün bəbəkləri tək eşq göstərər cahanı,
Çiçək həmişə çəməndə ağacla cilvələnər.
9
( pəncərə , ay, pinəçi dükanı, mirvari)
Hər özgə pəncərədən baxma ay kimi, ban,
Nə nisbəti pinəçi dükanı və mirvari?!
%iyazüf- Qüds
(mənzum parçalar)
<®>€Г\ 444 /'e) 4 S)
1
* Eyləmək-şorhi-sifatİn xarici-imkan olur,
Dəmbədəm vurduqca dəm bu şərh-bipayan olur.
Vəhm kimi səyyahi-iqlimi-fununi-elmdir ?
Bu biyaban seyrini qıldıqda, sərgərdan olur.
Künhi-zatin gər təsəvvür qılsa əqli-xurdəbin,
Mənzili -İdrakə yetməz, valehü heyran olur.
2
Münkiri-zÖvqi-ələm qoy aşiqi-zar olmasın,
Aşiq oldur kim onun əhdində inkar olmasın.
3
Riyazi-qüds kimi filhəqıqə bu gülşən,
Lətayif ilə dolu məzhəri-həqayiqdir.
Dəxi bu vəchi-səbəbdir ki, sali-tarixi,
Hesabdə “Н riyazil-qüdus” mütabiqdir.
Olub tənasüb üzündən təxəllüsüm “Qüdsi”,
Ki, cəmi bir-bire bu rəmzilə müvafiqdir.
4
Yarəb, məni-həzinə dəri- lütf baz qıl.
Ver istəyimco kamı-dilim sərforaz qıl!
Ənam edib mosalihi-cəmhuri-nəzmü nəsr.
Hüsni-bəyani-natiqomi kəşfi-raz qıl!
5
Yarəb, rəhi-bəlayə səfər qıldım ixtiyar.
Bu yolda rəhbər et mənə toFıqi-iqtidar.
447 r&G)
11
Sərhəddi-müddəayə yetir, sərbülənd qıl,
Sərgəştə qoyma kim, dolanım xarü xaksar.
, Ey dil, həvəs etmə bu саһапө,
Aldanma süpehri-cansitano.
Folok cahan işini naləvü fəğan etdi,
Binayi-feyzı pozub fitnələr əyan etdi.
Ümid bağlamaq olmaz bu kəc dönən fələyə.
Həmişə naxələfi, çünki, kamiran etdi.
Bu hiyləgər zamanın uyma məkrinə, zinhar,
Kim alver etdi onunla o çox ziyan etdi 1 .
7
Gccolor cy mah, sənsiz bos ki, ofgan eylərəm.
Göylərə əncüm şərarın daği-suzan eylərəm.
Ahi-atəşbarindən izhar olur suzi-dilim.
Sinədə möhnət odun hərçənd pünhan eylərəm.
8
Dövrani-çərxi-bivəfa.
Qalmış füzun rəsmi-cəfa.
Vəsl etgilən qismət, xuda
Hicran moni zar eylədi.
9
Bu şorhi-qomfəzani ki, gün-gün füzun olur.
Yazmaq şüar qılsa qələm, səmigin olur.
Bari-müsibət əydi nihali-vücudimi,
Ari, çox olsa meyvə, budaq vajigun olur.
10
Fəğan kim, saqiyi -dövri-zəmanə.
Bəla bəzmində verdi sağəri-qəm.
Edib zəhri-cəfa iylə ləbaləb,
Kimin kim, rütbəsin gördü müəzzəm.
Farscadan tərcümə edəni M. Soltan
Çox sən kimini firibə çəkmiş,
Ovzai-təqəllübi-zəmanə .
Bu mərhələyə, nüzul edənlər,
Tədricilə oldular rəvanə.
Axir, səni inqilabi-əyyam.
Tiri-əcələ qılar nişanə.
12
Tayiri-gützari-qüdsəm aşiyandan düşmüşəm,
İstərəm pərvaz edəm, amma sınıbdır şəhpərim.
İlləhil-həmd oldu hisal paybusindən murad
Möhnəti-qəmdən xilas oldu dili-qəmpərvərim
13
Dünyaya rücu eyləsə dilbəndi-əzizin,
Ənvai-qəm ilə cigəri qan gərək olsun.
Bir can ilə yüz dərdü bəla çəkmək olurmu!
Bir dəmdə bəla çəkməyə yüz can gərək olsun.
14
Dövləti-baqi təmənna eyləyən əhlİ-səlah,
Bitəvəqqüf can nisari-xakipayi-yar edər.
Çün cəmii mümkünat eylər cahandan irtihal.
Ey xoş ol arif ki, dünyadan hu zövqilən gedər
<§J&\ 449
448
15
Bu пө şuriş, пө qovğadır, tutubdur aləmi nale.
Qana qərq olmuş hər bir göz qızarmış, sanki bir lalə*
Uzanmaz hər qəmü matəm, aman bəs bu ne matəmdir,
Kı, hey artar güni-gündən yenə o çatmaz ikmalə?!
Axar rüxsarimə qan yaş, qızartmış çöhromi əşkim,
Sanasan kim, bahar olmuş, düşüb bərgi gülə jalə.
Bu matəmdə yanıb könlüm ürək qəmdən olub bitab.
Bu ahü nalə ardınca düşür varlıq yaman halə-
Bu odlu qəlbim, ey Qüdsi, alovlu ahımın içrə.
Sansan aydır, ətrafın tutubdur bir bulud halə 1 .
16
Dərdü qəmdən cigərim qan oldu.
Düşmənim gərdişi -dövran oldu.
Gündə bir növ bəla çəkməkdən,
Dili-qomdidə pərişan oldu,
17
Sənsiz siyah olur bizə bu ruzigarlər.
Əldən alır inanımızı ahü zarlər.
Ali-Rəsul bisərü saman qalan zaman,
Qılsın nə çarə dərdinə [bəs] dilfıkarlər7
18
Həyatı -müstoarın təng olubdur.
Götür rəğbət bu mülki -bivəfadən!
Fəzayı-qüdsə ahəngi-səfər qıl,
Xilas olmaq dilərsənsə bəladən.
Farscadan tərcümə edəni M.Soltan
450 /GkŞ)
19
Gül üzarım belə olmaz şiveyi-dildarlıq.
Sen degildin bivəfa, aya nədir bizarlıq?
Bir torof qürbət bəlası, bir tərəf hicran qəmi.
Barmağımı qan etdi billah, qılmadın qəmxarlıq.
20
Ayini-vəfa tərki-dilü can gərək olsun.
Can nəzri-nisari-rəhi-canan gərək olsun.
Məşuq dilaraminə biməksi-təəllül,
Üşşaqi-cigərsuxtə qurban gərək olsun.
21
Afərin ol zümreyi-əşrafə kim, bu cəngdə,
Göstərib sövlət dili - ədadən aram aldılar.
Məhfili-izzətdə sərməst oldular bicami-mey.
Verdilər can, zovqi-cami-vəslidən kam aldılar.
22
Kəsilsün taği-bidad ilə ol dəst,
Ki, məzlumə çəkər bir tiği-bidad.
İlahi, görməsin kam ol sitomkiş,
Ki, eylər xaneyi-imani bərbad.
23
Hərdəm səmumi-hadisədən dövri-ruzigar.
Bir novgüli fusürdəvü xar eylər, ey driğ!
Dəşti-bəladə gürgi-əcəl ləhzə, ləhzo, ah!
Bir mişkbu ğəzalı şikar eylər, ey driğ!
451
24
28
İbrət gözlə ey dil,
Gərdunə qıl nəzarə.
Nə etibar edirsən,
Dövrani-ruzigarə? !
Gülzarı- aləm içrə,
Hər qönçə kim yetirmiş,
Bağrını eyləmiş qan,
Cismini paro-parə.
25
Ah ol şikəstə halə ki, canandan ayrılır,
Bir noilən ki, cismi-həzin candan ayrılır.
Gül bağrı qan olur ki, gəlir mövsimi-xozan.
Bülbül fəğan edər ki, gülüstandan ayrılır.
26
Zehi sövləti-mötəbər, həbbəza,
Rusumi-şücaət kəmali-hünər,
Nə tab eyləsin fovci-zağü zəğan?!
Açan dəmdə şəhbaz bali-hünər.
Bəli şir cəngində məlumdur,
Ki, rubah qılmaz xəyali hünər.
27
Dəhri zalim zahir etdi adəti-mötadını,
Aşikar etmək təmənnasmda ğəm bünyadım.
Kimdürür aləmdə ol ğəmdidə kim yandırmadı,
Daği-hicrilən fələk cövri-dili-naşadını.
Müxtəsər, yoxdur cahan qeydində ümmidi-nicat,
Ey xoş ol kim, payibənd etməz dili-azadını.
452 /еХЈ)
Ol namiveri-bülendcahə,
Kim mehri nəzər buraxsa mahə,
Keyvandan alıb kəmali-rüfət,
Bercisə verərdi min səadət*.
Əzmində görüb fütuhi-fərcam
Almazdı əlində tiğ Bəhram*.
Ol rəmzə nəzər qılanda əflak.
Səhmindən olurdu zəhrəsi çak.
29
Yetdi ol dəm kim, həyati-bibəqayi-dəhrdən,
Eyləyim qəti əlayiq dideyi-xunbar ilə.
Laləveş torpaqdən baş qaldırım hicran günü,
Qəlbi-suzanü təni-çakü rüxi-gülnar ilə.
30
Səndən ayn getsəm ey nakam, Yəsrib şəhrinə.
Yüz bəla ilə mənj əndühi-hicran öldürər.
Hicri-ruyindən müqərrərdir həlakim, doğrudur,
Bülbüli-şuridəni şövqi-gülüstan Öldürər.
31
Dil dərdilə biqərar olubdur,
Ləb ahilə pürşərar olubdur.
Qan rəngi tutub üzan-zərdim,
Həngami-xəzan bahar olubdur.
Dövrani -fələk cəfalər eylər.
Can düşməni ruzigar olubdur.
453
32
Yandırıb əhbab könlün laleveş daği-eləm,
Qönço tək diltəng edibdir alemi ənduhü qəm.
Gülşeni-iymani pamalı-xəzan etdi felək,
Əndəlibasa fəğan eylər melayik dəmbədəm.
33
Bir zaman əhvalımı qəmdən pərişan eylədim,
Dildə nalo, gözdə yaş, qəlbimdə al qan eylədim,
Son görünmürdü bu ğom dərdii ələm dastanına,
Aciz oldum, çünki hədsiz nalə, əfqan eylədim.
Canə gəlmişdim Rəsul evladımn dərdilə mən,
Söyləmoklo dərdimi yüngül və asan eylədim.
Ğəm xəzanı solduranda dostların əhvalını,
Min bozəklə rəng vurub səhm-gülüstan eylədim.
Son vəsi evladmm meydandakı cövlanmı.
Vəsf edib mən də qələm atilə cövlan eylədim 1 .
] Farscadan tərcümo edəni M, Soltan
454
QEYD VƏ ŞƏRHLƏR
“TƏHZİBİ- ƏXLA Q " ƏSƏRİNDƏ ADLARI ÇƏKİLƏN
ŞAİRLƏR
Sənai - Əbülməcd Məcdud bin Adəm miladı Х1-ХП əsrbı məşhur sufi şairidir.
Omm 4 'Hədiqotül - həqiqət* , . ” əsəri əsasən didaktik məzmunda olub sufizm təriqətinin
məşhur kitablarından hesab edilir. Sətıainin böyük Azərbaycan şairi Xaqaniyə güclü
təsiri olmuşdur. Xaqani onutı əsərinin təsiri ilo ilk təxəllüsünü “Həqayiqı” qəbul
etmişdir. Senai yaradıcılığının ilk dövriində Qəznovİ şahlarını mədh etmişsə də, öm-
rünün sonunda saraylardan üz döndərmiş və bır guşoyo çəkilərək ifhmi (hikmət/i)
əsərlər yazmaqla moşğul olmuşdur. Bır neçə məsnovidən başqa onun İ2000 beytdən
artıq “Divanı” vardır* Mənbələrdə Sənainin miladi 1150-cİ ildə vəfat etdiyi göstərilir.
Mövhvi - Mövlana Cəlaləddin Məhəmməd bin Bəlıaoddin 1207 -d ildə Belxdə
anadan olmuşdur. O, on dörd yaşında olanda atası Bağdada səfər edərkən oğlunu da
özii ilə aparmış və bir neçə il müxtəlif şəhərlərdə yaşadıqdan sonra Копуәуө gəlib
orada məskən salmışdır. Buna görə də Mövləvi eyni zamanda Rumi təxəllüsü ilə
məşhur olmuşdur. Senaıdon sonra Cəlaləddin ən məşhur sııfı şaiı kimi şöhrət qazan-
mışdır 3 onun “Məsnəvi” adlanan irfani əsəri sufizm təriqətinin ən məşhur əsən hesab
edilir, Bu əsərdən başqa Mövləvinin böyük həcmli “Divam” da Şərq ədəbiyyatı
tarixində miihüm əsərlərdən biri hesab edilir. Mövləvi 1274-cü ildo vəfat etmişdir.
Qasım Ənvar - Seyid Müinoddin Əli bin Nəsir eddin Təbrizi məşhur sufi şairlə-
rindən biri olubdur. O, 1 356-cı ildə anadan olmuşdur. İlk təhsilini Təbrizdə almış ,
sonra bir çox səfərlər edərək dövrünün məşhur sufi şairlərilə tanış olmuşdur. Çox
zaman onun admm əvvəlinə şah sözünü artıraraq Şah Qasimi-Ənvar demişlər. G,
Sofovi xanədanı ilə yaxın münasibətdə olmuş* “Ənisül-aşiqin” adlı moşhur əsərindən
başqa məsnəviləri və “Divan’h molumdur* O, farsca, giləkcə vo türkcə şeirlər yaz-
mışdır, 1433-cii ildə vəfat etmişdir.
Hafiz Şirazi - Şəmsəddin Məhəmməd bin Bəhaəddin, “Lisaniil-qcyb 11 və “Şeir
bülbülü” ləqəbilə məşhurdur. O, 1325-ci ildə anadan olub, 1388-ci İldo yefut etmiş-
dir. Qəzəlləri musiqi ilə oxunub yayılmışdır. Quranı əzbər bildiyi iiçün ona Hafiz
təxəllüsü vermişlər. Qəbri Şirazdadır, İndi də ədəbiyyat həvəs karlarının ziyarətga-
hıdır. “Divanı” başqa dillərə tərcümə olunub dəfələrlə çap edilmişdir.
Mahmud - Şeyx Səduddhı Mahmud bıtı Əbdülkərim Şəbüstori miladi 128S-cı
ildə Təbrizin yaxınlığında olan Şoblisfordə anadan olmuşdur və 1320-cı ildə vəfal
etmişdir* Onun məşhur “Gül şən i-raz" osori sufi, ədəbiyyatında mühüm yer tutur, Bu
əsoro çoxlu şərhlər yazılmışdır. Omm başqa əsərləri də məlumdur.
Sədi Şirazi - MüşəiTəfəddiıı Müslah bin Əbdullah 1184-cü ildo Şirazda апжһт
olub, 1293-ci ildə vəfat etmişdir. “Bustan” və “Gülüstan” adh məşhur əsərləri keçən
600 il müddətində dərslik kimi istifado edilibdir. Bu əsərlərindən başqa Sədinin, böyük
həcmli “Divanı” vardır. O, eyni zamanda qəzəl ustadı kimi şöhrət qazanmışdır* Şairin
“Bustaıı” və “Gülüstan” əsərləri bir çox dillərə tərcümə edilərək nəşr olunmuşdur.
Möhtəşəm Kaşani — Səfəvilər dövründə yaşayıb, “ŞəmsÜş- şüara” ləqəbilə şöh-
rət qazanmışdır* Mənbələrdə Müadİ 1587-ci ildə vəfat etdiyi qeyd edilir. O, əwəlcə
. QJS\ 455 /eX«)
lirik qəzəllər vo höyiikloro mədhlər yazıb, sonra ədəbi istiqamətini dəyi^nok dini
məzmunda məmyəter yazmışdır. ^NöqLi üşşaq” aldı əsəri də məlumdur.
$aba - Ə&wloddin МөһшшЫ bin Hnseyti Kaşgüİ Baba Əfzəl adı ilə daha
çox şöhrət фШШШЈ§<кг, Məxəzlərdə onun miladi 1307-ci üdə va fat çidiyi göstərilir.
Btıba Əfel dövrŞmfe mo^Uff sdibi və filosof alimi olmuşdur. Onun Хаукктшнш”.
*1п$алзат& и ш- mstatiq^elmrnö aid daha bır пеуз əsəri vardır. Öyasərbfıiıi fars və ərəb
dillərində qələmə alaraq müäsırlorİ itəmindəhöyük şöfıtət qazanmışdır.
Naziri - Hfiseyn Nİşaburinin vəfai tarixi miladi löl2-ej il gftetərilir.
XVI-XVII шт görikümU |aİrl»üdondİr. Lirik şelrlor *Divam !p Hindistanda nəşr
edilmişdir, Owall^^ahkmv^ görkəmli şəxslörə mədh lor yazmışsa da, ömrünün кт-
lanndablr guşəyə çokilib ibadətlə nıoşğuİ olmuşdur.
Mir ШтһшИ Əbiilqasim hikməı və riyaziyyat elmləri sahəsində böyük şöhrət
qazanmışdın 0„ owoloə 1 Şah Abbas sarayına yaxın olmuş, sonra Himlisitma köçüb,
domşliyo qurşahtinş və Budda dini rəsin altına düşmüşdür, Şeirləri sufiyahodır.
Miladi 1 ö40-gi ildə vəfat etmişdir.
Yağma - Mirzə öbülhosən bin İbrahim (kmdəqi 1 859-cu ildə vəfal etmişdir . Ö*
XJX əsrin birinci yammda iranın əıı məşhur satirik şairi olmuşdur, Onun '■‘Səfdwiyyə*',
^зшЈпууә" adlı şeirlərindən başqa “XiJasətiiHffizah” adlı əsəri diş məşbımdur.
Nişal Mirzə Pbttöl Vahab İsfahani ^Mülomocİdüdövlo" ləqəbilə möşhmhır, Q,
milädi ШН -d ildə vəfat etmişdir. Nişat şairlikdən başqa xəllathq, hikmət, riya^yyal
və dilşünashq elmləri ilö dq məşğul olmuşdun Nişul İsfahaninin gerləri islanaraq
*Ч iəncino” adı altında çap edilmişdir.
Məmur - Hüseyn ibn Mənsur HoIIhc məşhur sufi şairi olmuşdur. Klassik Şərq
ədəbiyyatında onun qorxmazlığı və məsləki yolunda mərdanə vuruşmäsı şairlər tərə-
findən nümıınə kimi isiifodə edilmişdir.
Səh. 117
ibəbcä mətnin tərcüməsi;
“İnsanın ona şükr elonaəsİ cahillikdir’ V
Çünki Allah nə etdiyini özü yaxşı Ыһг.
ŞWü m
Olif ərob əliibasmm ilk hərfi olub şaquli çəkilmiş düş xətdən (1) ibarətdir. Bədii
ədəbiyyatda düzl ük, qüdd-qtaət çox Halda ölifc oxşadılır.
Wk m
Ven>r xolqı mıri-Sirafiltok,
Ғ&ш*уз mm <Јшпшт <fömlpri.
Dini әПштуә фт qiyamət günü “krafir adh mələk şeypur çalıb, xalqı ayağa
qaldıracaq və onları Alhıh məhkəməsinə çağıracaqdır.
456
Səh. 126
Əgər Gavətək rəyəti-rəzm aça,
İtaət qıhr aləmin əksəri,
Məşhur ^Şahnamə” surətlərindən dəmirçi Gavəyə işarədir, O öz döşlüyünü bay-
raq edib qaniçən Zöhhakt taxtdan salmışdır.
Səh. 126
Əgər görsə Rüstəm onun zərbini.
Burada Rüstəm Firdovsi “Şa/mom^sindü təsvir ədilən yenilməz pəhləvan Rüstəm
Zala işaıodir.
Şair demək istəyir ki s Rüstəm Zal belə, təsvir etdiyi qəhrəmanın zərbinə dözmədi.
Səh. 133
Qəribədir, tarixi də doğmuş saııki əsrardan.
Hasil oldu bu can adı da bax t£ Mişkatül-ən varıdan.
Bumda “Mişkatül-anvar” sözləri əsərin yazıldığı tarixi göstərir. O* “Əbcəd” ilə
hesablandıqda hicri 1245-ci ilə təsadüf edirki*buda eramızın 1829-eu ilinə uyğun
gəlir, “Əbcəd” hesabı ilə hərflərin ifadə etdiyi rəqəmlər belədir;
i - 1
G
- 5
J -
20
_
100
800
u- 2
3
- 6
J -
30
J
200
һ ■ *»
C - 3
J
- 7
/> “
40
L> _
300
£ -1000
* - 4
C
- 8
O -
50
O
400
L
- 9
-
60
500
L $
- 10
e -
70
£ ‘
600
кЗ -
SO
i -
700
o 0 -
95
Səh. 135
Man na qədər gözü yaşlı qəlb oduııda qovrulum?
Bu havadan torpaq kimi mən tıə qədər sovrulum?
Şerin mənası: Ürək yanır, göz yaşını ilə onu söndürməyə çalışıram, lakm bu hava
(həvəs* eşq) ııə vaxta qədər məni toıpaq kimi sovuracaqdır?
Şair burada dörd ünsürü (od, su, hava* torpaq) bir beytdə işlətmişdir ki, tərcümədə
də onlaı saxlanmışdır.
Səh. 137
İbn-d Fərid kimt fürsət tapa bilsəm mən hərgah
Xalqı yeni xəbərlərdən eyləyərdim mən agah*
©ХзЛ 457 /qkS
Meşhur Əreb S a,ri İbn-el Farid (1 18 1 -1234) im» fildrbr deyən görkəmli sufilər-
dən bırı hesab edilir. Onun “Xəmriyyə” adh qosidesino Əbdüırohman Cami (1414-
1492) şərh yazmışdır.
Səh. 139
LƏlini qoltuğuna salıb çıxartdıqda əli işıq verərmiş,
2. Əsasını yerə atdıqda əsa ilana çevrilərmiş,
ЗнТиг dağında АЛнһ ilə danışarkən dağı nur bürüyərmiş (gııya Allah ona işıq
şəklində görünərmiş).
ön dünyada hər kəs olur bir vəchlə baniran,
Xızr zülmatdan, mənsə günəş çeşməsindən, һөг zaman*
Dını əfsanəyə görə guya Xızr peyğəmbər zülmətdən dirilik suyunu tapıb içdik-
dən sonra ölməzlər cərgəsinə daxil olmuşdur*
Şair hər səhər öz dərdini günəşə deməklə təsəlli tapdığına işarə edir.
Səh t4Ö
O şərabı istəməz ki, şər ab olmuş ləqəbi*
Zatında bir fitnə vardır, qarışdırar əsəbi.
Burada şair “şərab” sözünü iki hissəyə ayıraraq, onu “şərhıb” kimi oxuyub iddia
edir kı, bu suyun zatında şor olduğu üçün ondan çəkinmək lazımdır.
Səh. 143
Elə bildim söz mülkünün mənəm qadir sultanı
Söz düzməkdə təkcə mənəm öz əsrimin Söhbanı,
Söhhani - Vail Abbasilər xəlifələrindən Harunərrəşid zamanı yaşamış çox qüd-
rətli ərəb alimi olmuşdur O, nəsr sahəsində böyük şöhrət qazanmışdır,
Klassik şərq ədəbiyyatında şairlər özünü Məhəmməd dövrünün ərəb şairi Hossan
ibn Sabitə oxşatdıq! an kimi, nəsr sahəsində də özlərini Söhbaııi-Vailə bənzətmişlər.
Bu beytdə Bakıxanov da incə sözlər düzməkdə özünü əsrin Söhbanı adlandırmışdır.
Səh. 144
Sədi yaxşı demiş: “Susmaq yaxşıdır pis söhbətdon,
Pis söz salar söyləyəni xalq içində hörmətdən”.
t _ Blırada Səd ‘ əxlaqı nəsihətlər verən məşhur İran şairi Şeyx Sədi Şiraziyə işarədir
Susmaq pis söhbətdən yaxşıdır” fikrini o ? “Gülüstan” əsərində demişdir.
Səh. 145
Firon belə küfrə düşüb Allah dedi Özünə,
Lakin cavab tapmadı o, Musanın haqq sözünə.
Səh.146
Bu dünyam sevən demək, faniliyə aldanmış,
“Fəəğşeyna” ayəsilə gedib olsun qoy tanış.
A.Bakıxanov öz fikrini sübut etmək İstərkən bəzi Qııran ayələrindən istifadə edir.
Biz əksər halda onların tərcümə və ya şərhini vermirik. Misal kimi onlardan birisini
oxucuların nəzərmə çatdırırıq.
Bu beytdə xatırlanan "Fəəğşeynd" ayəsi Yasin surəsindən götürülmüşdür:
Tərcüməsi: Onların (yəni yoldan azmışlarm - M. 5,) önündə və arxasında sədlər
yaradıb, gözlərini bağlayırıq ki., heç şeyi görməsinlər və baxmağa qadir olmasınlar.
Səh. 147
Çox məşhurdur Səba şəhri gözəlinin dastanı.
Ki, dalğaya bənzətmişdi şüşədəki danılam.
Səba şəhri gözəli məşhur Süleyman peyğəmbərin sevgilisi Bilqeyisə işarədir.
Bilqeyis Səba şəhərinin hakimi olmuşdur. O, Süleymanın qüdrətinə məftun olmuş vo
axırda ona da ərə getmişdin "Süleyman və Bilqeyis" adlı xüsusi aşiqanə əsər do var-
dır. Bu dastanda müxtəlif ecazkar rəvayətlər və sehrlərdən bəhs olunur.
Səh. i 55
Bu rəmzilə xitab etdi Xəlılullah insana,
Ona şahid ayla günəş, odur Allah insana.
Dini əfsanəyə gərə yüz iyirmi dörd min peyğəmbər içərisində məşhur olanlardan
biri də İbrahim Xəlilulhhdır. O, bütləri qırmaq və odda yanmamaqda şöhrət qazan-
mışdır. O da dini əfsanəyə görə xalqı Allah yoluna dəvot edon ulu peyğəmbərlərdən
hesab olunur.
Səh. i 56
Dİni əfsanələrə görə Musa Kolimullah zarnam hökmranlıq sürən Firon ə qədər
məğnır olmuşdur ki, özünü Allah elan etmiş. Musa pcyğombər iso öz möcüzəlerino onu
heyran qoyub ifşa etmişdir. Musanın bədii ədəbiyyatda ifadə olunan “möcüzələri" əsa-
sən bunlardır:
Məhəbbətlə günəş dildə hir adlanır mehr, mehr,
Əbədidir günəş kimi məhəbbət də, deyil scbr*
Fars dilində “mehr” sözü həm “məhəbbət”, həm də “günəş” mənası verir. Burada
göstərilir ki, günəş əbədi olduğu kimi, eyni sözlə ifadə edilən məhəbbət də əbədidir.
458 AƏxG)
459
Səh, 156
Qurana bax, genişgte də mənaları, məzmunu,
“Bey”lə "sinilə başlanaraq bitir, yaxşı bil bunu!
A, Bakıxanov az danışmağın məsləhət olduğunu sübut üçün Quranın birinci horfı
ilə (“Bismillah” sözimdəki “b”) Quranın axırıncı surəsinin son “s” hərfini birləşdirib
bəs sözünü almışdır. Yəni həmişə danışarkən “bəsdir” sözünü yadında saxlamalısan.
Səh .156
Sözə yeni məna yeni şəkil versin fikrimiz
“İstincam”, “İstibranT başqa cür şərh edək biz.
Bu beytdə xatırlanan “istinca” və “istibra” dini istilahlan XVII əsrin böyük riya-
ziyyatçı filosofu şair Şeyx Bəhai Amilinin adı ilə belə izah edilir:
İstinca- qəlbi təmiz olub, çirkinliklərdən qaçmaq, istibra isə gizli qalmalı şeyi ifşa
etməmək və paklıq axtarmaq deməkdir.
Səh. İ 58
Öz nəfsinin məhbəsindən qurtar, azad qanad çal,
“Leysə lil-insano illa ma səa” dən ibrət al!
İkinci misradakı ərəb sözlərinin mənası: “İnsan əməksız mövcud deyildir”.
Bu, Məhəmməd peyğəmbərin hədislərindən birisi hesab olunaraq Şərq ədəbiy-
yatında tez-tez xatırlanmışdır.
SəhJ59
Bəhaidən yenə düşdü yadıma bır rovayet
Bu yerdə münasibdir qoy eyləyim hekayət
Bəhai təxəllüsü ilə şöhrət qazanan Bəhaəddin Amili ibn Şeyx Hüseyn, Səfəvi
şahlarından Şah Abbasın rəğbətini qazanan görkəmli alim və filosof şairlordən biri ol-
muşdur, Onun “Nanü həlva” əsəri, “Kəşkül” adb mocmuəsi və mükəmməl divanın-
dan başqa bir çox elmlərə dair əsorləri vardır. Hicri 1040-cı (miladi 1630) ildə vəfat
etmişdir
Sək 160
Bu hikmətə sübut üçün lazım gəlsə hekayət,
Qoy söyləyim “Məsnəvi ' 'dən bir münasib rəvayət,
“Məsnəvi” XIII əsrin məşhur sufi şairlərindən Mövlana Cəlaləddin Ruminin
əsəridir, Altı dəftərdən (hissədən) ibarot olan bu əsər təsəwüf ədəbiyyatının ən mü-
kəmməli hesab edilir. “Mövləvi” təriqəti onun adı ilə bağlıdır.
Sək 164
Neçin bəs it öshabi-Kəhf İlə kaha girərək.
Dördüncü və ya səkkizinci hesab oldu o köpək.
(5_Л§Г\ 460 /eXJ5
Dini rəvayətə görə Misirdə eramızdan əvvəl Dəqyanus adlı əfsanəvi padşah za-
manı altı nefer onun zülmündən can qurtarmaq üçün şəhərdən çıxıb dağa - mağaraya
(кеһП getmişdir. Yolda bir çoban da öz iti İlə onlara qoşulmuşdur. Guya Allahın əm-
rilə onlar neçə yüz il haman mağarada yatıb qalıblar. Çobanın iti de msan şərafətilə
səkkiz incidir. Dini rəvayətə görə qiyamət günü Lutun arvadının dənsi bu itə bəxş edi-
ləcək və o artıq tamamilə insan olacaqdır.
Səh. 170
Biri dedi: bir cavan var, çalan zaman o rudu
Gözəl, şaqraq nəğməsilə heyran qoyar Davudu.
□ini rəvayətə görə Süleyman peyğəmbərin atası davudun gözəl səsi olmuşdur. Buna
görə də klassik Şərq ədəbiyyatında məlahətli səsə işarə edilərkən o, “Ləlini- Davud
(Davudun səsi) kimi ifadələrlə bir çox klassik şairlərin əsərlərində xatırlanmışdır.
Rud- çalğı alotinin adıdır.
Sək 173
Qoy yandırıb vəzirimi tez yanıma göndərsin,
Bu cənnəti daha da şən bır aləmə döndərsin.
Qədimdə oda sitayiş edənlərin bir qisminin əqidosineo müqəddəs odda yanıb kül
olmaqla insan behiştə gedərmiş.
Səki 83
Ey sağlamlıq boxş edon məriz Şohab,
Pak ruhlusan gol sorğuma ver cavab.
A Bakıxanov bütün bədii əsərlərində iki yerde Şohab adını çəkir ( Mışkntül-m-
var" poemasında və haman bu “Suala!" şerində). Şəxsiyyəti hələlik bizə məlum ol-
mayan bu adam, görünür, XIX əsrin birinci yarısında filosoflardan bin olmuşdur.
Çünki Bakıxanov ona müraciətlə özünü maraqlandıran ən çatm suallara cavab istəyir.
Digər tərəfdən Şəhab süzən ulduz və parlaq işıq mənası verir.
&А.Ш
Tofokkürdən taot üstünsö əgər
Heyrat içrə qaldı neçin peyğəmber?
Burada Bakıxanov Məhəmməd peyğəmbərin Allaha xitabən: “Mən səmn necə
olduğunu layiqincə dərk edə bilmədim'’ - sözlərini nəzərə çarpdırmaq istəyir. Şair
demək istəyir ki, İtaət tafəkkürsüz kor-kor an alıqdır. Təfəkkür və mühakimə һвг işdə
üstün olmalıdır.
<Әл£Г\ 461 r&G)
Sah. 186
Sah.200
AğjJ bəndə düşərək burada mal dayandı,
İşraqi meşşailər doğub belə yaranda
Işragi və m&şşailər islam fblsofhsmdə müəyyən müddəalar irəli sürən və Ыг -brnni
təftiş edon təriqət adlandır. İşraqilor işığı (nuru) osas gptiirorok Allahın nuru ilə qəlbitı
i şıq] an masını eşq adlandırırdılar. Moşşailər isa əsl hikmətin vücudun özündə olduğunu
irəli sürürlər. Bəziləri də bunları yuııau filosoflarından Gflatım vo Ərəstu ilə bağlayın
Səh. 190
Paskeviç! Bu adda böyük şöhrət var.
Öz adıyla məşhur olmuş bu salar.
Məlum olduğu üzrə Abbasqulu ağa Bakıxanov Paskeviçm yanında 1 826- 1 828-cİ
il Rus-İran m İıhari bəsində iştirak etmişdin
Paskeviç İvan Kyodoroviç (1782-1856) general-feldmarşal olub, 1830-1 831 -ci
illərdə Polşa üsyanım yatırmış və Polşada çar canişini olmuşdım
Səh. 193
Mən Fironge Ыг səyahət eyləyim.
Klassik ədəbiyyatda Fiıəng dedikdə əsas etibarilə Rusiya (Peterburq) vo ya
Avropa nəzərdə tutulurdu.
Səh. 194
Dəmir zərlə örtülübmüş no yaman.
Bakıxanov demək istəyir ki, çox aldanmışdır. Ona qızıl kimi görünən Polşa paslı
dəm indən ibarətmiş.
Səh J 96
Nə etməli ki, asudə olum mən,
İslam ib Firong çəkişməsindən.
Bumda şair cana doyduğunu və sülhdə, rahatlıqda yaşamağı arzuladığını bildirir.
İslam - Firəng çəkişməsi o zamanlar Şərq ilə Qərb arasında gçdən müharibələrə
işarədir.
Səh 198
Zahirdə bir guşənişin görünər.
Lakin verər Hind, Rum, Çindən o xobər.
Guşənişin xalqdan kənara çəkilib təkbaşına yaşayanlara deyilir. Lakin bu beytdo
Bakıxanov özünə işarə edərək zahirən guşənişin kimi özünü kənara çəkirsə, xalqdan
kənar olmayıb elmi işlə məşğul olduğunu və Hindistan, Türkiyə və Çin ölkələrinin ta-
rixindən xəbər verdiyim deyir.
Heyrət etmə cəhalətlə sen buna,
İp bağlamış nəfsin bil öz boynuna.
Klassik ədəbiyyatda çox zamatı nəfs ilə əql qarşı-qarşıya qoyulur. Nəfsə tabe
olanlar həmişə dünyada uduzurlar. Buna görə də şair öz-özünə deyir kı, sən öz nəfsinə
tabe olmuşsan, o sənin boynuna ip bağlayıb istədiyi tərəfə apanr. Əqlə arxalanan özü-
nü o bəladan qurtarar,
Səh.215
Ürək narahat oldu yenə etdim ahü vah
Qəlbim bir Müştəriydi, qarşısında Mehrü Mah
Müştəri - Günəş ətrafında dövr edən səyyarələrdən olub, Günəşdon uzaqlığı eti-
barilə beşinci yerdədir. Həcm etibarilə ən böyük səyyarələrdən biridir. Qədim Roma
mifologiyasında yunanibrm Zevsı kimi böyük ilahi qüvvəyə malik xoşbəxtlik ulduzu
hesab edilir (Müştəri ulduzuna Bərcıs və Yupiter dü deyilir).
Mehr Günəş.
Mah - Ay
Beytin mənası: Qəlb səadət mənbəyi» önündə isə parlaq gələcək vardır.
Burada Azərbaycan xalqı arasında çox şöhrət tapmış “ Mehr v$ Mah ” dastanı vo
hu dastandan təsirlənərək özünün ötməz əsərini yaradan XIV əsrin moşhur şairi Əssar
Təbrizinin *Mehr və Müştəri” poeması yada düşür Görünür Bakıxanov bu dastan və
poema ilə yaxından tanış olmuşdur
Sək 2 29
Hanm sarayına yaxın yaşardı.
Harnn məşhur Abbasilər xəlifələrindən llanmorrəşidə (786-809) işarədir. Bəni-
Üməyyə hakimiyyətini aradan qaldıran Əbu-Müslim Xərasani Abbasiləri hakimiyyot
başına keçirmişdi. Harunərrəşİd Abbasi xəlifələrindən beşincisi və qüdrətlisi olub,
ərəb nağıllarında, xüsusən məşhur “Min bir gecə 1 ’ əfsanəsində idealizə edilərok
təriflənmişdir.
Sak 231
Abbasilər dövləti hökmrandı.
Bu vaxt düşdü bərk quraqlıq Bağdadda,
Hərarətdən Ürək yandı, dil yandı.
Susuzluqdan Peclo gəldi fəryada.
Abbasilər xilafəti Əbu-Müslim Xorasaninin qiyamından sonra yaranıb (VIII əsrin
ortalarında)» monqol hücumları zamanı (ХШ əsr) aradan qaldırılmışdı
Bağdad şahori İraqın mərkəzi və Abbasilər xilafətinin esas paytaxtı olmuşdur.
Dəclə - Bağdadın yanından axan çayın adıdır.
Səh, 232
462 /Tgxjg)
Məcmmnfima ВоһЫ bu dəm açdı dil.
463 /Ик§)
Rəvayətlərə görə Bəhlul Abbasilər xəlifələrindən Harunəırəşidin qardaşı olub,
siyasət və taxtü səltənətdən üz döndərmiş, özünü dəliliyə vurub, incə sözlorıb xalq
arasında şöhrət qazanmışdır. Şərqdə “Molla Nəsrəddin” kimi onun da adına bir çox
rəvayət, lətifə və məzhəkələr uydurmuşlar Klassik ədəbiyyatda bir çox şairlor onun
adı ilə bağlı şeirlər də yazmışlar. Burada “Mecnunmima” dedikdə, Bəhlulun özünü
dəliliyə vurmasına işarə olunur*
Səh,237
Danışma, heç bir şey görmo-əmr etsən,
Susaram, yumaram gozlorımi mən.
Əmr etsən anlamal Əfv et hökmdar.
Bu işdə əlimdə dcyit ixtiyar.
Bu şeir Azərbaycanın moşhur satirik şairi Mirzə Ələkbər Sabirin aşağıdakı qitə-
sinə çox bənzəyir;
Gönııə! Baş üstə, yumaram gözlərim
Dinmə! Mütiom, kosərəm sözlərim...
Çox ehtimal Sabir Bakıxanovun homin şerini oxumuş və ordan istifadə etmişdir.
Bəzi alimlərin fikrincə Sabir bu qitoni Əşrəf Gilanidən tərcümə etmişdir. Əgor belə
ıso o zaman Əşrəfin hanıan qitəni Bakıxanovdan almış olduğunu güman etmək olar.
Hər halda bu üç şairin şeirlərində bir fikir vəhdəti mövcuddur.
Səh. 2 39
Altı şey vücuda çox lazımdır bil,
Dörd şey də eyləyir morozi təhlil.
Bu rəqəmlərin arxasında ciddi bir məna yoxdur. Burada şair qəsdən özünü xəs-
təliyə vuran bir avam m uydurmasını nəzərə almışdır.
Səh, 24 5
Dil “onəl-həqq” söyləsə Mənsur şoklin göstərir
Mənsur Hüseyn İbn Mənsur Həllac hicri 309-cu (miladı 921) ildə Bağdadda da-
ra çokiim işdir İlk dəi’ə o, insanı Allah səviyyəsinə qaldırmış və t4 ənəl-lıoqq” (həqi-
qət mənəm) söyləmişdir. Ondan sonra bu fikir başqa sidilər tərəfindən də irəli sürü-
lorok Mənsuru Özlərinə nümunə göstərmişlər.
SəhJ45
Asımanda-kövkəbİ-səd olsa, Əsəd yerdədir.
Orta əsr astrolog İy asına əsasən göydə ulduzlar xoşbəxtlik (səd) və bədbəxtlik
(nəb>) əlaməti üzrə iki qismə bölünmüşdür. Guya hər kəs öz ulduzuna müvafiq ya
xoşbəxt, ya da bodbəxt doğulur.
Beytin mənası Əgər göydə xoşbəxtlik ulduzu varsa, Əsədin (adam adıdır) yer
üzündə olması daha böyük xoşbəxtlikdir.
Səh. 245
Töfhey i-b ab i - Su ley man söyləsəm, Qüdsi, nobr.
Bu qəzəl rani-moləxlə mur şəklin göstərir.
Bu beyt məşhur əfeanə ilə əlaqədardır. Guya heyvanlara da hökm vermək qüdrə-
tinə malik Süleyman peyğəmbərin şahlıq günündo bütün canlılar ona hədiyyə verirlər*
Süleymandan kimin töhfəsinin qiymətli olduğunu soruşduqda, o öz bədənindən neçə
qat ağır çəyirtgə ayağım daşıyıb gətirən qarıncanı göstərmişdir. Bu rəvayət Şərq klas-
sik poeziyasında dəfələrlə bədii vasitə kimi İstifadə edilmişdir.
Bakıxanov adı çəkilən Əsədə bu qəzəlin kiçik bir töhfə olduğunu nəzərə çarpdır-
maq üçün həmin əfsanəni yada salmışdır.
Səh. 24H
Qatı - qaşın, tayı - telin, lami - ləblərin
Aləmdə əlbir əyləsə, billah qita! olur.
Burada Şorq poetikasında ərəb əlithasınm hərfləri üzrə qurulmuş bədii ifadə tərzi
öz əksini tapmışdır. Yəni “Qaş" sözündən birinci hərf olan “j” (Q), “ТеГ sözündən
birinci hərf olaıı ” (T) vo “ləb" sözündən birinci hərf olan CL ” (L) hərflərim bir-
ləşdirdikdə “Qotl” sözü meydana gəlir ki, bu da öldürmək mənasım verir.
Şair demək istəyir ki, sənin qaşm, telin və ləblərin aşiqin caııım alır.
Səh. 250
Göstərsə, yox əcəb yədi-beyza kəlimı-təb;
(Bax, şərh səh, 144)
Səh. 254
Həm mzədir, bəm bayram açılsa giribanlar.
“Ruzə" — orucluq deməkdir, “Bayram 15 da orucluq bayramına işarədir.
Şair demək istəyir ki, yarın sinosi açıldıqda orucluq qurtarır, bayram etmək lazım
gəlir.
Səh. 265
Mur oturub təxti-Süleymanə, ah,
Hİnd qoşuru Şərqi sərasər tutuh.
Murnn (qarıncanın) Süleyman taxtında oturması, habelə Hind qoşununun Şərqi
istila etməsi, cavanın üzünə tük çıxmasına işarədir. Burada qarıncanın үө hindlinin qa
ralığı tükə, parlaq Süleyman taxtı və Şərq isə ağ simaya işarədir.
Səh, 267
Ürək olubdur əsirin zavallı Yusiflək,
Züleyxa qeydinə düşmüş, ə siri- zindan dir.
465 Г§УЗ>
464
Səh. 278
“Yusif və Züleyxa” dastanının qəhrəmanı Yusifə aşiq olan Misir hökmdarının
(Ozizi-Misnn) arvadı Züleyxa, Yusifm ona meyl etmədiyini görüb, ona böhtan ataraq
yeddi il həbsdə yatmasına sobob olmuşdu.
Səh. 270
Ah ki, o itmiş gözəldən pirəhən peyda deyil,
Pİrəhən yox, bəlkə bir beytül-həzən peyda deyil.
Moşhur “Yusif v e Züleyxa” dastanında Yusifin köynəyi iki dəfə xatırlanır. Birin-
cisi onu qardaşları quyuya salıb qanlı köynəyini atalan Yəqubo gətirdikləri, ikincisi
Yusif Misirdə padşah olduğu zaman əz köynəyini qardaşlarının buğda kisəsi içə-
risində göndərməsi. “Beytul-həzen’ 1 (kədər evi) də Yoqubım oğlu Yusifi düşünüb ağ-
ladığı evo verilən addın
Səh. 270
Orda bişək hiyləgər bır Əhrimən peyda deyil.
Əhrimən (Anqroman) oda sitayiş edənlərin dinində şər allahının adıdır. O xeyir
allahını təmsil eden Ahura-Məzdaya (Hümnüzə) qarşı mübarizə арапг. Əhrimən klas-
sik ədəbiyyatda şər, hiylə və xəyanət rəmzi kimi işlədilmişdir.
Səh. 271
Yusif köynəyim Züleyxa yırtdı.
“Yusif və Züleyxa” dastanında Misir hökmdarının arvadı Züleyxa Yusifin ona
ram olmadığım gördükdə, əl atıb onun köynəyindən tutmuş və Yusif qaçmaq istərkən
köynək cırılmışdır. Sonra Züleyxa bu hadisəni öz xeyrinə Yusifin ona xoyanət əli
uzatdığı kimi qəfəmə vermişdir
Səh 276
Нәт Azərdən Xəlil olmaz cahanda,
Əgər olsa, hər od bir gülüstandır.
Xəlil - İbrahim Xolilüllah peyğəmbərə işarədir. Azər - həm od mənası verir,
həm də İbrahimin atasının adıdır. Dini əfsanələrə görə Netnrud İbrahimi yandırmaq
istərkən od bir gülüstan olmuş və onu yandırmamışdır. Şair demək istəyir ki, əgər bi-
zim zomanodo Azər oğlu İbrahim Xəlilullah kimi adam mövcud olsa, dünyada atəş də
gülüstana çevrilər.
Səh. 277
Əgər aləm desə aşiq olubdur kafir, eyb etməz,
Bu sözlər rmcərayMıaləti-Səlmanü Buzərdir.
Səlman əvvəlcə bütpərəst, sonra atəşpərəst, nəhayət Məhəmmədin dinini qəbul
edərək müsəlman olmuşdur. Məhəmməd Səlmana çox hörmət etmişdir.
A. Bakıxanov aşiqin kafirliyini də Səlmanın “kafirliyinə” bənzətmişdir.
Məhəbbət bazarmda naz satma çox, əzizim,
Burda çox Əzizi- Misr dağlanıb olmuş qulam.
Əzizi-Misr — qədim zamanlarda Misir hökmdarlarına verilən ümumi addır. Bura-
da isə Misirdə qul kimi satılan Yusifə işarə edilir.
Səh: 2S5
Xət yan saldı dərdə nccə ki, Ali-Sami
Yafəslo xam nəsli gətirmişdi fəğano.
Sam, Ham və Yafos dini rəvayətdə Nuh peyğəmbərin övladları olub, sonra bun-
ların arasında nifaq düşmüş və dünya üzərində müxtəlif tayfa tarın əmələ gəlməsinə
guya onlar səbəb olmuşlar.
Beytin mənası: Yarın xətti dünyam qarışdırıb, qırğın törətdi.
Səh. 286
Azər cdərmi bir daha.
Sənətini əyan əbəs?
Azər (İbrahim Xelilullahm atası) dülgər olub, taxtadan bütlər qayırıb satarmış.
Onun qayırdığı bütlərə sitayiş edənlor əlcybmə oğlu İbrahim Xolilüllah çıxaraq, xalqı
bir Allah yoluna dəvət etmişdi.
Sək 287
Nə hisslər iş görür, пө ağıl, çünki,
Rəfrofsiz deyildir mümkün bu merac.
Dini əfsanələrə görə Məhəmməd peyğəmbər Allahın yanına göyə qalxarkən, əv-
vəlcə Buraq adlı başı insana, bədəni ata beıızər qanadlı bir ata minmişdi. Lakin bu at
onu dördüncü göyə qodər qaldırmış, buııdan sonra guya Məhəmməd “Rəfref” adlı
başqa səmavi bir nur atın belində göyün üst qatına çıxmışdı.
Beytin mənası: Həqiqəti dərk etmək üçün hiss və əql hələ kafi deyildir. Buna ila-
hi bir qüvvənin də köməyi lazımdır.
Səh. 290
İsa rıəfəsitək bəxş eyləyir can.
Dini əfsanələrə göm İsa peyğəmbərin nəfəsi ölüyə dəydikdə dirilərmiş.
Səh. 299
Nəfsin İsgəndər olub zülməti-təb içrə, a Qüdsi,
Eşq oldu həyat çeşməsi, Xızr oldu həvadar.
Dini rəvayətə görə ancaq İsgəndəri-Zjlqomeyn ilə Xızr zülmətdə dirilik suyu
axtarmış, Xızr bu suyu tapıb içmiş, İsgəndər tsə ondan məhrum olmuşdun
Beytin mənası: Nəfs - İsgəndər kimi təbin zülməti içərisində yolunu itirmişdir.
Eşq - dirilik suyudur. Xızr isə şairin eşqə olan həvəsidir.
466 \ 467
Səh. 300
Sah 307
Olub fərvəıdinə de y bir bəzək kim.
Çiçəklər /ina i i-gülzar olubdur.
Farvardiıt hicri-şəmsi ilinin birinci ayıdın Bu isa baharın ilk ayı olub miladi
mart-aprel aylarına müvafiq gəlir, Dey şəmsi ilinin qış aylarmdandır.
Beytin mənası: Qışm son ayı da bahara bəzək vermişdir.
Məcazi mənası: Qocalıq gəncliyə bır bəzəkdir.
Səh. 302
Bİr zamanlar nıars qalıb heyrətdə keçdi ömrümüz,
Cüc şeş atıb tapmışam indi ələmdən mən nicat.
Nərd oyununa işarədir, məlumdur kı, bu oyunda ən böyük şans “cüt şeş” atmaq-
dır, Şair nərd oyunundan misal kimi istifadə edərək bir təsadüflə ağır vəziyyətdən -
marşdan çıxdığım nəzərə çarpdırmaq istəmişdir.
Səh. 302
Bir yerim vandır ki, burada dincəlib Nuh bir zaman
Qorxmuram indi əgər dəryayə dönsə kainat.
Nuh - ikinci Adəm ləqəbi ilə məşhur olan peyğəmbərdir. Guya onun zamanında
dünyada tufan baş verib bütün yer üzünü su tutmuşdur. Nuh isə gəmi qayırıb hər hey-
vandan bir cüt oraya qoyaraq tufan müddətində onları gəmidə saxlamış, sonra bu cəmi
Çudi dağına oturmuş və orada olanlar məhv olmaqdan qurtarmışdır.
Sək3Q4
Qüdsi, bu cahan dövlətinin payəsi yoxdur,
Kavusi-Keyin halına bax, ibrət ai ondan,
A*Bakıxanov da öz sələfi Xaqanı Şirvanı kimi bu dünya şöhrətinə bel bağlamağı
irəli sürürkən keçmiş Kəyan şahlarından belə nişan qalmadığını misal göstərmiş və
otıdan ibrət almağı məsləhət götmüşdür.
Kavusi-Key - qədim iran şahlarından Keykavusa işarədir. Məlum olduğu üzrə bu
şah pəhləvan Rüstəmin rəşadəti sayəsində fəlakətdən qurtarıb böyük qüdrətə malik
olmuşdur.
Səh. 306
Gözəllərin şahı, zəncirmədi edib zülfü.
Zoncıri-odl - yəni ədalət zənciri. Rəvayətə görə qədim İran şahlarından
Ənuşirovan “Adir ləqəbi ilə şöhrət tapmışdır. Guya onun ədalot zonciri varmış. Bu
zoncır şahın oturduğu taxtrn yanından həyətə salladılarmış. Şikayəti olanlar gəlib bu
zonciri silkələdikdə şah özü şikayətçinin gəldiyini bilib, onun dərdini öyrənərmiş,
468
Qüdsiya, səbr eyləmək pirehənə bənzər ki,
İ tmı şindən gələrək çatdı o bey tül- həzəm
(Bax, şərh: səh.270),
Sək.313
Yaxşılıq hasil olar zahiri çirkindən çox,
Qoy bütı məhv eləyən dəhrdə Azər olsun,
Azər - İbrahim Xolilullaha işarədir (Bax, şərh: səh. 277)
Sah.319
Son tutursan əməli, biz əməli ey zahidi
Bu misrada istifadə edilən “əməl” sözü omonim olub, w arzu” və te iş" mənasım
verir* Ərəb əlifbasında bu sözlər müxtəlif hərflərlə başlayın ( Ј-с. 1 JLI )
Beytin mənası: Ey zahid, sən arzu (xəyal) ilə yaşayırsan, biz isə işlə məşğuluq.
Səh. 324
Sən qiyas et yar üzün Nəmnıd oduyla gör necə,
Atəşi onlar bizə misli-gülüstan eylədi.
Nomrud - qədim Babil şəhərinin müəssisi, büdpərəst. Əfsanəyə görə İbrahim
peyğəmbərin dİno dəvətini qəbul etməyib, onu oda atdırmışdır* Guya Allahın omnlə
sivri sinəklər (ağcaqanadlar) hücum edib Nomrudu məhv etmişdir.
Səh. 326
Eşq müşkül dərddir, dərmanə Loğman istəyir.
Loğman - əfsanəvi təbibin adıdır* Bəzi rəvayətlərə görə onun prototipi məşhur
Yunan təbibi Hippokratdır; klassik Şərq ədəbiyyatında bütün xəstəliklərə derman
edon bir təbib kimi yad edilmişdir.
Səh. 326
Rəhnüma oldu, dəlilsiz çıxdı azərdən Xəlil*
(Bax, şərh: səh*324).
Sək. 326
AtəşriNəmrud içmdo xoş gülüstan istəyər.
(Bax, şərh: səh. 32 4).
Səh.329
Qəza Yusif hüsnündə öz fırçasın,
Edib imtahan, çəkdi bu surəti.
469
A, Bakıxanov gözəlin hüsnünü təsvir etmək istərkən çox incə toşbelı yaratmışdır.
Bütiin klassik odobıyy atda “Yusitcamal” bir misal olaraq işlənmişdir. Hətta Züleyxaya
tənə vuran Misir xanımları Yusifin hüsnünə heyran qalıb, turunc əvozitıo öllərini kəs-
mişdilər. A. Bakıxanov ıso deyir: qə/a (tale) gözəlin surətini çəkmək üçün əvvəlcə
Yusif camalım yaratmış və sonra oradakı nöqsana yul vermədən bu gözəli yaratmışdır.
Səh. 333
Arxatanma belə bir yolda gö/ə, qəlbə Kəlim
Bu cürü ol vo əsa ilə xətər var yenə də.
Burada Kəlim Musa peyğəmbərə işarədir.
Beytin mənası: Musanın möcüzəsi bu göz vo qəlbin sehrləri qarşısında aciz qalar.
Səh. 334
Bu sevdadən çoxu olmuş xəcalət,
Gedib Sürxabi-Tobrizdo nihanə.
A. Bakıxanov Təbriz şəhərində olan - məşhur Sürxab qəbristanlıgmı xatırladaraq,
orada dəfn ediion böyük şairlərə işarə etmişdir. Mənbələrdən məlumdur ki. Xaqani
Şirvanı, Zəhirəddin Fəriyabi və başqaları haman qəbristanlıqda dəfn edilmişlər.
Buna gö ra da Siİrxab qobristanı “Moqborətüş-şüənT (Şairlər qəbiristanlığı) adı
İlə şöhrət tapmışdır.
Səh. 334
Nizaminin yeri eyvanda dardır,
Məgər Dchlidon heç qalmış nişanə?!
Şairin ədəbi irsindən aydın olur ki, o, Azərbaycan vo Yaxm Şərq klassiklərinin
xüsusilə Nizami, Xaqani, Əmir Xosrov Dohləvi, Sədi, Hafiz vo Füzulinin əsərlərini
sevə-sevo oxumuşdur.
Beytdə zəmanədən şikayət edərkən bu dünyadan moyus getmiş Nizami və Əmir
Xosrov Dohlovı xatırlanır.
Səh. 336
Yədi-Beyza və osa göstərər hər sehrbaza,
Kimsəyə olsa bu cür zülfi-pərişan qismət.
(Bax, şərh: səh. 145)
SəkJ36
Çünki olmaz sono Keyvandakı eyvan qismət,
Keyvan - Şərq astmlogiy asında eyni zamanda Zühol adı ilə məşhur olan səyya-
rədir. Müasir nücum elmində Satum adlanır. O, Günoşdoıı uzaqlığına görə altıncı yer-
də dumr. Bu səyyarə qədim yunanların əkin Allahı kimi təsvir edilmişdir, Bakıxanov
bu misrada Öz həddindən yuxan mövqe axtarmağın lüzumsuzluğunu nəzərə çarpdır-
maq istəmişdir.
Sak 353
Fərhad ilo dağdır gözümə görsənən hor şey.
Düşmür ələ Şirinlə gülüstan Qarabağda.
Bakıxanov Qarabağda nədənsə özünü yaxşı hiss etməmişdir. Bu qəzoldə o öz vo-
ziyyotindən şikayət edir.
Beytin mənası: Qarabağda ancaq yazıq Fərhadın boş xəyal uğranda dağ çapması
nəzərə gəlir. Halbuki, ortalıqda nə Şirin var, nə də gülüstan.
Səh.355
Çeşmü xalü riixü kakil törədər xofu xətər.
Ay düşər Əqrəbə, Mənix də Keyvanə yaxm.
Bu beytdə klassik Şərq poetikasında ‘ləff nəşri -mü nə ttib” adlanan sənət işlən-
mişdir. Bu sənətə görə birinci misrada olan ifadələrin cavabı ikinci misrada sıra ilə
əlaqələndirilir. Burada insanların simasında olan dörd əlamət (göz, xal, yanaq və zülf)
dörd soma cismi ilo qarşı-qarşıya qoyulmuşdur, (ay, əqrəb, mərrix və keyvan).
Əqrəb- əqrəb bürcü.
Mərrix mara ulduzu. Qədim romalılarda owəl əkin, sonra isə müharibə allahı
kimi təsvir edilmişdir. Şərq ədəbiyyatında ancaq müharibə allahı kimi xatırlanmışdır.
Orta əsr aslrologiyasmda ayın Əqrəb bürcünə və Mərrixin Keyvana yaxınlaşması
nəhs hesab edilərək, yer üzündə bir fəlakət törəyəcəyi kimi qələmə verilmişdir.
Beytin mənası: Gözəlin üzündə göz, xal, yanaq və zülf bir-birinə yaxm olduqları
üçün (əlbir olub) dünyaya qovğa salmışlar.
Səh. 35 5
Misrdən Yusifinin ətrini tez hiss elodi,
O adam ki, quyuııu görmədi Kənana yaxın.
O adam məşhur “Yusif və Züleyxa” dastanının qəhrəmanlarından Yusifin atası
Yəqubo işarədir. O, Yusifin Kənan şəhəri yaxınlığında quyuya salındığını bilmədiyi
halda, uzaq Misrdən onun ətrini duymuşdu. Şair bunu bir əfsanə kimi qiymətləndirir.
Sah.358
Qüdsi belə olmazdın,
“Sərdar” deyə hey azdın.
Tək sözlə əsər yazdın,
Bır söytə nədən cy dil?
Bakıxanov müvəfləqiyyətli cinaslar yaratmışdır. Burada şair “Sərdar” sözünü 14
dəfə təkrar edir və hor dəfə bu sözə müxtəlif məna verir. Bu cəhəti tərcümədə tama-
milə saxlamaq mümkün olmamışdır.
Səh365
Xalqa təlim eləyir sehr yarın dıdələri.
Cüt mələkdir quyuya nazil olub sanki xumar
<£Л9\ 471 y'ekS)
470 /^S)
Səh. 386
Bu beytdə adı çəkilən cüt mələk dını əfsanədə məşhur olan Harut və Marut adlı
mələklərdir. Əfsanəyə görə mələklər Allah tərəfindən cəzalandırıldığı üçün Babil şə-
hərindəki quyuların birində ayaqlarından asılmışdılar. Bədii ədəbiyyatda sehrkarlıq və
cadu əksərən onlara isnad edilir.
Səh. 365
Kaf onıın kakilidir, nun isə əyri qaşıdır,
Nə məhəbbətlə yaratmış gör onu sənətkar?!
Dını əfsanəyə göro guya Allah “kən” (ot) deməklə istədiyinə nail olmuşdur. Bu
sözdə olan iki hərf: “каГ və “nmf \ klassik Şəıq ədəbiyyatında təkrar-təkrar xatırlan-
mışdır, Burada Bakıxanov gözəlin camalım təsvir etmək istərkən bu ilahi hərilərin
gözəlin simasında öz əksini tapdığını nəzərə çarpdırmaq İstəmişdir. Məlum olduğu
Üzrə klassik poetikada surətdə olan üzvlər əlifbanın müəyyən qismi ilə müqayisə edil-
mişdir, Bunları belə xülasə etmək olar:
) =■ (əlifHqədd, qamət
O* Ғ =güz
J -ağız
O <> qa*
=saç, zülf
J ^ =qəddın əyilməsi
<J^C^=diş
Səh. 363
Damənin bir əl, əlin damən tutardımı məgər.
Udmasaydı Yusiil-Misri o Көпап içrə çah?!
(Bax, şərh: səh.270).
Sək 381
Gülşəni Yusifin hicrində cigəıqan etdi.
Bax Həməl bürcündəki qurbanə sən.
Ta şikar olsun sənə yeksər günəş.
Həməl səmadakı on iki bürcdən birincisidir. Lüğəti mənasL quzu deməkdir. Şair
bu bürcü qurbanla bağlayır. Digər tərəfdən Günəş öz dövrü zamanı Həməldən keçdiyi
üçün guya o, quzu (qoç) tərəfindən “ovlanır”. Bu isə bədii vasitə olaraq şairə imkan
verir ki, Günəş kimi özünün bir quzu (gözəl) tərəfindən ovlandığını qələmə alsın.
Səh, 387
Möcüzə etdi Mıısiyi-İmran
Musiyi İmran yəhudilərin peyğəmbəri Musaya işarədir.
Səh. 387
Qüdsinin nisboti bu dərgahədir.
Bir qul olmuş bu yerdə çun Rizvan!
Rizvan - dini əfsanələrə görə behiştm qapıçısının adıdır.
Səh. 387
“Sali-fərxəndəfali^ali ovc”
Tarix olsun bu şöhrətə olan.
Birinci misra Əbcədlo hesablandıqda hicri 1262'Cİ (miladı 1845) il olur kı, bu da
həmin qəsidənin yazıldığı tanxi göstərir,
Səh. 389
Xoş olmuş onun hər işi, Qüdsiya,
Olub tarixi “Kano tarixuna”
(Bax, şərh: səh .2 70).
Səh. 381
Çəmənin sohnəsinə etdi hücum Bəhmonü Dey>
Bəhmən və Dey Cəlalı təqvimi üzrə qış aylarıdır Yəni qış getdi və çəmən soldu.
Səh. 385
Tez venn zülmətdəki Xızra xəbər,
Çcşmeyi- heyvam bəxş eylər günəş.
(Bax, şərh: səh.299)*
472 /-qxG)
Burada şerin yazılma tarixi göstərilir. Bu da Əbcəd hesabı ilə hicri 1 262-ei (mi
ladil845) il deməkdir.
Səh. 391
Zünnar salıb boynuna Sənanə dönübdür*
Şair gürcü qızma aşiq olub, eşqi yolunda öz dinindən də üz döndərən Şeyx Sənanı
xatırladıb, eşqdə sabitqədəmlikdə özünü Şeyx Sənana bənzədir.
Sək 391
Gəlibdir YustfLgül pu-əhən bazarə, bismillah.
W 473
Şair burada məşhur “Yusif və Züleyxa” dastanına işarə edərək özünü tacirlər
tərəfində n bazarda satılan Yusifə bənzədir.
Sak 396
Mən nə Fərhadam, nə də bir Vamiqəm,
Mən nə Şirin, Əzrayə Ыт aşiqəm.
Bu beytdə iki məşhur aşiqanə dastana işarə edilir: Bunlardan birisi “Fərhad vo
Şirin , digəri isə Vamiq və Əzru”dır* Hər İki dastan Şərq ədəbiyyatında böyük şöh-
rətə malikdir.
Səh 396
Şirin eşqi artıranda rişəni,
Dağçapan da başa vurdu tişəui.
Burada şair Nizami Gəncəvinin məşhur “Xosrov vo Şirin" poemasım xalırlada-
raq f Şirinin eşqində Fərhadm özünü qurban verməsini nəzərə çarpdırır
Səh. 396
Aşiqü məşuq da sən dildar da sən,
Qazi də, Mənsur da sənsən, dar da sərt.
Bu heytdə panteizm dünyagörüşü hakimdir. Şair Allaha xitabla omm hor şeyə qa-
dir olduğunu vo hər şeyin ondan təcəssüm etdiyini ifadə edir* Burada adı çəkilən
Mənsur Hollac ləqəbi ilə şöhrət tapıb “onəl-həqq" (həqiqət monəm) deyən məşhur
sufiyə işarədir.
Sək, 397
Gahi Ünqasan, gahi uvhanı kimi,
Gah yanırsan, can evində şam kimi*
Ünqa - əfsanəvi bir quşdur Şərq ədəhiyyatmda bəzən o, “Simurq" da adlanır. Bir
şeyin az tapıldığını погәгә çarpdırmaq istəyən şairlər əksər halda unu gözəgörünməz
və yeri bilinməz deyə Ünqa və Simıuqo oxşatmışlar. Bu beytdo Bakıxanov yenə
Allaha müraciətlə demək istəyir ki, bəzən sən Ünqa kimi yeri bilinməz, bəzən İsə in-
sanın qolb evində yanan hir çırağa bənzəyirsən. Onun АИнһ haqqında olan bıı fikirləri
bir neçə yerdə təkrar olunmuşdur.
Səh. 397
Fşqdən şahlar umar razi-niyaz,
Mahmudu eylər tamam bendi-Ayaz,
474
Mahmud onuncu əsrin məşhur iran padşahı Sultan Mahmud Qəznəviyo işarədir.
Firdovsi öz “Şahnam ə^süıi onun hakimiyyəti illərində yazmışdır. Məlum olduğu üzrə
Sultan Manmud öz qulıı Ayazın xatirini çox istəyirmiş. Buna görə do klassik Şərq
ədəbiyyatında, “Mahmud və Ayaz” adlı dastanlar yazılmaqla borabən bir misal kimi
do şairlər tərəfindən istifadə olunmuşdur.
Səh .401
Deyirlər Xızra çatdı su, qayıtdı məyus Ukəndər
Rəvayətdir, içində başqa gizli dastan vardır,
Мош aydın olub artıq ki, Xızra çatmamışdır su,
Labi-İskondoro bir bax, bu su orda hor an vardır.
Burada iki Iskəndor haqqında söhbət gedir. Birisi eramızdan əvvəl IV əsrdə yaşa-
mış məşhur yunanlı İskəndəri-Kəbir, digori Tiflisdə yaşamış, şəxsiyyəti bizə hələlik
molum olmayan İskəndər' Birinci İskəndər dini əfsanoyo guya Xızr peyğəmbərlə
zülmətdə dirilik suyu axtarsa da, onu tapmamışdır*
Səh 403
Tarixi doqquz, otuz, min iki yüz. oldu tamam
Rəcəbin son günü bitdi bu rəqom hikmətlə.
Bu raqəmi açıq yazdıqda hicri 1239-cu ilin rəcobül-mürəccəb ayının son günü
əldə edilir ki, bu da eramızın 1823 -cü il mart ayının 31 -nə təsadüf edir Bu, əsərin ya-
zıldığı ili göstərir*
Sək 405
Hicrət Ğors, miladsa Ğəmzəddir indi,
Bu İl də şübatda kot qədər gün var,
Bu beytdo iiç söz Əbcad hesabına əsasən seçilmişdir, Öz-özlüyünda bunların heç
bir lüğəti mənası olmayıb, ancaq rəqəm mənası vardır* Bunlardan:
Gəts= 1 000+200+60=1 260
(jozməd— 7\ftı 'əıC* = ^ 4 - ıjd 3 +■ 1 -l- 4 =1 00Q+800+4Ö+4— 1 844
К«и=^т i «20+9=29
Bu, şerin yazıldığı larixt göstərir (hicri 1260 / 1844 miladi).
1 Bozilorİ bu İskəndori rus çarı Aleksandr hesab etmişdir (М&У
<§^J3\ 475 /7gk5>
Səh.409
Əflatun olsan da, tale dönərsə,
Hor işin torsino çevrilir haman.
Əflatun (Platon) - eramızdan qabaq V əsrin sonu, JV əsrin əvvəllərində yaşamış
məşhur yunan filosofudur, Sokratm şagirdi və Ərestumm müəllimi olmuşdur, Klassik
Şərq ədəbiyyatında bacarıq və qüdmt rəmzi kimi işlənmişdin
Səh.410
Açıb dil deyim bu viranə yerdən.
Nə vaxt çıxıb getmiş Xosrov ilə Cam.
Xosrov - əsasən Sasani padşahlarına verilən ümumi addır. Konkret şoküdə
Xosrov Pərvizə işarədir, Cəm isə Cəmşidin adının qısaldılmırdın O, eramızdan xeyli
əwol yaşamış əfsanəvi İran padşahıdır. Guya öz qüdrətinə çox güvəndiyi üçün
Zəhhak adlı zalım bir padşah onun taxt- səltənətini ələ keçirmişdin
A.Bakıxanov şahhq şöhrətinin fani olduğunu nəzərə çarpdırmaq istəyərək həyatı
şən keçirməyi təbliğ edir,
Səh.4I2
Ey könül, yanmaqdan qorxumusan sən də?
Pərvanə xisləti varımdır səndə?!
Hansı daş smdırdı qol-qanadım?
Yuvana dönmürsən qəlbin əsəndə.
Əslində bu rübai “Porvanədari” söz tərkibindən istifadə ilə çinaslanmışdır. Bu
söz öz tərkib hissələrinə bölündükdə belə mənalar verir.
Pər - qanad
Уа - açıq
Nə - yox
Pərva - qorxu
Rübaidə üç dəfə təkrar edilən “Pərvanədari” söz birləşməsi hər dəfə ауп məna
verir:
I pörva + nədari = qorxun yoxdur,
II Pərvanə + dan = pərvanə (xasiyyəti) varındır.
III Pər + va + nədari - qanad açmırsan.
Tərcümədə bu cinaslar ^Sən+də” sözləri ilə saxlanmağa çalışılmışdır*
Səh.413
Şadlıqdan muştuluq gətirmiş bülbül,
İlin də tarixi indi "Sağər”dır.
Bu esordə tarix “Sağer” (jaL- ) sözü ilə ifadə edilmişdir ki, o da Əbcəd hesabı ilə
hicri 1261— cı (miladi 1845) ili göstorir.
Səh Al 4
Dörd “hey” den bir ycrde olmasa asar,
O yerin əhli r i bil əhli-mozar,
Şairin fikri nco bir yerde ki, “hey" hərfi ile başlayan dörd şey yoxdursa o yerin
ahallsi ölü kimi olar. Bu dörd şey isə həkim (təbib), hamam, hasar (qala) və hakimdən
ibarətdir. Burda həkim səhhəti qorumaq, hamam təmizliyi təmin etmək, hasar (qala)
düşmən hücumundan qorunmaq, hakim isa ölkədə xalq arasında ədalət və nizam in
tizam olmasını təmin etmək mənasım ifadə edir.
Səh.418
Qorxusundan onun səmada belə,
Yaxlaşammazdı göy şiri Həmələ.
Göyün şiri səmada 1 2 bürcdən beşincisi olan Əsəd (Şir) bürcüno işarədir. Həməl
isə on iki bürcdən birincisidir, Lüğəti mənası “Quzu” (qoç) deməkdir. Bakıxanov bu-
rada itin qorxusundan göydə şirin quzuya (Əsədin Həmələ) yaxınlaşa bilmədiyim nə-
zərə çarpdırmışdır. Orta əsr a stmlogiy asında Əsəd bürcü ilə Həməl biırcü çox az təsa-
düf edirlər. Bu isə Bakıxanovun nücum elmini yaxşı bildiyini göstərir.
Səh.419
Görmüşəm bir qoyun sofeh, nadan,
Bayramın lap içindodir qurban.
Bu şeirdə Şərq xalqları içərisində onənəvi qurban bayramına işarə edilir. Yəni
qoyun öldürülən kimi, tülkü ilə qurdun bayramı olacaqdır.
Səh, 440
Bu şeir mətbuatda ‘Təbriz əhlinə xitab “ adı ilə dərc edilmişdir. Halbuki, haman
şerin alındığı ilk mənbədə katib onu belə sərlövhə ilə yazmışdır: “Min kəlamı-
Abasqulu ağa Bakuİ ke be i sm- e Fazil qoftc əst" (yəni: Abasqulu ağa Bakümın Fazil
təxəllüsü ilə yazdığı şeirdir).
SəhA42
Bir İskəndor edibsə şərqi һогһөт,
Biri də sülhü qərbdə etdi möhkəm.
Bu jskondər do almışdır gözəl ad,
Olardan pay alıb olmuşdur ustad.
477 /"eX?S>
476 /'ек^)
Bu şeirdə Üç İskenderin adı çəkilir, Birincisi eramızdan qabaq IV osrdə yaşamış
İskender Zülqəmeyıt, ikincisi Alban xalqının qəhrəman sərkərdəsi Iskəndər bəy,
üçüncüsü Tiflisdə yaşamış İskəndərdrr Bakıxanov bu jskəndəri torif edorkon onu
İskəndəri-kəbirdən döyüş və İskəndər bəydən sülh sənətini öyrəndiyini deyir-
Sah.442
Yarandısa xahişilə Moisoy Zaxariçin.
Moisey Zaxaryeviç Arqutinskı - Bakıxanov ailəsinə çox hörmət edən rus ordusu
generalı* Dağıstan hərbi dairəsinin komandanı olmuşdur.
Şairin qardaşı Cəfərquluağa Bakıxanov onun yanında hərbi xidmətdə olmuş və
general rütbəsinə yüksəlmişdir, Arqutinskİ şəxsən Bakıxanovla çox yaxın olmuş, do-
fələrlə Qubada onların evində qonaq qalmışdır,
Sah.443
Yarandı üçlük arasmda aləmi-ərkan,
Mürəbbə üzrə verildi bu maddi alemə can.
Dünyanın üçlük əsasında yaranması cəmadət, nobatot vo heyvanat aləmi demək-
dir (cəmadot - cansız daş, torpaq, dağ; ııəbatət - bilkı; heyvanat - insan vo heyvanlar).
Mürəbbə üzrə nıh verilməsi İsə dörd ünsürə (su, od, torpaq, havaya) işarədir.
Şairə göro bu dörd ünsürün müəyyən nisbətdə birləşməsi nəticəsində üç əsasda
yaranmış aləmə ruh gö imişdir.
A
Ab - su
Afıtab - günəş
Ağaz- başlanğıc
Ahəngdə mir
Ahəngə r-dəmirçi
Ahəngərzadə -domirç i oğlu
Ahu-ceyran
Axirül-əmr - nəhayət
Alam - dərdlər
Amac - nişanə, hədəf
Amadə hazır
Amal- arzular, ideal
Arayiş bəzək
Anz - üz, yanaq
Asiman - göy, fəza
Aşiyan-yuva
Aşü İlə -kə deri i, məyus
Atəşbar - odyağthran
Ayin- qayda, etiqad
Azər - od
Sah.453
Keyvandan alıb kəmali-rüfət,
Bercisə verərdi min səadət.
Keyvan - başqa sözlə, ZöhəJ və ya Safum səyyarəsidir ki. Güneşdən çox uzaq
məsafədə yerləşir* Bercis isə Müştəri səyyarəsidir ki, mifologiyaya görə səadət
ulduzudur.
Burada şair təsvir etdiyi qəhrəmanı yüksək mərtəbəli və səadət verici kimi
qələmə almışdır
Ssh.453
Əzmində görüb fütuhi-fərcam.
Almazdı əlinə tiğ Bəhram.
Bəhram Morrix vo ya Mars soyyarosidir ki, mifologiyada müharibə Allahı he-
sab edilir
Şair demək istoyir ki, tosvir etdiyi qəhrəman bir yeri almağa qəsd edərkən
Bəhram səyyarəsi qorxusundan ələ qılınc almazdı.
B
Bab - qapı
Bad - yel, külək
Bak - qorxu
Bal - qanad
Bala - yuxarı
Balin yaşdıq* yataq
Bar - yük
Batin daxil, iç
Baz- h qırğı; 2. açıq
Bcylül-Həzən - qom evi
Bəliyyə - bədbəxtlik, fəlakət
Bəradər - qardaş
Borhəm - alt-üst, dağıntı
Bəriyyə - səhra, çöl
Bərq - ildırım, parıltı
Bərməla - aşkar
Bəsirət - açıqgözlülük
Bəstə - bağlı
LÜĞƏT
Bəstər - yataq
Bəşarət - muştuluq, şadlıq xəbəri
Bəzrn - məclis
Bidad - zü İm
Bidar - oyaq
Bioımrn — amansız, zalım
Bİhəd - hədsiz
Bihemta- misilsiz
Bi mar - xəstə
Bıməks durmadan, vaxt itirmədən
Binəhayət - sonsuz, nəhayətsiz
Binəsib - məhrum, məyus
Biniyaz ehtiyacı olmayan
Bipayan - bitməz
Bipərva - qorxusuz, ürəkli
Binin - xaric, dışarı
Bisıpah - qoşunsuz
Bişək - şəksiz, şübhəsiz
Bışümar - saysız-hesabsız
Bitəvəqqüf - durmadan,
yubanmadan
Bizeban - dilsiz
Bizəval - zavalsız, yox olmayan
Bu - iy, ətir
Buq - dərvişlərin çaldığı
buynuzdan qaynlmı ş çalğı aləti
Butə - qızıl əridən qab
Bülənd - uca
Bürhan dəlil, sübut
Büryan qovruhnuş, yanmış
Büzurgvar - böyük, ulu
C
Cadu - sehrkar
Cah - mortəbə, cəlal, mövqe
Cahantab - dünyanı işıqlandıran
Canişin - yerində oturan, övlad
Cansitaıı - canalan
Carnb - süpürgə
Caıubkəş - süpürgəçi
Cavid - əbədi, daimi
Codəl - mübahisə, dava
478 ГеКЗ
479
CəmmaL - dəvo karvanını sürən,
dovəçi
Cərahət - yara
Cərəs - zəng, zınqırov
Cəzzabat - cazibə qüvvələri
Cihad - çalınmaq, dini qiyam
Cübhə — paltar, oba
Cüda - ayrı
Cünud - qoşun
Ç
Çah - quyu
Çakər- nökər, quJ
Çalak — cəld
Çeş m - göz
Çolİpa - xaç
Çun - elə ki, kimi, bənzər
D
Dadxah - infiqamalan
Dadrəs - dada çatan, kömək
Dam tor, tələ
Damən - ətək
Dehqan - əkinçi, bağban
Dcriğ əfsus, heyf
Dəhan ağız
Dəm - nəfəs, an
Dər - qapı
Dəst - əl
Dəşt - çöl, biyaban
Dido - göz
Digor başqa
Dil - ürək
Dilaviz - ürəkaçan
Dilxun - ürəyi qana dönmüş
Dılkəş - ürəyəyatan
Dilşikən - ürəksındıran
Diroxşan — parlaq
Duxtər - qız
Dun alçaq
Dunpərvər - alçaqları bəsləyən
E
Ehtimaın - himmət, çalışqanlıq
Ehdal - mülayim, orta vəziyyət
Eybcu - eybaxtaran
Ə
Əbrıı - qaş
Ədam - yoxluq
Ədimül- misal — misli olmayan, nadir
Odu - düşmən
Ə fal - işlər
Əflak - fələklər, göylər
Əhbab - dostlar
Әһшог- qırmızı
Ohriman şər qüvvə (oda sitayiş
edənlərin dinində şər allahı)
Əxtər - ulduz
Əkabir - böyüklər
Əqrəba - qohum-qardaş
Əqsam - qİsmlər, növlər
Əlasəviyyə hərabər, özünə görə,
müntəzəm
Əlayiq - əlaqələr
Ələm - 1. bayraq; 2. kədər
Ələssəbah - səhər olacaq, sübh
erkən
Əlhan - gözəl səslər
Əliyyə - yüksək, uca
ülvah — lövhələr
Omıtıa bod sonra, deməli
Əmsak (mısak) - qorunmaq,
xəsislik
Ənadil - bülbüllər
Əncüman - cəmiyyət, məclis,
yığıncaq
Əndolib - bülbül
Əndərim — daxil, içəri
Ənduh - kədər, qəm
Ənəlhəq - haq (həqiqət) mənəm
Ənsar - köməkçilər, iştirakçılar
Ənva — növlər, cürbəcür
Ənvər - işıqlanmış, nurlu
Ərayis- gəlirilər
Ərğonım orta əsrdə işlənən çalğı
aləti
Ərğəvan - qırmızı
Ərsə - meydan
Ərş - göyün üst qatı
Ərz - yer kürəsi
Əsağir - kiçiklər
Əshabi-kəhf — mağara əhli
Əsna - ortalıq, zaman, vaxt
Əşk — göz yaşı
Ətıyyə - tövhə, bəxşiş
Əyan — aşkar, açıq
Əyyam — günlər, vaxtlar
Əzimət - köçmək, səf&r
Əzm - qəsd, iradə
F
Fariğül-bal — asudə, rahat
Fəqih - dindar, din alimi
Feqr “ təsəwuf istilahı, yeddinci
(sonuncu) təkamül mərtəbəsi, kasıblıq
Foramuş - unutmaq
Ғәгсшп - xislət, xasiyyət,
qabiliyyət, məzmun (insan)
Fərəh - şadlıq
Forohnak - şad
Forxımdə - şad, gözəl
Fotuh - fəthlər, qəiəbələr
Fiqh - din qanunu
Fillıoqiqə — doğrudan da, həqiqətən
Firdovs - bağ
Firib - hiylə, aldatmaq
Fisqü fucur - pis işlər
Fitrak - ətək T yan heybəsi
Fövc - dosto
Fövq - yuxan
Fünun - fənlər
Füsürdə (ofsürdo) - solmuş
Füzun artıq
G
Geysii — zülf, saç
Gərdən — boyun
Gərdun — hərlənən (dünya)
Giran - ağır
Giranmayə — qiymətli, bahalı,
görkəmli
Gireh - düyün
Girehkir- düyünlənmiş
Giriban - yaxa
Guş - qulaq
Guvah - şahid
Gülüzar gül yanaqlı
Güruh tayfa
Güzəran - keçon, dolanacaq, məişət
Ğ
Ğəmmaz - hıylogor, yaramaz
Gə zal - ceyran
H
Hala indi
Halə ay m ətrafında görünən işıqlı
dairə
Haşəl illah - Allah eləməmiş
Hayil - araya girmək, maneə
Həbaleyi-nigah - kəbinə alma,
evləndirmə
Həbbəza -- no yaxşı, bəh-bəh
Həqaıq hoqıqətlor
Həməl göydəki 12 bürcdən
birincisi, (qoç) quzu bürcü, quzu
Həmqərin - yaxın, bərabər
Həmzəban - birdilli, dilbir,
həmfikir
Hənkam - vaxt, zaman
Hərasatı - q orxmuş, diksinmiş
Hərİm qadağan olunmuş yer
Həsəb - qabiliyyət, bacarıq, iradə
Həvadis hadisolor
l-ləzar - L min; 2, bülbül
Hicab — örtü
Higəran - 1 . baxa-baxa; 2, nigaran
Hilm - həlimlik, yumşaqlıq
Himayət - kömək, yardım
Hisam - qılınc
Hur (huri) - mələk, pəri
Hüzn - kədər, qəm
X
Xab - yuxu
Xak “ torpaq
Xakisar - zəlil, yaztq
Xamə - qələm
Xas - yüksək, təbəqədən olan adam
Xavər - şərq, gündoğan
480
<SytS\ 481 ГеК§>
Xəm - əyri
Xəndan gülə -gül ə
Xondə gülüş
Xondəzənan - gülə-gülə
Xor eşşək, uzunqulaq
Xosm düşmon
Xəzan payız
Xirəd ağıl
Xirodmond ağıllı
Xocəstə bəyənilmiş, yaxşı
Xovf qorxu
Xub - yaxşı, gözəl
Xuda (xudavond) - Allah
Xudbin - özünübəyənən, eqoist
Xuddam - qulluqçular
Xun - qan
Xunab qanlı su
Xunin -- qantökən
Xurdəbin incəliyi, görən, çürükçü
I
İcab - lazım gəlmək
İfTbt - həya, namus
İxrac - xaricə göndərmək
İllət - səbəb, xəstəlik
İnbisat - genişlənmə
İrşad - yol göstərici, ayıq
Irtohal - ölmək, köçmək
İstifsar - sorğu, sual
İstima eşitmək
İşbah kölgə, siluet, kabus
İştiyaq - şövq, həvəs, sevgi
İtalo - uzunçuluq
İza əziyyət
K
Kardan - işbilən
Kəc - əyri
Kəcmədar- əyri yürüşlü
Kəcrəftar - pis münasibət
Kəhkəşan - qalaktika, kainat
Kəm - az
Kişvər - ölkə
Kiyti - dünya, alem
Kiytinüma - dünyanı göstərər
KÖvkob - ulduz
Krh - dağ
Kuhsar (an) - dağlıq yerlər
Кшшп (əkuun) - indi
Kutah - gödək
Künh - dib, əsl məna
Küşto - ölmüş
Q
Qodər - qozavü qədər
Qodİri-mütəal - Allah
Qorin - yaxın
Qəziyyə - hadisə, hal, vəziyyət
Qiblənüma - kompas
Qıta! - qanlı döyüş, vuruşma
Quc yem, çərək, güc
Qüds pak, müqəddəs
L
Laəlac əlacsız, məcbur
Laləvəş lalə üzlü
Ley! gecə
Leyletül-qədr Qədr gecəsi
(müqəddəs)
Leh dodaq
Ləzayiz - ləzzətlər
Liqa - surət, sifət
Lilləhil-həmd - Allaha şükr olsun
ıvı
Madar - unu
Madərzad - anadangəlmə
Mah - ay
Mahi - balıq
Mahru - ayüzlü
Manond - kimi, bənzər
Masova - bundan başqa
Mehr - l. günəş; 2. məhəbbət
Mehrab - müqəddəs yer
Merac - göyə uçuş (dini əfsanəyə
göro Məhəmmədin göyə uçuşu)
Məcənnə qalxan, qorunma
vasitəsi
Məcər örtü, çarqat
Mochur ayrı düşmüş, yazıq
Məfariqət - ayrılıq
Moğfur - bağışlanmış, mərhum
Mahfil - məclis, yığıncaq
Metımil - gəcavə, dəvə üzərində
apan 1 an evcik
Məxmur - xumarlanmış
Məlaik məlaikələr, pərilər
Məlal - koder, qəm
Məlamət - danlaq, töhmət
Məlaz - sığınacaq, məva, dayaq
Məlcə - pənah, sığınacaq
Mələx - çəyirtkə
Mənabir - mənbərlər, yüksəkliklər
Mənzur - məqsəd, nəzərdə tutulan
fikir
Məratıb ' mərtəbələr, dərəcələr
Mərdum 1. xalq, 2, həbək
Məriz - xəstə
Məs a - axşam
Məsaleh - məsləhətlər, ləvazimat
Məsdud - bağlı, kəsilmiş (yol)
Məsərret- şadlıq
Məstur - örtülü, yazılmış
Məşhun - dolu, yüklənmiş
Mətnıkat- qoyub gedən şeylər, miras
Məva - yer, məkan, vətən
Məvasılət - birləşmək
Məzhər - doğuş yeri, tulu
Məzkur - yuxanda adı çəkilmiş
Mozrəə - əkiuəcək
Mınbəd - bundan sonra
Misdaq - mövcibineə, əsasən
Misvak - diştəmizləyən
Mİşkat- çıraq yeri
Mişkatül-Ənvar - işıq mənbəyi
Mişkin- qara, ətirli
Miyan - kəmər, bel, orta
Mötad - öyrəşən, adət edən
Muğayir - əks, əksinə
Mur qarınca
Muy tük
Mübah - şəriətə görə haram və
günah olmayan şey, icazə verilmiş
Müdam - həmişə
Müəttər- ətirli, ətirlənmiş
Müxatəb - söz deyilən şəxs
Müxəlləiat — ev əşyası
Müjə - kirpik
Müjgan — kirpik
Mükəddər- qəmli
Mülaqat - görüş, söhbət
Münfəil - xəcalət
Müngİr - inkar edən
Münkoşif - açılmış
Mürğ - quş
Müruri-zəmm - zaman keçdikcə
Müshof — müqəddəs kitab (dini)
burada: üz, surət
Müstəax - bürovuz, məcazi
Müstəmənd - möhtac, köməyə
ehtiyacı olan
Müşovvəş - qarışıq
Mütalibə - tələb, borc istəmək
Mütəozzır - üzürlü
Mütorəssid - axtarmaq, araşdırmaq
Müti - tabe, sözə baxan
Müttolc - xəbərdar
Müztər - yazıq, zavallı, İztirab
çəkan
N
Nabina - kor
Naim yuxulu, yatım ş
Nairə od, atəş, alov
Nairəə firuz - odlu, yandırıcı
Naqo - dişi dəvə
Mam — ad
Nan - çörək
Nar — od
Naşünas tanınmayan, yad, biganə
Natəvan gücsüz
Nayab — tapılmayan, aztapılan,
nadir
Nəmək - duz
Nəməkbəhəram - duz-çörəyi
saymayan, nankor
Nərm - yumşaq
Nəsəb - nəsil, ailə
Nəşəyab - nəşə tapan
Nigah (nigəb) - baxış
QJ§\ 482
QJs\ 483 /"eJsJŞ)
Təcəssüs - axtarış
Təcrid - bir guşəyə çəkilmək, üzlət
Təollüq - əlaqəsi olan, dəxli olan
Təollül - illətli, səbəb
Toollüm - nəsihət, dərs
Təorrüz - hücum, etiraz
Təfriq - ayırmaq
Təğollüb - saxta
Tohoyyür - heyrət
Tohniyət - yoxlamaq, halını
soruşmaq, tobrik, alqış
Təhsin (etmok) - bəyənmək,
tərifləmək
Təhzİb - yaxşılaşdırma, təmizləmə,
tərbiyə
Təqva - dini qaydaları gözləmək,
ibadət
Təlxis - xülasə etmək
Təli ə - günəş b doğması
Təmhid - bərabərləşdirmə,
düzəltmə
Tənha - tək
Tərob - şadlıq
Tərəbnak - şad
Toriq - yol, qayda
Təsvil - aldatmaq üçün tədbir
Təvəlla - dostluq axtarmaq
Təviq - yubanma, təxir
Təvil - izah, şərh
Tif- qılınc
Tifl uşaq
Tİr ox
Tirə - qara, tutqun
Tiz - iti, cəld, kəskin
Türab - torpaq
Тштә - saç, zülf
Tüyur - quşlar
Ü
Üqba - axirət
Üqdə - düyün
Ülfə t - dostluq, mehribanlıq
Üməm - xalqlar, ümmətlər
Ümmət - bır peyğəmbərin dininə
mənsub olan adamlar
Üırnnül - xəbais-şərab, çirkinliklər
anası
Üşşaç - aşiqlər
V
Vadi - çöl, oba
Vahi - boş
Vajgun - başıaşağı
Valid - ata (ana)
Vasil - çatmış
Vəhm - qorxu
Vər - və əgər
Vəsail - vasitələr, dövlət, pul
Vüfur- çox, artıq
Y
Ya əxil-idbar - ey yaramaz qardaş
Z
Zağ - qarğa
Zahir - aşkar, xaric
Zaye - məhv
Zehi - bəh-bəh, çox
Zəbatı - dil
Zəğən - qarğa
Zəxm - yara
Zəkiyyə - dərrakəlik, şüurluluq
Zəmair - ürəklər, qəlblər
Zəmin - yer
Zəmir - qəlb, ürək
Zər - qızıl
Zend - sarı
Zimistan - qış
Zbdə - diri
Zivər - bəzək
Ziyadə - artıq, çox
Ziynət - bəzək
Zövqrəngiz - zövqü artıran
Zünnar - keşişlərin bel bağı (kəməri)
KİTABIN İÇİNDƏKİLƏR
Müqəddimə 4
Təhzibi-əxfaq 17
Nəsihətlər 65
Kəşffil-Qəraib 73
Kitab i-Əsgəriyyə 115
MişkatüLƏnvar 131
Ömür-gün şeirləri 181
Mənzum hekayətlər 219
Lirik əsərlər 243
Qəzəllər 245
Qəsidələr 381
Müxəmməslər 390
Mürəbbe-tərkıb , , r . ♦ * 394
Məsnəvi 396
Müstəzad 399
Qitələr 401
Rübailər 407
Alleqorik şeirlər 415
Mənzum məktublar 425
Müxtəlif şeirlər 435
Riyazül-qüds (mənzum parçalar) 445
Qeyd və şərhlər ,.«>,* 455
Lüğət 479
486
<£Ж\ 487 f&G)
Buraxılışa məsul:
Texniki redaktor:
Kompyuter sehifələyicisi:
Korrektor:
Umud Rəhimoğlu
Mübariz Piriyev
Azər Quliyev
Şəhla Xəlilova
Yığılmağa verilib 05 Л 0.2004, Çapa imzalanıb 05.04.2005,
Formatı 60x90 1 / l6 . Fiziki çap veıuqi 30,5. Ofset çap üsulu.
Tirajı 25000. Sifariş 70.
Kitab “PROMAT” motboosində çap olunmuşdun